ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə10/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

___________________Milli Kitabxana__________________
Ayrılıq həyatda hər şeydən çətin,
Min bir əzabı var bir məhəbbətin,
Gəlməsən yandırar məni həsrətin,
Gələrsən, nazını Zəlimxan çəkər.
NİFRƏTƏ ÇEVİRMƏ
MƏHƏBBƏTİMİ
Ucadı zirvəmiz, qoy uca qalsın,
Endirmə yerlərə, göy uca qalsın.
Qəddi bükülməsin gəncliyimizin,
Göz nurlu, can odlu, boy uca qalsın,
Nifrətə çevirmə məhəbətimi!
Sevilən dünyanı yeddi qat sevir,
Həyatı sevəni bu həyat sevir.
Daş atma gözünə duru suların,
Sevgi bir balaca ehtiyat sevir,
Nifrətə çevirmə məhəbbətimi!
Sevdim Allah verən boyu, buxunu,
Çəkdim ciyərimə ətri, qoxunu.
Bir acı təəssüf, bir köntöy baxış,
Tərsinə fırladır yerin oxunu,
Nifrətə çevirmə məhəbbətimi!
Duyğular susanda can şikəst olar,
Ruh yorğun düşəndə ürək süst olar.
Cənnət cəhənnəmə çevrilən günü,
Göy baş-ayaq düşər, yer alt-üst olar,
Nifrətə çevinnə məhəbbətimi!
Su kimi durulub sevmişəm səni,
Oxlanıb, vurulub sevmişəm səni.
Göydən almamışam hədiyyə kimi,
Yollarda yorulub sevmişəm səni,
Nifrətə çevirmə məhəbbətimi!


___________________Milli Kitabxana__________________
BÖYÜK SEVGİLƏR
Sevənlər birləşəndə bir ürək, bir can olur,
Nur yağır gecə-gündüz rəngindən, çöhrəsindən.
İstər dəryaya tulla, istər qayalardan at,
Öldürsən də əl üzməz Tahir öz Zöhrəsindən.
İlmə-ilmə toxunub, yaşıl ağa sarılar,
Gül çəmənə, şeh düzə, qaya dağa sarılar.
Yun əyrilib ip olar, sap yumağa sarılar,
Düyçələr dolub çıxar zamanın cəhrəsindən.
Ölməz böyük sevgilər, ölüm, təhlükə bilməz,
Gözündə su bulanmaz, aynası ləkə bilməz.
Min illər gəlib keçər, heç vaxt əl çəkə bilməz
Fərhad öz qayasından, Məcnun öz səhrasından.
30 noyabr 2004
KÖNLÜM
Öz ağrını özün çək,
Demə hər yerdə, könlüm!
Açma dərdin üzünü,
Yırtılar pərdə, könlüm!
Hey içini yeyirdin,
"Dözəmmirəm" deyirdin.
Xeyir danış, xeyir din,
Xeyirdə-şərdə, könlüm!
Bil anın qiymətini,
Bil canın qiymətini,
Dünyanın qiymətini,
Axtarma zərdə, könlüm!


___________________Milli Kitabxana__________________
Bişirəcək aşını,
Tovlayacaq başını.
At bu nərdin daşını,
Kərəm yox zərdə, könlüm!
Arzuların canı var,
Canın qaynar qanı var.
Min dərdin dərmanı var.
Bir damla tərdə, könlüm!
Özünlə çək davanı,
Özünlə qur divanı.
Özün çal öz havanı,
Bu sim, bu pərdə, könlüm!
Ağla gözün dolunca,
Saralınca, solunca.
Namərdə xan olunca,
Qul ol bir mərdə, könlüm!
5 fevral 2005
MƏN GETDİM, MƏNİ GÖZLƏMƏ
Daha bu yer çiçəkləməz,
Çiçəkləri ləçəkləməz.
Kifir olar, kafir olar,
Gözəlləri göyçəkləməz,
Mən getdim, məni gözləmə.
Ruha sirdaş olammadın,
Haqqa qardaş olammadın.
Mən hönkürüb ağlayanda,
Gözümdə yaş olammadın,
Mən getdim, məni gözlomə.
Daşıdığım əzab haqqı,
Oxuduğum kitab haqqı.


___________________Milli Kitabxana__________________
Mən verdiyim suallara,
Vermədiyin cavab haqqı
Mən getdim, məni gözləmə.
Ruh uçar, bədən qayıtmaz,
Çıxar cərgədən, qayıtmaz.
Aylar, illər təzələnər,
Qayıtmaz, gedən qayıtmaz.
Mən getdim, məni gözləmə.
Lal olmuş bir bulud gözlə,
Daş olmuş bir sükut gözlə.
Mismarlanmış, möhürlənmiş,
Taxta gözlə, tabut gözlə,
Mən getdim, məni gözləmə.
Səs olub neyə çəkilləm,
Ah olub göyə çəkilləm.
Yaradanın özü bilir,
Göylərə niyə çəkilləm,
Mən getdim, məni gözləmə.
Damar vurur, qan çağırır,
Günəş doğur, dan çağırır.
Sən gecikdin, çağırmadın,
Məni çağıran çağırır,
Mən getdim, məni gözləmə.
27 fevral 2005
GƏL, SƏNƏ ŞEİR OXUYUM
Gəl, sənə şeir oxuyum,
Çeşməyə gəl, çaya gəl.
Doğul, yenidən doğul,
Təzədən dünyaya gəl.
Gəl, sənə şeir oxuyum,
Ruhu cana qaytarım.


___________________Milli Kitabxana__________________
Gəl, səni doğulduğun,
O ilk ana qaytarım.
Gəl, sənə şeir oxuyum,
Dağ şehindən saf olsun.
Durulsun baxışların,
Sulardan şəffaf olsun.
Gəl, sənə şeir oxuyum,
Ömrüm bir az uzansın.
Boş şeydi cib qazancı,
Qazanır, ruh qazansın.
Haqqın nurundan qopub,
Can içində canındı.
Mənim deyil o şeir,
Məni yaradanındı.
3 mart 2005-cü il
SEVƏNLƏR HƏMİŞƏ
MÖHTƏRƏM OLUR
Sevinc gözləməsin sevən dünyadan,
Qisməti çox zaman kədər-qəm olur.
Can şamda titrəyən şöləyə dönür,
Göz dolur-boşalır, kirpik nəm olur.
Meyli qıza düşür, qadına düşür,
Hərə bir gözəlin oduna düşür.
Kim cəfa çəkirsə, ad ona düşür,
Gah Qərib, gah Məcnun, gah Kərəm olur.
Nazıyla oynamaq adətim, peşəm,
Sevgidir varlığım, sevgidir nəşəm.
Sevənlər həmişə məğrur, möhtəşəm,
Sevənlər həmişə möhtərəm olur.
2 fevral 2005


___________________Milli Kitabxana__________________
ALLAHDAN QORXMASAYDIM
Günəşin doğan çağı
qarşıma mələk çıxıb,
Nə mübarək səhərdi,
nə gözəl sabahdı bu.
Hardan bildi bu yerdən
şair gəlib keçəcək,
Bəlkə, xəbər verən var?
sirrimdən agahdı bu.
O yetən kamilliyə
heç bir gözəl yetişməz.
Bahadı, dəyərinə qiymətdə
ləl yetişməz.
Dindirsən dilə gəlməz,
uzatsan əl yetişməz,
Yüksəkdədir məqamı,
uca bir dərgahdı bu.
Xoşbəxtlik kimə bütöv,
kimə kəm-kəsir düşür,
Bu ilahi gözəllik
bəxtə mində bir düşür.
Qızların baxışından
oğlanlar əsir düşür,
Burda Əsir olmamaq -
ən böyük günahdı bu.
Nələr gördü gözümüz,
bu dünyada, eh, nələr,
Gözəllər sərgisində
çox dəyişib səhnələr,
Qızlar qarıya dönüb,
dəbdən düşüb köhnələr
Təzə çıxıb taxtına,
Təzə padşahdı bu.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə