Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   30   31   32   33   34   35   36   37   ...   118

 
105 
torpağın  çirklənmə,  şoranlaşma  dərəcəsi,  habelə  bir  çox  təbii 
antoropogen amillər daxil edilməlidir. 
Bununla  yanaşı  hər  bir  ekoloji-coğrafi  bölgənin  ehtimal 
olunan təhlükəli hadisələrdən, neft anbarlarında, neft mədənlə-
rində, partlayıcı kimyəvi maddə və ya qaz tutumlarında baş ve-
rə biləcək yanğın, partlayış, iri su anbarları bəndlərinin yarılma 
təhlükəsi və s. öz əksini tapmalıdır.  
Bölgələşməyə  Azərbaycan  ərazisinin  dənizsahili  sahəsi 
də  mütləq  daxil  edilməlidir.  Vaxtı  ilə  respublika  ərazisini  23 
ekoloji-coğrafi bölgəyə ayırmışlar. Bu bölgələr ekoloji gərgin-
lik baxımından (intensivlik dərəcəsinə görə) müəyyən qruplara 
bölünməlidir. 
Ekoloji  baxımdan  ərazidəki  gərginlik  dərəcəsi  zaman  və 
məkan baxımından dəyişə bilər. Belə ki, ekoloji gərginlik yara-
dan antoropogen amillərə qarşı mübarizə aparmaqla ətraf mühi-
tin  çirklənmə  dərəcəsini  azaltmaq  və  ya  tamamilə  aradan  qal-
dırmaq,  gərginliyi  zəiflətmək  və  ya  onu  tam  aradan  götürmək 
olar.  Bu,  təbii  proseslərin  intensivlik  dərəcəsini  azaltmaq  yolu 
ilə mümkündür. 
Bizə görə Azərbaycan Respublikası ərazisindəki ekoloji-
coğrafi bölgələrin hər birinin istər təbii və istərsə də kəmiyyət 
göstəricilərini aşkar etmək, gərginliyini aradan qaldırmaq üçün 
kompleks  şəkildə  elmi-tədqiqat  işləri  aparılmalıdır.  Təbiətin 
dağıdıcı hadisələrinin qarşısını almaq üçün onların proqnozunu 
işləyib hazırlamaq, tikinti zamanı ərazinin seysmikliyini nəzərə 
almaq, çay hövzələrində meşə və ot örtüyü salmaq, sürüşmələ-
rə  qarşı  mübarizə  üçün  bir  sıra  təbii  əlamətləri  aradan  qaldır-
maq,  quraqlıq  baş  verən  və  isti-quru  küləklər  əsən  ərazilərdə 
əvvəllər  salınmış  meşə-mühafizə  zolaqlarını  bərpa  etmək  və 
yenilərini  salmaq,  ətraf  mühiti  çirkləndirən  sənaye  və  məişət 
tullantılarının  təkrar  elmalını  təşkil  etmək  və  digər  məsələləri 
elmi  və  mərkəzləşmiş  yolla  icrata  götürmək  daha  məqsədəuy-
ğundur. 


 
106 
Onu da qeyd edək ki, yaşayış və sənaye sahələri üçün ti-
kinti aparılacaq istənilən torpağın süxur xüsusiyyətləri, geoloji 
və geofiziki baxımdan yoxlanılaraq rəy alındıqdan sonra iş apa-
rılmalıdır.  Təəssüflər  ki,  Azərbaycanda  bu  məsələyə  laqeyd 
münasibət var ki, bu da milli maraqlara böyük zərbədir. Məsələ 
Bakı,  Sumqayıt,  Gəncə,  Şamaxı  üçün  çox  acınacaqlıdır.  Bakı 
şəhərində  yer  xüsusiyyətlərinin  heç  bir  əlamətinə  əhəmiyyət 
verilmədən,  şəhərsalma  qaydalarına  riayət  etmədən,  zəlzələni, 
çökməni,  palçıq  vulkanını,  süxurun  xüsusiyyətini,  Xəzərin  sə-
viyyəsinin  tərəddüdünü,  ekoloji  gərginlik  növlərini  nəzərə  al-
madan  hündürmərtəbəli  yaşayış  binaları  inşa  edilir  ki,  bu  da 
milli fəlakət, sadəcə fövqəladə haldır. 
Məsələyə geoloji tərəfdən yanaşsaq görərik ki, Yer kürə-
sinin  ayrı-ayrı  guşələrində  baş  verən  müxtəlif  gücə,  dövriliyə 
və  intensivliyə  malik  təbii  fəlakətlər  mövcud  infrastrukturlara 
müxtəlif dərəcədə, bəzən isə əvəzolunmaz ziyan vurur. Bu ha-
disələr  digər  təbii  amillərlə  yanaşı  ayrı-ayrı  bölgələrin  geoloji 
quruluşu,  litofasial  və  iqlim  şəraiti  ilə  əlaqədardır.  Bunlardan 
bəziləri ancaq endogen və ekzogen proseslərin təsiri ilə baş ve-
rir, bəziləri isə texnogen proseslər nəticəsində olur. 
Azərbaycan  respublikasının  ərazisində  endogen  proses-
lərlə əlaqəli və ağır nəticələr törədən fəlakətlərə zəlzələ, palçıq 
vulkanları və müəyyən dərəcədə Xəzər dənizi səviyyəsinin də-
yişməsi aid edilir. Bunlar - respublikanın həm torpaq həm sosi-
al-iqtisadi fondlarına həm də insanların həyat fəaliyyətinə müx-
təlif dərəcədə zərər vururlar. 
Azərbaycan özünün geoloji quruluşuna və burada dağya-
ranma prosesləri hələ davam etdiyinə  görə, seysmik fəal (Rix-
ter şkalası üzrə 7-9 bala malik) bölgədə yerləşir. Bunu bölgədə 
baş verən zəlzələlər isbat edir. Bunlar 29.11.1981-ci ildə İsma-
yıllıda  (6-7  bal),  20.01.1982-ci  ildə  Zərdabda  (6  bal), 
3.05.1982-ci  ildə  Mingəçevir  su  anbarı  ərazisini  də  əhatə  et-
məklə  Ceyrançöldə  (6-7  bal)  olmuş  zəlzələlərdir.  16.10.1989-
cu ildə episentri Bakıdan 130 km şərqdə Xəzər dənizində yerlə-


 
107 
şən 6-7 bal gücündəki zəlzələ respublikanın bütün dənizkənarı 
bölgələrində 3-5 ballı təkanlarla hiss edilmişdir. 
Respublikamızın  ərazisində  ən  seysmik  aktiv  bölgə  Şa-
maxı, ən seysmik təhlükəli sahələr isə Şamaxı, İsmayıllı şəhər-
ləri, habelə Mingəçevir su anbarı bölgəsidir. 
Palçıq ocaqları Qobustanın cənub-şərqində Abşeronun şi-
malında və Xəzər dənizi akvatoriyasında daha geniş yayılmış-
dır.  Bunlar  yaşayış  məntəqələri  və  sənaye  müəssisələri  üçün 
xüsusi təhlükə törətməsələr də, torpaqları çox vaxt yararsız ha-
la salırlar. 
Müasir  dövrdə  ətraf  mühitin  mühafizəsi,  o  cümlədən  də 
təbii  fəlakətlərlə  mübarizə  vacib  əhəmiyyət  kəsb  edir.  Lakin, 
elmi cəhətdən  əsaslandırılmış  konsepsiya olmadan və baş ver-
miş  hadisələrin  nəticələrini  təhlil  edib  öyrənmədən,  eləcə  də 
"Ətraf  mühitin  komponenti  olan  litosferanın  mühafizəsi"  adlı 
beynəlxalq layihənin tərkib hissəsi kimi bir layihə işləyib hazır-
lanmadan  kortəbii  hadisələrlə  səmərəli  mübarizə  mümkün  de-
yil.  Ekzogen  geoloji  proseslərin  öyrənilməsi,  onların  monito-
rinqinin  yaradılması  Azərbaycan  respublikasının  ərazisi  üçün 
çox vacib əhəmiyyətə malikdir. Ekzogen geoloji proseslərin in-
tensivliyi  və  fəallığı  bir  çox  təbii  və  texnogen  amillərin  qarşı-
lıqlı təsiri ilə şərtlənir. Hazırda texnikanın inkişafı ilə əlaqədar 
texnogen  amillərin  əhəmiyyəti  o  dərəcədə  artmışdır  ki,  bunlar 
bir sıra bölgələrdə ekzogen geoloji proseslərin, xüsusən də sü-
rüşmələrin, sellərin, daşqınların  əsas inkişaf ardıcıllığını təşkil 
edir. 
Ərazinin  geoloji-tektonik  quruluşu  mürəkkəb  olduğu 
üçün Azərbaycanda həmçinin ekzogen proseslər və hallar geniş 
yayılmışdır. Bunlar sürüşmə, torpağın çökməsi, aşınma, subas-
ma,  eroziya,  sel,  daş  uçqunları  və  sair  hadisələrdən  ibarətdir. 
Belə hadisələr ölkə ərazisinin 14%-ni əhatə etməklə iqtisadiyya-
ta  böyük  zərər  vurur  və  gündəlik  təhlükə  yaradır.  Bu  proseslər 
Böyük Qafqazın cənub yamacları ərazisində, habelə Xəzər dəni-
zinin bütün sahilboyu ərazisində özünü daha güclü göstərir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə