Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   2   3   4   5   6   7   8   9   ...   42

sicahanın ardınca ermənilər Ərzuruma tərəf hərəkət edirlər.” 
Polkovnik-leytenant Tverdoxlebov: “Ermənilər  zavallı türklərə
qarşı ağlasığmaz qəddarlıqla qətllər törədirdilər, silahsız türklərin
özünümüdafiə üçün heç nəyi yox idi.”
Fransız səyyahı Qraf de-Qöle yazırdı: “Erməninin yoxsulluğunu
və iztirablarını görəndə qəlbimdə çox böyük mərhəmət hissi oyansa da,
onlara heç vaxt qanım qaynamırdı, çünki onlarda mənfur bir biclik, bi-
abırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır”.
Hələ 1915-ci il “ermənilərin genosidi” deyilən bir şey yox idi,
genosidi törədənlər isə şahid rusların da yazdıqları kimi gözləri qan
çanağına dönmüş erməni nizami ordu hissələri idi.
Bu isə Amerika ingilislərinin yazdıqlarıdır
1919-cu ilin əvvəlində ABŞ-ın İstanbuldakı səfiri Morgentau gen-
eral Harborda yazırdı: “750 min erməni faktiki olaraq Zaqafqaziyada yer-
ləşdirilmişdir.” 
Konyadakı Amerika yardımı direktoru Meri Küşmən yazırdı:
“1915-ci ildə yarım milyon erməni köçkün bu şəhərdən keçib getmişdir.”
Amerika konsulu Cessi B.Cəkson  Kilikiya katalikosu II Sakal-Xakayanın
və arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin
ifadələrinə əsaslanaraq yazırdı: “Cənuba köçürülmüş bir milyon er-
məninin təxminən 100 mini Suriya və Mesopotomiyanın ərazisində
yaşayır”. 
Doktor Henri Riqqz isə yazırdı ki, Xarputda yaşayan 175 min er-
mənin 25 mini yerlərindən tərpənməmişlər, hazırda da burda yaşamağa
davam edirlər.
Naynz və Sazerləndin Anadolu torpaqlarının bir çox vilayətlərini
gəzib görüb eşitdiklərinə dair ABŞ-a yazıb göndərdikləri  hesabatı bu sö-
zlərlə bitirdi: “Biz inanırıq ki, ermənilər türklərə, türklərin ermənilərə et-
diyindən daha çox cinayətdə günahkardırlar.” 
1914-16-cı illərdə Osmanlıdan gələn 350 min erməni də Qafqazda
məskunlaşmışdı, Andranik isə öz ardınca 30 min ermənini gətirib
Zəngəzurda qırdığı türk, kürd kəndlərində yerləşdirmişdi.
1914-cü ildə aparılmış siyahıya almaya görə Osmanlıda yaşayan
ermənilərin sayı 1 milyon 170 min idi.  1915-ci ilə qədərki bütün siyahıya


almalarda ermənilərin Osmanlı hüdudlarındakı sayı heç vaxt şişirt-
mələrdən sonra belə 1,3 milyonu keçməyib. 
Buyurun hesablayın, hardan çıxdı 1, 5 milyon erməninin qətli,
“genosidi”. Ağ yalan olduğu heç kimdə şübhə doğurmur, ancaq nə fayda,
türk-islam düşmənlərinə bu yalanlar lazımdır. Bunun adı siyasətdi.
Amma ABŞ Prezidenti Vudro Vilson da ötən əsrin 20-ci illərində
“Ermənistan üçün ABŞ mandatı” almaqdan, Anadolu torpaqlarından er-
mənilərə pay qoparmaqdan ötrü var qüvvəsini sərf edirdi. 6 aprel 1917-ci
ildə Vilson ABŞ-ın I Dünya müharibəsinə qatılması barədə qərar verdi.
Konqresə müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə
müharibəyə başlamağa" çağırırdı. 8 yanvar 1918-ci ildə o Konqresdəki
çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sül-
hün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə məşhur olan tezis-
lərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən
ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri
həyata keçirildi. Qalan “tezislər”  milyonlarla müsəlmanın qanını içməkdə
davam edir.
28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi
Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti
Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş etdi.
Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd etdi.
Çünki Ermənistanın Türkiyəyə ərazi iddiaları Vilsonun hamiliyi ilə güclü
surətdə dəstəklənirdi. V.Vilson Ermənistan üzərində ABŞ-ın mandatını
rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Onun düşüncələrinə görə
insan haqları “Böyük Ermənistan və ermənilərin xilası”ndan ibarət idi.
Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum,
Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilson
təyin edəcəkdi. Lakin müzəffər türk ordusu bir-birinin ardınca doğma vi-
layətlərini güclü hamisi olan düşmənin tapdağından azad etdi və məkrli
planın reallaşmaq ehtimalını puça çıxarırdı. V.Vilsonun qərarı ilə yaradıl-
malı olan süni “Müstəqil Ermənistan” iki həftəyə süqut etdi.


Sözardı:
ABŞ Konqresinin hələ də öz qüvvəsində qalan bədnam 907-ci
siyasi qətnaməsinin ilk müddəası belədir:
-Dağlıq Qarabağ ətrafında münaqişənin dinc yolla və ədalətli nizama
salınması uğrunda Dağlıq Qarabağ xalqının (oxu: ermənilərin-H.N) əsas
hüquqlarını və mübarizəsini ABŞ-ın müdafiə etdiyini nəzərə alaraq ABŞ
Hökuməti Ermənistanda baş işləri üzrə səylərə kömək göstərməyi davam
və təşviq etdirməlidir....
Bu sitatlar üzərində də düşünməyə dəyər: 
“Daşnaklar Zaqafqaziyaya Ermənistandan girməyə başlayan
Amerikanın agentləri idilər. “Böyük Ermənistan” ideyası bütün Qafqazı
tutmaq üçün ABŞ-ın işini asanlaşdırmalı idi...” ( “SSRİ-də vətəndaş
müharibəsi tarixi”, 1922, c-3, səh 333). “”Daşnak ordusu Amerika çörəyi
yeyirdi. ABŞ Ermənistana 50 min, İngiltərə 40 min, Fransa 30 min əsgər
üçün geyim, ərzaq, hərbi sursat, 10 milyon patron vermişdi. “Şərq
xalqları” jurnalı N.1, səh-49).
Göründüyü kimi, əsrlərlə Qafqaz və Anadoluda bir-biri ilə qonşu-
luqda mehribancasına yaşamış ermənilər və türklər arasında ədavət, kin,
nifrət toxumu səpənlər məhz rus, ingilis, fransız, yunanlar olmuşdur, bun-
dan hər iki millət çox ağır ziyan çəkmiş, bədəl ödəmişdir. Ermənilər tarix
boyu digər dövlətlərin əlində vasitə olmuş, özləri də ağır itkilərə məruz
qalmışlar, məqsəd isə müsəlman türklərə qarşı öz planlarını həyata keçir-
mək idi. Həmin siyasət, proses bu gün də davam etməkdədir, daha çox
türk, ya fərqi yox-azərbaycanlı, erməni bu məkrli siyasəti get-gedə daha
açıq görüb anlamaqda, qurtuluş yolu aramaqdadır. Ermənilər Osmanlı
mənbələrində “sadiq millət” olaraq ticarət, sənətkarlıq, bankçılıq, təbabət
kimi sahələrdə mühüm mövqe tuturdular. Aşağıda yenə faktlar olacaqdır.
“İngilis barmağı” Zəngəzurda
Böyük Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəh-
bəri general Tomson 1919-cu il martın 28-də Yerevanda Ermənistan
hökumətinin iclasında çıxışında demişdi: "...Zəngəzur Erməni Milli Şurası
tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Er-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə