Zġyadxan nəBĠBƏYLĠ


neftdonanma" idarəsinin Gəmi Təmiri Zavodunun qərbin-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   98   99   100   101   102   103   104   105   ...   118

 
311 
neftdonanma" idarəsinin Gəmi Təmiri Zavodunun qərbin-
dən  Sevinc  buxtasına  qovuşur.  Bölgə  ərazisində  yerləşən  
saylı  Fizioterapiya  Xəstəxanasında  və  ġıx  Sanatoriyasında 
formalaşan məişət-fekal suları təmizlənmədən və zərərsizləşdi-
rilmədən dənizə axıdılmaqda davam etdirilir. Ərazidə yeni tiki-
lilərin  artması  müşahidə  edilmişdir.  Bölgənin  ġıx  çimərliyi 
ərazisində  yerləşən  istirahət  sahələrinin  hamısında  məişət-fe-
kal çirkab suları şambolara axıdılır. Belə ki, bu şambolara axı-
dılan çirkab suların hesabatı və idarə edilməsinə həmin müəssi-
sələr  tərəfindən  nəzarət  olunmur,  nəticədə  dolayısı  ilə  Xəzər 
dənizinin çirklənməsinə səbəb olur. Şıx sanatoriyasının yanın-
dan, kollektordan götürülmüş məişət-fekal su nümunəsində sin-
tetik səthi aktiv maddələr (SSAM)-6,4; asılı maddələr-7,5; am-
monium  ionları-64,0  və  oksigenə  biokimyəvi  tələbat  (OBT
5
)-
113,3  dəfə  tələbdən  artıqdır.  Mikrobioloji  baxımdan  nümunə 
çox çirklidir və bağırsaq çöpü bakteriyalarının miqdarı 615000 
ədəd/litrdir.  Ekotoksikoloji  baxımdan  nümunə  kəskin  zəhər-
lidir. 
Bakı  səhərinin  Qaradag  bölgəsinin  sahəsi  1028  km
2

sahil  zolağının  uzunluğu  106  km,  əhalisinin  sayı  isə  təqribən 
120 min nəfərə yaxın olmaqla, ekoloji cəhətdən ən gərgin böl-
gələrindən  biridir.  Bölgə  ərazisində  neft-qaz  sənayesinın  inki-
şafı  ilə  əlaqədar  bir  neçə  yaşayış  məntəqələri  salınmışdrr.  Bu 
sənaye  sahəsinin  durmadan  inkişafına  baxmayaraq  yaşayış 
məntəqələrinin sosial inkişafı çox geridə qalır. Qaradağ bölgə-
sində  iri  yaşayış  məntəqəsi  sayılan  Lökbatan  qəsəbəsində  bu 
günə kimi mərkəzləşmiş kanalizasiya şəbəkəsi yoxdur. Qəsəbə-
nin  bir  hissəsində  kanalizasiya  şəbəkəsi  olsa  da,  bu  şəbəkənin 
nasos  stansiyaları  qaydasında  fəaliyyət  göstərmir.  Qəsəbənin 
çoxmərtəbəli  yaşayış  binaları  olan  məhəllənin  çirkab  suları 
(gün ərzində təqribən 5-6 min m
3
) nasosxana ətrafında bataqlıq 
yaradaraq, relyef boyu axıb Qırmızı gölün "Qu gölü" adlanan 
sahəsinə  tökülür.  Burada  cəmləşən  çirkab  sular  isə  Lökbatan 
çimərliyi sahəsindən Xəzər dənizinə axıdılır. Digər bir məsələ 


 
312 
bu çirkab suların Xəzər dənizinə axıdıldığı  yerdə çirkab suları 
göldən dənizə axıdan kollektorun sıradan çıxmasıdır ki, çirkab 
suların ətrafa yayılması nəticəsində (təqribən 10 hektarlarla sa-
həni  əhatə  edən)  bataqlıq  əmələ  gətirmişdir.  Qəsəbənin  digər 
hissəsinin çirkab suları isə dolayısı ilə qəsəbənin qərbində yer-
ləşən Puta gölü ilə Qırmızı gölə axıdılır. Qırmızı gölün Xəzər 
dənizinə çıxışından təhlillər üçün götürülmüş qarışıq çirkab su 
nümunəsində ammonium ionları (NH
4
)-2,0; sintetik səthi aktiv 
maddələr  (SSAM)-5,2;  oksigenə  biokimyəvi  tələbat  (OBT
5
)  -
26,6 və neft məhsullarının 84,0 dəfə tələbdən artıqdır. Mikrobi-
oloji baxımdan nümunə çox çirklidir, bağırsaq çöpu bakteriya-
larının  miqdarı-1030  000  ədəd/litrdir.  Analoji  vəziyyət  bölgə-
nin  Ələt  və  Qobustan  qəsəbələrində  müşahidə  edilmişdir. 
Ələt qəsəbəsində formalaşan məişət-fekal və sənaye çirkab su-
ları  düzgün  idarə  edilmədiyindən  (1990-cı  ıllərdə  baxımsızlıq 
üzündən Ağac Emalı Kombinatının təmizləyici qurğularının is-
tismara  yararsız vəziyyətə düşdüyündən),  eləcə də laqeyd mü-
nasibətdən 20-dən artıq çıxış xətti ilə Xəzər dənizinə gün ərzin-
də orta hesabla təqribən 16,4 min m
3
 çirkab su təmizlənmədən 
axıdılır. Ən acınacaqlısı odur ki, qəsəbədə yerləşən hərbi "Və-
rəm dispanseri"nin çirkab suları da təmizlənmədən və zərər-
sizləşdirilmədən açıq kanalizasiya xətti ilə Xəzər dənizinə axı-
dılır.  Qəsəbədə  formalaşan  bərk  məişət  tullantıları  mərkəzləş-
miş  qaydada  yığılıb  zərərsizləşdirilmədiyindən  pərakəndə  şə-
kildə  sahil  zolağına  atılaraq  müxtəlif  məntəqələrdə  zibilliklər 
əmələ gəlmişdir. Ələt qəsəbəsində hərbi "Vərəm dispanseri"nin 
Xəzər  dənizinə  çıxışında  su  nümunəsində  SSAM-3,6;  asılı 
maddələr-13,0;  OBT
5
-80,0  və  NH
4
-ün  170,0  dəfə  tələbdən  ar-
tıqdır. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə kəskin 
zəhərlidir. 
Qobustan qəsəbəsində formalaĢan məişət-fekal və qarı-
şıq mənşəli çirkab sular mərkəzləşmiş kanalizasiya şəbəkəsinin 
çəkilişinin başa çatdırılmaması səbəbindən gün ərzində orta he-
sabla təqribən 5,8 min m
3
 həcmində qəsəbə ərazisində bir neçə 


 
313 
yerdən  sahil  zolağına  və  oradan  da  Xəzərə  axıdılır.  Sahil  zo-
lağına axıdılan çirkab sular ətrafa yayılaraq geniş sahəni əhatə 
edən bataqlıqlar əmələ gətirmişdir ki, bu da öz növbəsində sa-
hil  zolağının  eroziyası  ilə  nəticələnir.  Qəsəbədə  formalaşan 
bərk  məişət  tullantıları  qaydasında  idarə  olunmadığından  çox 
hissəsi sahil zolağına atılır və zibilliklərin əmələ gəlməsinə sə-
bəb olur. 
Qobustan qəsəbəsinin Xəzər dənizinə çıxışında su nümu-
nəsində SSAM-3,0; asılı  maddələr-15,0; OBT
5
-123,3  və  NH
4
-
ün 190,0 dəfə tələbdən artıqdır. Ekotoksikoloji təhlillərin nəti-
cəsinə görə nümunə kəskin zəhərlidir. 
Neftcala bölgəsi bir tərəfdən Kür çayı (70 km), digər tə-
rəfdən isə dənizlə (125-130 km) əhatə olunmuşdur. Bölgə əra-
zisində  Xəzər  dənizi  ilə  əlaqəsi  olan  9  mütəşəkkil  axar  vardır 
ki, bu axarlardan Xəzər dənizinə ən çox antropogen təsir göstə-
rən Həsənabad  və  Qobu  kanallarıdır. Həsənabad qəsəbəsin-
dən Xəzər dənizinə bir çıxış vardır ki, bu da kollektoru bölgə-
nin  Boyat  kəndindən  başlayaraq,  "AnĢad-Petrol"  MM-nin 
ərazisindən  keçməklə,  özündə  çirkab  suları  birləşdirib  Xəzər 
dənizinə  qovuşur.  Bu  kanal  Sovet  İmperiyası  dövründə  kənd 
təsərrüfatında  istifadədən  sonra  artıq  arat  sularını  dənizə  nəql 
etmək  məqsədilə  çəkildiyi  üçün  hazırda  sahibsiz  mütəşəkkli 
axar kimi fəaliyyət göstərir və bölgə inzibati xəritəsində qeydə 
alınmadığından  hər  hansısa  idarənin  səlahiyyətində  deyildir. 
Həsənabad  kollektorundan  götürülmüş  su  nümunəsində  neft 
məhsulları-2,0 dəfə tələbdən artıqdır. "Qobu" adlanan kanal 
Qoltuq  kəndindən  Xəzər  dənizinə  qovuşur.  Kanal  50  ha-dan 
çox sahəni əhatə edən, el arasında "Qobu" adlanan süni gölün 
dənizə  çıxışına  xidmət  edir.  Ətrafda  yerləşən  kəndlərin  axıntı 
suları da məhz bu göldə cəmləşir. Qobu kanalında su nümunəsi 
mikrobioloji cəhətdən çirklidir və bağırsaq çöpü bakterialarının 
miqdarı-134  000  ədəd/lirtdir.  Neftçala  bölgəsində  digər  na-
rahatçılıqdan  biri  də  bölgədə  təmizləyici  qurğuların  olmaması 
və  şəhər  əhalisinin  sudan  istifadəsi  zamanı  formalaşan  çirkab 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə