ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə11/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

___________________Milli Kitabxana__________________
Zirvə Tanrı yanında,
kim çatmaya, kim çata,
Odur hərəkət verən
bu boyda Kainata.
Şair gözündə od var,
gözəl dilində xəta,
Allahdan qorxmasaydım,
deyərdim, Allahdı bu.
27 yanvar 2005
MƏNƏ DÜNYA BAĞIŞLA
Məcnun olmaq istərəm,
Mənə səhra bağışla.
Balıq olmaq istərəm,
Mənə dərya bağışla.
Baş qoyum dizin üstə,
Mənə layla bağışla.
Sevmək zamanı gəldi,
Qaynar çeşmə, göy çəmən,
Güllü yayla bağışla.
Əsirgəmə, ey gözəl,
Dünyanı istəyirəm,
Mənə dünya bağışla.
27 sentyabr 2004
GÖYLƏRƏ VARAN MƏNƏM
Dağ desən, gül açaram,
Bağ desən, aran mənəm.
Gözəllər Fərhadıyam,
Qayalar yaran mənəm.


___________________Milli Kitabxana__________________
Eşqi başa tac bilib,
Hər dərdə əlac bilib,
Sevgini merac bilib
Göylərə varan mənəm.
Yarıb şaxtanı, qarı,
Yıxıb bəndi, hasarı,
Səni Tanrıya sarı,
Alıb aparan mənəm.
29 sentyabr 2004
ÇƏMƏN OLSAN, ÇİÇƏYİNİ DƏRƏRDİM
Üz-gözündən Tanrı nuru tökülür,
Durulanıb, bulaqdanmı gəlmisən?
Duyğuların qanadına çevrilib,
Nəğmə olub, dodaqdanmı gəlmisən?
Bir ovçuyam, qismətimə ov gəlib,
Od yanına çaxmaq gəlib, qov gəlib.
Tufanlara, şimşəklərə lov gəlib,
Sevgi adlı sınaqdanmı gəlmisən?
Çəmən olsan, çiçəyini dərərdim,
Çiçək olsan, yaylıq üstə sərərdim,
Bəndə olsan, səni çoxdan görərdim,
Mələk olub, uzaqdanmı gəlmisən?
20 iyul 2004


___________________Milli Kitabxana__________________
Gözümə az dəyir
qarapapaqlar
VƏTƏN
Vətəndə qürbəti heç düşünmədim,
Qürbətə düşdüyüm an "Vətən!" - dedi.
Qəlbim an kimi elə sızladı,
Bağrımın başında şan "Vətən!", - dedi.
Allahı, vallahı söz olan dilim,
Yurdun hər sözünə göz olan dilim,
Ağrımın içində köz olan dilim,
Axşam harayladı, dan "Vətən!", - dedi.
Nədir bu sözdəki ilahi qüdrət?
Dizlərə taqətdi, qollara qüvvət.
Elə ki birləşdi həsrətlə qüdrət,
Ürək parçalandı, can "Vətən!", - dedi.
8 oktyabr 2004
GÖZÜMƏ AZ DƏYİR
QARAPAPAQLAR
Hər dəfə şəhərdən kəndə dönəndə
Üzür ürəyimi bir nigaranlıq.
Baxıram, özümə yazığım gəlir,
Duyuram, qəlbimə çökür qaranlıq.
Yorğun xəyalıma gör nələr düşür,
Dünənə qayıdıb fikrim bir anlıq.
Ağır yerişindən yer ləngərlənən,


___________________Milli Kitabxana__________________
Hanı o qaməti, duruşu şaxlar,
Göyəmi çəkilib bin-bərəkəti,
Gözümə az dəyir qarapapaqlar!
Mən papaq deyəndə - ata yurduna
Sonsuz sədaqəti salıram yada.
Ana-bacılara ər vəfasını,
Namusu, qeyrəti salıram yada.
Necə sevinərdik kişi görəndə,
Papağa hörməti salıram yada.
Baxardıq dağların zirvəsi kimi
Hər kimin saçında görünəndə qar.
Oynamır qamçısı, kişnəmir atı,
Gözümə az dəyir qarapapaqlar!
Nağıl yaraşıqlı, dastan şırğalı,
Bayatı ətirli söhbət istərəm.
Kişi təpərindən, ər nəfəsindən
Qəlbimə, ruhuma qüvvət istərəm.
Müqəddəs sayılan el adətinə
Əzəli, əbədi hörmət istərəm.
Böyüksüz ocağın, böyüksüz evin
Təməli dağılar, özülü laxlar.
Varlana-varlana yoxsullaşırıq,
Gözümə az dəyir qarapapaqlar.
Cavanlar dağılıb, qocalar köçüb,
Yoxsul görməmişdim bu kəndi belə.
Toylar, toyxanalar uşaq yığnağı,
Kişilər nə yaman tükəndi belə.
Qəlbimdə dədələr həsrəti ki var,
Mənim də qəddimi bükəndi belə.
Aylar da, illər də düzülər səfə,
Gün gələr qocalıq məni də haqlar.
Bizi nə gözləyir, onu bilmirəm,
Gözümə az dəyir qarapapaqlar!


___________________Milli Kitabxana__________________
Gör-götür dünyası göstərib bizə,
Elin başbiləni başda tac olub.
Sağlam toxum kimi düşüb torpağa,
Hər sözü bar verən bir ağac olub.
Əsil ağsaqqala, ağsaqqallığa
Nəsildən-nəsilə ehtiyac olub.
Oğullar görmüşəm bir kəndin deyil,
Çiynində mahalın yükünü saxlar.
Aqil babalarım, de, hardasınız?
Gözümə az dəyir qarapapaqlar!
Uzağa düşəndə süddən, sümükdən,
Bir xalqın həyatı tükənə bilər.
Canında məhəbbət, gözündə heyrət,
Dilində bayatı tükənə bilər.
Bəmində laylası yadına düşməz,
Zilində "Heyratı" tükənə bilər.
Özünü tanımaz, özgəni görməz,
Qəlbi gen olarmı düşüncəsi dar?
Döyünün, çırpının, böyük ürəklər,
Gözümə az dəyir qarapapaqlar!
YAŞA
Buna ömür neyləsin,
Daş olsa da, dayanmaz.
Buna dəmir neyləsin,
Oğulsan, arzuların
Arxasınca çat, yaşa!
Milləti rüşvət yedi,
Xalqı siyasət yedi.
Haqqı xəyanət yedi,
Oğulsan, bu dərdləri,
Dağ boyda namərdləri
Kürəyindən at, yaşa!


___________________Milli Kitabxana__________________
Yerə verilən - zəhər,
Tağdan dərilən – zəhər.
Hər gün dirilən - zəhər.
Oğulsan, bu zəhəri
Çörəyinə qat, yaşa!
İçimizi çürüdən
Qurd olar, bu boyda yox!
Torpağımız yadlara,
Yurd olar, bu boyda yox!
Dərmanı tapılmayan
Dərd olar, bu boyda yox!
Oğulsan, bu həyatda
Yaxşı bir həyat yaşa!
Sənin ki qismətinə
Bu qədər ağrı çıxdı.
Bu qədər quldur-qaçaq,
Bu qədər oğru çıxdı.
Nə qədər yalançı var,
Nə qədər talançı var,
Nə qədər palançı var,
Yaşa, ey dəli könlüm,
Hər gün narahat yaşa!
QƏRİBLƏR
Bizə ayrı düşmək haqdan əmirdi,
Yeddi il dediyin xeyli ömürdü.
Məgər mənim canım daşdı, dəmirdi,
Ana mən Qəribəm, Qəribəm, Qərib.
"Aşıq Qərib" dastanından
Sən şükürlüsənmiş, ay Aşıq Qərib,
Sənin qəribliyin yeddi il çəkib.
Tale qəriblərə zülüm göndərib,
Hərəsi bir ağrı, bir nisgil çəkib.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə