Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

Osmanlı İmperatorluğu, istərsə də Türkiyə Cümhuriyyəti dövrünə
aid sənədlərdə, çoxsaylı mənbələrdə mühacir, köçkün azəri türklərinin
Anadolu torpaqlarına gəlişinə, keçişinə heç bir qadağa, məhdudiyyət
qoyulmadığı aşkar görünür, əksinə onların məskunlaşması üçün dövlət
səviyyəsində imkan dairəsində hər cür yardım edilmişdir. 
Amasyadakı Şirvan Camesində Qafqazdan bura pənah gələnlərin
müvəqqəti yerləşməsi üçün yatacaq, yeyəcək guşələri ayrılmış, yerli dini
icmalar, imkanlı şəxslər maddi yardımlar, ianələr vermişlər. Qarabağ və
Zəngəzurdan gələn mühacirlərin Van, Adana, Diyarbəkir, Bitlis, Ərzincan
digər vilayətlərə yerləşməsi, onların məsrəflərinin ödənilməsi üçün
Dahiliyə Nəzarəti, Maliyyə Nəzarəti, Mühacirlərin İslamiyə Komisyonu
Sədarəti kimi qurumların raportları, qaimələri, təlimatları arxivlərdə qal-
maqdadır. 
Məsələn, onlardan birində- Maliyyə Nəzarəti İdarəsinin 28 ok-
tyabr 1901-ci il tarixli təzkirəsində yazılır: “Rusiyanın Gəncə vilayətinə
bağlı Cəbrayıl qəzası xalqından köç edib Vandan Diyarbəkirə gələn 480
nəfərlik mühacirlərin bahar mövsümünə qədər məsrəfləri ödənsin.”
Yaxud Mamuratülaziz vilayətində tikilən evlərə Qarabağlı mühacirlərin
yerləşdirilməsi izni verilmişdir. 8 noyabr 1906.
Maraqlı haldır ki, İran hakimlərinin Qarabağda törətdikləri vəhşi-
liklər barədə də Osmanlı sultanlarına şikayətlər göndərilib, yardım
istənilib.
Başqa bir sənəddə Qarabağlı mühacirlər Van valiliyinə onların
İranın Köhnə şəhəri ətrafında var-yoxlarının əllərindən alınması barədə
şikayətlərinin araşdırılması üçün 7 aprel 1903-cü il tarixdə Sədarətin adın-
dan Osmanı konsulluğuna təlimat verilmişdir.
Bu onu göstərir ki, Osmanlı dövləti heç zaman Qafqazdakı müsəl-
man türk əhalisinin ağrılarına biganə qalmayıb.


Azərbaycanlıların Anadoluda məskun olduqları ellər
“Türkiyədə ən çox  Azərbaycan Türkü Qars, Iğdır və Ağrı vi-
layətlərində yaşayırlar. Qars şəhər mərkəzinin 35-40 faizi azərilərdir.
Qarsın qərbindəki Başgədiklər beldesi və kəndlərində yaşayanların əsas
hissəsi, şərqindəki Akyaka qəsəbəsinin 80 faizi, Arpaçayın isə yarısı
azəridir. Digora bağlı 2 azəri kəndi var. Qarsın Selim, Sarıkamış və Kağız-
man qəsəbələrində də xeyli azəri yaşayır. 
Qars bölgəsində yaşayan əhalinin ümumilikdə 25-30 faizi azəridir.
Iğdırda 15-20 il öncəsinə qədər əhalinin 80 faizi azəri idi, kürdlərin artımı
ilə bu rəqəm nisbəti  indi 60 faizə enib. Şəhər mərkəzində azərilər 60,  Tu-
zluca, Aralık,  Karakoyunlu kimi iri kənd, qəsəbələrdə 50 ilə 75 faİz
arasındadır.
Azərilər Ağrının Taşlıçay qəsəbəsində-ilçesinde əhalinin yarısını
təşkil edir. Vilayətdə azı 5 faiz əhali azəridir. 
Azərilərin bir xeyli hissəsi də Türkiyənin qərbindəki şəhərlərdədir. 
İstanbulda ən azı 300 min azəri yaşayır... http://wowturkey.com”
Əlbəttə, bu tam siyahı deyildir.
Sayı minlərlə olan bu mühacirlər, yurd həsrəti ilə yaşayan insanlar
Azərbaycan sərhəddinə yaxın torpaqlarda ona görə məskunlaşmışlar ki,
vətənə yaxın olsunlar, həmişə də gözləri yolda, qulaqları səsdə olmuşdur
ki, nə zaman Sovet hökuməti yıxılacaq ki doğma yer-yurdlarına qayıda-
caqlar....
Onlardan biri Prof. Dr. Dilşad Elbrus Talıphan (Karabağ 1916-
İzmir 1979) Azərbaycanın tanınmış nəsillərindən biri Xalq Cümhuriyyə-
tinin siyasi həyatında fəal iş aparmış Talıbxanlar ailəsində doğulmuşdu.
Anası, böyük bacıları Qəmər və Sürəyya ilə birlikdə 1927-ci ildə dayısı
Hüseyin Cemal Yanar bəy ilə Türkiyəyə gələrək İstanbulda yerləşmiş, İs-
tanbul Qız liseyini və İstanbul Universitetinin Fizika Bölümünü bitir-
mişdir. Onun atom fizikası sahəsində araşdırmaları, elmi işləri Amerika,
İngiltərə və Almaniyada böyük maraqla izlənilir və yüksək
qiymətləndirilirdi.
Tanınmış alim yaşının gənc, ahıl vaxtlarında da doğma vətən-
Azərbaycan həsrəti ilə yandığını məktublarında, söhbətlərində həmişə dilə
gətirərdi. İngiltərədə olarkən 1956-cı il aprelində Rus işğalını lənətləyərək
yazırdı;


Aziz Azerbaycan’ımız, vahşi bir istilaya uğradığı günün yıl
dönümünü derin bir elemle anarak içten bir yürek acısı duymak-
tayım. Sizlerden çok uzakta olmama rağmen kalbimin sizlerle be-
raber bu büyük matemimizin elemini duymakta olduğumu bu
satırlarla belirtmek istedim. Tanrım bu vahşi istilanın daha fazla
devam etmesini reva görmeyerek, aziz yurdumuzu en yakın gelecekte
istiklaline kavuştursun! (Fevziye Tansel, “Prof. Dr. Dilşad Elbrus”,
Azerbaycan Dergisi, S. 230, Nisan-Mayıs-Haziran 1979, s. 35-37.z)
Bolşevik işğalının Azərbaycana gətirdiyi faciələri, mənəvi əz-
abları, xüsusən Vətəndən uzaqlarda mühacir həyatı yaşayıb həsrətlərinə
qovuşmadan dünyadan köçən insanların ağrılarını sözlə ifadə etmək
müşküldür. 
Türkiyə mənbələrində Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihəsi çərçivəsində ax-
tarışlarıma Türkiyədəki dostlardan sanballı dəstək-3 dəyərli kitab
hədiyyəsi də gəldi; 
“Osmanlı belgelerinde Karabağ”, 660 səhifə, İstanbul 2009,
“Azerbaycan belgelerinde ermeni sorunu (1918-20)”, 682 səhifə,
Ankara 2001. Hər ikisi  Türkiyə Cümhuriyyəti Baş Dövlət Arxivləri
Müdirliyinin nəşridir.
Dr.Sebahattin Şimşirin “Azerbaycanlıların Türkiyede siyasi ve
kültürel faaliyetleri (1920-1991)”, 256 səhifə, İstanbul, 1999
Bu kitabları oxuduqca qəlbim qürurla doldu, bir millətin iki
dövləti olmanın sevincini bir daha yaşadım. Son bir neçə əsrdə əslən Azər-
baycan türkü olan Şirvanlı Seyyid Yahya Celaleddin, Şirvanlı Fethullah,
Mahmud Bin Mehmed Dilşad Şirvani,  Yusuf Ziyaeddin Mahdum, Baba
Nimetullah Mahmud Nahçıvani, Mühiddin Mehmed Karabaği, Azeri
İbrahim Çelebi, Molla Ahmet Şemseddin Karabaği, Şirvanlı Abdurrahim,
Uşşaki Şemseddin Şirvani, Mehmet Emin Bin Sadrettin Şirvani, Sadık
Efendi Şirvani , Yusuf Bin İbrahim Şirvani, Ebubekr Bin Rüstem Şirvanli,
Hamza Nigari Karabaği, Ahmet Hemdi Efendi Şirvani, Şirvanlı Mehmet
Halis Efendi, Şirvanzade  Mehmet  Rüştü  Paşa, Hüseynzade Ali Bey kimi


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə