Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   34   35   36   37   38   39   40   41   ...   118

 
117 
olar ki, bu halların hamısında lazımi psixoloji hazırlığın olma-
masından çox ciddi (məsələn, Xocalıda) sosial fəlakət səviyyə-
sinə gəlib çatmışdır. 
İstər  təbii  xarakterli,  istər  texniki  səciyyəli,  o  cümlədən 
Bakı  metrosunda  baş  vermiş  dəhşətli  qəzalar,  istərsə  də  Qara-
bağ  müharibəsinin  törətdiyi  fövqəladə  hadisələr  ekstremal  və-
ziyyətlərin  qiymətləndirilməsi,  fövqəladə  vəziyyət  bölgəsinə 
düşən əhali kütləsinin vaxtında xəbərdar edilməsi, köçürülmə-
nin təşkili və köçürülən əhalinin sosial-psixoloji xüsusiyyətləri-
nin  nəzərə  alınmasını  zəruri edir. Ümumiyyətlə, fövqəladə  və-
ziyyət şəraitində  əhaliyə  xəbərdarlıq  edilməsi,  onun mühafizə-
si,  təcili  və  cari  zəruri  şeylərlə  təchizinin  təşkili  bütövlükdə 
xalqın ümumi milli xarakteri ilə yanaşı bu tədbirlərin əhatə et-
diyi  hər  bir  sosial  qrupun  həm  məxsusi,  həm  də  fövqəl  vəziy-
yətdən  doğan  psixoloji  xüsusiyyətləri  ilə  də  sıxı  bağlıdır  və 
fövqəladə tədbirlər silsiləsinin hər mərhələsində onun ciddi nə-
zərə alınması lazım gəlir. 
Müəyyən  əhali  kütləsinin  hər  cür  təşkili  kimi  fövqəladə 
vəziyyət  hallarında  görülməli  olan  tədbirlər  də,  bu  işə  geniş 
mənada  yanaşdıqda,  idarəetmədir,  onun  xüsusi  halıdır.  Yəni 
hər bir idarəetmədə olduğu kimi burada da idarəetməyə verilən 
ümumi  tələblər  daimi  gözlənilməli,  digər  tərəfdən,  fövqəladə 
vəziyyətlə bağlı məxsusi xüsusiyyətlər qabaqcadan nəzərdə tu-
tulmalı,  gözlənilən  vəziyyətlərə  hazırlıq  görülməli,  qəza  və  ya 
fəlakət  törədikdə  görüləcək  təcili  tədbirlər  də  qabaqcadan 
nəzərə alınmalıdır. 
Görülən qabaqlayıcı tədbirlərin hər biri təbii ki, toplumun 
psixologiyasında  müsbət  mənada  iz  qoymağa  xidmətə  istiqa-
mətlənməli, milli psixika nəzərə alınmalıdır. 
Hər  cür  idarəetmə  kimi  fövqəladə  vəziyyətlərdə  də  ida-
rəetmənin hər iki tərəfinin - onun subyektinin və obyektinin is-
tər  elmi  təhlil  və  təcrübə  əsasənda  məlum  olan,  istərsə  də  ek-
stremal  şəraitdə  üzə  çıxacağı  gözlənilən  xüsusiyyətləri  belə 


 
118 
hallara hazırlıq tədbirlərində, o cümlədən təlim-məşq prosesin-
də müvafiq yer tutmalıdır. 
Şübhəsiz,  bütün  bu  işlərdə  idarəetmənin  subyekti,  yəni 
fövqəladə hallar barədə xəbərdarlıq, əhalinin köçürülməsi işin-
də  təşkilatçısı  başlıca  simadır.  O,  idarəetmə  təsnifatında  "rəh-
bər işçi" anlayışına aid olur və ona verilən tələbləri ödəməlidir. 
Qısa  desək,  rəhbər  işçi  etikasının,  idarəetmə  mədəniyyətinin 
bütün  şərtlərini  -  yəni  səriştəlilik,  işi  təşkil  etmək  bacarığı, 
əməli  fəaliyyətdə  inzibati  və  elmi  idarə  qaydalarının  düzgün 
əlaqələndirilməsi, etik, hətta müəyyən mənada estetik tələblərə 
cavab verməklə, ayrı-ayrı fərdlərin psixoloji durumuna da qay-
ğıkeşlik olmalıdır. 
Respublikamızda  istər  bir  sıra  təbii  fəlakətlər,  istərsə  də 
müharibə  şəraiti  ilə  bağlı  ekstremal  şəraitlərdə  idarəetmə  sub-
yektinin - əhalinin mühafizəsi ilə məşğul olan rəhbər işçinin bu 
tələblərin həm ayrı-ayrı bəndlərinə, həm də onun bütün tələblə-
rinə  cavab  vermədiyi  hallar,  təəssüf  ki,  dəfələrlə  müşahidə 
olunmuşdur. Burada həm məqbul hesab oluna biləcək səbəblər 
(məsələn,  qəza  və  ya  daşqının  qəfil  baş  verməsi,  hava  şəraiti, 
nəqliyyat  və  başqa  amillərin  təşkilində  gözlənilmədən  üzə  çı-
xan cəhətlər), həm  də  gözlənilməyən amillər, o cümlədən rəh-
bər işçinin düzgün seçilməməsi, hətta adi şəraitdə qəza halları-
na  hazırlıq  işini  yaxşı  qura  bilməməsi,  ekstremal  vəziyyətdə 
gözlənilmədən qarşıya çıxan amillər, o cümlədən kəskin dəyiş-
mə şəraitində uyğunlaşmaqda lənglik, rəhbər olduğunu "unuda-
raq" yaxın qohumları və şəxsi əmlakı qayğısına qalmaq və s. öz 
təsirini  göstərir.  Əlbətdə,  burada  çıxış  yolunu  rəhbər  işçinin 
fövqəladə  hallara  ümumi  hazırlığında,  müxtəlif  vəziyyətlərdə 
psixoloji  vəziyyətlərin  təhlili  ilə  aparılan  təlim-məşq  tədbirlə-
rində görmək gərəkdir. 
Müşahidələr,  Respublika  Mülki  müdafiə  rəhbərliyinin 
məlumatları və s. göstərir ki, fövqəladə vəziyyətlərdə rəhbər iş-
çinin özünü itirməsi halları daha kütləvi səciyyə daşıyır. Odur 
ki,  işə  psixoloji  hazırlıq  həmişə  diqqət  mərkəzində  saxlanıl-


 
119 
malıdır.  Diqqət  çəkən  məqamlardan  biri  də  odur  ki,  keçmiş 
SSRİ məkanında Mülki müdafiə təşkilatlarında sosial-psixoloji 
məsələləri  öyrənən  ayrıca  bir  qurum  mövcud  idi.  Müstəqillik 
şəraitində  isə  bütövlükdə  olduğu  kimi  bu  sahədə  də  varislik 
əlaqəsi qırılmışdır. 
Digər bir məqam isə fövqəladə vəziyyət tədbirlərinin əsas 
təşkilatçısı  ilə  peşəkar  təlimatçı  (Mülki  müdafiə  xidmətinin 
əməkdaşı) arasında olan münasibətdəki ciddi psixoloji durum-
dur.  Bilik  və  təcrübəsinə,  işi  soyuqqanlıqla  qura  bilmək  qabi-
liyyətinə, insanlarla işləməkdə "bitərəfliyinə" görə, əlbəttə, təli-
matçı daha səriştəlidir, təcili tədbirlər görüb düzgün qərar çıxa-
ra  bilir.  Lakin,  kütləyə  psixoloji  təsir  baxımından  rəhbərliyi 
onun öz əlinə alması ağır nəticələr verər, kütləni stress vəziyyə-
tinə gətirib çıxara bilər. 
Təcrübə göstərir ki, idarə rəhbərləri adi vəziyyətlərdə və-
zifəsinin mahiyyətini, görəcəyi  əsaslandırılmasını  yaxşı bildiyi 
halda, hadisə zamanı təcili görülməli olduğu işin səmərəsi aza-
lır,  qəzanın  nəticəsini  aradan  qaldırmağa  psixoloji  hazırlığa 
xeyli əlavə vaxt itirir. 
Hər bir idarəetmədə olduğu kimi fövqəladə vəziyyətlərdə 
də  görülən  tədbirlərin  uğurlu  olması,  hadisəni  yaşayan  əhali 
kütləsinin  ümum  milli  xarakteri  və  sosial-psixoloji  halətindən 
də çox asılıdır.  Burada əhalini  passiv  tərəf hesab etmək nə  el-
mi, nə də əməli-təcrübi cəhətdən düzgün deyil. Əhali kütləsi də 
ümumi əməliyyatın təşkili və icrasında fəal qüvvədir, onun so-
sial-psixoloji  xüsusiyyət  və  davranışı  ümumi  işə  istər  müsbət, 
istərsə də mənfi mənada dərin təsir göstərə bilər. Psixoloqların 
müşahidələrinə görə, fövqəladə vəziyyətlərdə əhalinin, xüsusən 
də uşaqların, qadınların bioritmik-uyğunlaşma qabiliyyəti zəif-
ləyir,  çaşqınlıq,  onun  nəticəsi  kimi  vurnuxma,  qeyri-mütəşək-
killik və s. baş verir. Bu kütləni səciyyələndirən əsas əlamətlərə 
çevrilir, fəal idarə olunmağa kəskin tələbat yaranır. Bu amillər 
mühafizənin bütün pillələrində - xəbərdarlıq, əhalinin köçürül-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə