Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

əhalisinin dağlarda gizlənə bilməyənləri amansızlıqla qətlə yetirildi,
həmin kəndlərin bir çoxunun işğala qədər yalnız adı, insan sümükləri ilə
dolu xarabalığı dururdu. Zəngəzur qəzasının rəisi Şəkinski raportlarında
az qala  hər gün  tar-mar edilib tamamən yandırılan kəndləri adbaad
Bakıya xəbər verirdi. Azərbaycanın Tiflisdəki diplomatik təmsilçisi Vək-
ilov isə erməni ordu hissələrinin bütün hücumları barədə raportları Müt-
təfiq Dövlətlərin Tiflisdəki Ali Komissarı albay Gaskelə təqdim edirdi.
Hələ müsəlman qırğınları başlanmadan bir neçə ay qabaq Şuşa, Zəngəzur-
dan ermənilərin ciddi hazırlıq gördükləri barədə məlumatlar Gəncə və
Bakıya, Tiflisə göndərilirdi. Ancaq nə fayda?!
Və Cəlil Sultanovun yanvarın  24-də Parlamentin sədrinə ünvan-
ladığı teleqramda “Zəngəzur sarıdan başınız sağ olsun, heç olmazsa
Qarabağı xilas edin” sözlərini hansı ümidsizlik, xəyalqırıqlığı, qüssə,
kədərlə yazdığını anlamaq çətin deyil. Həyəcanlı xəbərlər gəlməkdə, AXC
Hökuməti isə sərəncamındakı sayca ermənilərdən az olmayan hərbi
qüvvələri səfərbər etməklə vətəndaşlarını və torpaqlarını qorumaqdansa,
diplomatik yazışmalara, bu hərbi-siyasi planların başında duran əcnəbilərə
Ermənistan hökumətinin “yolverilməz hərəkətləri” barədə şikayətlər
göndərməkdə davam edirdi. Əldə edilən “uğur” isə qan tökməkdən
bezmiş, doymuş kimi görünən generallar Njde və Hamazaspın yerinə on-
lardan daha qəddar, döyüşkən generallar Dro, Qazaryan ilə əvəzlənməsi
olmuşdu.
AXC Hökuməti bu qırğınların qarşısını 
vaxtında ala bilərdimi?!
“1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan
müdafiə xərcləri üçün 399452 242 rubl ayrılmışdı ki, bu da ümumi büd-
cənin 27,7 faizinin təşkil edirdi. Gözlənilən təhlükələri nəzərə alaraq
1919-cu ilin iyun ayında Dövlət Müdafiə Komitəsi yaradıldı... 1919-cu
ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi. Ordunu milli
zabit kadrları ilə təmin etmək üçün 1918-ci ilin iyun ayında Gəncədə hərbi
məktəb yaradıldı və bu təhsil müəssisəsi 1919-cu ilin noyabr ayında hərbi
uçilişə çevrildi. Uçilişin üç şöbəsində-ümumi, topçuluq və mühəndislik
şöbələrində 250 dinləyici oxuyurdu. 1919-cu ilin sonunda, 1920-ci ilin


əvvəlində kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris
müəssisələrində dərs demək üçün mütəxəssislər dəvət edildi. 1918-1920-
ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, ar-
tilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli
ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi.
Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü
Gəncə polkları daxil idi. İkinci piyada diviziyasına dördüncü Quba,
beşinci Bakı və altıncı Göyçay polkları daxil idi. Şirvan polku bazasında
üçüncü piyada diviziyasının yaradılmasına başlandı. Birinci Tatar, ikinci
Qarabağ və üçüncü Şəki atlı polkları bazasında kavaleriya diviziyası
yaradıldı.
1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası
hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq
olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitə 70 rubl,
unter zabitə 90 rubl, feldfebelə 120 rubl maaş müəyyən edildi. 1918-ci
ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-
1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi.
Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə
Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt
ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O
vaxt Orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun
növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər
dənizində kiçik bir donanma var idi. Orduda hərbi intizamı möhkəm-
ləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yəni hərbi
məhkəmə fəaliyyət göstərirdi.
Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat bataly-
onu və “yardım alayı” — Milis polku yaradıldı. Azərbaycan Demokratik
Respublikasının Parlamentini mühafizə etmək məqsədi ilə xüsusi bölmə,
respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi.
Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya di-
viziyası, üç bronlu poezd, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır
və yüngül bronlu avtomobil daxil idi....” 
http://az.wikipedia.org Azərbaycan_Demokratik_Respublikasının_milli_ordusu) 
Əlavə şərhə ehtiyac varmı?!


Zəngəzurun Ermənistana verilməsi
Məsələnin tarixi aspekti də çox önəmlidir. Çünki uzun illər er-
mənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdır-
mağa çalışırlar ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni
xalqı əsrlər boyu bu torpaqda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif
edilmiş məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri
ortaya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da
möhkəmləndiririk.
Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.
Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin to-
ponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Er-
mənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Yəni, xalqımız əsrlər boyu bu torpaqda yaşamış, yaratmış və bundan
sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcəyik.
İlham Əliyev
1918-1920-ci illərdə Zəngəzur ərazisi Azərbaycan Xalq
Cümhuriyyətinin tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub. 
Həmin dövrdə Zəngəzur qəzası Şuşa, Cavanşir, Cəbrayıl qəzaları
ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil olsa da, faktik olaraq
daşnak general Andranik Zəngəzuru müsəlman türk və kürdlərdən təmi-
zləyib burda qubernatorluq elan etmişdi. 28 apreldə Azərbaycanda sovet
hakimiyyətinin qurulmasından sonra Ermənistan  Respublikası bu
ərazidəki hərbi üstünlüyündən yararlanıb Zəngəzuru  anneksiya etmək
üçün hərbi-siyasi mübarizəni davam etdirirdi. Bölgənin böyük hissəsi er-
məni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq
hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR
hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli no-
tasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmi-
zləməsini sözdə tələb etsə də, reallıq başqa idi, hər şeyi güc həll edirdi,
Azərbaycanın nə Xalq Cümhuriyyəti, nə də Müvəqqəti İnqilab Komitəsi
Zəngəzurun həqiqi sahibi olma kimi təbii haqqına sahib durmaq
qətiyyətindən, siyasi iradəsindən uzaq idi, hər cür imkan olsa da, bundan
istifadə etmədi, edə bilmədi, əksinə Zəngəzurda qətliamların baş alıb get-
məsi, bu torpaqların əldən verilməsi üçün mümkün olan hər cür qətiyyət-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə