Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   2   3   4   5   6   7   8   9   ...   42

Ona görə də cəsarət edib Əlahəzrət imperatordan mənə bu ailələri
Gürcüstan və Erməni vilayətlərində yerləşdirmək ixtiyarını verməsini
xahiş edirəm. Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 50 gümüş
rubl kifayət edəcəkdir". 
Noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə cavab göndərir ki,
imperator onun təklifini bəyənmişdir. Bundan sonra Paskeviç dərhal əməli
fəaliyyətə keçir.
N. N. Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti
haqqında yazır: «Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rus-
ların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq... 1826-
28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci
ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə er-
məniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan qu-
berniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada
erməni əhalisi cüzi idi.” Ermənilərin indiki Ermənistan ərazisinə axını
1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra bir daha güclən-
mişdi. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400
minə yaxın erməni yenə də Qafqaza köçüb gəlmişdi. 
N. Şavrov qeyd edir ki, 20-ci əsrin əvvəlində Zaqafqaziyada
yaşayan 1300000 ermənidən bir milyonu yerli əhali deyil, rusların va-
sitəsilə məskunlaşdırılmışdı. 
Daha sonralar, Sovet hakimiyyəti illərində xarici ölkələrdə
yaşayan 100 mindən artıq erməni Ermənistana köçüb gəlmişdi. 
Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda
yaşayan ermənilərin sələflərinin demək olar ki, əksəriyyəti vaxtilə Cənubi
Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici
ölkələrdən - əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan,
Rumıniyadan köçüb gələnlərdən ibarətdir. 
Göründüyü kimi, ruslarla ermənilərin Osmanlı əleyhinə hərbi bir-
liyinin kökü XIX əsrin əvvəllərinə gedir.
Osmanlı imperatoru 1895-ci ilin mart-aprelində Fransa, Böyük
Britaniya və Rusiyanın İstanbuldakı səfirlərinin Ermənistandakı islahat-
lara dair memorandumu, “Türkiyə Ermənistanında” rus və avropalı mə-
murların müşahidəçiliyi altında islahatlar aparılmasına dair dekreti
imzalamaq, yazılı öhdəliklər götürmək məcburiyyətində qalmışdı. Birinci
Dünya savaşı ərəfəsində Rusiya, Fransa, İngiltərənin ciddi təzyiqləri və


erməni kilsəsinin aktiv fəaliyyəti sayəsində (Eçmiəzdin katalikosu Poqos
Nubar bu məqsədlə Avropanın əksər paytaxtlarında görüşlər keçirmiş,
“zavallı xristian ermənilərin dözülməz vəziyyətini, məzlum erməni
xalqının arzularını izhar etmişdi) gücü, taqəti tükənməkdə olan Osmanlıda
ermənilər açıq və gizli şəkildə silahlanmağa, döyüşə hazır qüvvələr qur-
mağa və vahid mərkəzdə təşkilatlanmağa nail olmuşdu. 
Rusiya xarici işlər naziri Sazonov erməni məsələsi ilə şəxsən fəal
məşğul idi, özü avropalı həmkarları ilə yazışırdı, hətta, Osmanlıda er-
mənilərə muxtariyyət verilməsinə maraq göstərməyən Almaniyanın da
razılığını almışdı. 
İyun 1913-cü ildə Rusiya tərəfindən hazırlanmış 30 müddəalıq
Layihə 6 vilayətdən- Ərzurum, Van, Bitlis, Diyarbəkir, Xarput, Sivasdan
ibarət erməni vilayəti yaradılmasını, bu vilayətin idarəedicisinin də beş il
müddətinə xristian avropalı  olmasını, bütün idarəedici funksiyaların ona
verilməsini təklif etmişdi. Rusiya itaətindəki “Türkiyə Ermənistanı”nın
Mersin limanı ilə dənizə çıxışı da olmalı və bu muxtar vilayəti Rusiyanın
müstəmləkəsinə çevrilməli idi
Faktik olaraq Osmanlı dövlətinin parçalanması demək olan həmin
Rusiya Layihəsi azacıq fərqlə ötən əsrin sonlarında 1989-cu ildə Azər-
baycanda, Dağlıq Qarabağda yenidən tətbiq edildi (Moskvanın
Xankəndində tətbiq etdiyi Arkadi Volski hakimiyyətini yada salın),
mahiyyət, plan, məqsəd, ssenari də, ssenarist, rejissor, baş rolun ifaçısı da
eyni idi, şəkillər, pərdələrin bircə yeri, zamanı dəyişmişdi. Heç dəstəkçi
dövlətlər də dəyişməyib;  onlar 20 ildir Minsk Qrupu adı altında Azər-
baycan torpaqlarının bir hissəsini də Ermənistana birləşdirməyə nail ol-
ublar. 
Birinci Dünya savaşında tamamən işğal edilib pay-püş olunan Os-
manlı imperatorluğunun xarabalıqları üzərində Qazi Mustafa Kamal Paşa
komandanlığı altında qəhrəman türk xalqı Qurtuluş (ölüm-dirim )
Savaşına qalxaraq öz iradəsini, əzmini, milli qürurunu, gücünü və milli
mənliyini ortaya qoyub xristian dünyasının son səlib yürüşünün planlarını
pozdu, xəyallarını puça çıxardı. 
Beləliklə də, 1-ci Cahan savaşının ən ağır zərbəsi Azərbaycana
dəydi; Müttəfiq Dövlətlər, ardınca da Bolşevik Rusiyası Anadoluda
itirdiklərinin əvəzini Azərbaycanda çıxdılar-Azərbaycan torpaqlarında
yox yerdən Ermənistan adlı dövlət quruldu. 200 ildən artıq bir zamanda


müstəqil dövlətçilik ənənələrini itirmiş, xanlıqlara parçalanmış, rusla
farsın əlində qurbanlıq quzuya dönmüş binəva Azərbaycan torpaqları bu
dəfə Rusiya (Dağıstan MR), Ermənistan və Gürcüstana bəxşiş edildi. 
Osmanlıda “erməni genosidi” yalanı rus 
və amerikalı şahidlərin gözü ilə 
Erməni tarixinin, fəlsəfə və ədəbiyyatının bilicisi və məşhur
tədqiqatçısı  Rostov ermənisi Kerope Patkanov (1833-89): “Ermənilər ən
qədim dövrlərdən böyük imperiyaların toqquşmasının qurbanı olublar. Er-
mənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oyna-
mamış, onun adı ölkənin coğrafi termini olub, güclü qonşu dövlətlərin:
assuriyalıların, midiyalıların, yunanların, iranlıların, monqolların, rusların
öz mübahisələrini həll etdikləri yer olmuşdur.”
V.Veliçko: “Həmişə dəyişkən sərhədləri olan, şübhəli erməni çar-
ları hər vaxt güclü qonşu ölkələrdən asılı olub və həmişə sistematik olaraq
onlara xəyanət edib. Hara ona sərfəlidir, ora onun vətənidir.”
I Dünya Müharibəsinin başlandığı ilk günlərdə Osmanlı tor-
paqlarına hücum edən rus ordusunun komandanı general L.Odişidzenin
Sankt-Peterburqa yazdığı məktub: “11-12 mart gecəsində erməni cəlladlar
Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülərlə və baltalarla
qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən məlum planları
məqsədilə qazdırdıqları xəndəklərə atırdılar. Hər xəndəyə 80 müsəlmanın
nəşi atılırdı. Mənim yavərim 200 belə xəndək saydı.”
Polkovnik-leytenant Qryaznov da gördüyü vəhşiliklərdən dəhşətə
gələrək mərkəzə göndərdiyi rəsmi raportda yazırdı: ”Kəndlərə aparan yol-
lara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyidləri, kəsilmiş bədən
hissələri, dağıdıb tökülmüş daxili orqanları səpələnmişdi. Dəhşətlidir!
Öldürülənlər əsasən qadın və uşaqlardır. Dərin quyular qazılmış və
köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara
atılmışlar. Sonradan öldürülmüş müsəlmanlar da quyulara doldurulmuşlar.
Quyu meyidlərlə doldurulandan sonra ona nəzarət edən erməni deyirdi:
70 meyid var, 10-nuna da yer var.” Sonra daha 10 müsəlmanı parça-parça
doğrayıb quyuya atırdılar, üstün torpaqla örtürdülər. Qətllərə məsul erməni
bir dama doldurulmuş 80 müsəlmanın hamısının başın bir-bir kəsirdi. Ru-


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə