Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə104/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   100   101   102   103   104   105   106   107   ...   118

 
317 
fə  tələbdən  artıqdır.  Mikrobioloji  tədqiqatların  nəticəsinə  görə 
nümunə çox çirklidir, bağırsaq çöpü bakteriyalarının miqdarı - 
2  500  000  ədəd/litrdir.  Ekotoksikoloji  baxımdan  nümunə  kəs-
kin zəhəridir. 
Astara bölgəsi Respublikamızın cənubunda yerləşməklə, 
Ġran  Ġslam  Respublikası ilə həmsərhəddir. Sözügedən bölgə-
nin Xəzər sahili xəttinin uzunluğu 22,1 km-dir. Bölgənin sahil 
xətti  boyunca  bir  neçə  yaşayış  məntəqələri  mövcuddur  ki,  sö-
zügedən  ərazilərdə  mərkəzləşmiş  kanalizasiya  şəbəkəsinin  ol-
maması, eləcə də qeyd olunan yaşayış məntəqələrində formala-
şan bərk tullantıların düzgün idarə edilməməsi nəticəsində Xə-
zər dənizinə göstərilən antropogen təsirin ilbəil artması  müşa-
hidə edilir. Bölgə ərazisində ötən illər qeydə alınmış əsas prob-
lemlərdən biri Astara şəhər kanalizasiya şəbəkəsinin qəzalı və-
ziyyətdə  olmasıdı.  Astara  şəhərində  formalaşan  məişət-fekal 
suları  istismara  yararsız  olan  təmizləyici  qurğulara  gedib  çat-
mır. Təmizləyici qurğulara xidmət edən kanalizasiya şəbəkələri 
istismara yararsız vəziyyətə düşmüşdür. Formalaşan çirkab su-
ların bir qismi dağılmış kanalizasiya xətlərindən torpağa hopa-
raq  yeraltı  sulara  qarışır,  digər  qismi  isə  Kələdəhnə  kollekto-
runa  tökülərək  oradan  Xəzər  dənizinə  axmaqda  davam  edir. 
Bu vəziyyətin aradan qaldırılması hələ də qalmaqdadı.  
Astara bölgəsi Kələdəhnə kollektorunda su nümunəsində 
sintetik  səthi  aktiv  maddələr  (SSAM)-2.0;  asılı  maddələr-5,0; 
ammpnium  ionları (NH
4
)-24,0 və oksigenə biokimyəvi  tələba-
tın  (OBT
5
)-60,0  dəfə  tələbdən  artıqdır.  Mikrobioloji  cəhətdən 
çox  çirklidir,  bağırsaq  çöpü  bakteriyalarının  miqdarı  -1  150 
000 ədəd/litrdir. 
Bölgə ərazisindən keçərək Xəzər dənizinə qovuşan üç tə-
bii  axarla  yanaşı  bəzi  mövsümi  axarlar  da  mövcuddur  ki,  bu 
axarların  bir  qismi  də  yağıntı  sularından,  digər  qismi  isə  kənd 
təsərrüfatında istifadə olunan suvarma sularından formalaşır. 


 
318 
13.12. Xəzərin kompleks ekoloji monitorinqi vacib 
iĢlərdən biridir 
 
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dəni-
zinin Azərbaycan sektorunda, eləcə də onun sahil zolağında ət-
raf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstərici-
lərinin,  ekoloji  tələblərinin  elmi  əsaslarla  müəyyən  edilməsi, 
proqnozlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edil-
məsi üçün ekoloji monitorinqi təşkil edən və həyata keçirən sə-
lahiyyətli dövlət təşkilatı kimi fəaliyyət göstərir. 
Ġdarənin tərkibində 6 sektor: Monitorinq, Ġnformasi-
ya, ModelləĢdirmə və ProqnozlaĢdırma, Analitik Tədqiqat-
lar,  Biologiya  və  Ekotoksikologiya,  Mikrobiologiya,  Təsər-
rüfat iĢləri sektorları, Xəzər Dənizinin Sahildən Çirklənmə-
sinə QarĢı Tədbirlər Mərkəzi və Donanma Xidməti Mərkə-
zi fəaliyyət göstərir. 
Monitorinq  sektoru  öz  fəaliyyətində  Xəzər  dənizinin 
Azərbaycan  sektorunda  və  onun  sahil  zolağında  ətraf  mühitə 
anrtopogen  təsirin  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin  eko-
loji tələblərinin elmi əsaslarla müəyyən edilməsini, prosseslərin 
müşahidəsi,  monitorinq  sisteminin  yaradılması,  monitorinqin 
təşkili və idarə olunmasını həyata keçirir. 
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi laboratoriya-
sı 3 sektordan (Analitik Tədqiqatlar sektoru, Biologiya və Eko-
toksikologiya sektoru və Mikrobiologiya sektoru) ibarətdir. 
Laboratoriya  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  və 
955,08  km-lik  sahil  zolağında  fəaliyyət  göstərən  müəssisə  və 
təsərrüfatlardan,  üzən  vasitələrdən,  çimərlik  ərazilərindən,  də-
nizə tökülən axarlardan və s. götürülən su və süxur nümunələri 
üzərində kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji təhlil-
lər aparır. Həmçinin laboratoriyanın əməkdaşları nazirlik, yerli 
və  xarici  neft  şirkətləri  tərəfindən  açıq  dənizdə  təşkil  edilmiş 
ekspedisiyada iştirak edərək, müxtəlif horizontlardan su və dib 
çöküntüsü nümunələrinin götürülməsini təmin edir. Laboratori-


 
319 
ya müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz 
edilmişdir.  Daşınması  mümkün  olan  ABŞ-ın  "Hach"  fırma-
sından  alınmış  spektrometr  və  Yaponiyanın  "Horiba"  markalı 
cihazları  suyun  fiziki-kimyəvi  xüsusiyyətləri  (pH,  duzluluq, 
həll olmuş oksigen, bulanıqlıq, elektrik keçiriciliyi və tempera-
tur) və biogen maddələrin (ammonium ionu, nitritlər, nitratlar, 
fosfatlar,  silikatlar,  sulfatlar,  xloridlər,  codluq  və  s.)  yerində 
təhlil olunmasına imkan verir. 
Həmin  laboratoriyaya  dəniz  ekspedisiyalarında  dib  çökün-
tüsü  nümunələrinin  müasir  səviyyədə  götürülməsi  üçün  "Van-
Vin" markalı nümunəgötürən apparatla da təchiz edilmişdir. 
2006-cı  ilin  aprel  ayından  bakterioloji  təhlillər  aparmaq 
məqsədilə idarədə Mikrobiologiya Sektoru fəaliyyətə başlamış-
dır. Laboratoriya bakteroloji tədqiqatların aparılması üçün mü-
asir standartlara cavab verən "Bio-Trak 4250" markalı mikrobi-
oloji  analizatorla  təchiz  edilmiş  və  onun  köməkliyi  ilə  axıntı 
sularında  və  dənizin  məişət-fekal  suları  ilə  çirklənmə  ehtimalı 
olan ərazilərdə mikrobioloji təhlillər aparır. 
İnformasiya, Modelləşdirmə və Proqnozlaşdırma sektoru 
təbiəti  mühafizə  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  sahə-
sində tərtib edilmiş ekoloji qaydaların, pasportların, ətraf mühi-
tə  təsirin  qiymətləndirilməsi,  YVQH,  YVTH  və  s.  hüquqi  sə-
nədlərini ekspertizadan keçirərək razılaşdırılması, Xəzər gölün-
də dib dərinləşdirmə işlərinin aparılması, süxurun basdırılması 
üçün və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair sənədlə-
rə baxaraq rəy və təkliflərini verir, eləcə də Xəzər dənizi akva-
toriyasında  və  sahil  zolğında  yerləşən  müəssisələr  tərəfindən 
idarəyə  təqdim  olunan  2-TG  (su  və  hava  təsərrüfatı)  statistik 
hesabatları razılaşdırır. 
Həmçinin  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  və 
onun  sahil  zolağında  fəaliyyət  göstərən  müəssisələrin  istehsal 
prosesi  nəticəsində  formalaşan  tullantıları,  onların  keyfiyyəti-
nin  monitorinqi  əsasında  toplanmış  məlumatı  Məlumat  Ban-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə