Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

II FƏSİL
Zəngəzurdan Anadoluya köçlər
I Köç: Osmanlı-Səfəvi savaşları
Əlverişli iqlim şəraitinə, relyefinə, yaylaq, qışlaq, dağlı, aranlı, bol
sulu, irmaqlı, bulaqlı, meşəli, maldarlıq üçün geniş imkanları, təbii
müdafiə, istehkam kimi kahalı, qayalı, qalalı Zəngəzur elləri tarix boyu
yadelliləri iştaha gətirmiş, bu yerlərə sahib olmaq böyük şərəf sayılmışdır.
1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ
və Zəngəzuru çox böyük itkilər bahasına tutdu, onun qoşunlarına qarşı
çox dirəniş görsətdiklərinə görə bu yerləri xarabazara şevirdi, 10 min
ailəni buradan imperiyasının şərqinə -Əfqanıstana köçürmək əmri verdi.
Teymurun bu yürüşünü canlı görüb yazıya alan  Foma Mesoplu “Əfqan
tarixi”ndə, Yesay Həsən Cəlal “Alban ölkəsinin qısa tarixi”ndə bu köç
haqqında məlumat vermişlər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında
məskən saldı. Ən maraqlısı odur ki, yerli əhali bu köçürülənləri öz adları
ilə “ağvan” çağırırdı və bu ad sonra fonetik dəyişimə uğrayaraq bütöv bir
xalqın və ölkənin adını, ünvanını dəyişib “əfqan” a çevirdi.
Zəngəzur Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502),
1502-ci ildə Səfəvi qızılbaşlarının  hakimiyyəti altına düşdü. 1420-ci ildə
Ərzurumda Ağqoyunlu hökmdarı Qara Osmanı məğlub edib Naxçıvan və
Zəngəzur ellərini “soyurğal” alan  Qara İsgəndər çoxlu sayda erməni
ailəsini Ararat və Sünikə köçürdüb yerləşdirdi. Osmanlı və Səfəvilər
arasında Qarabağ-Zəngəzur uğrunda uzunsürən qanlı döyüşlər getdi, bu
səbəbdən o dövrlərə aid “Müfəssəl dəftər”lərdə Zəngəzurun əksər yaşayış
məntəqələrinin boşaldığı, əhali yaşamadığı, xarabalıqlara çevrildiyi qeyd
edilib. İstanbul Topkapı sarayı muzeyinin kitabxanasında Zəngəzur,
Naxçıvan, İrəvanla bağlı müfəssəl məlumatların yer aldığı 48 səhifəlik
“Rəvan mühasirəsi tarixçəsi” və “Mühimmə dəftəri”nin müəllifi  Cər-
rahzadə Məhəmməd təsvir etdiyi hadisələrin canlı şahidi olub; I Şah Ab-
basın Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar, onun bu


yerlərin müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində hər iki vi-
layətin əhalisinin öz yerlərini tərk edib getdiyi faktlarla göstərilir. 
Zəngəzurdan daha bir kütləvi köç fərmanını Səfəvi hökmdarı I
Şah Abbas (27 yanvar 1571 – 19 yanvar 1629) vermişdi. Bu köçürülmənin
motivi, nədəni  həm gülməli, həm də ağlamalı idi; hücum edən Osmanlı
qoşunlarının keçdiyi hər yerdə kəndlər, bağ-bağçalar, əkin yerləri məhv
edilməli, insanlardan təmizlənməli idi ki, Osmanlı ordusu burda ac qal-
sınlar, hər yeri bomboş, insansız görsünlər, burda qalmağın mənasızlığını
görsünlər. Şah Təhmasib də bu əcaib metoddan istifadə etmişdi.
“Yandırılmış torpaqlar” adlanan bu tarixi faktı M.F Axundov da ironiya
ilə qələmə alıb. Ərdəbil və İsfahan ətrafına köçürülən həmin əhalinin yal-
nız bir hissəsi sonradan savaş müvəqqəti səngiyəndə geri qaytarıldı. 
Osmanı sultanı III Murad (1574-1595) Təbrizin, Qarabağ, İrəvan
və Naxçıvanın alınması üçün Fərhad paşaya əmr göndərir, Zəngəzur sul-
tanına və Naxçıvan xanına da məktub yazır, əhalinin öz yerlərinə qaytarıl-
ması üçün tapşırıqlar verir, onlara vergi güzəştləri edir, topladıqları
məhsulların dövlət  xəzinəsi hesabına alınmasını, idarəçilərin xalqa zülm
verməsinin qarşısının alınmasını buyurur. (Mənbə: “Urut və İskəndər
qalası livalarının müfəssəl dəftəri” və sair.) 1588-ci ildə bu yerləri
hakimiyyəti altına alıb Osmanlı dərgahına qatan Fərhad paşa çoxlu qalalar
tikdirir. Osmanlı sultanının Gəncə ilə Təbriz arasındakı Qarabağ sərhəd-
dinə bitişik Dizakda erməni üsyanlarının yatırılması üçün 1726-cı ilin
dekabrında verdiyi təlimat da arxivlərdə durur.
Həm İran, həm Osmanlı dövlətlərinə yaxın ərazidə yerləşdiyindən
əsrlər boyu Zəngəzur bu ölkələrin də hədəfinə, çəkişmə, savaş, nüfuz
məkanına çevrilib. Sünni-şiə ayrı-seçkiliyi, qarşıdurması da zaman-zaman
həm də Osmanlı, Səfəvi hərbi-siyasi mübarizəsi zəminində qabardılıb,
hətta Sultan  II Murad (1574-1596) 1578-ci ildə Qafqaza yürüşündə sün-
nilərin şiələrə qarşı “müqəddəs müharibə”sini elan etmişdi, bəzən bu
nədənlə tayfalar, xanlıqlar qarşı-qarşıya gəliblər, məzhəbindən dönə,
döndərilə bilməyənlər çıxış yolunu bu dövlətlərdən birinə köçməkdə
görüblər. Osmanlı gələndə sünnilərin, İran gələndə şiələrin “üzü gülüb”,
yaxud əksinə qara günləri başlayıb. 
XVIII əsrin II yarısına qədər davam edən Osmanlı-Səfəvi, İran
savaşları çox sayda insanın məhvi ilə bərabər, kütləvi köçlərə də nədən
olmuşdur. Osmanlı sultanı III Muradın saray münşisi-katibi ( indiki dildə


özəl qələm müdiri) İbrahim Harimi Rahimizadə-çavuş Rahimizadənin sal-
namələri əsasında rus dilində  hazırlanmış “Osmano-Sefevidskaya voyna
1578-1590-cı il” kitabı (Bakı, Nurlan-2005) bu müharibələrin dəhşətli
dağıdıcı miqyası haqqında dəqiq, etibarlı mənbədir. Həm də Şərqə sahib
olan, Avropa və Asiyaya meydan oxuyan, dövrün ən güclü dövlət saray-
larında yuxuları qaçırdan, hərəsi ayrılıqda dünyaya hökm edə biləcək gücə
malik (hələ birlikdə olsaydılar hansı gücdə, qüvvədə olardılar ?!) eyni
dildə danışan bu iki türk, müsəlman dövlətin heç bir əsaslı səbəb olmadan
qoşun çəkib bir-birini kin və nifrətlə, olmazın işgəncəsi ilə qırıb tükətməsi
adamı dəhşətə gətirir.
Onlardan biri-1578-ci il müharibəsi haqqında 1590-cı ilə “İrəvan
vilayətinin müfəssəl dəftəri”ndə qeyd var;  Səfəvi-qızılbaş təbəəsi olan
Sisian, Bazarçayı, Zar və Zebil nahiyələrindən 90 kəndin köçürülməsi
barədə Osmanlı sultanı III Muradın (1574-1595) 28 aprel 1578-ci ildə
verdiyi fərman arxivlərdə durur. Köçürmədən Qarakilsənin cəmi 4 kəndi
kənarda qalmışdı ki, onlarda erməni və türk əhalisi qarışıq yaşayırdı.
Həmin fərmanda qızılbaş müsəlman kişilərinin məhv edilməsi, qalan
əhalinin köçürülməsi ilə bərabər erməni əhalisinin can və mallarına zərər
vurulmaması da məxsusi olaraq buyurulmuşdu.
Boşalan kəndlərə isə erməni əhalisi axışıb gəlirdi. 1727-ci ildə
artıq Zəngəzurun 18 kəndində ermənilər məskun idilər.
1724-cü ildə Osmanlı sultanı Qarabağı tutaraq mərkəzi Gəncə olan
Qarabağ bəylərbəyliyi yaratdı. Ancaq türklər burda çox qala bilmədilər.
1736-cı ildə Qarabağ  bəyləri Nadir şahın Muğanda keçirilən  tacqoy-
masına adam göndərmədilər ki, şah ancaq Səfəvi sülaləsindən olmalıdır.
Bunun intiqamını Nadir şah Qazax, Borçalı, Şəmsəddin ellərini Qarabağ-
dan alıb Kartli çarı Teymurazaın ixtiyarına verdi. Qarabağ, eləcə də
Zəngəzurdakı cavanşir, otuz iki, kəbirli elərini Xorasan, Əfqanıstana
sürgün etdirdi, beş erməni məliklərini isə birbaşa özünə tabe etdi.
Qarabağlıların belə elliklə köçürülməsi şah sarayında qulluqda olan Pə-
nahəli bəyi və Fəzləli bəyin açıq və  ciddi etirazı ilə qarşılandı. Nadir şah
Fəzləli bəyi edam etdirdi, Pənahəli bəy isə bir dəstə sadiq silahdaşı ilə bir-
likdə qaçıb qurtularaq Zəngəzurlu Qara Murtuza bəyin yaylasında məskən
saldı, burdan Qarabağ xanlığının yaranmasına yol açdı. Xanlığın sərhəddi
cənub-şərqdə Bərgüşada qədər olan torpaqları-Tatev, Sisian, Qafan, Meğri
idi. Hacısamlı, Kolanı, Çəlbəir-Zəngəzur bütünlüklə Qarabağa daxil oldu.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə