З щðÀ ÀЬÀÉÅÂÀ лизàÌÀÍ B


§8. Metalların və ərintilərin xassələrinin təsnifatı



Yüklə 41,95 Kb.
Pdf görüntüsü
səhifə5/40
tarix24.02.2018
ölçüsü41,95 Kb.
#27883
1   2   3   4   5   6   7   8   9   ...   40

14
§8. Metalların və ərintilərin xassələrinin təsnifatı
Metallar və ərintilər müasir maşınqayırmada tətbiq edilən əsas materiallar-
dır. Müxtəlif maşın detallarının və alətlərin hazırlanmasında tələb olunan mate-
rialı düzgun seçmək üçün metalların xassələrini bilmək lazımdır.
Məsələn, kəsici alətlər hazırlamaq üçün möhkəm, bərk və yeyil mə yə da vamlı 
metal materiallar tələb olunur. Metalların fiziki, kimyəvi, mexaniki və texnoloji 
xassələri vardır.
Metalların və ərintilərin fiziki xassələri onların rənginə, xüsusi çəkisinə, sıx-
lığına, ərimə temperaturuna, istidən genişlənməsinə, istilik və elektriki keçir mə­
sinə, eləcə də maqnit xassələrinə görə təyin edilir.
Metalların fiziki xassələri 2­ci cədvəldə göstərilmiş müəyyən ədədi qiy mət­
lərlə xarakterizə olunur.
Metalların  kimyəvi  xassələrinə  onların  normal  və  yüksək  temperaturlarda 
müxtəlif mühitdə kimyəvi və ya elektrokimyəvi (korroziya) təsirə müqavimət 
göstərmək qabiliyyətini aid etmək lazımdır.
Metalların mexaniki xassələri metal materialların xarici qüvvələrə (yüklərə) 
müqavimət göstərmək qabiliyyətinə deyilir.
Metal  materialların  mexaniki  xassələrinə  möhkəmlik,  bərklik,  plastiklik, 
elastiklik, özlülük, kövrəklik, yoğunluq və yeyilməyədavamlılıq aiddir.
Metal və ərintilərin texniki xassələri onların əsas xarakteristikası olduğuna 
görə bu xassələri sınaq üsulu ilə təyin etmək üçün zavodlarda xüsusi laboratori-
yalar təşkil edilir. Mexaniki sınaqlar aşağıdakılardır:
Statik sınaq zamanı metal nümunəyə və ya detala təsir edən yük sabit qalır 
və ya tədricən artır.
Dinamik sınaq zamanı yük sürətlə artır və az bir vaxt içərisində təsir gös tərir.
Təkrar qoyulan və ya dəyişən istiqamətli yük şəraitində aparılan sınaq zamanı 
yük təkrarən qiymətcə və yaxud eyni zamanda qiymətcə və istiqamətcə dəyişir. 
Cədvəl 2
Bəzi metalların fiziki xassələri
Metal
Kimyəvi 
işarəsi
Rəngi
Sıxlığı
kq/m
3
Temperatur 
0
C
Xətti 
genişlənmə 
əmslı, C
0­1
­20
0
C­də xüsusi 
elektrik müqaviməti 
10
­6 
Om.m
Alüminium
Al 
gümüşü­ağ
2700
658,7
0,00024
0,029
Volfram
W
dümağ
19300
3380
0,000004
0,053
Dəmir
Fe
gümüşu­ağ
7800
1539
0,000012
0,100
Kobalt
Co
gümüşü­ağ
8900
1490
0,000012
0,062


15
Maqnezium
Mg
parlaq 
gümüşü­ağ
1700
650
0,000026
0,047
Mis
Cu
qırmızı
8900
1083
0,000017
0,017
Nikel
Ni
boza çalan 
gümüşu­ağ
8900
1452
0,000013
0,070
Qalay
Sn
gümüşü­ağ
7300
231,9
0,000023
0,124
Qurğuşun
Pb
göyümtül­boz 11400
327,4
0,000029
0,220
Titan
Ti
gümüşü­ağ
4500
1668
0,000008
0,470
Xrom
Cr
parlaq 
gümüşü­ağ
7100
1550
0,000008
0,150
Sink
Zn
göyümtül­boz
7100
419,5
0,000030
0,060
Metal və ərintilərin texnoloji xassələri onların müxtəlif isti və soyuq üsul-
larla emal olunma qabiliyyəti ilə xarakterizə edilir. Metal və ərintilərin texno-
loji  xassələrinə  tökmə  xassələri,  döyülmə  qabiliyyəti,qaynaq  edilmə  qabi liy­
yəti, kəsici alətlərlə emal olunma qabiliyyəti və tablama dərinliyi daxildir.
 
Yoxlama üçün suallar:
1.  Maşın  detallarının  və  alətlərinin  hazırlanması  üçün  tələb  olunan  metal 
materiallar hansı şərtə əsasən seçilir?
2. Metalların hansı xassələri fiziki xassələrə aiddir?
3. Metalların hansı xassələri kimyəvi xassələrə aiddir? 
§9. Sıxlıq və xüsusi çəki
Eynicinsli müxtəlif maddələr müxtəlif kütləyə və xüsusi çəkiyə malik olur.
Cismin kütləsinin həcminə olan nisbəti həmin maddə üçün sabit kəmiy-
yət olub, sıxlıq adlanır.
Sıxlıq d hərfi ilə işarə olunur. Sıxlığın tərifinə əsasən,
     m
 D= 

 ; 
     V 
Burada m – maddənin kütləsi;
V – maddənin həcmidir.
Beynəlxalq  Vahidlər  Sistemində  (Sİ)  sıxlığın  vahidi  kq/m­dir.  Metalların 
sıxlığı geniş hədd daxilində dəyişir. Osmium ən böyük (22,5×10
3
 kq/m
3
), litium 
isə  ən  kiçik  (0,50×10
3
  kq/m
3
)  sıxlığa  malikdir.  Texnikada  geniş  tətbiq  edilən 
metalların sıxlığı 2­ci cədvəldə verilmişdir.


16
Maddənin sıxlığı onun xüsusi çəkisi ilə əlaqədardır. Maddənin çəkisinin 
(P) tutduğu həcmə (V) nisbətinə xüsusi çəki deyilir. Xüsusi çəkini (γ) hərfi 
ilə işarə edib, yazırıq:
        P
γ = —
      V
Beynəlxalq Vahidlər Sistemində (Sİ) “xüsusi çəki” anlayışı yoxdur. Bu ter-
mini  maddənin  Nyutonla  ölçülən  çəkisinin  (cazibə  qüvvəsinin)  m
3
­lə  ölçülən 
həcminə  nisbəti  kimi  də  başa  düşmək  olar.  Xüsusi  çəkini  sistemdənkənar  və 
köhnə vahidlər sistemindən Beynəlxalq Vahidlər Sisteminə keçirmək üçün aşa-
ğıdakı nisbətdən istifadə edilir: 1Qr/sm ≈ 9,8 · 1000H/m
3
, 1kQr/m 3 ≈ 9,8 H/m
3
Müxtəlif məmulatları hazırlamaq üçün metal materialların seçilməsində sıx-
lığın və xüsusi çəkinin böyük əhəmiyyəti vardır. Məsələn, cihazqayırma, avia-
siya və vaqonqayırma sənayesində istifadə olunan detallar və konstruksiyalar 
yüksək  möhkəmliklə  bərabər,  həm  də  az  sıxlığa  malik  olmalıdır.  Texnikada 
geniş tətbiq edilən metallardan ən az sıxlığa malik olanı maqnezium və alümi-
niumdur. Buna görə də maşınqayırmanın yuxarıda göstərilən 
müxtəlif sa
hə lə­
rində alüminium və maqnezium əsasında hazırlanmış ərintilər geniş tətbiq edilir.
Yoxlama üçün suallar:
1. Maddənin kütləsi ilə çəkisi arasında hansı fərq vardır?
2. Sıxlıq və xüsusi çəki nədir?
3.  Nə  üşün  cihazqayırmada,  aviasiya  sənayesində,  avtomobil  və  vaqonqa-
yırmada alüminium və maqnezium ərintilərindən istifadə olunur?
 §10. Ərimə temperaturu
Bütün  metallar  kristal  quruluşu  olan  cisimlər  kimi  müəyyən  temperaturda 
bərk  haldan  maye  və  yaxud  əksinə,  keçir.  Metalın  bərk  haldan  maye  hala 
keçməsinə uyğun gələn temperatura ərimə temperaturu deyilir. Adi metal-
dan fərqli olaraq ərintilərin ərimə temperaturları, adətən, sabit temperaturlarda 
deyil, müəyyən hədd daxilində dəyişir.
Ərimə  temperaturu  metalların  mühüm  fiziki  xassələridir.  Metallurgiyada, 
tökmə istehsalatında, metalların təzyiq altında qızmar emalında, qaynaqlamada, 
lehimləmədə  və  metal  materialları  qızdırmaq  tələb  olunan  digər  proseslərdə 
metal və ərintilərin ərimə temperaturlarını bilmək lazımdır.
Ərimə  temperaturundan  asılı  olaraq  metallar  çətin  əriyən  metallara  ayrılır. 
Yüksək ərimə temperaturuna malik olan metallar çətin əriyən metal adlanır. 
Adətən, çətin əriyən metallara ərimə temperaturu dəmirə nisbətən (1539°C­dən 


Yüklə 41,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə