Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

çəkib.
Mir Həmzə Nigari öz doğma vətəni Qarabağa çox böyük məhəb-
bət bəsləmiş, Türkiyədə olduğu vaxtlar Qarabağa olan həsrətini şeirlərində
dilə gətirmişdir. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra
yazdığı şerində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu
iztiraba qərq etdiyini ifadə edir. Bununla birlikdə, sanki o, 100 il sonra
Qarabağın rus-ermənilər tərəfindən işğal edilib talan ediləcəyini fəhm ilə
hiss etmiş kimi bu günkü qarabağlıların ağrı-acılarını da heyrətamiz
duyğu, hissiyyatla duyub yaşamış və nəzmə çevirmişdir:
Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar tökər Miri-Nigari məgər,
Yad qılıbdır yenə Qarabağ torpağını.
Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşdır bostanım,
İndi gülüstanım Qarapirimdir.
Bir qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı.
Gözlərimdən hər dəm qan – yaş tökülür,
Sərvtək qamətim yaytək bükülür.
Sinəmə çal-çarpaz dağlar çəkilir,
Yadıma düşəndə Çilgəz yaylağı.
Ey Nigari, ömrün erişdipayə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.


Şeyx şeirlərində onun doğma yurdu Qarabağı zəbt edib Məcnunu
Leylisindən-Qarabağ aşiqi Mirhəmzəni Qarabağından didərgin salan
Moskvanı da lənətləyir, çox böyük dəyər veridyi Şeyx Şamil hərəkatına
özünün hüsn-rəğbətini də göstərir. Bəzi mənbələrdə Şeyxin Qarabağdan
bir dəstə düzəldib Dağıstan və Car-Balakəndə ruslara qarşı savaşdığı da
yer alıb.
Mərdi-mərdanə o qaplansifəti-Moskof ilən
Eyləmək cəngü cədəl şiri-Dağıstanə düşər.
Dağıstan şiri sözsüz ki Şeyx Şamildir.
Şeyxin dini görüşünün əsasında Allaha, Həzrəti-Peyğəmbərə
(s.ə.s), və onun  əhli-beytinə sonsuz məhəbbət durur. Əksər şeirlərində də
cani-dildən könül verdiyi bu ulu məhəbbəti vəsf etmişdir.
Allahı, Məhəmmədi və aliyi sevən dustanız,
Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız.
Çar yarı istəriz, zira ki Mustafanın
Dustinə dustiz, vallah, xəsmaninə xəsmaniz.
yaxud,
Nəsli-Məhəmmədi sevmək, istəmək
Haqqın bizə başqa kəramətidir.
***
Biz xaki-peyi-Ali-əba çakəri-çarız,
Yaranına yarız, dəxi əğyarına narız.
Özünün nəqşibəndi olduğunu da fəxarətlə vurğulayır.:
Əlmədəd, üftadəyəm, ya dəstgir,
Ya Məhəmməd, ya Əli, ya Nəqşibəndi!
Göründüyü kimi Həzrəti Məhəmmədi (s.ə.s), Həzrəti Əli ilə bir-
likdə bu təriqətin yaradıcısı Bəhaəddin Nəqşibəndini də piri saydığını
söyləyir. 
Çoxlu şeirində Kərbəla, İmam Hüseyin şəhadətini vəsf edir, Yezidi
lənətləyir. 
Onun bir çox şeirləri bu gün də Anadolunun, Qafqazın çeşidli
guşələrində məclislərdə oxunur, rituallarda səslənir, ruhları Allaha, sevgili
Peyğəmbərimizə yaxınlaşdırır, qovuşdurur. 


Bu mənada sovet-KQB rejiminin meydan suladığı illərdə çox sevdiyim
yazıçı İsmayıl Şıxlının “Dəli Kür”də Nigarini, nəqşbəndiliyi yaddaşlara
gətirməsini minnətdarlıqla xatırlamaq lazımdır. Bu gün də Qafqaz və
Anadolunun bir çox guşələrində nəqşibəndi təriqətinə mənsub çox sayda
dindar insanlar vardır, Allaha qovuşmaq üçün bu yolu seçiblər, o yola
sadiqdirlər. 
Tək Azərbaycanda deyil, bütün islam aləmində dünya super gü-
clərinin planlı şəkildə əsrlərdir yaydığı təriqətçilik psixologiyası bu gün
getdikcə daha çox ayrılığa, qütbləşməyə gətirib çıxarır, islam aktiv
siyasətə qarışır, qarışdırılır. Belə bir zamanda Şeyx Mirhəmzə Nigarinin
dini görüşlərinin  müqəddəs islam dinimizə yaxınlığı, birliyə, bütün-
ləşməyə, qardaşlaşmağımıza, güclənməyimizə vəsilə olduğu göz qabağın-
dadır.  
Şeyxin nüfuz dairəsinin genişliyini görüb dəyərləndirmək üçün
daha bir nüansa da diqqət yetirək.
Nigari təriqətə girincəyə qədər şeir yazmamışdır. Nəqşibəndi
təriqətinə könül verdikdən sonra həm əruz, həm də heca vəznində, xalq
şeiri üslubunda şeirlər yazmağa başlamış, az zaman içərisində şöhrət
qazanmış, şeirləri dillər əzbəri olmuş, çoxlu şairlər ondan ilham almış,
özlərinə ustad saymış, şeirlərinə nəzirələr yazmışlar. 
Nigarinin əsas davamçıları bunlardır: oğlu Siraci, Şahnigar Xanım
Rəncur, Kadı Mahmud Əfəndi, Hacı Məcdi Əfəndi, Hacı Rəhim Ağa Dil-
bazov Vahidi, Qazi Osman Əfəndi, Hacı Zəkəriyə Əfəndi, Hacı Teyyub
Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı Mustafa Əfəndi, Sadi Sani
Karabaği, qohumlarından bir çoxu və başqaları. Bunların bəziləri
haqqında Firidun bəy Köçərli də bəhs etmişdir.
Şahnigar xanım Rəncur- 1850-ci ildə Qazax rayonunun Ağköynək
kəndində dünyaya göz açmışdır. Babası tanınmış şairlərdən olub. Şeir-
lərini Rəncur təxəllüsü ilə yazmasına baxmayaraq, onu hamı Mollaxanım
adıyla tanımışdır. Təhsilini ağabəyi Hacı Məhəmməd Ağadan almışdır.
1899-cu ildə vəfat etmişdir. Şahnigar xanımın dindar, namuslu, vaxtının
çoxunu ibadətlə keçirən bir xanım olduğunu yazırlar. Davamlı təhsil gör-
məsə də, yaxşı təbi, şairlik qabiliyyəti olub. Nigarinin müridlərindən və
heyranlarından olub, 200-ə qədər şeiri qalıb. Firidun bəy Köçərli (“Azər-
baycan ədəbiyyatı”, c 1, Bakı 1981. səh. 251.) 
Rəncurun mürşidi Nigari ilə qəzəl şəklində yazışmaları da vardır.


Bunların türkcə mənbələrdəkindən bir nümunə: 
Ey deriğa kim o şahın meh camalın görmedim 
Üz sürüp dergâhına ruxsar-ı alın görmedim. 
Ötmedim kuyinde her şeb ta seher bülbül kimi 
Yetmedim megsude bir dem gül vüsalın görmedim. 
Dest-i pakin bus edib hem her teref “hu-hu” deye 
Seyr eden sermest-i rind-i laubalin görmedim. 
Ey deriğa kim o mahın helge-yi üşşagde 
Seyr-i çalakın vücud-i bi-misalin görmedim. 
Der cahan elhamdülillah xeste-yi Rencure’nin 
Medh-i şahından sevayı bir kemalin görmedim. 
Şairin digər bir davamçısı Hacı Rəhim Ağa Dilbazov Vahidi Qazağın
Xanlıqlar kəndində 1822–ci ildə doğulmuşdur. 1859–cu ildə Həcc ziyarət-
inə gedəndə və qayıdanda Nigari ilə görüşmüş, vətənə dönəndən sonra da
ona şeirlər həsr etmişdir ( F. Köçərli, 1981, səh 142). 
Aşağıdakı şeiri də Vahidi çox sevdiyi, ürəkdən bağlandığı mürşidi
Nigariyə həsr etmişdir. 
Bir melahet gülşeninde yarı gözler gözlerim 
Behr-i dür gevvasıyam mirvari gözler gözlerim. 
Feyzinin müştağı çeşmim müttesil bidardır 
Şol teriget mürşidi Nigarı gözler gözlerim. 
Sagiya ver bir gedeh artır gözüm fevvaresin 
Çün senin sermestinem xummarı gözler gözlerim. 
Gılma inkârın hasuda aşigin mehbubu var 
Var olalı yox deme bir varı gözler gözlerim.
Eşg serfinden hebiba bir metaim var menim 
Bu metai satmağa bazarı gözler gözlerim. 
Şükrililllah çün Vahidi sagiden sermestdir 
Mest-i lütf-i vehdetem didarı gözler gözlerim. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə