ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   2   3   4   5   6   7   8   9   ...   50

___________________Milli Kitabxana__________________
Xalların odunda yanan can olsun,
Al məndən heyfini, qana qan olsun,
Çal-oxu, qoy yanan Zəlimxan olsun,
"Sarıtel" oxuyan qaratel gözəl!
BİRCƏ MƏNİ XATIRLA
Ömrü-günü uzun olsa həsrətin,
Göz yaşında bir çiməni xatırla.
Çiçəkləri şeh görməmiş saralan,
Solub gedən bir çəməni xatırla.
Dağlarıma gün yerinə çən düşüb,
Xınalı daş kəkliyindən gen düşüb.
Kimi görsən saçlarına dən düşüb,
Bircə məni, bircə məni xatırla.
Sevən də çox, sevilən də, atan da,
Bu dünyada üzən də çox, batan da.
Səksəkəli quş yuxusu yatanda,
Bircə məni, bircə məni xatırla.
Mənim gözüm işarədə, himdədi,
Eşqim, ruhum sən çaldığın simdədi.
Desələr ki, fil dözümü kimdədi,
Bircə məni, bircə məni xatırla.
Həm çörəyin, həm duzunam mən sənin,
Həm qismətin, həm ruzunam mən sənin.
Baharınam, Novruzunam mən sənin,
Yaşıllaşan bir səməni xatırla,
Bircə məni, bircə məni xatırla.
Can üşüdən sükut görsən ağlama,
Ağlar qalmış bulud görsən ağlama.
Çiyinlərdə tabut görsən ağlama,
Bircə məni, bircə məni xatırla.


___________________Milli Kitabxana__________________
Ey Allahın göydən gələn pərisi,
Soyulsa da şairlərin dərisi,
Bil ki, mənəm min illərin dirisi,
Bircə məni, bircə məni xatırla.
QAYIDAQ ƏVVƏLKİ XATİRƏLƏRƏ
Bu gündən sabaha uzanmasın əl,
Hələ sabahlara baş vurmayaq gəl.
Necə yaşamışıq milyon il əvvəl,
Güllər şehə batsın, çiçəklər zərə,
Qayıdaq əvvəlki xatirələrə.
İlk sevgi çiçəyi harda açılıb,
Kiminçün göyərib çəmən birinci?
Sevda yollarına can atan gözəl,
Nə sən birincisən, nə mən birinci.
Analar nə qədər oğullar doğub,
Məcnunlar doğulub, bəlkə min kərə,
Qayıdaq əvvəlki xatirələrə.
Eşqin saralmayan çöhrəsi sən ol,
Toxumu mən olum, pöhrəsi sən ol.
Aşıq bir həftəlik dastan başlasa,
Tahiri mən olum, Zöhrəsi sən ol.
Şehli çəmənlərdən gül dərə-dərə
Qayıdaq əvvəlki xatirələrə.
Aldadan, aldanan, satdıran, satan;
Dünyanın işləri məzədi hələ.
İnsanın insana münasibəti
Tikandı, qanqaldı, nizədi hələ.
Köhnə xatirələr dinsin, danışsın,
Təzə xatirələr təzədi hələ,
Qayıdaq əvvəlki xatirələrə.


___________________Milli Kitabxana__________________
Bugünkü sevgilər xatirələşmir,
Bu gün xatirəyə dönmək çətindi.
Soyuq ürəklərdə ölür duyğular,
İsti ürəklərə enmək çətindi.
Ağrıdan, əzabdan, yasdan, qayğıdan
Danışmaq çətindi, dinmək çətindi.
Öz sevgi payını götürsün hərə,
Qayıdaq əvvəlki xatirələrə.
Qayıdaq əvvəlki xatirələrə...
GƏLMİŞƏM, QOYNUNDA
SIĞINACAQ VER
Əzizim sinə, sinə
Çən gəlir sinə-sinə.
Aləmə sığmaz başım
Sığıbdı sinəsinə.
Peşmandı gülləri dərdirən, dərən,
Peşmandı qurudan, peşmandı sərən.
Ömür parça-parşça, gün pərən-pərən,
Nursuz gözlərimə nurlu çıraq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
Qorlanıb varlığım, odlanıb içini,
Sənsiz mən haranı bəyənim, seçim?
Ürəklə doldurum, doyunca içim,
Qaynar baxışlardan sərin bulaq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
Qış meydan suladı, ağır gəldi yaz,
Kədərim dərindi, sevincim dayaz.
Köməşən əlimi qızdırım bir az,
Üşüyən qəlbimə od ver, ocaq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
Qalmaz bir nəsildə, bir soyda dünya,
Gah yasda keçinər, gah toyda dünya.


___________________Milli Kitabxana__________________
Nəyimə lazımdı bu boyda dünya?
Başımı qoymağa künc ver, bucaq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
Sevgidir həyatda hər şeydən baha,
Sevənlər üzünü tutar Allaha.
Heç nə istəmirəm dünyadan daha,
Ürək ver, könül ver, dil ver, dodaq ver,
Gəlmişəm, qoynunda sığınacaq ver!
GEDİRƏM BİR QƏLBİ SEVİNDİRMƏYƏ
Çəməndə çiçəyəm, sünbüldə dənəm,
Sevgidə, sevincdə dağlara tənəm.
Dünyanın ən xoşbəxt adamı mənəm,
Gedirəm bir qəlbi sevindirməyə.
İçimdə işıq var, ulduz var, Ay var,
Ruhumda çağlayan bir dəli çay var.
Könlümdə Allahın verdiyi pay var,
Gedirəm bir qəlbi sevindirməyə.
Nə həsrət, nə də ki qəm aparıram,
Nə də kipriyimdə nəm aparıram.
Quşam, dimdiyimdə yem aparıram,
Gedirəm bir qəlbi sevindirməyə.
Ay sevinc aparan, ayaqyalın qaç,
Ümid gözləyənin qapısını aç.
Dərdə dərman olub, ağrıya əlac,
Gedirəm bir qəlbi sevindirməyə.
Ucaldıb başları, uca gedirəm,
Düşsəm də zəhmətə, borca, gedirəm.
Elə bil Kəbəyə, Haca gedirəm,
Gedirəm bir qəlbi sevindirməyə.


___________________Milli Kitabxana__________________
Hər könül bir dünya, bir Kainatdı,
Gedirəm dünyanı sevindirməyə,
Gedirəm həyatı sevindirməyə.
Gedirəm sevgiyə könül bağlayan
Bütün Kainatı sevindirməyə!
ÜRƏYİM KÖKSÜMÜ YARIB ÇIXARDI
Ürəyim köksümü yarıb çıxardı,
Nə zaman gözlərim görsə qızları.
Mənim mahnılarım dayandırardı,
Hər səhər gedəndə dərsə qızları.
Qaynar baxışlardan od yağa-yağa,
Enərdik arana, qalxardıq dağa.
Qoymazdı bizləri yaxınlaşmağa,
Çəkərdi inadı tərsə qızları.
Zəlimxan, xatırla son o dəmləri,
ŞeyxSənanlaraverdiqəmləri
Dinindən döndərdi Xan Koromlori,
Tərsa gözəlləri, tərsa qızları.
SƏN GƏLMƏMİŞDİN
Səsini içinə çəkmişdi bulaq,
Yellər qanadını açmırdı o gün.
Donmuşdu dağ-dərə, donmuşdu torpaq,
Güllərin dodağı qaçmırdı o gün.
Sən gəlməmişdin.
Göydən çəkilmişdi Günəşin zəri,
Yerdə axarını çay saxlamışdı.
Elə bil ən böyük dərdi-kədəri
Təbiət mənimçün pay saxlamışdı.
Sən gəlməmişdin.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə