ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   2   3   4   5   6   7   8   9   ...   50

___________________Milli Kitabxana__________________
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum sünbülü dənə gətirdim,
Könlümdə nə varsa, sənə gətirdim.
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm,
Ölüm də, sevgi də, həyat da mənəm
Şükür Yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
SEVƏRMİŞ
İnsan oğlu vurulanda dünyaya,
Yeri-göyü, dağı-daşı sevərmiş.
Zaman onu ağlatsa da, gülərmiş,
Gözlərindən axan yaşı sevərmiş.
Eşq adama göydən nazil olarmış,
Kimi xoşbəxt, kimi rəzil olarmış.
Biri yaqut, biri qızıl olarmış,
Qaş üzüyü, üzük qaşı sevərmiş.
Alışarsan, eşq içini ovanda,
Qapılardan səhralara qovanda.
Hünərin var, dəli olma sevəndə,
Leyli gedib ağlı çaşı sevərmiş.
Canlar gedib bir cananın yolunda,
İllər qurban bircə anın yolunda.
Ay Zəlimxan, hər sevdanın yolunda
Dərd ürəyi, ağrı başı sevərmiş.


___________________Milli Kitabxana__________________
DƏLİ OLMAĞIMA
BİR ADDIM QALIB
Bilmirəm heç nəyi, lələ, bilmirəm,
Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Getmişəm, özümə gələ bilmirəm,
Dəli olmağıma bir addım qalıb.
Ömrümün bu yaşda nağılına bax,
Nağılda, ay Allah, nağıl, ona bax!
Ağılsız eşqimin ağılına bax,
Dəli olmağıma bir addım qalıb.
Əl açar, sevginin əli utanmaz,
Xırmanı iş görər, vəli utanmaz.
Yiyəsi utanar, dəli utanmaz,
Dəli olmağıma bir addım qalıb.
Bilmirəm, heç neçə yaşındayam mən,
Eşqin iştahında, aşındayam mən.
Uçrumun, yarğanın qaşındayam mən,
Dəli olmağıma bir addım qalıb.
İşarə yıxacaq, him aparacaq,
Əlimi saz yeyib, sim aparacaq.
Məni evimizə kim aparacaq?
Dəli olmağıma bir addım qalıb.
Məcnun dərs oxuyub - kitabı Leyli,
Məcnun sərxoş olub - şərabı Leyli,
Məcnun dərdə düşüb - əzabı Leyli,
Dəli olmağıma bir addım qalıb.
Gülməsin bu halda məni görənlər,
Tər çiçək nədirsə, bilir dərənlər.
Ayılın, ay mənə ağıl verənlər,
Dəli olmağıma bir addım qalıb.


___________________Milli Kitabxana__________________
Görüş sevincindi, həsrət ahındı,
Sevənlər sevgili bir dərgahındı.
Zəlimxan, mən kiməm, hökm Allahındı,
Dəli olmağıma bir addım qalıb.
BU AXŞAMI SƏN GƏTİRDİN
Ömrümüzün səhərləri, axşamları çox,
Çiçək-çiçək ulduzları, ağ şamları çox.
Axşamlara işıq verən adamları çox,
Bu axşamı sən gətirdin mənim ömrümə.
Bara döndü, budaqları əydi bu axşam,
Min səhərin ləzzətinə dəydi bu axşam.
Bir gözələ könül vermiş bəydi bu axşam,
Bu axşamı sən gətirdin mənim ömrümə.
An qonar, çiçəklərin şəhdini əmər,
Bahar adlı fəslə çatar muştuluq, nəmər.
Barmağında üzük oldum, belində kəmər
Bu axşamı sən gətirdin mənim ömrümə.
Qara saçlar, qara tellər, qara hörüklər,
Bir dəmirçi kürəsitək qəlbi körüklər.
Qəlbə hopar, qana keçər, cana yeriklər
Bu axşamı sen gətirdin mənim ömrümə.
Suyu duru, havası saf, çeşməsi sərin,
Sözü şəkər, söhbəti bal, sevgisi dərin.
Kölgəsinə sığınmışıq gözəlliklərin,
Bu axşamı sən gətirdin mənim ömrümə.
At oxunu, qaşlarının yayı çox olsun,
Səni verən yaradanın payı çox olsun,
Belə-belə axşamların sayı çox olsun,
Bu axşamı sən gətirdin mənim ömrümə.


___________________Milli Kitabxana__________________
BU QIZ NİYƏ HAVALANIB GÖRƏSƏN
Görünməmiş bir sənətmi yaradıb,
Bu qız niyə havalanıb görəsən?
Cəhənnəmdə bir cənnətmi yaradıb,
Bu qız niyə havalanıb görəsən?
Oda düşmüş, odu almır eyninə,
Odmu düşüb ürəyinə, beyninə?
Yer üzünü alıb gedir çiyninə,
Bu qız niyə havalanıb görəsən?
Göynən gedir, yerə dəymir ayağı,
Asimanda uçur mələksayağı.
Elə bil ki, budu ərşin dayağı,
Bu qız niyə havalanıb görəsən?
Dodaq qaçır, göz gülür, üz oxuyur,
Seyrə çıxıb, bir susur, yüz oxuyur.
Zalım qızı gecə-gündüz oxuyur,
Bu qız niyə havalanıb görəsən?
Gül koludu, budağını əymirəm,
Dəymə deyir, toxunmuram, dəymirəm.
Havalıdı, havasından doymuram,
Bu qız niyə havalanıb görəsən?
Harda qurub dəyəsini bilmədim,
Sahibini, yiyəsini bilmədim.
Neylədimsə, niyəsini bilmədim,
Bu qız niyə havalanıb görəsən?
Nə amana fikir verir, nə aha,
Mən qul oldum, o çevrilib bir şaha.
Bəlkə təzə qohum olub Allaha,
Bu qız niyə havalanıb görəsən?


___________________Milli Kitabxana__________________
Məni gördü gah gündə, gah kölgədə,
Ucbatından rüsvay oldum ölkədə.
Günahkarı Zəlimxandı bəlkə də,
Bu qız niyə havalanıb görəsən?
"SARITEL" OXUVAN QARATEL GÖZƏL
Sən Günəş nurusan, qar işığısan,
Yerdə yer, göydə göy yaraşığısan.
Sarıyla qaranın qarışığısan,
"Sarıtel" oxuyan qaratel gözəl!
Məni ovlamaqçün çıxmısan ova,
Yenə od vurursan çaxmağa, qova.
Bir yandan sən yandır, bir yandan hava,
"Sarıtel" oxuyan qaratel gözəl!
Qaşın nişan verdi, gözün himlədi,
Ovsuna mən düşdüm, yaram simlədi.
Məni saz bağladı, söz tilsimlədi,
"Sarıtel" oxuyan qaratel gözəl!
Bu qəmli havadı, bu şən havadı,
Mənim sümüyümə düşən havadı,
Bu mənim bağrımı deşən havadı
"Sarıtel" oxuyan qaratel gözəl!
Yada yar düşəndə dağa qar düşüb,
Meydan istəyənin yeri dar düşüb.
Ortaya nə yaman soyuqlar düşüb,
"Sarıtel" oxuyan qaratel gözəl!
Kövrələn könlümü saldın bəndə sən,
Aşıqsan, şairsən, ya xanəndəsən?
Bilmirəm Tanrısan, yoxsa bəndəsən,
"Sarıtel" oxuyan qaratel gözəl!


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə