ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə4/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   2   3   4   5   6   7   8   9   ...   50

___________________Milli Kitabxana__________________
Nəfəsə bax, ay Allah,
Qumru belə ötməyib,
Kəklik belə səkməyib.
Heç yerdə görməmişəm
Belə zərif, belə şux,
Bir belə şən gözəli!
Çin qızı, Çin gözəli!
Mən indi başa düşdüm,
Niyə Nizami babam
Çin yazıb, Çin deyirmiş!
Mən indi başa düşdüm,
Niyə Füzuli babam
Sevgiyə din deyirmiş!
Mən indi başa düşdüm,
Nə üçün Molla Pənah
Çinü-Maçin deyirmiş!
Qar zirvənin şöhrəti
Dağların çən gözəli!
Dünən babalar olub,
Bu gün heyranın mənəm,
Çin qızı, Çin gözəli!
Mart, 1994, Şanxay
KÜSMƏ MƏNDƏN
Bir məclisds qızlarımıza "Çin gözəli"
şerini oxuyurdum. Nəsibə adlı gözəl bir
qız şeri axıra qədər dinləmədən küsüb
bayıra çıxdı ki, nə üçün belə gözəl bir
şeri Azərbaycan gözəlinə yox, Çin qızına
yazmısınız.
Küsmə məndən gözəl mələk, gözəli Allah yaradır,
Mənim kimi qullar üçün gözəlləri şah yaradır.
Məcnunları gecə-gündüz salır sonsuz səhralara,
Harda sevən Leyli varsa, orda bir dərgah yaradır!


___________________Milli Kitabxana__________________
Bircə gözəl yaradıbsa, bütün Çinə qurban olum,
Hansı dində olur-olsun, mən o dinə qurban olum,
Yaradanın eşq adlanan hikmətinə qurban olum,
Yeri-göyü sevmək üçün insanda tamah yaradır!
Bakı hara, Pekin hara, könlüm onu yada salır,
Günahkaram, günahlarım ruhuma qan-qada salır,
Qadir Allah sevənləri diri gözlü oda salır,
Yazıq bəndə sevə-sevə gündə bir günah yaradır!
İSTANBUL QIZI
İstanbul qızının teli darandı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Büllurdan töküldü, nurdan yarandı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Qulağın sırğası, saçın cunası,
Barmağın üzüyü, əlin xınası,
Elin yaraşığı, gölün sonası,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Üzün təbəssümü, yanağın xalı,
Qəlbin hərarəti, dodağın balı,
Belin incəliyi, gərdənin şalı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Sevgi yollarıyla çıxılan yoxuş,
Tanrı əlləriylə vurulan naxış,
Vurulan, durulan, süzülən baxış
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!


___________________Milli Kitabxana__________________
Baxışı söndürdü odlanan şamı,
Görüşlər həyatın ləzzəti, tamı.
Nurlu İstanbulun aylı axşamı
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Ağlımı, ruhumu əlimdən aldı,
Ney kimi göynətdi, saz kimi çaldı.
Axırda bir şirin xəyala daldı,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Ömürdən saymadı boş keçən ömrü,
Bahara döndərdi qış keçən ömrü.
İnsanın insanla xoş keçən ömrü,
Dedi: - Gözəldimi?
Dedim: - Gözəldi!
Qəlbimin qanını sızan elədi,
Məni eşqə saldı, yazan elədi.
Şair Zəlimxanı ozan elədi,
Dedi: - Gözəldimi?
Dedim:-Gözəldi!!!
İstanbul, 1991
AY KƏRƏM
Səni od yandırdı, Əsli dağladı,
Mən suyun odunda yandım, ay Kərəm!
Allahım, vallahım çıxdı yadımdan,
Yeri də, göyü də dandım, ay Kərəm!
Alışan odlara dil olmaq nədi,
Dərdin havasında zil olmaq nədi,
Mən indi bildim ki, kül olmaq nədi,
Ah çəkib, adını andım, ay Kərəm!


___________________Milli Kitabxana__________________
Zəlimxan neyləsin, qismətdə qəm var,
Gözdə qığılcım var, kirpikdə nəm var.
Niyə sazımızda "Yanıq Kərəm"var,
Yanmaq nə deməkdi, qandım, ay Kərəm!
BU YAŞIL AĞACIN
ALTI BİZİMDİ
Kök üstə budağı neçədi, bildim,
Budaqda yarpağı neçədi, bildim,
Salxımı, saçağı neçədi, bildim,
Bu yaşıl ağacın altı bizimdi.
Saçağı tərpənir tellərin kimi,
Yarpağı oynaşır əllərin kimi,
Düyməsi açılıb tüllərin kimi
Bu yaşıl ağacın altı bizimdi.
Bu sevgi, bu layla, bu beşik bizim,
Çəkər növbəmizi bu keşik bizim.
Nəyimizə lazım ev-eşik bizim?
Bu yaşıl ağacın altı bizimdi.
Su içər sevginin kökü ömürdən,
Sevgi əl üzməsin təki ömürdən,
Xoş bir xatirədi iki ömürdən,
Bu yaşıl ağacın altı bizimdi.
Könlümüz havalı, gözümüz də ac,
Gəncliyin havası başımızda tac.
Bir sənsən, bir mənəm, bir yaşıl ağac,
Bu yaşıl ağacın altı bizimdi.
Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın,


___________________Milli Kitabxana__________________
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.
Dən kimi səpələ, toxum kimi ək,
Zəlimxan, bu anın ləzzətini çək.
Hələ bizdən sonra çoxu deyəcək:
"Bu yaşıl ağacın altı bizimdi".
DEDİLƏR, MƏCLİSDƏ
BƏDNƏZƏR OLAR
Bir dünya gözəli çıxdı meydana,
Bağrımın başında buz oynatdılar.
Əridim, töküldüm, əsdim, titrədim,
Elə bil sinəmdə köz oynatdılar.
Ani bir baxışla gəldik üz-üzə,
Kimdi bu ceyranı buraxan düzə?
Biri mələk dedi, biri möcüzə,
Şairlər ortada söz oynatdılar.
Ürəyə od axdı, damara işıq,
Dəydi bir-birinə xanəndə, aşıq.
Bu nə tamaşaydı, bu nə yaraşıq?
Gözlər baxa-baxa göz oynatdılar.
Can çiçək olanda nəfəs tər olar,
Dodaq bal olanda yanaq zər olar.
Dedilər, məclisdə bədnəzər olar,
Çevirib başına duz oynatdılar.
Bir sərgi yaradıb qızdan, qadından,
Allah danışırdı eşqin adından.
Bu toy Zəlimxanın çıxmaz yadından,
Bu toyda bir gözəl qız oynatdılar.


___________________Milli Kitabxana__________________
GÖZƏLDİ
Bir gözəldə min gözəllik cəmlənib,
Duruşu da, ədası da gözəldi.
Sularında üzüb gedən qəvvasam,
Dalğası da, adası da gözəldi.
Özü nurdan, sözü haqdan gəlibdi,
Şahımızdı, enib taxtdan gəlibdi.
Qulaqlara səsi çoxdan gəlibdi,
Bizə çatan sədası da gözəldi.
Göy üzündə durnaları saxladıb,
Yer üzündə qayaları laxladıb.
Zəlimxanın anasını ağladıb,
Mənə gələn qadası da gözəldi.
SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün geldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə