Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   37   38   39   40   41   42   43   44   ...   118

 
126 
Qeyd  olunan  vəzifələrin  həyata  keçirilməsində  Azərbay-
can  Həmkarlar  İttifaqları  Konfederasiyası  respublika  Mülki 
müdafiə  qərargahı  ilə  sıx  qarşılıqlı  əməkdaşlıq  şəraitində  fəa-
liyyət  göstərməlidir.  Yalnız  bu  halda  respublikanın  həmkarlar 
ittifaqları zəhmətkeşlərin mühafizəsi sahəsində öz funksiyasını 
tam və dolğun şəkildə həyata keçirə bilər. 
 
 
9.8. Hidrometeoroloji xidmət və fövqəladə hallar 
 
Hidrometeoroloji  fəaliyyət  təbii  fəlakətlər  zamanı  yara-
nan fövqəladə halların qarşısının alınması işində çox vacib əhə-
miyyətə malikdir. Bu fəaliyyət-fəlakət bölgələrində baş vermiş 
hadisə barədə təcili məlumatları toplayıb təhlil etməkdən, xüsu-
si  arayış  və  icmallar  hazırlamaqdan,  eləcə  də  gözlənilən  təbii 
hidrometeoroloji hadisələri proqnozlaşdırıb, onların nəticəsində 
baş verə biləcək maddi itkiləri azaltmaq, adamları xilas etmək 
məqsədilə  əhaliyə,  dövlət  və  təsərrüfat  təşkilatlarına  vaxtında 
məlumat verməkdən ibarətdir. 
Hazırda respublikanın ərazisində  yeni texnika ilə işləyən 
xeyli məntəqələr fəaliyyətdədir. Onlar havanın, su tutumlarının 
vəziyyəti, atmosferin, hidrosferanın və litosferanın çirklənməsi 
səviyyələri barədə müntəzəm məlumatlar verirlər. 
Yerüstü şəbəkənin müşahidə materialları və verdiyi təcili 
məlumatlar sinoptik, hidroloji və aqro-meteoroloji, habelə göz-
lənilən  təbii  hidrometeoroloji  hadisələr,  o  cümlədən  də  sürəti 
saniyədə 15-20 metrdən artıq güclü külək, vegetisiya dövründə 
şaxta,  çaylarda  daşqın,  eləcə  də  sel  və  sürüşmələr,  marxallar 
törədə  biləcək  güclü  leysan  yağışları  barədə  xəbərdarlığın 
əsasını təşkil edir. 
Deyilənlərlə yanaşı, sinoptik proqnozlaşdırma təbii mühi-
tin  ekstremal  səviyyədə  çirklənməsi  zonaları  və  onların  yayıl-
ması, həmçinin radiasiyanın səviyyəsi, heliogeofiziki hadisələr 
və s. barədə proqnozların hazırlanması vacib amillərdəndir. 


 
127 
Azərbaycanın  bir  sıra  dağətəyi  bölgələrində  (xüsusən  də 
Şəki-Zaqatalada)  sellərin  təhlükəlilik  dərəcəsi  və  genezisi  də 
göstərilməklə selə məruz qalan bölgələrin xüsusiyyətləri və qa-
baqcadan məlumatlandırılması vacib işlərdən biridir. 
Havanın gözlənilən kəskin dəyişməsi və təbii hidromete-
oroloji  hallar  barədə  əhaliyə,  dövlət  idarələrinə  və  təsərrüfat 
təşkilatlarına, habelə Fövqəladə Hallar Nazirliyinin Mülki Mü-
dafiə  təşkilatlarına  mövcud  rabitə  vasitələrindən  istifadə  olun-
maqla çatdırılması əsas işlərdəndir. Bu iş təsdiq olunmuş sənə-
də və təbii hidrometeoroloji, heliogeofıziki hadisələr və yüksək 
səviyyədə çirklənmələr barədə məlumatların tərtib olunması və 
verilməsi üzrə əsasnaməyə uyğun surətdə yerinə yetirilməlidir. 
Təbiətdə  heliogeofıziki  hadisələrin  tədqiqatı  sahəsində 
isə  respublikada  1994-cü  ildən  etibarən  atmosferdə  azon 
qatının vəziyyətinə müşahidə təşkil edilmişdir. 
Azərbaycanda  radiasiya  məsələsi  heç  də  ürəkaçan  deyil-
dir.  Bəzi  yerlərdə  radiasiyanın  səviyyəsi  yüksək  olanda  əhali-
dən gizlədilir. 
Müasir  dövrdə  hidrometeoroloji  xidmət  istənilən  dövlət 
üçün  mühümdür.  Təəssüflər  ki,  Azərbaycanda  bu  xidməti-təş-
kilata hava məlumatları çərçivəsində baxılır. Əslində isə hidro-
meteoroloji  xidmət  təşkilatı  Azərbaycanın  yerləşdiyi  coğrafi 
məkan  nöqteyi-nəzərdən  qiymətləndirilməli  və  ölkəmizdə  bir 
çox fövqəladə hal və hadisələrin qarşısını ala biləcək bir qurum 
kimi dəyərləndirilməlidir. 
 
 
9.9. Xəzər dənizi səviyyəsinin tərəddüdü və  
fövqəladə hallar 
 
Xəzər  dənizinin  səviyyəsinin  uzun  illər  boyu  tərəddüdü 
özünəmənsub təbii hadisədir və hazırda onun qarşısını almaq və 
ya heç olmazsa tənzimləmək əməli olaraq mümkün olmayıb. 


 
128 
Okeandan  təcrid  olunmuş,  qapalı  su  hövzəsi  olan  Xəzər 
özünəməxsus  hidroloji  xüsusiyyətdədir.  Bu  dənizin  müxtəlif 
sahələri  də  müxtəlifdir  və  onun  dərinliyindən,  dibin  relyefin-
dən, çayların axarından, xeyli dərəcə də isə iqlim xüsusiyyətlə-
rindən asılıdır. 
Tarixin bütün minillikləri ərzində Xəzərdə suyun səviyyəsi 
daim dəyişmiş, dəniz gah hücüm edib sahilləri basmış, dərinləş-
miş və genişlənərək öz sahil xəttini dəyişmiş, gah da geri çəkil-
miş, bəzən suyun səviyyəsi metrlərlə aşağı düşmüşdür. Onun sə-
viyyəsi, həcmi və sahil xətti heç vaxt sabit qalmamışdır. 
Dəniz  sahillərindəki  bir  sıra  əlamətlər  və  abidələr  tarix 
boyu  suyun  səviyyəsinin  müntəzəm  olaraq  dəyişdiyinə  dəlalət 
edir. 
Alimlərimiz müxtəlif qaynaqlardan (qədim dövr abidələ-
rinin,  etnoqraflarının  və  səyahətçilərinin  yazılı  əsərləri,  qədim 
xəritələr, arxeoloji tədqiqat materialları) istifadə etməklə Xəzər 
dənizi  səviyyəsinin  1556-cı  ildən  1830-cu  ilədək  olan  dövrdə 
dəyişməsinin mənzərəsini tərtib etmişlər. 
1830-cu  ildən  başlayaraq  Bakı  limanında  Xəzər  dənizi 
səviyyəsinin  dəyişməsinə  müvafıq  cihazlar  vasitəsilə  nəzarət 
edilir. Müşahidə və tədqiqatların nəticələri göstərir ki, XX əsrin 
əvvəllərindən başlayaraq dənizin səviyyəsi aşağı düşməyə meyl 
göstərir. Müəyyən illərdə onun bir qədər qalxmasına baxmaya-
raq, bu meyl davam etmişdir. 
1933-cü ildən etibarən isə Xəzərin səviyyəsi fasiləsiz su-
rətdə aşağı enmiş, 1956-cı ilədək təxminən 2 metr (1933-1942-
ci illərdə - 187 sm) azalmışdır. 
Bir çox elmi araşdırmaların nəticələri bir daha təsdiq edir 
ki,  ümumiyyətlə  su  səviyyəsinin  aşağı  olması  Xəzər  dənizi 
üçün daha səciyyəvi xüsusiyyətdir və ehtimal ki, dəniz özünün 
bu xüsusiyyətini bərpa edəcək. Bununla belə nəzərə almaq la-
zımdır  ki,  suyun  səviyyəsi  müəyyən  dövr  ərzində  yüksələrək 
özünün  1803-cü  ildəki  səviyyəsinə  çata  bilər  ki,  bu  da  tarixi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə