ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə38/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

 
116
deyək? Gecə vaxtı qurğunun  ərazisinə necə  çıxaq? Ümumiy-
yətlə, necə işləyək?  
İkinci növbə işə gəlmiş gənc bir rus qadını dedi: “Mən 
heç cürə başa düşə bilmirəm, siz niyə  yığışmısınız, nəyi mü-
zakirə eləyirsiniz və nədən qorxursunuz?” 
Birinci növbə işdən çıxmış nisbətən yaşlı rus qadını öz 
gənc həmkarına cavab verdi: “Qəribə adamsan, vallah! Danış-
maqdan çənəmizin çivi çıxıb, sən də deyirsən, heç nə başa düş-
mürəm. Nə təhər, sən bəyəm rus dilini pis bilirsən? Yaxşı bilir-
sənsə, lap yaxşı. Onda qulağını aç, eşit gör nə deyirəm: gecə 
saat üçdə iki kişi xeylağı 
− iki cavan oğlan divardan aşıb, sexin 
ərazisinə daxil olublar. Bizim lablatoriyanın qızları qurğular-
dan qayıdanda cumublar üstlərinə.” – Yaxşı yadımdadı ki, o 
qadın “laboratoriya” sözünü təhrif eləyib, “lablatoriya” deyirdi. 
− Belə de! Deməli deyirsən ki, qızlara hücum olub. O 
qızın adı  nədi? Hə, Meri. Onu tutub zorlamaq istəyirmişlər, 
eləmi? 
− Hə, elədi. Yazıq qızı gecə vaxtı tutub zorlamaq istə-
yirmişlər! Təsəvvür eləyirsən? 
− Maraqlıdı. Bəs zorlamaq niyə? 
− Mənim sənə sözüm yoxdu! Allaha şükür ki, sən ərdə 
olub boşanmısan və kifayət qədər təcrübəli qadınsan, elədimi? 
Elədi. Hə, lap yaxşı. – Söhbətin sonrakı hissəsi tərcümə olun-
mayacaq. A теперь скажи, пожалуйста, вообще-то мужчина 
зачем  изнасилует  женщину?  Он  хочет,  а  она  не  дает,  пра-
вильно? Так вот такая же петрушка была здесь. Понятно? 
− О господи! − gənc rus qadını ah çəkdi − A зачем из-
насиловать? Да я сама дала бы ему то, чего он хотел. Вот и 
все. Еще не хватало, чтобы за это меня изнасиловали. 
Hamı dinməzcə biri-birinin üzünə baxdı: kimisi gülüm-
sədi, kimisi başını buladı, kimisi özünü eşitməzliyə vurdu, ki-
misi də özünü elə göstərdi ki, guya, heç nə başa düşmədi. Dü-
zünə qalsa, mənim də gülməyim tutdu, amma özümü saxlayıb 


 
117
gülmədim. Arada bir pauza oldu. Yaranmış sükutu yenə həmin 
gənc qadının səsi pozdu: 
– A çto, nepravilğno? Ey-boqu, ne znaö kto kak, no ə 
sama dala bı emu to, çeqo on хotel. 
Kişilər dinib-danışmırdı. Axırıncı çıxışdan sonra, deyə-
sən, qadınların da deməyə sözü qalmadı  və bir də gördüm ki, 
mövzu dəyişibdi. Birinci növbənin işçiləri işə  təzə  gələnlərə 
növbəni elə operator otağında təhvil verib, nəyin harada olduğu 
və avadanlığın necə  işlədiyi barədə  qısaca danışandan sonra 
tez-tələsik soyunub-geyinmə otağına qaçdılar; onlar çimib, pal-
tarlarını dəyişməliydilər. 
İşdən sonra sex rəisinin yanına gedib dedim ki, bizim 
qurğunun qadınları iclas keçirtdilər.  İclasda səslənən fikirləri 
sex rəisinin nəzərinə çatdırdım, o da söz verdi ki, ərazinin yaxşı 
işıqlandırılması üçün əlindən gələni əsirgəməyəcək. 
Elə həmin gün eşitdim ki, Mehribanın qardaşı gəlibmiş. 
Sex rəisiylə görüşüb söhbət eləyibdi və deyib ki, qoymaram bir 
gün də bacım burda qala. Sex rəisi onu dilə tutub deyib ki, 
qızla işin yoxdu, qoy qalsın işləsin, ona elə iş verəcəm ki, hə-
mişə birinci növbə  çıxsın. Amma qızın qardaşı dediyindən 
dönməyib. O gündən sonra Mehribanı bir daha görmədim.   
  
*** 
 
Yarım saatdı işləsəm də, yer çox daşlıqdı deyə, vur-tut 
iyirmi santimetr dərinliyində bir çala qaza bilmişdim. Ağac 
əkmək üçün bu, az idi. Tanış adamların birinin əlində lom gör-
düm və xahiş elədim ki, beş  dəqiqəliyə onu mənə versin. Ta-
nışım lomu verdi, amma yanımda durdu, daha doğrusu, başı-
mın üstünü kəsdirdi ki, hamıya lazım olan aləti özümdə çox 
saxlamayım, başqalarına da verməyim. Lomu ikiəlli tutub var 
gücümlə vursam da, üç-dörd santimetrdən dərinə getmirdi. Da-
yanmadan işləyirdim. 


 
118
Sovet dövründə Bakıda salınmış yüzhektarlarla yaşıllığı 
məhv eləyib, yerində göydələnlər tikiblər. Bu proses davam 
eləyir və bir də ayılıblar ki, şəhərdə, ümumiyyətlə, Abşeronda 
az-maz yaşıllıq qalıbdı, belə getsə, yaxın gələcəkdə o da yox 
olacaq. Vəziyyətdən çıxmaq üçün təklif irəli sürüblər: gəlin 
adama bir ağac əkək. 
Əkək, deyirsiniz, əkək. Amma bəs o gözəl-gözəl park 
və xiyabanları  məhv eləyənlərin işi necə olsun, onlara gözün 
üstə qaşın var, deyən olacaqmı? Belə ki görürəm, deyəsən, ol-
mayacaq.  
Hamı başını qaldırıb baxdı. Mən də baxanda gördüm ki, 
o tərəfdən gələn iki nəfərdən biri zavodun direktorudu. Adam-
ların  əksəriyyəti  əl saxlayıb baxırdı  və deməliyəm ki, bu mə-
nim xeyrimə oldu: lom yiyəsinin də başı qarışmışdı deyə, məni 
yaddan çıxartmışdı. Fürsətdən istifadə eləyib, lomu yerə qoy-
dum, çalanın dibindəki daşı-torpağı bellə təmizləyib atdım. Lo-
mu götürüb, yenə qazmağa başladım.  
Biz tərəfə yaxınlaşmaqda olan direktor birdən  əl atıb, 
əyninə geydiyi yüngül paltonun düymələrini açdı. Aprel ayının 
əvvəlləri olsa da, o gün hava xoş idi və görünür, direktor daşlı-
kəsəkli yerdə  gəzməkdən yorulub tərləmişdi.  İki cavan oğlan 
elə bil yerin altından çıxıb, bir göz qırpımında direktorun başı-
nın üstünü aldılar və paltonu əynindən çıxartdığı andaca əlin-
dən alıb, qəflətən peyda olduqları kimi, o cür də yox oldular.  
Lomla hardasa on dəqiqə işləyib, çalanı xeyli dərinləş-
dirə bilmişdim. Amma heydən düşmüşdüm 
− fasilə eləməliy-
dim. Bayaqdan bəri dayanıb, maraqla baxan adamlar direkto-
run yaxınlaşdığını görüb, işləməyə başladılar. Mən isə yorul-
muşdum,  əlimdəki belin sapına söykənib, nəfəsimi dərir, həm 
də direktora baxırdım. 
Direktor cavan adamdı, vur-tut otuz dörd yaşı var. Öl-
kədə qarışıqlıq başlayanda Rusiyaya gedib, on beş ilə yaxın 
orada yaşayandan sonra vətənə qayıdıb. Bizim zavoda direktor 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə