ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə9/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

___________________Milli Kitabxana__________________
Hər sevilən, hər sevən bir könül bitirəcək,
Sevgi yağışlarına tutacağam dünyanı.
Can səpdim, can əritdim, yenə can bitirəcək,
Sağlam toxumlar düşüb din-iman bitirəcək.
Eşqi, məhəbbətiylə Zəlimxan bitirəcək,
Sevgi yağışlarına tutacağam dünyanı.
İLAHİ, MİN ŞÜKÜR
YARATDIĞINA
Bir gündə min dəfə şükür deyirəm,
İlahi, min şükür yaratdığına!
Göylərin payıdı enib torpağa,
İlahi, min şükür yaratdığına!
Pətəyi çəməndən, balı çiçəkdən,
Sevgisi beşikdən, eşqi bələkdən,
Payı gözəllikdən, nuru mələkdən,
İlahi, min şükür yaratdığına!
Baxışı ulduzdan, işığı Aydan,
Axarı çeşmədən, ləngəri çaydan.
Günəşi bahardan, alovu yaydan,
İlahi, min şükür yaratdığına!
Arayan narahat, aranan gözəl,
Darayan bəxtəvər, daranan gözəl.
Yaradan müqəddəs, yaranan gözəl,
İlahi, min şükür yaratdığına!
Gözüm gözəlliyin həsrəti, acı,
Gözəllər başımın cığası, tacı.
Sən Allah, o bəndə, mən tamaşaçı,
İlahi, min şükür yaratdığına!


___________________Milli Kitabxana__________________
GÖZLƏRİMİ ÖZÜN QAPA
Dedim: - Gəl, bir seyrə çıxaq.
Yox, gələ bilmərəm, - dedi.
Dedim: - Nazı bir yana qoy.
Yox, gələ bilmərəm, - dedi.
-
Qapım açıq, baxtım açıq,
Sevmir mənim baxtım acıq,
İşıq kimi baxtıma çıx!
-
Yox, gələ bilmərəm, - dedi.
-
Dağları en, dərəyə gəl,
Ovçun mənəm, bərəyə gəl,
Yaşıl bir mənzərəyə gəl.
-
Yox, gələ bilmərəm, - dedi.
-
Budaqlardan dərim gülü,
Qədəminə sərim tülü,
Gəl, sevindir bir könülü.
-
Yox, gələ bilmərəm, - dedi.
-
Əcəl yatmır ipə-sapa,
Kim itirə, kimlər tapa,
Gözlorimi özün qapa.
-
Yox, gələ bilmərəm, - dedi.
-
Dözümüm, səbrim üstə gəl,
Zəhmətim, cəbrim üstə gəl,
Ölürəm, qəbrim üstə gəl,
-
Yox, gələ bilmərəm, - dedi.


___________________Milli Kitabxana__________________
SEVGİ ADLI ŞAHA QURBAN
Mən insanam - Allah mənim,
Adəm mənim, Nuh mənimdi.
İşıq məndə, səhər məndə,
Könül mənim, ruh mənimdi.
Yaradan bir, tanrı birdi,
Birin işi bağlı sirdi.
Hamının sonu qəbirdi,
Bir qəbir də eh...mənimdi.
Güc, təpər dizdən ötrüdü,
Gözəllik gözdən ötrüdü.
Hər nə var bizdən ötrüdü,
Gah sənindi, gah mənimdi.
Mələk mənəm, fələk mənəm,
Qanad mənəm, lələk mənəm.
Çöldə bitən çiçək mənəm,
Üstündəki şeh mənimdi.
Açılan sabaha qurban,
Tükənməz iştaha qurban.
Sevgi adlı şaha qurban,
Mən şahınam, şah mənimdi.
GƏLMİŞƏM MƏN
SƏNİN ZİYARƏTİNƏ
Udduğum havaynan, içdiyim suynan,
Dəli bir ümidnən, şirin arzuynan
Gəlmişəm mən sənin ziyarətinə.
Qoşa qanad kimi qollarını aç,
Dərdimə dərman ol, ağrıma əlac,
Gəlmişəm mən sənin ziyarətinə.


___________________Milli Kitabxana__________________
Bütün məbədlərdən səni baş bilib,
Kəbənin köksündə qara daş bilib,
Gəlmişəm mən sənin ziyarətinə.
Sevginlə könlümü, gəl, qarət eylə,
Bir möcüzə göstər, bir qeyrət eylə.
İlahi sovqatı təbəssümünlə
Məni də bir parça ziyarət eylə,
Gəlmişəm mən sənin ziyarətinə.
MƏNƏ XOŞGƏLDİN DE,
ƏLVİDA DEMƏ
Elə ki taleyin üzünə güldü,
Daha dad qılmasın göz ayrılıqdan.
Görüşlər dalınca görüşlər gələr,
Düşməz ortalığa söz ayrılıqdan.
"Sevirəm" – deyənin sevgisi haqsa,
Qəm yemə bu yolda göz yaşın axsa.
Sonu bir bayrama qovuşacaqsa,
Nə usan, nə də ki, bez ayrılıqdan.
Üz vermə həsrətə, nə danış, nə din,
Boylanmaq zülümdü, gözləmək çətin.
Əlim ətəyində qalıb həsrətin,
Sən allah, əlimi üz ayrılıqdan.
Şirin bir qismət ol qismətdən kəmə,
Qənim ol yolunda çəkdiyim qəmə.
Mənə xoşgəldin de, əlvida demə,
Bir görüş yaxşıdır yüz ayrılıqdan.


___________________Milli Kitabxana__________________
SEVMƏ MƏNİ,
SƏN ALLAHI SEVƏRSƏN
Ulduzu sev, işıq olsun beyninə,
Buludu sev, paltar olsun əyninə.
Torpağı sev, alsın səni qoynuna,
Sevmə məni, sən Allahı sevərsən.
Qalxan olmaz, qılınc olar bu sevgi,
Qazanc olmaz, qaxınc olar bu sevgi.
Qılınc qədər qorxunc olar bu sevgi,
Sevmə məni, sən Allahı sevərsən.
Dağa haray, daşa səda salarsan,
Qanım gedər, bir qan-qada salarsan.
Sən bir odsan, məni oda salarsan,
Sevmə məni, sən Allahı sevərsən.
Ağrı sənəm, aman sənəm, ah sənəm,
Canımda od, yanağımda şeh sənəm.
Qərib üçün nələr çəkdi Şahsənəm,
Sevmə məni, sən Allahı sevərsən.
Yuxular var, yuxularda buta var,
Kərəmlərə tilsim quran ata var.
Mən bilirəm, bu sevgidə xata var,
Sevmə məni, sən Allahı sevərsən.
İşığım yox, otağınca, evincə,
Dönəmmərəm gözlədiyin sevincə.
Allahı sev, gəlib məni sevincə,
Sevmə məni, sən Allahı sevərsən.


___________________Milli Kitabxana__________________
BİR GÖZƏL ÖLDÜRDÜ MƏNİ
Qəfil ölmək istəmirdim,
Bir gözəl öldürdü məni.
Səfil ölmək istəmirdim,
Bir gözəl öldürdü məni.
İncə ruhnan, şirin səsnən,
Göz baxışnan, od nəfəsnən.
Alov dilli bir həvəsnən,
Bir gözəl öldürdü məni.
Döndü gülün butasına,
Saldı gözün xatasına.
Xəbər verin atasına,
Bir gözəl öldürdü məni.
O xəznədar, mən bir sayıl,
Baxdım, oldum hayıl-mayıl.
Nə Allahdı, nə Əzrayıl,
Bir gözəl öldürdü məni.
Qəlbi kaman, dili neymiş,
Aman Tanrım, bu qız nəymiş?
Gözəl ölmək gözəl şeymiş,
Bir gözəl öldürdü məni.
ÇƏKƏR
Görüş var, bir ömrü versən də azdır,
Görüş var, getməyə adam can çəkər.
Görüş var, şadlığı sığmır illərə,
Görüş var, fərəhi bircə an çəkər.
Yaşasan ən şirin arzuyla, kamla,
Sevincin sel olar, dərdinsə damla.
Ürəkdən verilən xoş bir salamla
Əli əl isidər, qam qan çəkər.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə