Zengezur a5 Layout 1


Qars müqaviləsi və Naxçıvan



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

Qars müqaviləsi və Naxçıvan 
Atatürk: “Naxçıvan Türk qapısıdır”
1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş
Ştatların liderləri  "Avropanın xəstə adamı" adlandırdıqları Osmanlı im-
periyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən isti-
fadə edirdilər. Bu həm də, Konstantinopolun-İstanbulun türk-müsəlman
dövləti Osmanlının ixtiyarına keçməsi ilə heç cür barışmaq istəməyən
xristian dünyasının beş yüz illik arzusunun reallaşması demək idi. 1920-
ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən
Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi"
imzalandı. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının
bölüşdürülməsini, de-fakto isə Türkiyənin suverenliyini ləğv etdi.
Bunadək Müttəfiq dövlətlərlə Almaniya arasında Versal müqaviləsi imza-
lanmışdı. Eyni zamanda, Fransa, Böyük Britaniya və İtaliya öz aralarında
gizli "Üç tərəfli müqavilə" imzaladılar. 15 aydan çox davam edən açıq
danışıqlar isə Paris Sülh Konfransında və London konfransında davam
etdirilərək, 1920-ci ilin aprelində San-Remo konfransı ilə yekunlaşdı.
Lakin hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının
bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin
öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal
Atatürkün başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz
Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit
edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-
cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu. Sevr müqav-
iləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də
ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində heç zaman
Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilməmişdir. Bundan
başqa, I Dünya müharibəsindəki müttəfiqlərdən ABŞ və Rusiya bu
müqaviləni imzalamışlar, ABŞ Senatı V.Vilsonun Ermənistan üzərində
mandat əldə etmək təklifini rədd etdikdən sonra isə Birləşmiş Ştatlar bu
məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə üstün-
lük verdi. Bolşevik Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-
Litovsk müqaviləsini imzalayaraq, 1877-1878-ci illərdəki Rus-Türk
müharibəsi zamanı Rusiyanın işğal etdiyi Ərdəhan, Qars və Batumu Tələt


paşanın israrları nəticəsində yenidən türklərə qaytarmağa razılıq verdi.
Sevr müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və
Suriya (Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və
Fransa protektoratlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini
tanıdı, Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalə-
tinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin
şimal hissəsini Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik, Tra-
bzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli
idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar
Türkiyənin olsa da, müqavilənin müddəalarına əsasən, Dardanel boğazı
hərb və sülh dövründə hansı bayraq altında üzməsindən asılı olmayaraq,
bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğa-
zların beynəlmiləlləşməsi demək idi. Bu qayda həm də Bosfor boğazına
və Mərmərə dənizinə şamil olunurdu. Müqavilədə maraq doğuran
məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki,
ABŞ Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid ol-
mayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər,
məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də,
bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar. Sultan VI Məhəmməd
müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti
onu qəbul etməkdən imtina etdi. Türk millətçi hökuməti bu əraziləri Yu-
nanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk
hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz
üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu
işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona ver-
ilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədar-
larının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Nizam
Qarabəkir Paşanın 50 min nəfərlik ordusu qarşısında aciz qalmışdılar.
Mustafa Kamal Atatürkün banisi olduğu Türk Milli Azadlıq Hərəkatı müt-
təfiqləri yenidən danışıqlar masasına əyləşməyə məcbur etdi. Habelə
ərəblər Suriyada Fransanın, Bağdadda Britaniyanın hakimiyyətini qəbul
etmək istəmirdilər. 
Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və fransız
qüvvələrinə müqavimət göstərərək, 16 mart 1921-ci ildə Sovet Rusiyası
ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması imzalayaraq öz
beynəlxalq əlaqələrini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars


müqaviləsini bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəm-
ləndirdi. Bütün bu hadisələr türklərə Antanta ölkələri ilə yenidən
danışıqlara başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa
imkan verdi.
1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Re-
spublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq
Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqav-
iləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının
13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Za-
qafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars
şəhərində imzalanan sülh müqaviləsi 1922-ci il sentyabr ayının 11-dən
qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir.
Atatürkün təlimatı ilə aparılmış danışıqların yekunu olaraq
Moskvanın –RSFSR-in diqtəsi ilə bir tərəfdə Ermənistan, Azərbaycan və
Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri –Zaqfederasiya, o
biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti Müvəkkillərinin
imzaladığı Müqavilədə:
Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbay-
canı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqav-
ilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın
himayəsi altında muxtar ərazi yaradır.
Və Türkiyə Naxçıvanın qarantı olur!
Ermənistan rəsmiləri, qəzetləri bu Müqaviləyə o zamanlar belə bir
şərh vermişdi ki, Qars müqaviləsi nəinki Ermənistana, Rusiyanın özünə
də zərərdən başqa heç nə vermədi və sanki türk qoşunları təntənə ilə
Moskvaya daxil olaraq məğlub Rusiyaya öz iradələrini diqtə etdirdilər,
erməni xalqının "xilaskar Rusiyaya" bəslədiyi ümidlər sadəcə yalandır və
Rusiya digər imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə
fərqlənir; Ermənistan da onun qurbanı oldu.
Sonralar  ermənilər və onların havadarları  SSRİ hökumətinə təzy-
iqlər edərək  dəfələrlə Türkiyə ilə bağlanmış  Qars müqaviləsinin ləğvinə
uğursuz cəhdlər etdilər. Stalin, Mikoyan, Beriya və başqa Türk düşmən-
lərinin yönəltdiyi Qırmızı imperiya tərəfindən 2-ci Dünya savaşından
dərhal sonra bu məqsədlə planlaşdırılan Türkiyəyə qarşı hərbi təcavüzə
İngiltərə Baş naziri Çörçillin sərt təpkisi (“Rusiyaya bundan artıq
qüvvətlənməyə heç cür imkan vermək olmaz”) mane oldu.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə