Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

Zəngəzurun yetirmələri Birinci Cahan Savaşında xristian
dünyasının türk-müsəlmanlara, Osmanlı dövlətini yer üzündən silməyə
yönəldilmiş son səlib yürüşünə qarşı döyüşlərdə türk qardaşları ilə çiyin-
çiyinə vuruşmuşdu. 
İkinci Dünya Müharibəsi cəbhələrində almanlara əsir düşən min-
lərlə  həmvətənimiz müharibədən sonra ya Sovet İttifaqına, doğma Azər-
baycana qayıdıb güllələnməyi göz altına almalı, ya da Avropa, o cümlədən
qardaş Türkiyədə qalıb yaşamalıydılar. Onların arasında yüzlərlə
zəngəzurlu da vardı. 
Daha bir fakt; Zəngəzurdan müharibəyə çağırılan azərbaycan-
lılarla ermənilərin sayındakı nisbət ümumi əhalinin sayındakı nisbətdən
xeyli fərqli idi. Belə ki, azərbaycanlıları yaşı az və ya çox olmasından
asılı olmayaraq hərbi xidmətə cəlb edirdilər. 
Ümumiyyətlə, Azərbaycan, Ermənistan, Gürcüstandan 2-ci Dünya
savaşına çağırılanların, cəbhədə həlak olanların say nisbətini təhlil edəndə
qarşıya acı mənzərə çıxır; bu müharibəyə məqsədli şəkildə həm də türk-
müsəlman əhalinin azaldılması üçün fürsət kimi də baxılıb. Bu sətirlərin
müəllifinin (H.N)  biri 18 yaşına çatmamış olmaqla bir ailədə doğulmuş
3 əmisinin 3-ü də müharibə qurbanıdır. Çox qədim tarix və zəngin
mədəniyyət incilərimizi özündə qoruyub saxlamış, oğuz-türk kimliyimizə
şahid olmuş Urud ( ilk mənbələrdə Rud ) kəndindən 63 nəfər cəbhəyə
gedib, onlardan 34-ü geri qayıtmayıb. Bu kəndin tək alimlərinin sayı 50-
yə çatır. 
Yeri gəlmişkən, alman əsirliyində azərbaycanlı əsirlərin də
yaşamış olduğu əzablar hadisələrin şahidi olmuş bir azərbaycanlı le-
gionerin – Ramazanın 1952-ci ildə Münhendə nəşr edilən “Qafqasya” ju-
rnalında dərc olunmuş “Çılğınlıq qurbanları” sərlövhəli
xatirə-məqaləsində yazırdı: “Legionerlərin təhvilində daha bir qanlı
hadisə, 1945-ci ilin mayın 28-də Avstriyada, Oberdrauburqda baş verdi.
Belə ki, beş minə yaxın legioner Sovetlərə təslim edildi.  Lakin onların
heç birisi Sovet İttifaqına qayıtmaq istəmir, müqavimət göstərirdilər. Müt-
təfiq orduların zabitləri heç kəsi buraxmaq istəmir, yalnız bir fikir
bildirirdilər: orada, vətəndə hər şey həll edilir. Belə olduqda, bir çox le-
gionerlər boğazlarının  damarlarını kəsib intihara başladılar. Bəziləri isə
qatar bütün sürəti ilə hərəkət etdikdə özlərini pəncərədən yerə atdılar.
Bütün əsirlər keçmiş alman hərbi düşərgəsi olan Spitelə gətirildi. Qurban-


larını gözləyən ağgözlü NKVD-çilərin əlinə keçməmək üçün bütün əsir-
lərin üstləri hər şeyləri əllərindən alındı. Bu zaman qocalar və müdafiəsiz
qadınlar coşğun Drau çayı sahilində dəhşət içində özlərini yerə vurdular.
Lakin əsgərlər uşaqlı qadınlara belə rəhm etmədən tüfəng və süngülərlə
adamları vaqonlara doldurmağa başladılar. Bir çoxları uşaqları ilə birgə
özlərini Drau çayının coşğun sularına atıb boğuldular. Bir çoxları olduqları
yerdə intihar etdilər. Bəzi legionerlər isə müttəfiq ordu əsgərlərinin
köməyindən yararlanıb xəlvəti olaraq Avstriya dağlarına qaçdılar”. 
Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu
illər Rusiya-Türkiyə müharibələrindən sonra Erməni vilayətinə (İrəvan
və Naxçıvan xanlıqlarının ərazisinə) İran və Türkiyədən 57266 nəfər er-
məni (10631 ailə) köçürülmüşdü. Köçürülmələrdən əvvəl həmin ərazidə
cəmisi 25131 nəfər (4428 ailə) erməni yaşamışdır. Müharibələrin
nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən türklərin xeyli
hissəsi qaçqın düşmüş, orada yalnız 81749 nəfər (17078 ailə) müsəlman
qalmışdı. Köçürmələrdən sonra isə ermənilər 82397 nəfər (15059 ailə)
təşkil etmiş, nəticədə müsəlmanları sayca üstələmişdilər.   
Bu köçlərə müharibədən sonrakı SSRİ Hökumətinin qərarı ilə Er-
mənistandan azərbaycanlıların kütləvi köçürülmələri də əlavə edilməlidir.
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolx-
ozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə
azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına
dövlət səviyyəsində nail oldular.
Faciənin böyüyü isə hələ qabaqda idi.
IV  Köç
İşğal
Dağılmaqda, ömrünü başa vurmaqda olan SSRİ rəhbərliyinin,
Rusiya, ABŞ, Fransa, İngiltərənin, erməni lobbisinin xeyir-duası, fəal
hərbi-siyasi dəstəyi ilə, həm də Azərbaycan xalqının öz ərazi bütövlüyünü
qorumağı bacarmaması sayəsində əsrin əvvəllərində yazılmış, icrası
yarımçıq qalmış ssenari reallaşdırıldı: 1988-ci il noyabrın 22-dən 28-dək
əvvəlcə Ermənistanın 22 rayonunun yüz illərlə azərbaycanlılar yaşamış


170 kəndindən, eləcə də qarışıq-həm azərbaycanlılar, həm də ermənilər
yaşayan  94 kəndindən bütün azərbaycanlı əhali var-yoxu talan, qarət
edilərək daimi yurd yerlərindən qovuldu, bu zaman 216 nəfər dinc sakin
qətlə yetirildi. 1991-ci il avqustun 8-də Ermənistanda qalan sonuncu azər-
baycanlı müsəlman kəndi Nüvədi də boşaldıldı. 
Dağlıq Qarabağ Muxtar Vilayətindəki azərbaycanlılar da eyni
aqibəti yaşadılar. Xocalı, Qaradağlı faciələri əsrin ən ağır fəlakətləri
sırasında yer aldı. Dağlıq Qarabağ ətrafındakı 7 rayondan azərbaycanlı
əhali qovulub çıxarıldı, bu ərazilər də Ermənistanın əlinə keçdi. 
Acı təəssüflər olsun ki, 20 ildir ki, Azərbaycan işğal altında qalan
torpaqlarının bir metrini də azad etməyə nail ola bilməyib. Ötən hər il isə
Azərbaycanı bu torpaqlardan daha çox aralayır. Faciəmizin böyüyü
budur...Torpaq onun üstündə yaşayanların, əkib, biçib, dəfn olunub o tor-
paqlara qarışanlarındır.
Geriyə-qoyub gəldiyimiz yurd-yuvalara, ulu Zəngəzur, Qarabağ
ellərinə Qayıdış Köçünü reallığa çevirmək bir Xalq, Dövlət olaraq bizim
birinci dərəcəli milli, mənəvi borcumuzdur.
Anadolu dar gündə azəri türklərinə
qucaq açmışdı
Bugün Sovyetler Birliği, dostumuzdur; komşumuzdur, mütte-
fikimizdir. Bu dostluğa ihtiyacımız vardır. Fakat yarın ne olacağını kimse
bu günden kestiremez. Tıpkı Osmanlı gibi, tıpkı Avusturya-Macaristan
gibi parçalanabilir, ufalabilir. Bugün elinde sımsıkı tuttuğu milletler
avuçlarından kaçabilirler. Dünya yeni bir dengeye ulaşabilir. İşte o zaman
Türkiye ne yapacağını bilmelidir… Bizim bu dostumuzun idaresinde dili
bir, inanci bir özü bir kardeşlerimiz vardır. Onlara sahip çıkmaya hazır
olmalıyız. Hazır olmak yalnız o günü susup beklemek değildir. Hazırlan-
mak lazımdır. Milletler buna nasıl hazırlanır. Manevi köprüleri sağlam
tutarak. Dil bir köprüdür… İnanç bir köprüdür… Tarih bir köprüdür…
Köklerimize inmeli ve olayların böldüğü tarihimizin içinde bütün-
leşmeliyiz. Onların (Dış Türklerin) bize yaklaşmasını beklememeliyiz.
Bizim onlara yaklaşmamız gereklidir…”
Mustafa Kemal Atatürk


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə