Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   103   104   105   106   107   108   109   110   ...   118

 
327 
dünyada birinci hadisə idi. Artıq, rus imperiyası gəlirin çoxal-
dığını  görüb  1872-ci  ildə  dövlət  iltizam  sistemini  ləğv  edərək 
neft  mədənlərini  uzunmüddətli  icarəyə  verir  və  icarə  pulunu 
əvvəlcədən ödəməyi əsas şərt kimi irəli sürürdü. 1873-cü ildən 
neftli sahələrdən onun alınması sürətlənir, Bakı böyük neft sə-
nayesi mərkəzinə çevrilir. 
Tarixi  araşdırmalara  görə  VII  əsrdə  Bakı  neft  mədənlə-
rində hər gün orta hesabla 212 pud neft çıxarılırdısa (bu əslində 
bütün dünyada istehsal olunan neft idi), bu rəqəm 1872-ci ildə 
1,5 milyon pud, 1900-cu ildə 661 milyon pud və bütün dünya-
da çıxarılan neftin 50%-dən artığını təşkil edirdi. 
Bunu görən xarici ölkə şirkətləri asan gəlir dalınca üz tu-
turlar Bakıya və bunlar arasında Azərbaycana ilk dəfə 1874-cü 
ildə  İsveçli  Robert  Nobel  qədəm  basır.  Robert  Nobel  Qara 
şəhər  adlanan  dənizkənarı  yerdə  balaca  bir  neft  sahəsi  alır  və 
neftin emalı ilə məşğul olmaqla başlayır (həmin sahədə Nobel 
qardaşlarının  yaşadıqları  ev  indidə  qalmaqdadır).  Az  keçmə-
miş, o, qardaşı Lüdviq Nobeli də Bakıya dəvət edir. Beləliklə, 
1879-cu  ildə  Nobel  qardaşları  Qara  şəhərdəki  neft  emal  edən 
zavodlar və Balaxanıda böyük sahəyə malik neft mədənləri ilə 
məşhurlaşırlar, Bakı neft gəlirləri ilə Nobel mükafatı təsis edir, 
özləri dünyalarını dəyişsələrdə həmin pullar indidə dünya döv-
riyyəsində onların adlarını yaşadır. 
Onuda qeyd etmək lazımdır ki, Nobel qardaşları və digər 
xarici şirkətlər Azərbaycandan çox böyük gəlirlər əldə etsələr-
də Azərbaycan üçün, onun insanları üçün, Bakı şəhəri üçün heç 
nə  etməmişlər  və  var  qüvvələri  ilə  ucuz  fəhlə  əməyindən,  az 
xərc  qoyub  böyük  gəlir  əldə  edərək  Azərbaycan  torpaqlarını 
ekoloji  cəhətdən  pis  vəziyyətə  qoyaraq,  buranı  tərk  etmişlər. 
Belə  siyasət  indinin  özündə  də  davam  edir.  Bu  cür  məqamları 
Azərbaycan  dövləti  nəzərə  alınalı,  onlarla  daha  ehtiyatlı  dav-
ranmalı, onlara qarşı tələbkar olmalı və öz vəsait sahiblərimizə 
tədricəndə olsa üstünlük verməlidir. Yadda saxlamalıyıq ki, gü-
nümüzdə də o qədər məşhur olmayan Nağıyev, ancaq Nağıyev 


 
328 
bizlərə  98  çox  gözəl  imarətlər  qoyub  getmiş,  Z.Tağıyev  isə 
hörmətli oxucularımıza xatırlatmağa ehtiyac duymuruq. 
1880-ci  ildə  Nobel  qardaşlarından  sonra  amerikalı  Con 
Rokvellerin "Standart oye" şirkəti, ingiltərəli, Henri Deterdinin 
"Royal  Deçe  Şell  "  şirkəti  1882-ci  ildə,  Fransadan  yəhudi 
Rotşildin  "Xəzər  Qara  dəniz"  şirkəti  1883-cü  ildə  və  s.  Azər-
baycana  gələrək  neft  istehsalı  və  emalı  ilə  məşğul  olmağa 
başlayırlar. Abşeron neft mədənlərində gözlənilmədən elə fon-
tanlar  vururdu  ki,  gündə  min  tonlarla  neft  hasil  etmək  olurdu. 
Elə bu səbəbdən də xırda bir sahəsi olan adi insanlar qısa müd-
dətdə milyonlar sahibi olurdular. H.Z.Tağıyev, Musa Nağıyev, 
Şəmsi Əsədüllayev, Murtuz Muxtarov, İsabəy Hacınski, Man-
taşov, Mirzəyev və digərləri beləcə varlana bilmişlər.  
Neft sənayesində də texniki tərəqqi böyük sürətlə inkişaf 
edirdi. Artıq neft quyuları fırlanma (rotor) üsulu ilə qazılır, ye-
ni-yeni texnika kəşf olunurdu. Bakı şəhərində böyük tikinti iş-
ləri aparılır, Bakı, Rusiya imperatorluğunun iri sənaye mərkəzi-
nə çevrilirdi. 
1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan, və-
tənimizdə,  şərqdə  ilk  demokratik  Respublika  qurdu  və  23  ay 
yaşayan bu dövlət bir çox mütərrəqqi işlər görə bildi. 
28 aprel 1920-ci ildə XI Qırmızı Ordu Azərbaycanı yeni-
dən  işğal  etdi  və  iki  gündən  sonra  30  apreldə  nefti  Rusiyaya 
yola saldı və həmin ilin sonuna qədər ruslar 10 milyon tondan 
artıq nefti Rusiyaya daşıya bildilər. Həmin tarixdən ruslar 70 il, 
1991-ci  ilə  kimi  Bakının  neft  ehtiyatlarını  rusiyanın  hər  güşə-
sində heç nəsiz istifadə edə bildi. 
Deyilən 70 ildə Azərbaycanın neft sənayesi böyük sürətlə 
inkişaf  edərək,  Sovet  İttifaqının  sənayesinin,  iqtisadi  qüdrəti-
nin,  sənaye potensialının inkişafına xidmət etmişdir. Digər tə-
rəfdən  neft  sənayesinə  diqqət,  Azərbaycanda  çoxlu  miqdarda 
və  yüksək  səviyyəli  mütəxəssislər  hazırlanmasına,  dünya  neft 
sənayesinin  başlıca  aparıcı  bir  mərkəzinə  çevrilməsinə  səbəb 
olmuş və bu birincilik, indidə davam etməkdədir. 


 
329 
İkinci  dünya  müharibəsi  illərində  Azərbaycanda  neftçı-
xarma böyük sürətlə, SSRİ-i kimi nəhəng bir dövlətin neftə təla-
batı  olan  sənaye  sahələrini  tam  təmin  etməyə,  dünyada  texniki 
miqyasına  görə  ən  nəhəng  müharibə  maşın-mexanizmini  neft 
yanacağı və sürtgü yağları ilə təmin etməyə yönəldilmişdir. 
2-cİ  dünya  müharibəsi  illərində  və  sonrakı  illərdə  "2-ci 
Bakı",  "3-cü  Bakı",  adını  almış  neftçıxarma  sahələri  yox  idi. 
Sürtkü  yağlarının  97,5  faizini,  təyyarə  yanacağının  100%-ni, 
benzinin  75  %-ni  Azərbaycan  nefti  təmin  edirdi.  Kişilərin  ha-
mısı müharibəyə aparıldığından neftçi mütəxəssis, ümumiyyət-
lə kişi tapılmırdı. Bu səbəbdən də neftçilərin bu ağır günlərində 
yeniyetmələr, təqaüdçülər, qocalar, evdar qadınlar neft sənaye-
sinə cəlb  edilmişdilər. Müharibənin ilk aylarında Bakı neft sə-
nayesinə  11  min  qadın  cəlb  edilmiş,  1941-ci  ilin  sonunda  isə 
onların  sayı  ümumi  işçilərin  yarısından  çoxunu  qadınlar  təşkil 
etmişdir. 
1941-ci  ildə  Azərbaycanda  hasil  edilən  neftin  miqdarı 
23,5  milyon  tondan  artıq  olmaqla,  SSRİ-i  üzrə  bu  rəqəm  neft 
istehsalının 77,6 %-ni təşkil edirdi. 
Bu dövrdə Bakıda hərbi sursatlar, silahlar da istehsal edi-
lirdi və burada da qadınlar üstünlük təşkil edirdilər. 
Qeyd edək ki, keçmiş SSRİ-nin hər yerində yeni neft ya-
taqlarının  axtarışı,  qazılması,  istismara  verilməsi  də  Azərbay-
can  neftçilərinin,  Azərbaycan  neftçi  alimlərinin,  mütəxəssislə-
rinin vasitəsi ilə həyata keçirilmişdir. Bakı neftçilərinin səyləri 
nəticəsində Sovet  İttifaqı ərazisində aşkara çıxarılan "2-ci  Ba-
kı", "3-cü Bakı" neft sahələrini azərbaycanlılar işlətmiş və hətta 
bu sahələrdə hazırda da xeyli miqdarda bizim insanlarımız hə-
min yerlərdə işləyir və yaşayırlar. 
İndiki  Rusiya  Federasiyasının  ən  böyük  neft  yataqları 
olan Tümen, Sibir, Orenburq, Qroznı, Ufa kimi fəaliyyət göstə-
rən  böyük  neft  və  qaz  komplekslərinin  yaradılmasında  Azər-
baycan  neftçi  alim  və  mütəxəssislərin  əvəzsiz  xidmətləri  ol-
muşdur.  Dünya  şöhrətli  alim  Azad  Mirzəcənizadə,  Sabit  Oru-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə