Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

İran şahlarının ardıcıl hücumlarının ön cərgəsində də bu ellərin igidləri
savaş açırdı.
Türkiyə Cümhuriyyəti Dövlət Arxivində Osmanlı İmperatorluğu
zamanına aid, əsas da  1591-93 və 1726-27-ci illərdə yazılmış “tahrir gir-
işim”lərində Azərbaycanın Osmanlı tabeliyindəki ərazilərin əhali sayı,
tərkibi, vergilər, idarəetmə sistemi və sair barədə tarixçi araşdırmaçılar
üçün gen-bol bilgilər vardır.  
II Köç: Çar Rusiyasının Qafqazı işğalı
Xanlıqlara parçalanmış, bölünüb kiçilmiş, bir-biri ilə savaşmaqdan
taqətdən düşmüş Azərbaycan torpaqları asanlıqla rus işğalına məruz qaldı,
1805-ci ildə Gəncə yaxınlığında Kürəkçay müqaviləsi imzalandı. Bu
müqaviləyə görə Qarabağ xanlığı Rusiyanın tabeçiliyinə keçdi, yerli
bəylərin torpaqlarının zorla əllərindən alınmasına başlandı, narazılar, baş
qaldırmağa cəsarət edənlər ya sürgünə göndərildi, ya da köç etdi. Digər
yandan 1863-cü ildə başlanan, kəndlilərin daha artıq müflisləşməsinə yol
açan torpaq islahatına başlandı, münbit torpaqlara erməni köçləri başlandı.
Çar ordusuna qarşı vuruşanlar, xaçpərəst rus istilasını qəbul etməyən çox
sayda insan sağ qalmaq üçün Zəngəzur-Qarabağdakı doğma yer-yurd-
larında İran və Osmanlı məmləkətlərinə üz tutdular. 
Rusiyanın imperiya siyasətinə boyun əyməyənlərdən biri də
Zəngəzurdan ailəliklə İrana köçüb gedən Məhəmmədtağı xan Məhəm-
mədbağır oğlu Soltanzadə- jandarma general Məhəmmədtağı xan Püsyan
idi. Qubadlıda doğulmuş Məhəmmədtağı alman, isveç, rus, iran ordusu-
nun nüfuzlu zabitlərindən olmuş, bu vətənpərvər hərbçi keçən əsrin əvvəl-
lərində Cənubi Azərbaycanda gedən xalq hərəkatının rəhbərlərindən, Şeyx
Məhəmməd Xiyabaninin silahdaşlarından olmuş, buna görə də xəyanətkar
qəddarlıqla başı kəsilərək qətlə yetirilmişdir. 
(http://az.wikipedia.org)
XIX əsrin 2-ci yarısında Rus işğalına qarşı Şeyx Şamillə başlanan
Qəzavat, Cihada səs verənlərdən biri də Zəngəzurlu Şeyx Mirhəmzə Seyid
Nigari olub (Laçın, Cicimli kəndi, 1795 – Amasya, 16 oktyabr 1885).
Nəkşibəndi təriqətinin bu nüfuzlu isminin ətrafına topladığı məsləkdaşları
əldə silah Şamilin yardımına, ümumi bəlaya qarşı birgə savaşa yollanıblar.


Ardınca Rusiya-Osmanlı müharibələrində qan, din qardaşları türklərin
yardımına getməyi özlərinə borc sanıblar.
Məhz bu səbəbdən, Zəngəzur, Şirvan, Qazax, Borçalı ellərindən
nəkşibəndi Şeyxləri İsmayıl Siracəddin Şirvani, Qazaxlı Hacı Mahmud
əfəndinin çoxlu sayda tərəfdarları da labüd ölümdən, sürgündən, öz yur-
dunda ailələrini gözləyən təhqirlərdən qurtuluşun yolun Osmanlı dövlətinə
pənah aparmaqda tapıblar. 
Zəngəzurdan Osmanlı torpaqlarına 2-ci köç əsasən bu amillərlə
əlaqəli olub. 
III Köç
Erməni daşnak-rus bolşevik zülmü
Məmməd Əmin Rəsulzadə AXC Parlamentinin son iclasında
demişdi: “Nikolay Rusiyası ilə Lenin Rusiyasının fərqi bircə onun
rənglərindədi, birincinin zənciri qaraydı, ikinci qırmızı.” 
Bolşevik Rusiyasının nə qədər saxta, yalançı, məkrli, hiyləgər im-
periya siyasətinə sadiqliyini təkcə bu fakt da aydın göstərir; Qazi Mustafa
Kamal Paşa dünya güclərinin tamamən işğal edib pay-püş elədiyi
Anadoluda Qurtuluş savaşına qalxarkən Rusiyanın yardımına ciddi
ehtiyac duyurdu. 1920-ci il aprelin 26-da Leninə teleqram vurub hərbi
yardım istəyir, Lenin Qızıl Ordu hissələrini eşelonlara göndərir, ancaq
Atatürkə köməyə yox, Azərbaycanı işğal etməyə, Bakı neftinə yenidən
sahib olmağa, Rusiyanın Qafqazda 1914-ci ilə qədərki hökmranlığını
hansı yolla olursa olsun bərpa etməyə. Qırmızı Ordu Orconikidze, Kirov,
Mikoyan komandanlığında Azərbaycan istiqlalını qan içində boğmağa
gəldi.
Qafqazdakı ilə ümumi düşmənə qarşı mübarizədə Qırmızı rus
bolşeviklərinə və onların əlaltıları olan erməni daşnaklarına  qarşı
Qafqazda 2-ci Cihad Bəyannaməsini XX əsrin əvvəllərində Zəngəzurun
sonuncu qazısı Bəhlul Əfəndi Behcət (Qubadlı, Dondarlı 1869 – İrkutsk,
15 mart 1938) yazdı, qurduğu fədailər dəstəsi i ilə birlikdə ateist bolşevik
istilasına qarşı əldə silah üsyan qaldırdı. Həm də bu Cihadın təsiri idi ki,
Qafqazda Şura hökuməti ən gec Zəngəzurda quruldu. 1937-38-ci illərədək
bu bölgədə təzə hökuməti qəbul etməyən qaçaqlar hökumətin, bolşe-


viklərin rahatlığını pozdu. Moskvadan gələn direktivə əsasən şəxsən Mir-
cəfər Bağırov toplu, pulemyotçu dəstələri ilə qoşun yeritdi, ən yaxın silah-
daşlarını itirmək  bahasına olsa da, yalan, hiylə aldatma yolu ilə qaçaqları
aldadıb üzə çıxardı, elə 72-sini tək Muradxanlı kəndində öz əhli-əyal-
larının qarşısında güllələtdi. 1900-cü illərin əvvəlindən başlayan erməni-
müsəlman davasında Qarabağ və Zəngəzurun davakar ermənilərinə qan
udduran Əlyanlı obalarının bütün əli silah tutanlarını məhv etdi. Sağ
qalanlar torpağına doğma, əzizlərini qanları axıdılmış bu yerlərdən baş
götürüb didərgin düşdülər, bir neçə rayonda yurd saldılar. 
Bəlanın böyüyü şimaldan gəldi; Birinci Dünya savaşında qalib
çıxan Rusiya bu dəfə yeni “libas”da, Çar Rusiyası əvəzinə Bolşevik
Rusiyası  şinelində yenicə müstəqilliklərini əldə etmiş 3 Qafqaz respub-
likasını işğal etdi, Azərbaycan Xalq cümhuriyyətinin qurulmasında, Nuru
Paşanın Qafqaz İslam Ordusuna yardım etməkdə iştirak edənlərə, təzə
hökuməti qəbul etməyənlərə, azacıq şübhəli bilinənlərə qarşı terror,
sürgün, həbs kampaniyasına başladılar.
Azadlıq, milli müstəqillik, Osmanlı İmperiyasının xarabalıqları
üzərində qurulmuş Türkiyə Cümhuriyyətinə qovuşmaq, bir olmaq arzusu
ilə önə çıxan onlarla ziyalı, milli düşüncəli aydınlar bu dəfə yenə də xilas
yolunu Türkiyəyə üz tutmaqda gördülər. Mənəvi terror da fiziki terrordan
geri qalmırdı. Min ildən çox tək olan Allaha itaət edən, islam dinini
ruhuna, qəlbinə hakim etdirən, cana, qana hopduran insanlar indi qurulan
yeni hökumətin dinsizliyi dövlət siyasətinə çevirməsini heç cür qəbul edə
bilmirdilər. 1924-cü ildə Bakıda dinə qarşı mübarizəni gücləndirmək
məqsədi ilə “Allahsızlar cəmiyyəti” yaradıldı. Cəmiyyətin qarşısında
duran başlıca vəzifə isə bundan ibarət idi: bütün şüurlu fəhlə və kəndliləri
mübariz ateizm bayrağı altında birləşdirmək, zəhmətkeşləri dini xurafat-
dan uzaqlaşdırmaq və onlarda materialist dünyagörüşü formalaşdırmaq.
1926-cı ildə “Allahsızlar cəmiyyəti”nin Bakı Bürosu yanında Azərbaycan
dilində dinə qarşı üç aylıq axşam kursları açıldı və həmin ilin martında
“Allahsızlar cəmiyyəti”nin birinci Ümumbakı konfransı çağırıldı. Dindar
insanların bir çoxu belə “Allahsız” cəmiyyətdə yaşamaq istəmədiyindən
baş götürüb ölkədən gedirdi.
Türkiyəyə mühacirət edənlərin bir çoxu rus-erməni terrorundan
sağ qalmaq üçün ad-soyadları ilə birlikdə yaşayış yerlərini də dəyişmək
məcburiyyətində qalırdılar. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə