Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə106/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   102   103   104   105   106   107   108   109   ...   118

 
324 
Məşhur  səyyah  Əbu-İshaq  İstəxri  (VIII  əsr)  bakılıların 
ocaqlarda odun əvəzinə neftli  torpaq  yandırdıqlarını  öz əsərlə-
rində  yazmışdır.  IX  əsrin  2-ci  yarısında  ərəb  tarixçisi  Əhməd 
Balazuri yazırdı ki, 754-cü ildə Azərbaycan hökmdarı Şirvanda 
çıxarılan neft və duza görə vergi alırdı.  
Abşeron yarımadasında neft hasil olunması haqqında ge-
niş tarixi məlumat X əsrə təsadüf edilir. Həmin dövrlərdə neft 
Suraxanı və Balaxanı kəndlərində dərinliyi 5-6 metr olan quyu-
lardan  çıxarılırdı  və  elə  yerlər  var  idi  ki,  neft  öz  axarı  ilə  (lay 
təzyiqi ilə) üzə çıxırdı. 
Ərəb  səyyahı  və  tarixçisi  Məsudi  Əbdül-Həsən  ibn  Hü-
seynin  yazdığına  görə  Bakıda  əsasən  iki  neft  çıxan  yer  var. 
Bunlardan  birində  sarı  və  ağ  neft,  digərində  isə  qara  və  abi 
rəngli neft hasil edilirmiş. 
Venesiyalı  səyyah  Makro  Polonun  yazdığına  görə  XIII 
əsrdə Abşeronda xeyli miqdarda neft quyusu olmuş və bir çox 
sahələrlə  yanaşı  ondan  dənizlərdəki  gəmilərə  işıqverici  (ma-
yak),  çıraqları  yandıran  təbii  maye  kimi  istifadə  olunmuşdur. 
Bakı  nefti  dəvə  karvanları  ilə  ətraf  ölkələrə,  o  cümlədən  Bağ-
dad  bazarlarına  aparılırmış.  Rusiyalı  tacir  Afanasi  Nikitin  XV 
əsrdə  Hindistana  səfər  etdiyi  zaman  Bakıda  olmuş,  Bakı  nefti 
haqqında xeyli məlumatlar əldə etmişdir. 
Balaxanı  kəndində  bir  neft  quyusunun  yanındakı  daşın 
üzərində bu quyunun 1594-cü ildə usta Allahyar Məmmədnur 
oğlu tərəfındən qazıldığı aşkarlanmışdır. 
Abşeronun  nefti  haqqında  ətraflı  məlumatın  birisidə 
1683-cü  ildə  İranda  (Cənubi  Azərbaycanda)  İsveç  müvəkkili-
nin  katibi  Y.Kempfer  tərəfindən  verilmişdir.  O,  qeyd  edir  ki, 
əbədi  odlar  yaxınlığında  ağ  neft  verən  bir  neçə  quyu  vardır. 
Quyulara neft yeraltı mənbələrdən damcı-damcı süzülür və bu-
raya  yığılmış  neft  çıxarılır.  Müəllifin  yazdığına  görə  Bakının 
ağ  nefti  yaxşı  müalicə  əhəmiyyətlidir.  Daha  sonra  Y.Kempfer 
göstərir ki, Bakı ətrafında (Abşeronda) çıxan qara neft Şamaxı-
ya, Özbəyə, Çərkəzə, Dağıstana və s. daşınırmış. 


 
325 
1771-ci  ildə  Bakıya  gəlmiş  alim  S.Qmelin  Y.Kempferin 
ondan əvvəl təsvir etdiyi Bakı ağ neft mənbələri haqqında yeni 
elmi məlumatlar vermişdir. O, Abşeronda neft quyularının  də-
rinliyinin 40-50 metr və diametrinin 0,7-1,0 metrə qədər oldu-
ğunu qeyd edir. 
Rus  müəllifı  Yartsev  "Rusiyanın  mədən  tarixi"  adlı  əsə-
rində  1812-1814-cü  illərdə  Bakının  Balaxanı  nefti  haqqında 
məlumat  verir.  Onun  yazdığına  görə  Bakının  12  verstliyində 
açıq  quyulardan  məlum  olmayan  miqdarda  neft  çıxarılır.  Bu 
nefti satmağa ancaq Bakı knyazının ixtiyarı vardır. Satılmayan 
artıq neft isə Bakı şəhərində qazılmış, dibi və divarları möhkəm 
ağ daşlardan hörülmüş 15 quyuya tökülürmüş.  
İstismarçı  və  çox  qəddar  rus  imperatoru  I  Pyotur  XVIII 
əsrin  əvvəllərində  Bakı  neftinə  çox  maraq  göstərmiş  və  Rusi-
yanın Şərq ölkələri ilə ticarət etməsi üçün Bakı neftini ata malı 
kimi əsas amil kimi qəbul etmişdir. 
Neft,  neftdən  istifadə,  yazılı  mənbələrə  düşdüyündən 
çox-çox əvvəllərə təsadüf edir. Amma, ondan çox primitiv qay-
dada istifadə etmişlər və onun hansı ekoloji problemlər yaratdı-
ğını  insanlar  bilməmişlər.  Yazılı  mənbələrdə  tünd  rəngli 
neftdən  ağ neft  alınmasına biz ancaq tarixi  mənbələrdə XVIII 
əsrin əvvəllərindən başlayaraq təsadüf edirik. 
Bu prosesin də, yəni ağ neftin, yüngül fraksiyalı neftin də 
alınma prosesinin dünyada ilk dəfə Azərbaycanda aparılmasın-
da  yazılı mənbələrdə öz əksini  tapmışdır. 1733-cü ildə Bakıya 
gəlmiş və Xəzər dənişi ilə səyahətə çıxmış akademik Lerxe öz 
yazılarında göstərir ki, Bakı  yaxınlığındakı Balaxanıda 52 neft 
quyusu  var  və  bunlardan  neft  çıxarırlar.  Neft  tez  yanmır.  O, 
tünd  boz rəngdədir, onu distilə etdikdə açıq  sarı rəng  alır. Ağ 
neft  bir  qədər  tutqundur,  lakin,  distilə  etdikdə  spirt  kimi  açıq 
olur  və  tez  alışıb  yanır.  Göründüyü  kimi,  Azərbaycanda  neft 
1733-cü ildən daha əvvələrdə distilə edilirmiş. Yəni, tarixi də-
lillərə görə neftin ilk emalının vətəni də Azərbaycandır. Xatır-
ladaq  ki,  bu  emal  prosesi  XVIII  əsrin  ortalarından  başlayaraq 


 
326 
daha çox zavod şəraitində Azərbaycanda emal olunmağa üstün-
lük  verilmişdir. Məlumdur ki,  1863-cü ildə Cavad adlı bir sa-
hibkar Suraxanıda ağ neft zavodu tikdirib və onun ardınca pro-
ses sürətlənərək 1870-ci ildə bu zavodların sayı 47-yə çatdırıl-
mışdır. 
Dənizdə ilk neft quyusu da dünyada 1-ci olaraq Azərbay-
canda qazılmışdır. Tarixi məlumatlara görə 1803-cü ildə Qasım 
bəy Mansurov adlı bir şəxs (onlar böyük nəsldir və səcərə daşı-
yıcıları indidə məlum adamlardır) dünyada ilk dəfə Bibiheybət-
də dənizdə quyu qazdırmış və neft hasil etmişdir. 
O, sahildən 20-30 metr aralı dənizdə iki neft quyusu qaz-
dırmışdır. Taxta ilə əhatə olunmuş bu quyular güclü dəniz dal-
ğalarına  dözüm  gətirə  bilmirdi.  Əllə,  bellə  qazılan  bu  quyular 
çox böyük zəhmət tələb edirdi. Digər tərəfdən də rus-çar hökü-
məti insanları azad yaşayıb-işləməyə qoymur və neftli sahələri 
əhaliyə iltizama verir, böyük vergi tələb edirdi. Bu səbəbdən də 
neft sənayesi böyük vüsət ala bilmirdi. Həmin dövrlərdə Abşe-
rondan çıxarılan neftin miqdarı az olduğundan və istehsal olu-
nan  neftin  əsasən  ətraf  ölkələrə  satıldığından  və  ölkədaxili 
neftdən  ən  çox  çıraqlarda  yandırdıqlarından  elə  bir  ekoloji 
problem yaratmırdı. 
Bəzi  məlumatlara  görə  1825-ci  ildə  Abşeron  yarıma-
dasında  -  Suraxanıda,  Balaxanıda,  Binəqədidə,  Bibiheybətdə, 
Şubanıda və Pirallahıda Xəzərin dayaz yerlərində daha çox neft 
quyuları var idi. XIX əsrin əvvələrində artıq 5-3 metrlikdə neft 
yox  idi  və  50-60  metrlikdə  işləmək  çətin  və  təhlükəli  idi,  ya 
neft-qaz fantanı, yaxud quyu divarlarının uçması qazmaçı usta-
ları və hətta sahibkarları bu işə olan həvəsini söndürürdü. Odur 
ki,  1848-ci  ildə mühəndis  F.A.Semyonovun təklifi ilə əl  üsulu 
ilə qazma vurma qazma üsulu ilə əvəz olundu. Yəni mexanik-
ləşdirilmiş qazma üsulu da dünyada ilk dəfə Azərbaycanda tət-
biq olundu. Bu üsul 11 il keçdikdən sonra ABŞ-da öz tətbiqini 
tapdı.  1871-ci  ildə  Balaxanıda  texniki  üsulla  dərinliyi  64  metr 
olan quyu qazıldı və onun gündəlik hasilatı 700 ton oldu. Bu da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə