Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   2   3   4   5   6   7   8   9   ...   42

paqdakı izləri hələ qurumamışdı. Budur, növbəti qanlı qırğınların  siq-
nalını verən həmin bədnam əmr:
“Qafan-Genvaz-Tatev hərbi hissələrinə
ƏMR
Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib
müharibəmiz başlayır.
Sabah sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən
düşmən öz kəndlərini buraxıb gedəndə sizi bu gün düşmənlər tərəfindən
təhqir olunmuş kilsə və qalalarımızın qədim xarabalıqları salamlaya-
caqdır. Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu
eşidiləcək...
Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda
dinamit və partlayıcı çəlləklərdən istifadə edin...
İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir.
Qafan, Tatev (Gorus)-Genvaz (Meğri) hərbi qüvvələrinin ümumi
komandanı Njde”
1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücum-
larda; Oxçuda əvvəlcə əli silah tutan kişilər gülləyə qənaət etməkdən ötrü
xəncərlə doğranıb, gürzlərlə başları əzilib, ardınca da məscidin içinə 400-
dən çox  qadın və  uşaq  doldurulub, içəri qumbaralar atılıb sonra od vurub
yandırılıblar, bu kəndin 1400 sakinindən yalnız 10-12 nəfər sağ qurtulub,
öldürülənlərin yalnız 133-nün kimliyini tanımaq mümkün olub,
Şabadindən cəmi 8 kişi, 7 qadın sağ çıxıb, Atqız kəndinin 4000 sakinindən
yalnız 261 nəfəri mühasirədən sağ çıxa bilib, onların da 167-si Gığı
dərəsindən Ordubada keçən qarlı, şaxtalı yollarda donub ölüblər, Çaylıda
900 müsəlman öldürülüb, tamamən mühasirəyə alınmış Mədən, Şəhərcik,
Buğacıq, Mollalı, Həkəri, Keçi Sofulu, Kurud, Keçili, Əsgərli, Pirçevan,
Zəngəzur qəzasının 3-cü sahəsinin (Qubadlı rayonu) Xocahandan Qal-
adərəsinə qədər ərazidəki 48 kəndin əhalisi amansızlıqla qətlə yetirilib,
evləri tamamən yandırılıb, talan, qarət edilib. Qubadlının 93-cü ilin 31
avqust işğalına qədər o kəndlərin bir çoxunun xarabalıqları dururdu, heç
kəs oralarda yenidən məskən salmağa ürək etməmişdi, insanlar o yerlərə


gizli bir qorxu hissi ilə baxırdılar ki, qırılan insanların ruhları hələ də o
kəndlərin xarabalıqları üzərində gecə-gündüz qorxunc inilti ilə haray
çəkirlər, bəzi kəndlərin isə yalnız adları arxiv sənədlərində qalıb. 
Njde bu qanlı qırğın əmrini verəndən cəmi 1 həftə əvvəl- 23
noyabrda Tiflisdə Ermənistan və Azərbaycanın baş nazirləri A.Xaisovla
N.Usubbəyov arasında Amerika ordusunun baş qərargah polkovnikinin,
Gürcüstan xarici işlər nazirinin iştirakı ilə sülh sazişi imzalanmışdı və
dekabrın sonlarına ABŞ, Böyük Britaniya, Fransa, İtaliya hökumətlərinin
Qafqazdakı missiya başçılarının iştirakı ilə birgə sülh  konfransının keçir-
ilməsi barədə razılıq əldə olunmuşdu. Budur tökülən qanların əsas nədəni;
erməni məkri, hiyləsi, bir də ki, müsəlman türkün qanına, canına hopmuş
avamlıq, nadan sadəlövhlük, cinayətə, xəyanətkarlığa bərabər ətalət,
süstlük, öz iç sorunlarının həllini yadlardan gözləmə hərisliyi, maymaq-
casına özü özünü aldatma həvəsi... 
“Yalvarıram, təcili tədbirlər görün... Zəngəzur sarıdan başınız
sağ olsun, heç olmasa Qarabağı xilas edin...”
Arxivlərdə, son illər nəşr edilmiş kitablarda, o cümlədən AXC Par-
lamentinin iclas stenoqramlarında həmin qanlı günlərdə onlarla ziyalının,
el-oba ağsaqqalının, Hökumət tərəfindən vəkil edilmiş Zəngəzur qaçqın-
larına yardım komitəsi üzvlərinin imzaları ilə 1919-cu ilin noyabrından
göndərilən xəbərdarlıq teleqramlarından, dekabrın ilk günlərindən-Nj-
denin hücumları başlanmazdan əvvəl və sonra birbaşa qırğın yerlərindən,
erməni qətliamlarının  tükürpədən gerçəkliklərinin əks olunduğu tele-
qramlardan bir neçəsinə nəzər salıb nəticə çıxarmağı oxucuların öhdəsinə
buraxaq.
“Biz Oxçu-Şabadin və Gığı dərəsi sakinləri hər tərəfdən er-
mənilərlə əhatə olunmuşuq, onların bütün əməlləri və rəftarları bizə
hücum etməyə hazırlaşdıqlarını açıq şəkildə sübut edir, onların köməyinə
nizami qüvvələr gəlib. Onların top və pulemyotları var. Biz çıxılmaz
vəziyyətdəyik, biz qorxuruq. Sizin ayaqlarınıza düşüb mərhəmət diləyirik
və bizi xilas etməyinizi xahiş edirik. Bizə güllə və pulemyotu olan bir
neçə zabit göndərin. Əgər göndərməsəniz, xəbər verin ki, biz vaxtında öz
kəndlərimizi tərk edək, yoxsa biz bilirik ki, xilas ola bilməyəcəyik.” 


“Silahının gücünü Zəngəzurun həmişə təqiblərə məruz qalmış, məzlum,
bədbəxt müsəlman əhalisi üzərində sınayaraq cəzasız qalan ermənilərin
təcavüzkar hərəkətləri barədə hökumətə dəfələrlə xəbər verilmişdir.
Zəngəzur müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək
heç bir real tədbir görülməmişdir. Hökumətin fəaliyyətsizliyindən əl-qolu
açılan Zəngəzur erməniləri nizami hissələrin köməyi ilə birləşmiş Qarabağ
qüvvələri kimi hərəkət edib bütün yolüstü müsəlman kəndlərini məhv
etmək, Qarabağa daxil olaraq Əsgəranı tutmaq, Şuşanı almaq qərarına
gəliblər.  Bu qərar indi icra edilir….Xankəndində əhalinin müdafiəsi
tapşırılan  qarnizon əmr verilmədən müdafiəyə başlamağa cəsarət etmir…
Cinayətkar ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoy-
mağı, Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə
vaxt ayırmağa sizdən sonuncu dəfə xahiş və tələb edirik, əks təqdirdə,
hökumətin köməyini və icazəsini gözləmədən özünümüdafiə tədbirləri
görməli olacağıq.” 
Azərbaycan Xarici İşlər Nazirliyi isə 3 dekabrdan başlayaraq sağa-
sola nota dalınca nota göndərməkdə idi. 
Bunlar isə AXC Parlamentinin üzvü Cəlil Sultanovun Zəngəzur
və Qarabağdan Bakıya-Parlament və Hökumətdən əlavə həm də ayrı-
ayrılıqda “Müsavat”, “İttihad”, “Sosialistlər” fraksiyalarına, Zəngəzurdan
seçilmiş digər həmkarı Mirzə Sadıq Axundzadəyə göndərdiyi, hamısı da
Parlamentdə deputat həmkarları tərəfindən oxunan, müzakirə və müdafiə
olunan, rəsmi “Azərbaycan” qəzetində dərc edilən, ürəksızladan  tele-
qramlarından sətirlərdir. 
“Fərəcan, Göyyal, Çərəli …səkkiz kənd yanır, tüstü göyün üzünü
bulud kimi alıb. Mən 300 silahlı adamımı ora Zəngəzura kömək üçün
göndərmişəm. Lakin bu, dənizdə bir damladır. Xahiş edirəm tədbirlər
görəsiniz. Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz.” 
“Ermənilər Zəngəzurun 3-cü sahəsini (Qubadlı rayonu-H.N) işğal etdilər.
Hücum 4-cü sahəsinə və Cəbrayıl qəzasının sərhədində gedir. Ermənilərin
8 topu, 60 pulemyotu var, Ararat qoşunları mütəşəkkildir. Patronları,
silahları olmayan müsəlmanlar geri çəkilməyə  məcburdurlar. Zəngəzurda
artıq hər şey bitib.” 
“...Ermənilər Azərbaycanın müstəqilliyin tanıdıqdan sonra kon-
fransı fakt qarşısında qoymaq qərarına gəliblərmişlər. Təkrar edir və yal-
varıram, təcili qoşun göndərilməsi üçün tədbirlər görülməlidir. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə