Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə105/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   101   102   103   104   105   106   107   108   ...   118

 
320 
kına  salır  və  onları  təkmilləşdirərək  yeniləşdirilməsini  təmin 
edir, üstünlükləri təyin edərək xəbərdarlıqları hazırlayır. 
Ekologiya və Təbii Sərvətlər Nazirinin 05 fevral 2006-ci 
il  tarixli  056/K  saylı  əmri  ilə  idarənin  tabeliyində  Donanma 
Xidməti  Mərkəzi  fəaliyyətə  başlamışdır.  Donanma  Xidməti 
nəzdində olan gəmilər ("Əlif Hacıyev", "Aysel" və s.) vasitəsi 
ilə  idarənin  iş  planına  uyğun  təyin  edilmiş  koordinatlar  üzrə 
Xəzər  dənizinin  Azərbaycan  sektorunda  monitorinqlərin  keçi-
rilməsi,  su və süxur nümunələri götürülməklə ekspedisiyaların 
keçirilməsini təşkil edir. 
Ekologiya və Təbii Sərvətlər Nazirinin 15 yanvar 2006-ci 
il tarixli 616/Ü saylı əmri ilə yaradılmış Xəzər Dənizinin Sahil-
dən  Çirklənməsinə  Qarşı  Tədbirlər  Mərkəzi  Xəzər  dənizinin 
Azərbaycan  Respublikasına  mənsub  sahil  zolağında  Azərbay-
can  Respublikası  Prezidenti  tərəfindən  imzalanmış  2007-ci  il 
20  iyun  tarixli  2244  saylı  "Xəzər  dənizinin  çirklənmədən  qo-
runması üzrə bəzi tədbirlər haqqında" Sərəncamdan irəli gələn 
məsələlərin həll edilməsi məqsədi ilə quraşdırılmış və müvafiq 
bələdiyyələrə təhvil verilmiş beynəlxalq standartlara cavab ve-
rən  modul  tipli  təmizləyici  qurğuların  düzgün  istismarına  və 
vaxtaşırı götürülən nümunələrin keyfiyyət göstəricilərinə nəza-
rət edir. 
İdarə Azərbaycan Respublikası Konstitusiyasını, Qanun-
larını,  Nazirliyin  Əsasnaməsini,  əmr  və  sərəncamlarını,  təsdiq 
edilmiş Beynəlxalq müqavilə, saziş, konvensiyaları rəhbər tuta-
raq 2002-2012-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorun-
da  və  onun  şimaldan-cənubadək  sahil  zolağında,  o  cümlədən 
çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəs-
sisə və təsərrüfatlarda, üzən vasitələrdə və s. monitorinqin keçi-
rilməsini  təşkil  edir  və  onu  həyata  keçirir.  Keçirilən  monito-
rinqlər  zamanı  Xəzər  dənizi  ilə  əlaqəsi  olan  341  axar  qeydə 
alınmışdır ki, onlardan 310-u sahildən, 31-i isə dəniz akvatori-
yasında  olan  müəssisə  və  təsərrüfatların  fəaliyyəti  nəticəsində 
dənizə antropogen təsir göstərir.  Bu axarlardan  götürülmüş  su 


 
321 
və süxur nümunələri üzərində mütəmadi olaraq fiziki-kimyəvi, 
kimyəvi,  bioloji,  ekotoksikoloji  və  mikrobioloji  tədqiqatlar 
aparılmış və müşahidələr zamanı qeydə alınmış ekoloji tələblər 
haqqında  məlumatlar  toplanaraq  İdarə  tərəfindən  tərtib  edilən 
həftəlik və aylıq xəbərdarlıqlarda işıqlandırılıb aidiyyatı təşki-
latlara çatdırılmışdır. 
Monitorinqin  məqsədi  dənizdə və sahil zolağında fəaliy-
yət  göstərən, birbaşa və ya dolayı  yolla (kollektor, kanal, çay, 
və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəs-
sisələrdə formalaşan bütün növ (maye, qaz, bərk, və s.) tullantı-
ların dəniz suyuna, süxurlara, flora və faunasına, həmçinin di-
gər su mənbələrinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, mə-
lumat toplamaq, zərərli təsirlərin aşağı endirilməsi istiqamətin-
də tədbirlərin həyata keçirilməsinə nail olmaqdır. 
Artıq, hər ilin "Beynəlxalq Dəniz Günü" ilə əlaqədar ola-
raq  25-30  sentyabr  tarixlərində  Xəzər  dənizinin  Azərbaycan 
Respublikasına  mənsub  sahil  zolağında  Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin keçirilməsi, o 
cümlədən yerlərdə dəyirmi masaların, diskusiyaların aparılma-
sı,  sahil  boyu  ərazilərdə  iməcliklərin  təşkil  olunması  ənənəyə 
çevrilmişdir. 
"Xəzərin  ekoloji  məsələləri"  mövzusunda  təşkil  edilmiş 
dəyirmi  masada,  eləcə  də  digər  seminar  və  tədbirlərdə  Xəzər 
Kompleks  Ekoloji  Monitorinq  İdarəsinin  mütəxəssisləri  daim 
yaxından iştirak edir və Xəzərin ekoloji durumunun sağlamlaş-
dırılması  istiqamətində  hər  kəsin  qarşısında  duran  vəzifələrin, 
həlli  vacib  məsələlərin  müzakirəsində  öz  fikirlərini  bildirirlər. 
Azərbaycan Prezidentinin 28 sentyabr 2006-cı il tarixli "Azər-
baycan  Respublikasında  ekoloji  vəziyyətin  yaxşılaşdırılmasına 
dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təs-
diq  edilməsi  haqqında  Sərəncamı  və  Kompleks  Tədbirlər 
Planında  Xəzər  dənizinin  ekoloji  tarazlığının  bərpasına  yönəl-
dilən  tədbirlər  2006-cı  ildən  etibarən  daim  müzakirə  mövzusu 
olmuşdur. 


 
322 
Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən Sumqa-
yıt-Pirallahı sahil zolağı boyu 61 km-lik məsafədə Xəzər dəni-
zinə antropogen təsir göstərən axarların təmizlənərək Xəzər də-
nizinə  axıdılması  məqsədilə  modul  tipli  lokal  təmizləyici  qur-
ğular quraşdırılaraq istismara verilmiş və belə qurğuların inşası 
davam  etdirilir.  İstismara  verilmiş  qurğulara  monitorinq  nəza-
rəti vaxtaşırı  həyata keçirilir, qurğuların  dənizə çıxışından gö-
türülən  nümunələr  üzərində  mütəmadi  təhlillər  aparılaraq  on-
ların keyfıyyət göstəriciləri haqqında məlumatlar aidiyyatı qu-
rumlara göndərilir. 
Dəniz  təsərrüfatlarında  əsas  məqamlardan  biri  də  aşağı 
təzyiqli səmt qazlarının atmosferə atılmasıdır. Bu məsələ apa-
rılmış tədbirlər nəticəsində 2002-2012-ci illərdə dəniz təsərrü-
fatlarından atmosferə atılan səmt qazlarının miqdarı xeyli azal-
mışdır. 
Qeyd  etməliyik  ki,  son  illər  ərzində  sahil  zolağında  və 
Xəzər dənizinin  Azərbaycan akvatoriyasında Xəzər Kompleks 
Ekoloji  Monitorinq  İdarəsinin  zəhməti  sayəsində  görülən  çox 
mühüm işlər öz bəhrəsini verməkdədir. 


 
323 
XIV FƏSĠL 
 
QARA QIZIL VƏ ONUN FƏSADLARI 
 
14.1. Azərbaycanda neft-qaz istehsalı tarixi və ya dünyanın 
neft akademiyası 
 
Ən qədim dövrlərdən Azərbaycanda neft yanar bir maye 
kimi  məlum  idi.  Bu  mayeyə  neft  adı  verilməsi  də  məlum  idi. 
Atəşpərəstlik  dini-mənəvi  inancın  Abşeronda  güclü  olmasının 
bir səbəbidə Suraxanı  kəndində  yerdən alovun (metan qazının 
yanması) çıxması idi. Uzun əsrlər keçmiş, Azərbaycan türkləri 
bir  neçə  dini  inanclara  qulluq  etmiş,  lakin  Bakı  şəhəri,  onun 
Suraxanı kəndi atəşpərəstlik mərkəzlərindən biri kimi günümü-
zə  qədər  qalmışdır.  Onuda  deyək  ki,  Suraxanı,  ən  qədim 
dövrlərdən özünün "daimi odları" ilə yanaşı "ağ müalicə nefti" 
ilə də tarixə düşmüşdür. Elə bu səbəblərdəndir ki, günümüzdə 
də  Suraxanıda  keçmiş  atəşpərəst  məbədi  olan  "Atəşgah"  qal-
maqdadır. Qeyd edək ki, yaşadığımız eradan 600 il əvvəl Sura-
xanı "Atəşgahı" haqqında yazılı mənbələrdə məlumat verilmiş-
dir.  Çox-çox  qədim  dövrlərdən  indiki  Hindistandan,  cənubi 
Azərbaycandan,  Yaxın  Şərqdən  və  s.  yerlərdən  olan  atəşpə-
rəstlər və hətta başqa inanc insanları Suraxanı "Atəşgah"ına si-
tayış etməyə gələrdilər. Yeni eradan əvvəl VI-IV əsrlərdə Azər-
baycanda  neft-qaz  mədənlərinin  olması  haqqında  da  məlumat-
lar verilmişdir. Bununla yanaşı Abşeron nefti haqqında bir sıra 
ərəb və fars tarixçələrinin əsərlərində də məlumatlar vardır. Ta-
rixi  məlumatlara  görə  eramızdan  bir  neçə  min  il qabaq  Şumer 
türkləri Fərat çayının hövzəsində neft istehsal edirdilər. Make-
doniyalı İsgəndərin yürüşlərindən bəhs edərkən yunan tarixçəsi 
və  filosofu  Rlutarx  neft  haqqında  söz  açmış,  eramızdan  əvvəl 
birinci  əsrdə  yaşamış  tarixçi  və  coğrafıyaşünas  Strabon  neftin 
təkcə  yanacaq  kimi  yox,  həm  də  təbabətdə  tətbiq  edilməsi 
haqqında məlumat vermişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə