Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   44   45   46   47   48   49   50   51   ...   118

 
147 
3  dəfə  artıq  olur.  Araz  çayının  suyunun  tərkibində  Mincivan 
qəsəbəsi  yaxınlığında  misin,  fenolun,  neft  məhsullarının,  mar-
qanın, dəmirin miqdarı normadan çox-çox artıq olur. 
Normaya  uyğun  olmayan  Kür  və  Araz  çaylarının  suları 
üstəlik  respublikamızın  ərazisində  güclü  çirklənməyə  məruz 
qalır. İnzibati rayonlarımızın mərkəzlərində kanalizasiya təmiz-
ləyici qurğuların olmaması və yaxud tam işləməməsi üzündən, 
məişət,  istehsalat  çirkab  suları  təmizlənmədən  Kür  və  Araz 
çaylarına, yaxud onların qollarına axıdılır. 
Hər  cür  kimyəvi,  bioloji,  fızioloji,  təbii  və  süni  çirklən-
miş Kür çayı içməli su mənbəyi kimi öz keyfıyyətini itirmək-
dədir. Belə bir halda Kür su kəmərləri təmizləmə qurğuları su-
yu  duzlardan  kimyəvi  birləşmələrin  əksəriyyətindən  təmizlən-
məsi  bizim  iradəmizdən  asılı  olmayaraq  dövlət  standartlarına 
uyğun hala sala bilməz. 
Aran  rayonlarında  modul  tipli  içməli  su  təmizləmə 
qurğuları. 
Bunun  qeyri-mümkün  olduğunu  Tbilisi  şəhərinin  təcrü-
bəsi göstərir. Gürcüstan-Kür çayından olan su təmizləyici qur-
ğulardan imtina edərək yeraltı su təchizatına keçmişdir. 
Ümumiyyətlə, dünya miqyasında böyük şəhərlərin su təc-
hizatı yeraltı sulardan nəzərdə tutulur. 
Qəbələdən Bakıya çəkilən su boru kəməri 
Bakı şəhərində içməli su qıtlığı, xüsusən yay aylarındakı 
böhran vəziyyəti şəhər üçün əlavə su ehtiyatları axtarmaq zəru-
riyyəti  meydana  çıxarır.  Bakı  şəhərinin  texniki  su  tələbatlarını 
təmin etmək üçün ən əlverişli su ehtiyatları kimi Bakı metropo-
litenindən çıxarılan yeraltı sulardır. Hal-hazırda texniki tələbat-
lara və yaşıllıqların suvarılmasına yarayan bu sular hər gün şə-
hər kanalizasiyasına axıdılır. 
Bakı metropolitenini yeraltı suları şəhər təsərrüfatlarının, 
müəssisələrinin, texniki tələblərinə və yaşıllıqların suvarılmas-
ına sərf edilərsə, bu miqdar sutkada 30-35 min m
3
 olan içməli 
suya qənaət etməyə imkan verər. 


 
148 
Müəssisələrə və binalara verilən suyun 50%-i qazanxana-
larda işlədilir. Bunun üçün hər cürə sulardan istifadə etmək olar 
(təmizlənmiş kanalizasiya suyu, göllərin suyu, yeraltı və yerüs-
tü  duzlu  sular,  metropolitenin  suyu,  hətta  Xəzərin  suyu).  De-
məli,  həmin  qazanxanalara  gedən  suyu  su  kəmərlərindən 
ayırsaq, bu da suya olan tələbatın azaldılmasına imkan yaradar. 
Bakı  Kür  su  kəmərinin  daşıyıcı  borularından  külli  miq-
darda  naməlum  tələbatçılar  tərəfindən  su  götürülür  və  bunun 
nəticəsində şəhərə lazımi miqdarda suyun çatdırılması mümkün 
deyildir.  Məsələn,  Atbulaq,  Nəvai  qəsəbələrinin  ərazilərində 
Kür  su  kəmərinin  daşıyıcı  borularına  külli  miqdarda  müxtəlif 
diametrli boruların calanması ilə yanaşı, diametri 300-350 mm 
olan və üzərində siyirtmə olan boru kəməri də aşkar edilmişdir. 
Bu boru kəməri ilə eni 2,5 m-ə, dərinliyi l,5m-yə yaxın olan bir 
su  vaxtaşırı  qidalandırılması  və  onun  vasitəsi  ilə  naməlum 
şəxslərə  məxsus  olan  bostan  və  bağ  sahələrinin  suvarılması 
müəyyən  edilmişdir.  Quba,  Qusar,  Dəvəçi  və  Siyəzən  rayon-
larının  ərazisində  fərdi  təsərrüfatların  və  ictimai  müəssisələrin 
çirkab  suları  bu  ərazidən  keçən  II  Bakı  su  kəmərinin  üstünə 
axıdılır. 
Xaçmaz şəhərində kanalizasiya sistemi olmadığından çir-
kab suları I Bakı su kəmərinin ətrafına toplanır. 
Çox vacibdir ki, istismar olunan su kəmərlərindən labora-
toriyaların  tam  fəaliyyətini,  zəruri  sayılan  analizlərin  aparıl-
masını, əhaliyə verilən içməli suyun keyfıyyətinin standarta uy-
ğunluğu  ciddi  nəzarətə götürülə, su  anbarı vaxtlı-vaxtında  yu-
yula, xlorlanması təmin oluna və radiasiya, kimyəvi və bakteri-
oloji  müşahidə  postları  Mülki  müdafiə  xidmətlər  ilə  qarşılıqlı 
fəaliyyət göstərə. 
Respublikada  fövqəladə  hal  olmaması  üçün  su  mənbələ-
rinin,  su  anbarlarının,  su  aparan  kəmərlərin  mühafızəsinə  diq-
qət də artırılmalıdır. 
Söylənilənlərdən  göründüyü  kimi,  respublika  əhalisinin 
təxminən yarısı yaşayan Bakı-Abşeron, Sumqayıt yaşayış mən-


 
149 
təqələrində  xalqımızın  ölüm-dirim  məsələsinə,  onun  gələcək 
nəsillərinin  sağlam  olması  məsələlərinə  daha  ciddi  yanaşmaq 
zərurətdir.  Bu  baxımdan  respublika  Nazirlər  Kabinetinin  305 
saylı 19 iyun 1993-cü il qərarı çox təqdirə layiqdir. İndiyə qə-
dərki  qərardan  fərqli  olaraq  305  saylı  qərar  bilavasitə  Bakı, 
Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının digər  yaşayış 
məntəqələrinin  keyfiyyətli  içməli  su  ilə  təchizatına  həsr  olun-
muşdur. 
Məhsuldarlığı 6 m
3
/san olan 3-cü Bakı su kəməri, bu xət-
tin suyu öz sələflərindən fərqli olaraq yeraltı mənbələrdən qida-
lanmalıdır.  Şollar  xətti  ilə  3-cü  Bakı  su  kəməri  söylədiyimiz 
yaşayış  məntəqələrini  içməli  su  ilə  uzun  müddətə  təmin  etmiş 
olar.  Çox  təəssüflər  olsun  ki,  xalqımızın  sağlamlığı,  məişəti, 
gələcəyi naminə  atılmış bu addım da nədənsə qərar olaraq  ka-
ğız üzərində qalmışdır. Yaddan çıxarmaq lazım deyil ki, atalar 
demiş, əldən qalan əlli il qalar. 
Hər gün istifadə etdiyimiz su ilə bağlı nöqsanlar çoxdur, 
lakin, bir məsələ indi sirr deyil ki, Bakı və Sumqayıtda bir çox 
xəstəliklərin  çoxalması  bilavasitə  söylədiklərimizlə  bağlıdır. 
Vaxtında təcili tədbirlər görülməzsə, həm su vasitəsi ilə yayılan 
və həm də su qıtlığından yaranan antisanitariyadan əmələ gələn 
xəstəliklər  nəticəsində  fövqəladə  halların  baş  verməsi  ehtimalı 
son dərəcə yüksələr. 
 
 
10.5. Sellər Fövqəladə hal mənbəyidir 
 
Öncə deyək ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində 
Şimali  Azərbaycanın  meşə  və  kolluqlarla  örtülü  sahəsi  (Qərbi 
Azərbaycanla birgə) hazırki  vəziyyəti ilə müqayisədə 6-7 dəfə 
azalıb. Hazırda Azərbaycanın meşə ilə örtülü sahələri aidiyyatı 
dövlət  təşkilatlarının  verdiyi  məlumata  görə  11%-dir.  Şimali 
Azərbaycan isə Böyük və Kiçik Qafqazın ətəklərində yerləşdi-
yindən, ən böyük çaylar olan Kürlə Arazın mənbələrinin qonşu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə