Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə108/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   104   105   106   107   108   109   110   111   ...   118

 
330 
cov,  Fərman  Salmanov,  Y.Baybakov,  M.İsgəndərov,  S.Vəzi-
rov,  S.Şirinov  və  s.  onlarla  dünyada  müqayisə  edilə  bilməyən 
görkəmli neftçi alimlər, mütəxəssislər Azərbaycan yetişdirmiş-
dir. 
Azərbaycan neftçi mütəxəssislərinin böyük naliyyətlərin-
dən biri də Xəzərdən neft çıxarılması məsələləridir. 
XX əsrin 20 illərində, istərsədə 30-cu illərdə Xəzərdə bir 
çox addımlar atılmış və 1949-cu ilin sonralarından isə neft Xə-
zər  dənizindən  daha  bol-bol  çıxarılmış,  Neft  Daşları  adlanan 
sahədə neft quyusu güclü fontan vurmaqla Xəzər neftinə mara-
ğı  daha  da  gücləndirmişdir.  Bütün  bu  proseslərin  hamısında 
Azərbaycan neftindən əldə edilən gəlirlər rus imperiyasının çi-
çəklənməsinə xərclənmiş, Azərbaycan insanlarına isə boş fəh-
ləlik  qalmışdır.  Hətta,  2-ci  dünya  müharibəsinin  taleyi  Azər-
baycan nefti ilə bir başa bağlı olduğunu bütün dünya qəbul et-
sədə, ruslar Bakıya Qəhrəman şəhər adı verilməsi məsələsində 
boş bir medalıda Azərbaycana qıymadı, çox gördü. 
Azərbaycanda neftin sənaye üsulu ilə istehsalına başlan-
dığı vaxtdan son dövrlərə kimi qurudan və dənizdən əldə edilən 
ancaq  neftin  miqdarı  bir  milyard  yarımtona  yaxın  olmuşdur. 
Qaz  istehsalı  isə  son  dövrlər  daha  da  intensivləşmişdir.  Azər-
baycan öz müstəqilliyini əldə edənə qədər təbii sərvətlərinin də 
tam  səlahiyyətli  sahibi  olmamışdır.  İndi  isə  Azərbaycan  yeni 
bir mərhələni yaşayır və bu sərvətlərdən milli mənafelərə xid-
mət edəcək istiqamətdə, xüsusən də erməni-rus işğalçılarından 
Yuxarı Qarabağ torpaqlarının azad edilməsinə daha çox üstün-
lük verməlidir. 
 
 
14.2. Neftin fiziki-kimyəvi xüsusiyyətləri və ətraf 
mühitdə fövqəladə hal yaratması 
 
Bakını  dünyanın  neft  akademiyası  adlandırılması  çox  da 
uzaq  tarix  deyildir.  Həm  də  bu  adı  biz  deyil,  digər  millət  və 


 
331 
dövlətlər Bakıya vermişlər. Dünya neft istehsalı tarixində Bakı 
həmişə öncül  yerdə olmuş və bu birinciliyi hələ də saxlamaq-
dadır. Əlbətdə, bunun da əsaslı səbəbləri vardır. Bütün bunlarla 
yanaşı  neft  və  neft  məhsullarından  və  digər  maddələrdən,  on-
ların  ətraf mühitə vurduğu zərərdən çox danışılsa da neft haq-
qında hətta Azərbaycanın özündə də elementar bilikləri olma-
yan  insanlar  tapılır.  Xüsusi  ilə  Bakıda,  Azərbaycanda  ekoloji 
təşkilatlarda çalışan belə hallar varsa, o, daha ağrılı olar. Odur 
ki, mürəkkəb və təbii maddə olan neft, onun müxtəlifliyi, xüsu-
siyyətləri haqqında bir neçə fikri sadə formada şərh etmək yeri-
nə düşər. 
Qeyd edək ki, Azərbaycanın neft sənayesi onun iqtisadiy-
yatının əsasını  təşkil edir və digər istehsal  sahələrinin  də inki-
şafında müstəsna rol oynayır. Neft, neftli qaz (qazokondensat), 
təmiz halda qaz, Azərbaycanın -xüsusən Abşeronun həm quru, 
həm də dəniz ərazilərindən çıxarılır. Quruda olan neft-qaz ya-
taqları  Balaxanı,  Sabunçu,  Ramana,  Bibiheybət,  Suraxanı,  Bi-
nəqədi,  Buzovna,  Maştağa,  Lökbatan,  Qala,  Aşağı  Küryanı, 
Neftçala,  Girovdağ  (Şirvan  şəhəri  yaxınlığında),  Şamaxı-Qo-
bustan, Umbakı, Siyəzən, Naftalan və s. ibarətdir. 
Xəzər  dənizində  (gölündə)  isə  Neft  Daşları,  Kürgən-də-
niz,  Darvin  adası  və  s.  kimi  neft-qaz  yataqları  istismardadır. 
Günümüzdə neft və qazın hasilat payının 80 faizdən çoxu dəniz 
neft-qaz yataqlarının payına düşür. 
Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın Bö-
yük  Qafqaz,  Kiçik  Qafqaz,  Talış  dağlarını,  Yuxarı  Qarabağı 
çıxmaq  şərti  ilə  Xəzər  dənizi  daxil  olmaqla  bütün  əraziləri 
neftlə, qazla zəngindir. Neft yağlı maye olub, tünd qəhvəyi, qa-
ra,  bəzən  isə  yaşılı  və  yaşılı-sarı  rəngli  olurlar.  O  xüsusi  iyə 
malik  olmaqla,  müxtəlif  tərkibli  karbohidrogenlərin  mürəkkəb 
qarışığından  ibarətdir.Onun  tərkibini  əsasən  karbon,  hidrogen, 
oksigen,  azot,  kükürd  və  s.  kimyəvi  elementlər  təşkil  edirlər. 
Neftin  tərkibində  84-87  faiz  karbon,  10-15  faiz  hidrogen,  1-2 
faiz oksigen, kükürd, azot və s. vardır. Əsasən karbon və hidro-


 
332 
genin  müxtəlif  növlü  kimyəvi  birləşmələri,  neftin  tərkibində 
müxtəlif  maddələr  əmələ  gətirir  ki,  bunların  hamısını  birlikdə 
karbohidrogenlər adlandırırlar. Digər maddələrdən fərqli olaraq 
neftin kimyəvi tərkibini sabit bir formulla ifadə etmək mümkün 
deyildir. 
Neft sözünün ilk adını da qədim Azərbaycan türk dövləti 
olan midiyayılar vermişlər. Beləki, midiyayıların Yer təkindən 
çıxan bu yanan maddəni "Nafata"-yəni "Sizan", "Süzülən" ad-
landırmışlar. Tarixi mənbələrə görə Midiya dövləti çox qüdrətli 
olmaqla yaşadığımız (XXI) eradan əvvəl IX-XI əsrlərdə hazırki 
Cənubi  Azərbaycan  və  Şimali  Azərbaycandan  da  xeyli  ət-
rafındakı  əraziləri  əhatə  edirdi.  "Nafata"  tədricən  "Naft"  və 
"Neft" şəkilində ifadə edilməklə digər ölkələrin dilinə bizim di-
limizdə olduğu kimi keçmişdir. Bir yanacaq kimi neftin işlədil-
mə  tarixi  çıraqdan  (lampadan)  başlayıb.  XIX  əsrin  2-ci  ya-
rısında  daxili  yanma  mühərriklərinin  yaranması  ilə  neftin  çox 
qiymətli bir faydalı qazıntı olması kimi daha da yüksək dəyər-
ləndirilməsinə gətirib çıxarmışdır. Elə bu səbəbdən də çox qısa 
tarixi bir müddətə də neftə olan təlabat böyük vüsət almalı ol-
muşdur. 
Təbii halda yer təkindən çıxarılan neft və qazdan müasir 
dövrdə 2 mindən çox müxtəlif növ kimyəvi məhsullar və müx-
təlif  növ  maddələr  istehsal  edirlər.  Bunlardan  ümumi  şəkildə 
üzvi turşuları, spirtləri, sintetik kauçukları, zəhərli maddələri, sü-
ni lifləri, plastik materialları, sintetik yağları, partlayıcı maddələ-
ri, gübrələri, bir çox dərmanları, müxtəlif növ həllediciləri və s. 
misal göstərmək olar. Müxtəlif növ benzinləri, ağ neft və mazu-
tuda  Yer  təkindən  çıxarılan  neftdən  istehsal  edirlər  və  müasir 
maşın-mexanizmlərin  yanacağı  kimi  istifadə  edirlər.  Mazutun 
özündən də qiymətli yanacaqlar və sürtkü yağları və s. alırlar. 
Neft  məhsulları  kənd  təsərrüfatında,  hava  nəqliyyatında, 
reaktiv təyyarələrdə, kosmik gəmilərdə və s. sahələrdə əsas ya-
nacaq  olaraq  qalmaqdadır.  Dünya  donanmasının  işlənmə  sa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə