Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

Siracəddin Qarabaği
Sözsüz ki, Şeyxin ədəbi davamçıları arasında diqqət çəkən isim
Şeyxin oğlu Siraci-Siracəddindir. Qeyd edək ki, Siracəddin Şeyxin Əminə
xanımdan olan oğludur və ona ustadı Mövlana İsmayıl Siracəddin Şir-
vaninin ismini qoymuşdu. 1851-52-ci ildə Ərzurumda yaşayarkən adam
göndərib bu ana-balanı Qarabağdan bura yanına gətirtmişdir. Lakin
taleyin acı qisməti ilə Siracəddin xəstələnib ölür, bu ağrı Şeyxi ömrünün
sonuna qədər tərk etmir, ağır üzüntü ilə yada salır.
Təəssüflər olsun ki, cəmi 18-19 il ömür sürmüş, şeirləri ilə Seyid
Əzim Şirvani, Sədi Sani Qarabağinin də diqqətini cəlb etmiş Siraci
haqqında demək olar ki, müasir Azərbaycan oxucusunun məlumatı yox-
dur. Hətta, Seyid Nigari haqqında son illər çıxan kitablarda, yazılan
məqalələrdə də onun həyatdan vaxtsız getmiş bu istəkli övladının
yaradıcılığı barədə məlumat yoxdur. Halbuki Osmanlı dövründə də,
Türkiyədə də çıxan bir çox külliyatlarda onun şeirləri toplanmış, haqqında
bilgilər verilmiş, ancaq əslən azəri türkü, Seyid Nigari yadigarı olması
qeyd edilməmişdir.
İstanbul Universitetinin professoru, ədəbiyyatımızın gözəl bilicisi
və yorulmaz tədqiqatçı, təbliğatçısı olmuş Əhməd Cəfəroğlu yazırdı ki,
ona Amasyada yaşamış Hacı Mahmud Əfəndizadə tərəfindən bağışlanan
Sədi Qarabaği divanının sonunda Seyid Nigari, İbrahim Veysi  bəylə bir-
likdə Siraci şeirlərinin də 8 səhifəlik əlyazmaları da var imiş, həm də bu
tanıtma ilə: “Seyid Nigari oğlu olan  Mövlanazadə Siracəddin əfəndi
həzrətləri Qarabağlıdır.” Amasya tarixinin tədqiqatçısı Hüsaməddin bəyə
görə Siracəddin 1858-ci ildə (hicri 1278) Qarabağda dünyaya gəlib 1877-
ci ildə vəfat edib. Şeirlərindən görünür ki, güclü təbi varmış, dilin və şeirin
qayda-qanunlarını gözəl bilirmiş. 
Dostu Sədi Siracinin 13 qəzəlini, 2 müxəmməsini və 1 natamam
tərkibbəndini öz divanının sonuna köçürməklə nə qədər böyük xeyirxahlıq
etmiş olduğunu heç düşünməzdi. Əgər Sədi Qarabağinin bu zəhmətinin
bəhrəsi olmasaydı, heç həmin şeirlər də gəlib  günümüzə çatmazdı. 
Ə.Cəfəroğlu həmin şeirləri 1932-ci ildə İstanbulda latın əlifbasıyla kiçik
bir kitabçada nəşr etdirmişdir.  Kitabçanın titul vərəqində isə yazılmışdır:
“Azəri ədəbiyyatının materiallarını ilk dəfə toplayan mərhum Firidun
Köçərlinin əziz ruhuna ithaf edirəm.” Siracinin “Saqi” rədifli qəzəlinə 2


müxtəlif musiqi yazılıb, bu gün də Ərzurum və İstanbulda sevilərək ox-
unur, dinlənilir. Bu şeirin bir özəlliyi və gözəlliyi ondadır ki, rədifli qəzəlin
hər misrasını təqt bölgüsüylə ikiyə böləndə xalq şeiri üslubunda oynaq,
rəvan bir gəraylı alınır:
Ver mənə cami yari
Ta ki, bulam qərari
Verməm bu ruzigari,
Bihudə badə, saqi!
Atəşlərə Siraci,
Yandı, nədir əlaci?
Gəl ol sən ona naci
Sübhü məcadə, saqi!
Şeirləri dövrünün bir çox şairlərindən fərqli olaraq sadəliyi, rə-
vanlığı ilə seçilir, ərəb-fars sözləri ilə yüklənməyib, Qarabağda gen-bol
işlənən söz, ifadələrlə zəngindir, həm də bu şeirlərdə gənc yaşdakı Sir-
acinin poetik təfəkkür sahibi olduğu görünür.
Müjən, qəmzən dəlib bağrım töküb qanım gülüstanə
Qızılgüllər yəqin ondan boyanıbdır al qanə.
Ey Siraci, söylədin bir şeri-şirin zövqilən
Eyləsin tənzir, pişi-şairi Şirvanə çək!
yaxud,
Zülfün siyahı saldı mənim başıma sevda,
Sevda səri-səhranı  mənə göstərir eyva!
Eyvah! Oluram Qeys məsəl sahibi-səhra.
Səhranı tutub kim aparar hər gecə Leyla...
Ziyaəddin Fəxri bəy də “Ərzurum şairləri” adlı kitabına (İstanbul,
1927) Siracinin şeirlərini daxil etmiş, ancaq bu zaman səhvən  “Ərzu-
rumlu şair Osman Siracəddin” adıyla vermişdir.  
İnanırıq ki, Siracəddin Mir Həmzə Seyid Nigari oğlunun şeirləri
toplu halında Azərbaycanda da nəşr ediləcəkdir.
...Özülü 2 əsr əvvəl qoyulan qardaşlıq körpüsü son illər daha da
möhkəmlənir, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə günbəgün
genişlənməkdə olan əlaqələrdən “şahzadələr şəhəri” Amasyaya da bir qol
ayrılır, get-gəllər yaranır. İndi bu şəhərdə Azərbaycan-Türkiyə qardaşlığı
dərnəyi, muzeyi fəaliyyət göstərir. 19 oktyabr 2012-ci ildə Azərbaycanın
dövlət televiziyası ilə göstərilən 1 saatlıq verilişdə ötən 2 əsrdə Qafqazdan


buraya köçən insanların övladları danışırdılar,  Azərbaycan adının
bütövlükdə Amasyada nə qədər məhəbbətlə çəkildiyini, sevgilərini izhar
etməkdən doymurdular. Onların sözlərinə görə hər 3 amasyalıdan birinin
kökü Qafqazlara gedib çatır. Şəhər ətrafında çox sayda kəndlər yalnız
azərilər tərəfindən salınıb, Osmanlı dövləti, ardınca da Türkiyə Qafqazdan
gələnlər üçün münbit torpaqlarda el-oba, kənd salmağa izin verib, hər cür
şərait yaradıb.
İlk təşəbbüs olaraq 2011-ci il oktyabrın 14-də Amasya şəhərində
Saraydüzü Qışlası Kültür  mərkəzində Azərbaycanın dövlət müstəqil-
liyinin 20 illiyi münasibətilə “Ağsu möcüzəsi” adlı sərgi açılmış, 2012-ci
il mayın sonunda ölkəmizdən də böyük bir heyətin qatılımı ilə Amasyada
Beynəlxalq Mir Həmzə Nigari Simpoziumu keçirilmişdir. 2014-cü ildə
isə növbəti Simpoziumun Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Urudda doğuldu, İstanbulda əbədiyyətə qovuşdu
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, maarifçi,
yazıçı, jurnalist, naşir, mühacir siyasi-ədəbi irsimizin görkəmli nü-
mayəndəsi  Mirzə Məmmədsadıq Axundzadə 1895-ci ilin dekabrında
Zəngəzur qəzasının Sisian bölgəsində Urud kəndində nüfuzlu bir nəslə
mənsub ailədə doğulmuş, ilk təhsilini Urud  mədrəsəsində almışdır. O,
Türkiyədə Mehmet Sadık Aran kimi tanınmışdı.
9 illik təhsil verən Urud  mədrəsəsi haqqında bu torpağın yetirməsi
olan Xalq yazıçısı Əli Vəliyev yazırdı:  “Nəcəfdə (İraq) ali təhsil alıb
mollalıq etmək hüququ qazanmış Fətullah, Gorusda 2 dərəcəli rus mək-
təbi qurtarmış Sadıq, məşhur şair Ləlini bağlamış şair Mirzə Hüseyn
Urudda yaşayırdılar. Urudda oxumuşlar, savadlılar, söz qoşanlar, təbi
gələnlər o biri kəndlərdən qat-qat çox idi. Urud kəndində 1918-ci ilə
qədər molla Bağırlılar ailəsi, Molla Səmih bəy, Molla Fətullah mədrəsədə
dərs demişlər. Burada dini dərslərlə yanaşı, dünyəvi fənlər də tədris
edilirdi. Burda dərs deyən Mirzə Sadıq Axundzadə Təbrizdəki ali dini mə-
drəsənin məzunu idi.”
1880-ci illərdə Zəngəzurda 491 mədrəsə, 21 ibtidai, 6 ruhani mək-
təbi fəaliyyət göstərirdi, həm də əksəriyyəti ayrı-ayrı imkanlı şəxslərin
maddi, mənəvi yardımı ilə.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə