Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə115/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   110   111   112   113   114   115   116   117   118

 
351 
də halda zibilxanaların yaranmasına səbəb olub, nəticədə, belə 
sahələr ekoloji gərgin ərazilərin yaranmasına gətirib çıxarıb. 
"Sahil"  Ģadlıq  sarayının  Hacı-Həsən  gölünə  çıxışında 
suda  sintetik  səthi  aktiv  maddələr  (SSAM)-3,0;  ammonium 
ionları  (NH
4
)-3,3;  asılı  maddələr-3,7  və  oksigenə  biokimyəvi 
tələbatın (OBT
5
)-26,6 dəfə tələbdən artıq olması müəyyən edil-
mişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə nü-
munə  çox  çirklidir,  bağırsaq  çöpü  bakteriyalarının  miqdarı-15 
400 000 ədəd/litrdir. 
Qırmızı  göl  Yasamal  dərəsinin  cənub  hissəsində,  Puta 
körfəzinin  yanında,  Hacı-Həsən  gölündən  cənub-şərqdə  yerlə-
şir və ərazisi təxminən 7,2 km
2
, suyunun həcmi 8,3 mln.m
3
 təş-
kil  edir.  Hazırda  göl  Lökbatan  qəsəbəsindən  Puta  burnuna 
qədər olan məsafəni  əhatə edir ki,  bu da süni  damba və  avto-
mobil yolları ilə ayrılmışdır. Gün ərzində Lökbatan qəsəbəsin-
dən  25  min  m
3
  məişət-fekal  istehsalat  suları  təmizlənmədən 
Qırmızı gölə, oradan da xüsusi kollektor vasitəsilə Xəzər dəni-
zinə axıdılır. 
Qırmızı gölün Xəzər dənizinə çıxıĢından götürülmüş su 
nümunəsində  neft  məhsulları-5,2;  OBT
5
-46,6  və  asılı  maddə-
lər-8,9  dəfə  tələbdən  artıqdır.  Bağırsaq  çöpü  bakteriyalarının 
sayı-1030 000 ədəd/litrdir. 
El arasında "Qu gölü" kimi tanınan göl Lökbatan qəsə-
bəsinin təzə mikrorayon adlanan (şərq hissəsi)  yaşayış sahələ-
rindən  axıdılan  məişət-fekal  və  Xocahəsən  gölündə  səviyyəni 
tənzimləmək  məqsədi  ilə  çəkilmiş  xüsusi  kanalla  axıdılan  su-
larının  hesabına  formalaşmışdır.  Göldən  Xəzər  dənizinə  olan 
kollektorun sıradan çıxması nəticəsində çirkab sular Bakı-Asta-
ra şossesinin altından keçdikdən sonra 100 m aralıda kollekto-
run tutulması  üzündən daşaraq ətraf sahələrə  yayılmış  və nəti-
cədə sahil zolağı bataqlıqlaşmışdır. 
 
 


 
352 
 
 
14.8. AbĢeron sahillərində Xəzərin çirklənmə  
səbəblərindən biri də… 
 
 
Xəzər dənizi, bölgə əhatəliliyi ilə seçilən qapalı su hövzə-
sidir və onun əhatəsində 240 mln nəfərdən çox əhali yaşayan 5 
müstəqil  dövlət,  100  mln  hektardan  çox  əkin  sahəsi  yerləşir. 
Hövzə,  həmçinin  sahil  zolağı  dövlətlərinin  başlıca  kurort-tu-
rizm təsərrüfatı əhəmiyyətli bölgəsi kimi də xarakterizə olunur. 
Ona  görə  hazırkı  şəraitdə  Xəzər  hövzəsində  ekoloji  və-
ziyyətin qorunub saxlanılması və mühafizə olunması vacib so-
sial-iqtisadi  məsələlərdən  biridir.  Xəzər  dənizinin  neftlə 
çirklənməsi  hələ  qədim  zamanlardan  müşahidə  olunmuşdur. 
XVIII-XIX əsrlərdə dənizdə gəmiçiliyin və balıqçılığın inkişafı 
ilə  dənizin  neftlə  çirklənməsi  hallarının  müşahidəsi  daha  da 
artmışdır.  XX  əsrin  ortalarında  Abşeron  yarımadası  yaxın-
lığında  balıqçı  gəmilərinin  nişan  verdiyi  sahələrdə  (dənizdən 
neft və qazın təbii formada su səthinə çıxması) təbii pilpilələr 
(qrifonlar)  olan  böyük  bir  ərazidə  neft  yataqları  kəşf  olunmuş 
və  sənaye  üsulu  ilə  neftin  çıxarılmasına  başlanmışdır.  "Neft 
Daşları" adlandırılan bu sahədə ildən-ilə neft hasilatı artırılmış, 
dənizdə  estekadalar  qurulmuş  və  yaşayış  massivləri  salınmış-
dır. 1980-ci  illərin əvvəllərinə qədər "Neft Daşların"da neftçı-
xarma  meydançaları  arasında  tikilmiş  estekadaların  uzunluğu 
250  km-ə  qədər  uzadılmışdır.  Beləliklə  dənizdə  neftin  çıxarıl-
ması  kütləvi  hala  çevrilmiş  və  dənizin  müxtəlif  sahələrində 
"Cilov"  adası;  "Qum"  adası;  Hövsan,  Bahar  yataqları, 
"Pirallahı"  adası;  Darvin,  Qərbi  AbĢeron  bankası;  Kürgən 
dəniz, "Sevinc" buxtası, Bulla dəniz, Bulla-Ələt, "Neft DaĢ-
ları"  yaxınlığında  "GünəĢli"  yataqlarında neftçıxarma sürətlə 
inkişaf  etdirilmişdir.  Yataqlarda  neft  hasilatı  artdıqca  bu  mə-
dənlərdən dənizə axıdılan çirkab sularının miqdarı da ildən-ilə 
artmışdır.  Dənizdə  çıxarılan  neftin  sahilə  nəqli  üçün  çəkilmiş 
boru kəmərlərindən ara-sıra sızan neft də dənizin çirklənməsinə 
səbəb olmuşdur. Çıxarılan neftin dənizə sızması ilə yanaşı də-


 
353 
nizin  çirklənməsinə  yeni  qazılan  quyulardan  çıxarılan  qazma 
şlamlarının da təsiri az olmamışdır. 1994-cü ildən başlayaraq "Çı-
raq-1",  "Azəri"  yataqlarında  aparılan  qazma  işləri  zamanı  çı-
xardılan  sintetik  əsaslı  qazma  şlamlarının  dənizə  atılması,  yeni 
platformalarda  qurulmuş  təmizləyici  qurğuların  tez-tez  sıradan 
çıxması nəticəsində təmizlənməmiş çirkab sularının dənizə axıdıl-
ması dənizin çirklənməsinin əsas səbəblərdəndir. Hazırda dənizdə 
fəaliyyət göstərən bütün neftqazçıxarma platformalarında müasir 
təmizləyici  qurğulardan  istifadə  olunur.  Quyuların  qazılması  za-
manı çıxarılan sintetik əsaslı qazma şlamları xüsusi quyularda qu-
yu dibinə vurularaq utilizə edilir. Neftlə yanaşı çıxarılan lay sula-
rının idarə olunması üçün də belə istiqamət seçilmişdir. 
Vaxtı  ilə  dənizin  neftlə  çirkləndirilməsində  neftayırma  za-
vodlarının da təsiri danılmazdır. Belə ki, XX əsrin əvvəlindən fəa-
liyyətdə olan bu zavodların ildə milyonlarla m
3
 neftlə çirklənmiş 
çirkab  suları  mexaniki  təmizlənmədən  keçdikdən  sonra  dənizə 
axıdılması mövcud idi. Mexaniki təmizləmə qurğularından keçən 
bu çirkab suların tərkibində neft məhsullarının miqdarı 100 mq/1, 
bəzən bundan da artıq dənizə axıdılması halları müşahidə edilmiş-
dir. Hazırda köhnə neftayırma zavodlarının əksəriyyətinin fəaliy-
yəti dayandırılmış, yalnız Bakı Neft Emalı Zavodu və "Azərn-
eftyağ" Neft Emalı Zavodları fəaliyyət göstərir. 1986-cı ildə ne-
ftayırma zavodları tərəfindən dənizə mexaniki təmizləmə qurğula-
rından sonra  26 mln m
3
-dən  artıq  çirkab  su  axıdılırdısa,  son  za-
manlar bu rəqəm zavodların tam gücləri ilə işləməməsi ilə əlaqə-
dar azalaraq 2 mln m
3
-ə düşmüşdür. BNEZ-da hər cür təmizləyici 
qurğular fəaliyyət göstərir. İki pilləli bioloji təmizləmə qurğusun-
da təmizlənmiş çirkab sular təkrar təmizlənmək üçün ikinci pillə 
çökdürücülərdə "Eyxoriya" bitkisindən istifadə olunur ki, bu bit-
kinin  köməkliyi  ilə  suyun  tərkibində  tələb  olunan  qaydalara  uy-
ğun olaraq qalmış 3-5 mq/1 neft məhsulları daha da dərindən tə-
mizlənməsinə xidmət edir. 
Xəzər dənizinin çirklənməsində digər sənaye sahələrinin 
və  təmizlənmədən  dənizə  axıdılan  məişət-fekal  çirkab  suların 
da öz ölçüləri var. Ötən əsrin əvvəllərindən Bakı şəhərinin inki-
şafı ilə əlaqədar 1930-cu illərdə şəhərdə formalaşan çirkab su-
ların təmizlənməsi məqsədi ilə şəhər kənarında "Zığ" sahəsin-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə