Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə109/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   105   106   107   108   109   110   111   112   ...   118

 
333 
hələrindən asılı olmayaraq onun 80 faizindən çoxusu neft yana-
caqlarından istifadə edir. 
Hazırda  neft  öz  üstünlüyünə  görə  bütün  yanacaq  növlə-
rindən öndədir. Yəqinki, hələ uzun müddət ərzində də belə qa-
lacaqdır. Amma, neftin yanacaq kimi deyil, kimyəvi bir maddə 
kimi insanlar ondan istifadə etsəydi daha yaxşı olardı. Belə ki, 
əldə edilən gəlir çox olmaqla, dünya ekoloji problemlərinin ək-
səriyyəti əmələ gəlməz, insan çıxılmaz vəziyyətə düşməzdi. 
Neft  mürəkkəb  təbii  bir  maddə  olmaqla  başqa  maddə-
lərdən  öz  fıziki-kimyəvi  xüsusiyyətlərinə  görə  də  fərqlənir. 
Neftin  sıxlığı  formalaşdığı  yeraltı  -layların  xüsusiyyətlərindən 
asılı olaraq əsasən 0,75-1,0 q/sm
3
 arasında dəyişir. Sıxlığı 0,75 
q/sm
3
 -dan aşağı və 1,0 q/sm
3
 -dan yuxarı olan neftlərə də təsa-
düf etmək olur. Bunun bariz nümunəsi Suraxanı neft yataqları-
nı göstərmək olar. Buradakı neftin sıxlığı 0,71 q/sm
3
  olmaqla, 
heç  bir  emaldan  keçmədən  əvvəllər  çıraqlara  tökməklə  yandı-
rılmışdır.  Yaxud,  sıxlığı  1,06  q/sm3  olan  İran  (Cənubi  Azər-
baycan)  və  Kaliforniyada  sıxlığı  1,01  q/sm
3
  olan  qatı-qətranlı 
neftlərin  və  s.  adlarını  çəkmək  olar.  Neftin  sıxlığı  az  olduqda 
rəngi açıq, çox olduqda isə tünd rəng alır. Neftlərin sıxlıqlarını 
adətən  aerometr,  Mor-Vestfal  və  piknometr  vasitəsi  ilə  öl-
çürlər. 
Neftin  nisbi  sıxlığını,  onun  20
0
C  temperaturdakı  sıxlığı-
nın  suyun  4
0
C  temperaturakı  sıxlığma  olan  nisbəti  kimi  götü-
rürlər. Neftin özüllüyü adətən mütləq, kinematik və nisbi özül-
lüllük kimi qiymətləndirilir. 
Lay  şəraitində  neftlərin  özüllüyü  onların  kimyəvi  tərki-
bindən və yatım şəraitindən asılı olaraq böyük sərhədlərdə də-
yişir. Layın neftvermə əmsalı onun özüllülüyü ilə sıx əlaqəlidir. 
Özüllük çoxdaldıqca neftvermə əmsalı azalır və əksinə. 
Neftlərin  tərkibi  müxtəlif  və  mürrəkəb  olduğundan  on-
ların qaynama və buxarlanma temperaturları da müxtəlifdir. Bu 
səbəbdən də neftdən əvvəl  yüngül  karbohidrogenlər, sonra isə 
onların ağır növləri qaynayaraq ayrılır. Bu səbəbdən də neft və 


 
334 
onun məhsullarının qaynama temperaturu qaynamanın başlan-
ğıcı və sonu ilə göstərilir. Ən yüngül neftlər 100
0
C-dən  aşağı, 
ağır neftlər isə 100
0
C-dən yüksək tepmeraturlarda qaynayır. 
Neftin istilikötürmə qabiliyyəti onun sıxlığı ilə tərs mütə-
nasib  olub,  digər  yanacaqlardan  qabağadır.  Əgər  sıxlığı  0,793 
q/sm
3
  olan  Suraxanı  neftinin  istiliktörətmə  qabiliyyəti  10916 
kkal/kq-dırsa,  sıxlığı  0,923  q/sm
3
  olan  Binəqədi  neftininki  isə 
10430 kkal/kq-dır. 
Neft həmdə  yaxşı həlledicidir. O efir, benzol, xloroform 
və benzində həll olunduğu kimi - özündə kükürdü, yodu, kau-
çuku, qətranı, bitki və heyvan yağlarını, qazları həll edə bilir. 
Yer  təkindən  susuz  təmiz  neft  aldıqda  o  elektriki  keçir-
mir.  Elə  bu  səbəbdən  də,  süxurların  müqavimətinin  ölçülməsi 
üsulu bu əsasda yaradılmışdır. Neftin tərkibinin əsasını karbon 
və hidrogen təşkil etsə də onlar sərbəst olmayıb karbohidrogen 
birləşmələri şəklindədirlər. Metan sıralı karbohidrogenlər doy-
muş karbohidrogenlər də adlanır. Yəni, hər bir karbon atomuna 
ən çox hidrogen atomu düşür. Metan sıralı neftlər, əsasən nef-
tin  yüngül  fraksiyaları  olan  benzin  və  ağ  neftdə  çoxluq  təşkil 
edirlər.  Abşeron  yarımadasının  üst  neftli  laylarında  yüngül 
fraksiyalar üstünlük təşkil edir, dərin qatlarda isə əksinə. 
Naften  sıralı  karbohidrogenlər  də  zəngin  olub,  Abşeron 
neft laylarının 50 faizini təşkil edir. 
Aromatik  sıralı  karbohidrogenlər  isə  neftlərin  tərkibində 
geniş yayılmışlar. Amma, onlar əsasən yüngül fraksiyalı karbo-
hidrogendə daha artıq olur. Əlbətdə neftli laylarda metan, naf-
ten  və  aromatik  qruplarına  ayrı-ayrılıqda  uyğun  gələn  neftlər 
yoxdur, sadəcə miqdarca fərqlidirlər. Neftlərin tərkibində digər 
birləşmələr  də  az  deyildir,  lakin,  kükürd  texniki  avadanlıqları 
daha çox karroziyaya uğradır. Abşeronun BibiHeybət  yatağın-
dan çıxarılan neftdə kükürdün miqdarı 0,15-0,25 faiz, Balaxa-
nı-Sabuncu-Ramana  yatağında  0,13-0,32  faiz,  Suraxanı  yata-
ğında  0,13-0,2  faiz  və  s.  arasında  dəyişir.  Bu  həm  də  ekoloji 


 
335 
zərərverici -zəhərləyici maddə olduğundan ətraf mühitə çox zə-
rər gətirir. 
Neftlərin sənaye təsnifatı, onların tərkibində olan kükür-
dün,  parafınin,  qətranın  və  benzinin  miqdarına  görə  qruplara 
bölünürlər. 
Benzinin  keyfiyyətinə  və  miqdarına  görə  neftlər-yüksək 
oktanlı,  oktan  ədədi  72-dən  yuxarı  olan  benzinli  neftlərə,  orta 
oktanlı  -oktan  ədədi  65-71  arasında  olan  benzinli  neftlərə  və 
aşağı  oktanlı-oktan  ədədi  65-dən  az  olan  benzinli  neftlərdən 
ibarətdir. 
Neftlərin  müxtəlif  növlü  olması  neftəmələgətirici  üzvü 
maddələrin  müxtəlifliyindən  və  onların  neftə  çevrilməsinin  fi-
ziki -kimyəvi və geoloji, geofıziki şəraitindən bir başa asılıdır. 
Neft  sənayesi  Azərbaycanın  iqtisadiyyatının  hazırda  da 
əsasını təşkil edir və digər istehsal sahələrinin inkişafında çox 
əhəmiyyətlidir.  Həm  də,  neft  sənayesi  respublikamızın,  xüsu-
sən  Bakı-Sumqayıt-Abşeron  sahələrinin  ekologiyasına  zərərli 
təsir edən başlıca mənbədir. Neft sənayesinə, əsasən neft geolo-
giyası-geofizikası,  neft  quyularının  qazılması,  quyuların  mə-
nimsənilməsi, istismarı, neftin yığılması, nəqli, kimyəvi emalı -
fraksiyalara ayrılması proseslərini və s. aid etmək olar. Sadala-
nan  sahələrin  hamısının  havanı,  torpağın  üst  hissəsini,  suyu, 
yeraltı torpaq və sulu layları çirkləndirdiyini, yaşayış üçün ağır 
mühit yaratdığını, yeraltı içməli suların digər zəhərli lay suları 
ilə  qarışmasını,  dəniz  suyunu  və  onun  ətraf  torpaq-su  sər-
hədlərini korladığını, dəniz canlılarının məhvini və s. yada sal-
dıqda dəhşətə gəlməmək mümkün deyildir. Dənizdə və quruda 
qazılan neft-qaz quyuları həm qurunu və həm də dənizi çirklən-
dirir və hesablamalara görə quyuların qazılıb istismara verilmə-
si  zamanı  dənizin  çirklənməsi,  su  nəqliyyatının  çirkləndirmə 
əmsalından heç də az deyildir. Neft-qaz quyularının qazılması 
zamanı  gilli məhlullardan, onları əmələ gətirən üzvü və qeyri-
üzvü  kimyəvi  birləşmələrdən-oksil,  sunil,  qrafit,  kaustik  soda, 
paltar sodası, gips, barit, KMS, PFLX və s. kimi kimyəvi qarı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə