Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

Osmanlı Dövlətində təsirli, nüfuzlu, ictimai-siyasi proseslərə,
dövlətin siyasətinə təsir edə bilən, fikri, mövqeyi soruşulan şəxsiyyətlər
yaşamışlar. 
Son kitabda adı keçən 200-dən çox insanın sırasında 4 general, 5
albay-polkovnik, 25-dən çox professor, doktorun adı çəkilir. Rusiya- Os-
manlı savaşları, Birinci Cahan Savaşı, İstiqlal, Qurtuluş mücadiləsi il-
lərində azəri türkləri də mübarək qanlarını mürəkkəb, süngülərini isə
qələm edərək cani-könüldən özlərini bu torpaqların dopdoğmaca övladları
saymış, Türkiyədə milli mücadilə tarixinə qızıl səhifələr yazmışlar.
Mövlanə İsmayıl Siracəddin Şirvani və Mir Həmzə Nigarinin
adının nuru ilə Amasyaya üz tutan yüzlərlə ailədən çıxan yetkin insanlar-
dan biri Şirvanzade  Mehmet  Rüştü  Paşa Osmanlı dövlətinin sadrazamı
olmuşdur. Amasyadan  Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş
azəri əsillilərin sayına, siyahısına nəzər yetirib bölgədə onların nə qədər
böyük nüfuza sahib olduğunu görmək mümkündür; Əsat Uras (1924-45),
Hamit Koray (1950-60), Hüseyn Üzbay (1957-60), M.Kemal Karan
(1961-65), Ahmet Demiray (1965-69), Orxan Kayahan (1975-77). Dövlət
idarələrində çalışanların sayı daha çoxdur. 
Əlbəttə, bu mövzuda bizi yalnız konkret olaraq zəngəzurlular
maraqlandırdığı üçün biz onlardan bəhs edəcəyik. Ancaq heç şübhə yox-
dur ki, “Karabağlı” soyadı ilə yaşayıb, adları mənbələrə, yazılara köçən-
lərin bir çoxu həm də Zəngəzurludur. Biz bu istiqamətdə
araşdırmalarımızı davam etdirəcəyik. 
İndi isə Anadolu torpaqlarında əbədiyyətə qovuşmuş Zəngəzurlu
məşhurların bir neçəsinin ömür yoluna nəzər salaq.



III FƏSİL
Anadolu torpaqlarında əbədi uyuyan 
tanınmış Zəngəzurlular
Nuru ilə Amasyanı rövnəqləndirən  Şeyximiz
Mir Həmzə Seyid Nigari Qarabaği Zəngəzur mahalının (indiki
Laçın rayonunun) Cicimli kəndində 1795-ci ildə dünyaya gəlmişdir. “Türk
Ensiklopedisi”ndə Şeyxin təvəllüdü 1805, vəfatı 1886-cı il yazılsa da,
digər mənbələr bunu təkzib edir. Atası Mir Paşa (türk mənbələrində Seyid
Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qız
Xanım adı ilə tanınan Xeyrənsə xanım olmuşdur. Firidun bəy Köçərli də
Şeyxin bir bənd şeirini misal gətirərək bunun heç bir sübuta ehtiyacı ol-
madığını yazır: 
Ze gülzari-nübüvvət rast səbze,
Cəjümlu ibn Paşa Mir Hemze.
Həmzə Nigari ilk dini təhsilini Şəkidə tamamlayıb doğulduğu Ci-
cimli kəndinə qayıdıb bir müddət müəllimlik edib, sonra Kürdəmirli şeyx
İsmayıl Şirvaniyə mürid olmaq üçün Anadoluya gəlib, Sivas  və
Amasyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalıb. Rusiya
ilə Osmanlı dövləti arasında çıxan Krım müharibəsi zamanı Osmanlı or-
dusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə  Qarsa gəlib və ruslara
qarşı vuruşub. Ərzurum, İstanbulda bir müddət qalsa da, Amasyaya qayı-
daraq orada məskunlaşıb. Burada uzun müddət təfsir və hədis dərsləri
deməklə yanaşı təsəvvüfi fəaliyyətlə də məşğul olub. Lakin onun
fəaliyyətindən narahat olanların şikayətindən sonra Harputa sürgün edilib.
Harput Valisi Hacı Hasan Paşa sorağını eşitdiyi Şeyxin görüşünə gəlir və
elə ilk söhbətdən bu müdrik insana könül verir, ondan bir istəyinin olub
olmamasını soruşur. Şeyx vəfatının yaxın olduğunu, cənazəsinin
Amasyaya aparılıb orda ustadının yanında dəfn edilməsinə yardımçı ol-
masını istəyir. Vali:- “Əfəndim Allah ömrünüzü uzatsın. Daha çox
yaşarsınız inşallah. Həm əmri haqq vaqi olduqda burada sizə gözəl bir
türbə də inşa edib vilayətimizi əbədi şöhrətləndirməyi çox arzu edərik.
Amasya Harpuddan  uzaqdır. Mübarək havalar da isti, cəsədi şərifiniz o
yollarda rahatsız olur…”.Şeyx Paşaya dönür və:-“Paşa, səksən ildir bu



vücud ‘Allah, Allah’ demişdir. Ondan qeyrisindən bir riza diləməmişdir.
Əğər yollarda qoxuyacaq olursa bu vücudu yarı yolda buraxıb geri dönər-
siz”- deyir.
Mir Həmzə Nigari həzrətləri 1885-ci il iyulun 29-da vəfat etmiş,
cənazəsi vəsiyyətinə uyğun olaraq Harputdan Amasyaya aparılmışdır. 12
gün sürən yolçuluqdan sonra Amasyaya gəlib çatan  cəsəd məzara qoyul-
maq üçün təkrar yuyulduğunda cisminin, üz-gözünün nurunun heç pozul-
madığı hər kəsi heyrətə gətirir.
Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyi ilə
Qarabağ, Qazax və Borçalıdakı müridlərdən toplanan ianə ilə türbəsi, tür-
bənin yanında da bir məscid inşa edilmişdir. Bu məscid Amasyada indi
də “Şirvanlı camisi” adı ilə tanınır. 1934, 44-cü illər də daxil, dəfələrlə
baş vermiş zəlzələlər bu şəhərdəki bütün tikililəri, o cümlədən məscidləri
uçursa da, “Şirvanlı camisi”nə xətər toxunmayıb. Divanı Tiflisdə (1908)
və İstanbulda (1883) dərc edilmişdir. Farsca divanı da yenə İstanbulda
1911-ci ildə nəşr olunmuşdur. Görkəmli ədəbiyyatşünas Firidun bəy
Köçərli onu zəmanəsinin ən məşhur, nüfuz dairəsi geniş insanlarından biri
kimi dəyərləndirmişlər. 2010-cu ildə Bakıda “Elm və Təhsil” nəşriyy-
atında 825 səhifəlik divanı nəfis tərtibatda nəşr ediləndən, haqqında tele-
viziya verilişləri, yazılar gedəndən sonra daha yaxından tanımışlar. Həmzə
Nigarinin Muhyiddin Arabinin "Fütuhatı-məkkiyyə" əsərinə yazdığı Təvz-
ihat, türkcə və farsca divanı, ayrıca "Nigarnamə" və "Saqinamə" adlı əsər-
ləri vardır. Onun şeirləri Amasiya ətrafında, şərqi Anadoluda, Borçalı,
Qazax və Qarabağda yaşayan türklər tərəfindən zikir məclislərində sürətlə
böyük mistik həyəcanla illərlə mənəvi zövqlə oxundu. Onun Türkiyəyə
hicrətindən sonra Şimali Qafqazdan minlərlə insan köçərək Amasya və
ətrafında məskunlaşdı. Hələ 9 yaşında olanda məna aləmində görüb aşıq
olduğu Qarabağ bəylərinin  nəslinə mənsub və özü kimi eşq əhli Nigar
adlı bir qadına görə şeirlərində Nigari təxəllüsünü seçdi. Tale elə gətirib
ki, bundan 10 il sonra Nigarı gördüyündə Nigar Mirhəmzəyə:-Məni
gördüyün yuxu yadındamı?-sualı verir və cavab gözləmədən baxışları
göz-gözə dayananda hər ikisi huşunu itirir. 
Həmzə Nigarinin Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda
çox sayda müridi və xəlifəsi olmuşdur, bu gün də xeyli davamçıları vardır.
Onu da qeyd edək ki, Nigarinin yeganə portretini türk rəssamı Mustafa
Saçlı 1933-cü ildə onu şəxsən görüb tanıyanların ifadələrinə əsaslanıb


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə