Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə117/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   110   111   112   113   114   115   116   117   118

 
357 
Qərbi  Azərbaycan  bölgələrində  Nəbi  Peyğəmbərin  adının 
daşıyıcıları həmişə çoxluq təşkil etmişdir. 
Tarixi dəlillərə görə yaşadığımız eradan əvvəl VIII –VII 
əsrlərdə bu bölgəmiz qədim Manna və Midya türk dövlətlərinin 
II əsrdə Atropateniyanın, III əsrdə Sasanilərin tərkibində olmuş 
VII  yüzilliyin  20-ci  illərində  isə  Bizans  qoşunlarının  işğalına 
məruz  qalmışdır.  Ticarət,  zəvvar,  səyyah  yollarının  buradan 
keçməsi  və  Azərbaycanın  mərkəz  hissəsi  olduğundan  bir  sıra 
şəhərlərin,qalaların yaranması ilə yanaşı,həm də Azərbaycanda 
ilk Sasani gümüş sikkələrinin Naxçıvan zərbxanalarında kəsil-
məsinə  şərait  yaratmışdır.  Yeni  eranın  654  –cü  illərində  Nax-
çıvanı  ərəb  istilaçılarından  olan  Həbib  İbn  Məslənə  zəbt 
etmişdir.XI  əsrdə  bura  Səlcuqların  hakimiyyətində,  XII  əsrdə 
isə Eldəgizlər dövləti tərkibində olmuşdur.Eldəgizlər dövründə 
Naxçıvanda  xeyli  memarlıq  abidələri,  məscidlər,  türbələr, 
saraylar  tikilişi  genişlənir  və  sonralar  isə  Naxçıvana  Məhəm-
məd Cahan Pəhləvanın xanımı Zahidə Xatun hakimlik etməklə, 
xəzinəsini Əlincəqalada saxlatdırırdı. 
1221-ci  ildə  monqolların    hücumundan  sonra  Naxçıvan 
Xarəzmşah Cəlaləddinin  əlinə keçir (1225). Qazan xanın  isla-
hatı  isə  Naxçıvanda  iqtisadiyyatın  dirçəlməsinə  səbəb  olur. 
1385-ci ildə Naxçıvana Teymurilər, 1386 -ci ildə Qızıl orda qo-
şunları  soxulur.  Əlincəqalanın  müdafiəçiləri  14  il  teymurilərə 
muqavimət  göstərsələr  də  hürufiliyin  başçısı  olan  Fezullah 
Nəimi edam edilir 
XIV-XV  əsrlərdə  Naxçıvanda  sənətkarlıq  və  ticarətlə 
yanaşı  Ordubad,  Azad  (Gilan-Giran),  Culfa  kimi  şəhərlərdə 
xeyli  inkişaf  yolu  keçir.Burada,  xüsusən  daş  duz,  xam  ipək, 
zərgərlik məmulatları, mis və saxsı qablar və s .xarici ölkələrə 
daha çox ixrac olunurdu. 
XV əsrdə Naxçıvan Qaraqoyunluların, sonralar isə Ağqo-
yunluların  tərkibində  olmuşdu.  1501-ci  ildə  Qızılbaşların  Ağ-
qoyunlularla “dil” tapmasından sonra Naxçıvan Səfəvilərin ha-
kimiyyətində olur. 
XVIII  əsrin  ortalarında  Qızılbaşların  süqutundan  sonra 
isə  Şimali  və  Cənubi  Azərbaycanın  hər  yerində  olduğu  kimi 
Naxçıvanda  da  Naxçıvan  xanlığı  yaradılır.  1826-28  -ci  illərdə 


 
358 
Rusiya-İran  müharibəsi  zamanı  rus  qoşunları  Naxçıvanı  tutur 
və Türkmənçay müqaviləsinə (1828) görə Rusiyaya birləşdirilir. 
Rusiya  1841-ci  ildə  Naxçıvan  ərazisinin  tabeçiliyini  Şimali 
Azərbaycanın  bir  çox  bölgələri  kimi  Jmeretiya(Gürcüstan) 
quberniyasının tərkibinə daxil edir. 
1918-ci  ildə  ADC-nin  yaxından  köməkliyi  və  Türkiyəni 
köməyə  çağırması  nəticəsində  həmin  ilin  oktyabr  ayında 
türklərin  Mudros  barışığına  görə  Zaqafqaziyanı  tərk  etməsinə 
baxmayaraq Naxçıvan ADC –nin tərkibində qalır. Lakin, 1920 
–ci ilin ortalarında hazırda aparılan siyasət kimi Naxçıvan xeyli 
müddət ingilis və ABŞ qoşunları əsarətində qalmışdır. 
1920-ci ilin 28 iyulundan Azərbaycanın tərkibində olmaq 
şərti  ilə  Naxçıvanda  “müstəqil”  respublika  yaradılır.  1921-ci 
ilin  16  martında  Moskvada  bağlanan  Rusiya  –Türkiyə,  Azər-
baycan, Ermənistan müqaviləsinə əsasən Naxçıvanın Azərbay-
canın tərkibində qalması haqqında müqavilə bağlanılır. 
Sonrakı dövürlərdə ermənilərin Naxçıvana aramsız basqın-
ları, yalançı torpaq iddeaları olsa da, Naxçıvan bu gün Azərbay-
can Respublikasının tərkib hissəsi olmaqla fədakarcasına yaşayır. 
Naxçıvan  vilayəti  təbiəti  etibarı  ilə  bütün  relyef  forma-
larına rast gəlinir. Onu şimaldan Dərələyəz, şərqdən Zaqafqazi-
yada  ən  hündür  olan  Zəngəzur  silsiləsi  və  onların  cənuba,  cə-
nubi-qərbə  doğru  uzanan  yan  qolları  haşiyələyir.  Bu  silsilələr 
üzərində Qapıcıq (3906 m Zaqafqaziyada ən hündür), Qazandağ 
(3878  m),  Yağlıdərə  (3845m),  Salvartı  (3154  m)  kimi  hündür 
zirvələr,  qədimdən  tacirlərin,  səyyahların,  zəvvarların  karvan 
yolu olan Cəmiqaya,  Biçənək kimi  yüksək dağ aşırımla vardır. 
Naxçıvandakı  gül  –çiçəkli  Qonur,  Alağöz,  Düzdağ,  Darrıdağ, 
Küküdağ, səltənəti, qədim geoloji dövrlərdən  günümüzə qalmış 
günbəzvari İlandağ təbiət abidəsi, adı dillər əzbəri olan Batabat, 
Qanlıgöl dünyası, diyara dünya şöhrəti qazandıran min bir dər-
din  dərmanı  Badamlı,  Sirab,  Vayxır  kimi  mineral  bulaqlar  bu 
ərazini  səciyyəvi  xüsisəyyətlərindəndir.  Amma,  çılpaq  dağlıq, 
boz qayalıq, meşəsis qaldığından, hazırda Naxçıvanda bulaqların 
azalmasına,  əkin  sahələrinin  azalmasına,  bəzi  bitki  örtüyünün 
azalmasına səbəb olmaqla, heyvandarlığa, əkinçiliyə və o cümlə-
dən ekoloji vəziyyətə pis təsir göstərmişdir. 


 
359 
Bu diyarın bəzi yerləri həqiqi mənada cənnətməkandır. Belə 
ki, quru çöllər içərisində, boz qayalar arasında yaşıl vadini xatırla-
dan  qədim  Ordubad  şəhəri  bağlar  diyarı,  kəhrizlər  dünyası  kimi 
bu  yerlərə  xüsusi  gözəllik  verir.Keçmiş  Ordubadlılar  Ordubadı 
“ordu batan” deyil, “ürdü-behişt”, “cənnət-məkan” adlandırırdılar. 
Bu şəhərin ərik bagları, qızıl gülləri,  həmişə baharı, nazik qabıq 
qoz ağacları (cöüzdə deyirlər), hər məhəllədəki qədim tarixin Şa-
hidi nəhəng çinar ağacları insanı valeh edir. 
Naxcıvan  özünə  məxsus  relyefi,  iri  su  hövzələrindən 
uzaqlığı, bol gunəş enerjisi, hava dövranı prosesləri digər iqlim 
əmələgətirici amillərlə birlikdə dünyada təkrarı olmayan mete-
roloji  iqlim  səraitinin  formalaşmasına  səbəb  olmuşdur.  Bunun 
bir  səbəbi  də  təbii  ekoloji  tarazlığın  pozulması,  sayəsində 
olmuşdur.  Ərazi  iqliminin  uzun  geoloji  dövr  ərzində  formala-
şan kontinentallığına görə planetimizdə oxşarı olmayan yeganə 
bölgədir. Burada Araz boyu düzənlik ərazilərdə yayı quraq ke-
çən yarım səhra və quru çöl, dağlarda yayı quraq keçən soyuq, 
Zəngəzur  silsiləsinin  yüksək  dağlığında  isə  dağlıq  tundura  iq-
lim tipi formalaşmışdır. 
Lakin, burada hazırda mövcud olan göl və çaylardan sə-
mərəli  istifadə  olunarsa,  yaşıllıq  çoxaldılarsa,  meşə  massivləri 
salınarsa  bu  diyarda  ekoloji  tarazlığı  müsbət  tərəfə  çevirmək 
mümkündür. Hələ XVI əsrin axırlarında Heydərxanın süni gölə 
çevirdiyi Qanlıgöl və onun bəndinin 1865 –ci ildə Kəlbəli xa-
nın yeniləşdirməsi, genişləndirilməsi Naxçıvan diyarının təsər-
rüfatları ilə yanaşı ekoloji durumunada yaxşı təsir göstərmişdir. 
Son illərdə Araz və Arpaçayları üzərində salınmış süni su an-
barları da çox təqdirə layiqdir, lakin kifayətləndirici deyil. Nax-
çıvanda kənd təsərrüfatı ilə yanaşı, onun emal sənayesi, faydalı 
qazıntı  hasilatı,  metal  emalı,  elektrotexnika,  nəqliyyatın  bütün 
növləri və s. sənaye sahələri də fəaliyyətdədir. Təbii ki, bu sa-
hələrin  hamisi  Naxçıvanın  ümumilikdə  ekoloji  durumuna  pis 
təsir edən amillərdəndir. Bununda əsas səbəbi texnoloji proses-
lərdə ekoloji qaydalara əməl edilməməsidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə