Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   43   44   45   46   47   48   49   50   ...   118

 
144 
konqreslər  çağırılır  və  hətta  Amerika  konqresinin  təmiz  su 
haqqında təsdiq etdiyi qanun ildən-ilə təkmilləşdirilir. 
Azərbaycan  Respublikasında  belə  bir  qanun  olma-
dığından əhalinin 70%-dən çox hissəsinə içməli su dövlət stan-
dartlarında  tələb  olunan  (kimyəvi,  bioloji  və  toksikoloji)  nor-
maların kobud pozğunluğu ilə verilir. 
Norma  üzrə  adambaşına  orta  sutkalıq  su  sərfi  504  litr, 
Bakı şəhəri üzrə mövcud imkanlar dairəsində 240-280 litr mü-
əyyən edilməsinə baxmayaraq, faktiki olaraq cəmi 120-130 litr 
və ya normadan 4 dəfə az düşür. Bir tərəfdən suyun tərkibinin 
həddindən artıq keyfıyyətsiz olması, digər tərəfdən onun adam-
başına  sutkalıq  miqdarının  4  dəfə  az  olması  vəziyyəti  gərgin-
ləşdirərək fövqəladə  hal  əmələ  gətirir.  Bakı,  Sumqayıt  əhalisi-
nin  qaçqın  və  köçkünlərin  hesabına  çoxalması  nəzərə  alınarsa 
bu təhlükə çox reallaşar. 
Əsas məsələlərdən biri, şəhərimizdə infeksion xəstəliklə-
rin  yayılmasının  qarşısını  almaq,  sanitar-epidemik  tədbirləri 
tam həcmdə həyata keçirməkdir. Müxtəlif yoluxucu xəstəliklə-
rin  getdikcə  ləğv  edilməsinə  mane  olan  problemlərdən  əsası  - 
su təchizatı problemidir. 
Əhalinin sağlamlığına bilavasitə təsir göstərən bir sıra in-
feksion xəstəliklərin yayılmasında mühüm rol oynayan su, hal-
hazırda  yerüstü  və  yeraltı  mənbələrdən  Bakı  şəhərinə  daxil 
olur. 
Bakı şəhərində su təchizatını təşkil edən, ümumi gücü sa-
niyədə 11,9 m
3
 olan I və II Kür su xətləri 1971 və 1988-ci illər-
də tikilib. 
Kür  su  kəməri  ilə  əhaliyə  verilən  suyun  40%  kimyəvi, 
25%  isə  bakterioloji  göstəricilərinə  görə  qeyri-qənaətbəxşdir. 
Suyun bu vəziyyəti ilk növbədə Kür su kəməri mənbəyində su-
yun  təmizlənmə  prosesində  mövcud  olan  çatışmamazlıqlar,  su 
anbarının həddən artıq çirklənməsi  və  şəhərin paylayıcı  su  kə-
mərlərinin yararsızlığı üzündən tez-tez baş verən qəza hadisələ-


 
145 
ri  ilə  əlaqədardır.  Kür  suyundakı  asılı  maddələrin  miqdarı  0,5 
q/litrdən 55-60 q/litrə qədər dəyişir. 
Hazırda  qüvvədə  olan  normalara  görə  asılı  maddələrin 
miqdarı 1500 mq/litrdən yüksək olduqda buna yüksək bulanıqlı 
su  deyilir.  Deməli,  Kür  suyu  ilin  çox  hissəsi  yüksək  bulanıqlı 
olur.  
Kür  su  kəmərinin  təmizləyici  məntəqəsində  problemlər 
su  qəbuledicilərdən  başlanır.  Burada  su  qəbuledici  üzən  pan-
tonlar üzərində  qurulmuş  1-ci  pillə  nasos  stansiyalarından iba-
rətdir.  Suqəbuledicilərin  yerləşdiyi  sahil  tədricən  lillənib  və 
Kür  çayının  bu  sahilində  suyun  dayazlaşması  özünün  yüksək 
həddinə çatmışdır. Nəticədə çayda suyun səviyyəsi azalan kimi 
(yağmursuz aylarda) 1-ci pillə nasoslarının işi pozulur, nasoslar 
suyu  lilli  təbəqədən,  yəni  çayın  dibinə  yaxın  zonadan  qəbul 
edir. Bu da öz növbəsində təmizləyici qurğuların səmərəli işlə-
məsinə imkan vermir, vaxtlı -vaxtında durulduculardan çökün-
tülər  kənar  edilmir,  süzgəclər  yuyulmur.  Burada  durulducular 
lazımsız  elementlərlə  və  böyük  diametrli  borularla  doldurul-
muşdur.  Nəticədə  təmizlənəcək  suyun  durulducularda  qalma 
müddəti azalaraq, su tələblərə müvafıq durulmadan süzgəclərə 
verilir. Buna görə su süzgəclərdə kolloid və asılı hissəciklərdən 
tam təmizlənmir, onların səmərəli işinin müddəti qısalır. 
Süzgəclərin etibarlı işinin təmin edilməsi  həm  də onlara 
yüklənmiş süzdürücü təbəqənin materialının ənənəvi kvars qu-
mundan  yox  (layihədə  göstərildiyi  kimi),  bir  qismində  seolit-
dən,  digər  qismində  isə  qranodioritdən  ibarət  olmasıdır.  Qeyd 
edək  ki,  həm  seolit,  həm  də  qranodiorit  süzgəc  materiallarına 
qoyulan tələblərə cavab vermirlər. Çünki seolit suya verilən re-
ogent  qalığının təsiri altında sürətlə  aşılanır və  müəyyən müd-
dətə (3-6 ay) süzgəclərdən tamamilə  yuyulub gedir. Qranodio-
ritin  isə  xüsusi  çəkisi  çox  ağır  olduğundan  süzgəclərin  yuyul-
ması  üçün  yüksək intensivlik tələb olunur ki,  bu da öz növbə-
sində istismar xərclərini artırır, həm də qranodioritin ağırlığına 
görə  süzgəclər  süzdürücü  materialla  layihə  səviyyəsinə  kimi 


 
146 
tam doldurulmur, qranodiorit zərrəcikləri tam təmizlənmir. Bu-
na  görə  süzgəclərin  texnoloji  göstəriciləri  həmişə  aşağı  səviy-
yədə olur. 
Aparılmış  tədqiqatlar  zamanı  qurğulardan  verilən  içməli 
suda  xlor  qalığının  miqdarı  0,5  mq/litrdən  çox  olmamışdır 
(normaya görə 1,0 mq/litrdir). Xlorun suya qarışdırılması gözə-
yarı aparılır. 
Son vaxtlar  yerüstü  su  mənbələrində  bioüzvi  qatışıqların 
artması  nəticəsində  onları  xlorla  zərərsizləşdirdikdə  içməli  su-
yun  tərkibində,  insan  həyatı  üçün  təhlükəli  olan,  xloroform, 
dixloretan və başqa xlorlu üzvi birləşmələr əmələ gəlir. Tədqi-
qatlar  göstərir  ki,  yerüstü  mənbələrdən  götürülən  sular  ozonla 
emal  edildikdə  yuxarıda  göstərilən  zərərli  birləşmələrə  bənzər 
maddələr  əmələ  gəlmir.  Odur  ki,  ozonla  emal  edilən  su  xlorla 
emal olunan suya nisbətən daha tamlı olmaqla yanaşı, boru kə-
mərlərini və armaturları sürətlə aşılamır. 
Digər tərəfdən, içməli suyun keyfıyyətinin aşağı düşməsi-
nin  əsas  amili Kür çayının özünün ekoloji cəhətdən pisləşməsi-
dir. Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları 
Zaqafqaziyanın  üç  dövlətinin  sənaye  və  kənd  təsərrüfatı  ob-
yektlərinin  çirkab  su  və  tullantılarının  tutumuna  çevrilmişdir.  İl 
ərzində Kür çayına 522 milyon m
3
 təmizlənməmiş çirkab suları 
axıdılır.  Bunun  25  milyon  m
3
  -i  bizim  respublikanın,  qalanları 
isə Gürcüstan və Ermənistan Respublikalarının payına düşür. 
Tbilisi  və  Rustavi  şəhərlərindən  Kür  çayına  axıdılan  tə-
mizlənməmiş çirkab suları, onun hidrokimyəvi rejiminə və su-
yun  keyfıyyətinə  pis  təsir  göstərir.  Bu  ərazilərdə  Kürün  suyu-
nun  tərkibinidə  ammonium  azotunun  miqdarı  normadan  2-3 
dəfə, misin, sinkin və neft məhsullarınının isə on dəfələrlə artıq 
olur. 
Ermənistan Respublikasının ərazisindən axan Araz, Ağs-
tafaçay,  Axcu-çay,  razdan  və  digər  çaylar  güclü  çirklənməyə 
məruz qalırlar. Sədərək qəsəbəsində Araz çayının suyunda mi-
sin miqdarı normadan 8-15, fenolun 3-16, neft məhsullarının 1-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə