Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   40   41   42   43   44   45   46   47   ...   118

 
135 
sadə  görünən  bu  məsələlər,  yaşadığımız  dövrdə  həqiqətəndə 
qlobal  xarakter  daşıyır.  Xəzər  və  Xəzərətrafı  bölgələrimizin 
ekoloji problemləri hazırda dünya əhəmiyyətli bir məsələ kimi 
şərtləndirilir. Bu dənizin (gölün) özünə məxsusluğu, ondakı bir 
çox  bioloji  varlıqların  heç  bir  sututarlarda  olmaması,  onun 
neftlə  zəngin  olması,  oradan  neftin-qazın  istismarı.  Neft-qaz 
məhsullarının Xəzərlə həm şərqdən qərbə və həm də cənubdan-
şimala ötürülməsi, İpək Yolunun mərkəzi hissəsi olması və di-
gər  məsələlər  bu  bölgədəki  ekoloji  durumu  hamı  üçün  maraq 
dairəsində saxlamağa sövq edir. 
Atmosferin  ozon  qatının  seyrəlməsi,  Günəş  istiliyinin 
artması,  atmosferə  atılan  parnik  qazlarının  çoxalması,  planeti-
mizdə  gedən  qlobal  iqlim  dəyişmələri,  havanın-suyun  ekoloji 
durumu bu və ya digər dünya dövlətlərində təbii fəlakətlər törə-
dir  ki,  bu  da  ayrı-ayrı  dövlətlərin  iqtisadiyyatına,  insan  sağ-
lamlığına  və  s.  çoxlu  ziyanlar  vurur.  Bu  məqsədlərə  hər  bir 
dövlət  öz  ərazisində  ekoloji  problemlərə  diqqətli  olmaqla  ya-
naşı, digər dövlətlərlədə əlbir işləməyi günün aktual problemlə-
rindəndir.  Deyilən  baxımdan  da  Azərbaycan  son  illər  ölkə  da-
xilində müəyyən müvəffəqiyyətlər əldə etməklə yanaşı, bir çox 
dünya ekoloji birliklərinin üzvü də olmuş və götürdüyü öhdəçi-
liklərə,  onun  qonşu  olduğu  dövlətlərdən  daha  məsuliyyətli  ya-
naşır. 
Dediyimiz  kimi  Yer  kürəsində  Günəş  istiliyinin  artması, 
iqlim dəyişmələri də təbii fəlakətlər, fövqəladə hallar sırasında-
dır.  Belə  həyəcan  notları  insanları  dəhşətə  gətirir,  yaşamaq 
ümidini azaldır. Səmadakı ozon yarıqları, parnik qazlarının ar-
tımı ilə müşayiət  olunan Günəş istiliyinin  ildən-ilə çoxalması, 
paralel olaraq Arktika buzlarının əriməsinə gətirib çıxarır. 
Fövqəladə  halların  yaranması  buzların  əriməsi,  okean-
ların  daşınasına,  bu  isə  öz  növbəsində  canlı  aləmin,  torpağın, 
meşənin,  bitkinin  su  altında  qalmasına,  bir  sözlə  bəşəriyyətin 
yaşamasını sual altında qoyur. Biz də dünya alimləri ilə yanaşı 
deyilən,  gözlənilən  bu  təbii  fəlakətlərdən,  fövqəladə  hallardan 


 
136 
çox narahatlıq və istəməzdik ki, insanın öz fəaliyyətindən özü-
özünü fəlakətlərə sürükləsin. Odur ki, bütün Azərbaycan insan-
ları, dünya insanları, xüsusən dövlət rəhbərləri, ekoloji qurum-
ların rəhbərləri və onun aparıcı intellektli əməkdaşları səylərini 
birləşdirərək  bəşəriyyəti,  gözəl  Azərbaycanımızı  gələcək  bəla-
ların girdabından xilas etmək üçün düşünsünlər, daşınsınlar və 
lazımi tədbirlər görsünlər. 
 
 
10.2. Su çirkləndiricilər fövqəladə hal mənbələridir 
 
Yer kürəsi kütləsinin təxminən 7 %-ni su təşkil edir. Yer 
üzərində olan suyun həcmi bir milyard 386 mln.m
3
-dur. Bu su-
yun 97,5  %-ni  duzlu  su  təşkil edir. Yer kürəsində  işlədilən iç-
məli  suyun  miqdarı  hər  ilə  təxminən  3900  milyard  metr  kub-
dur. Çox təəssüf ki, bu suyun 50 %-i insan fəaliyyətindən çir-
kab sularına çevrilir. 
Məlum  olduğu  kimi  su  Yer  kürəsində  həyatın,  yaşayışın 
əsasını  təşkil  edir.  Bunun  bariz  nümunəsi  insan  qidasız  45-50 
gün yaşadığı halda, susuz 4-5 gündən artıq yaşaya bilmir. Hər 
insanın daxilə qəbul etdiyi suyun gündəlik miqdarı 2-2,5 litr və 
bəzən hətta ondanda artıqdır. İsti yay aylarında bu təlabat insan 
üçün  2-3  dəfə  artır.  İnkişaf  etmiş  ölkələrdə  hər  bir  adam  orta 
hesabla 400-500 litr su işlədir. Su təkcə qida mənbəyi yox, həm 
də  tükənməz  enerji  mənbəyidir.  Su  elektrik  stansiyaları  mexa-
niki dəyirmanlar buna əyani misaldır. Bu məqsədlə suyun kine-
tik  enerjisindən  çox  qədimlərdən  günümüzə  qədər  istifadə 
olunmaqdadır. 
Tarixi  məlumatlara  görə  XX  əsrin  ortalarında  şəhərlərdə 
hər gün adambaşına 20-25 litr su işlədilirdisə, hazırda bu rəqəm 
200-300 litri ötmüşdür, böyük şəhərlərdə isə 500 litrə çatır. Bu 
mənada suyun təmizliyi günün ən aktual problemlərindən biri-
dir.  Digər  bir  məsələ  suyun  çirklənməsi  insanların,  canlıların 
xəstələnməsi  və  məhv  olması  deməkdir.  XXI  əsrin  əvvəlinə 


 
137 
Ümumdünya səhiyyə təşkilatının verdiyi məlumata görə suyun 
çirklənməsi  nəticəsində  meydana  çıxan  xəstəliklərdən  hər  il  5 
milyonadək uşaq dünyasını dəyişir. 
Adambaşına düşən su ehtiyatının həcmi Şimali və Cənubi 
Amerikada, Avstraliya qitələrində başqa qitələrə nisbətən daha 
çoxdur. 
Qeyd edək ki, bir sıra qərb ölkələrində eneji çatışmamaz-
lığı ilə yanaşı "su aclığı" problemi də yaşanır. Hazırda Hollan-
diya  çaylarının  düşünülmədən  sənaye  tullantıları  ilə  çirkləndi-
rilməsi  nəticəsində  içməli  su  böhranı  əmələ  gəlmiş  və  burada 
ən gəlir gətirən sahə su ticarətindən ibarətdir. 
Ümumilikdə  isə  dünya  əhalisinin  60%-dən  çoxu  su  qıt-
lığından əziyyət çəkir, 50 ölkə isə işlədilmiş və sonradan təmiz-
lənmiş  sudan  istifadə  etmək  məcburiyyətində  qalmışlar.  Bəzi 
ölkələrdə isə su başqa-başqa ölkələrdən idxal olunur. Buna mi-
sal kimi Küveytin şirin su ehtiyatları olmadığından içməli suyu 
xüsusi kəmərlərlə İrandan almasıdır. Elə bu səbəbdəndir ki, bə-
zi  alimlərin  proqnozlarına  görə  suyun  çirkləndirilməsi  prosesi 
hazırki sürətlə gedərsə yaxın gələcəkdə insanlar dəniz suyu iç-
məyə məcbur olacaqlar. Azərbaycanda da su  ehtiyatı məhdud-
dur.  Onun  çaylarının  suyunun  həcmi  ildə  32,33  kubkilometr 
həcmindədir. Respublikamızda adambaşına 1900 metrkub şirin 
su düşür.  Bu isə keçmiş SSRİ-də adambaşına düşən sudan 10 
dəfə, Ermənistan (Qərbi  Azərbaycan) və Gürcüstandan isə 2-9 
dəfə  azdır.  Su  ehtiyatına  görə  Azərbaycan  keçmiş  SSRİ-i  res-
publikaları arasında 11-ci yeri tuturdu. Digər tərəfdən Azərbay-
can  ərazisində  olan  çox  kiçik  çaylar  yay  aylarında  quruyurlar. 
Azərbaycan  respublikası  üçün  suya  görə  ümdə  problemlərdən 
biri 
su 
ehtiyatlarının 
artırılmasında, 
süni  sututarların 
çoxaldılmasıdır. Düzdür Sərsəng, Xanbulaqçay, Lənkəran şirin 
sututarları var, amma bunlar kifayətedici deyildir. 
Dünyada suyun yayılmasını əsasən iki qrupa - yerüstü su-
lar və yeraltı sulara bölürlər. Yerüstü suların əksəriyyətinin tor-
paqların  suvarılmasına  sərf  olunmasına  baxmayaraq,  sənaye 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə