Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   27   28   29   30   31   32   33   34   ...   118

 
96 
azaltmaq  olmuşdur.  Ozon  qatını  dağıda  biləcək  kimyəvi  mad-
dələri  demək  olar  ki,  bütün  inkişaf  etmiş  ölkələr  istifadə  etdi-
yindən  bu  məsələyə  1990-cı  ildə  Londonda,  1992-ci  ildə  isə 
Kopenhagendə  Monreal  protokoluna  düzəlişlər  etməklə  ozon-
dağıdıcı  kimyəvi  maddələrin  ümumiyyətlə  istifadədən  çıxarıl-
ması qərara alınmışdır. Amma, təəssüflər olsun ki, dünya döv-
lətləri arasında Monreal protokolunun müddəalarına biganə qa-
lanlar da tapılır. Hər bir dövlət, hər bir insan dərk etməlidir ki, 
ozon qatına zərbə vuran istənilən hərəkət bəşəri cinayətdir. 
Azərbaycan Respublikası da xırda dövlət olsa da kimyəvi 
maddələrin istehsalı, karbohidrogenlərin çıxarılması, transparti-
rovkası,  emalı  sahəsində  güclü  mənbələrə  malik  olduğundan 
1996-cı  ildən  ozon  qatının  mühafızəsi  sahəsindəki  beynəlxalq 
sazişlərə  qoşulmuşdur.  Göstərilən  sazişlərin  şərtlərinə  uyğun 
olaraq  Azərbaycan  hökuməti,  onun  mütəxəssisləri  BMT-nin 
Ətraf  Mühit  İnkişaf  Proqramlarının  nümayəndələrinin  iştirakı 
ilə  ölkəmizdə  ozondağıdıcı  maddələrin  yeniləri  ilə  -  dağıdıcı 
xüsusiyyətlərə malik olmayanları ilə əvəz edilməsi öhdəliyi gö-
türülmüşdür. 
Çox təəssüflər olsun ki, biz də bu qaydaları tələb olunan 
səviyyədə saxlaya bilməsək də, digər güclü potensiallı ölkələrlə 
müqayisədə qənaətbəxş səviyyəyə yaxınıq. Elə bu məqsədlə də 
1998-ci ildən Respublika Hökuməti Milli Ozon Mərkəzi yarat-
mış, problemlərin elmi və hüquqi cavabdehliyini onlara həvalə 
etmişdir. Hazırda Mərkəzin Azərbaycanın bir çox bölgələrində, 
o  cümlədən  Şirvanda,  Gəncə,  Sumqayıt,  Bakı,  Mingəçevir, 
Naxçıvan,  Lənkəran,  Masallı,  Qazax,  Şəki,  Bərdə,  Xaçmaz, 
Göyçay  və  s.  şəhərlərdə  fəaliyyət  göstərən  təşkilatları  vardır. 
Ümumilikdə  Azərbaycan  səmasında  da  Ozon  qatı  o  qədər  də 
ürəkaçan  deyildir.  Azərbaycan  Respublikasının  digər  ekoloji 
problemləri  yetərincə  olduğundan  ozon  nıəsələsinə  daha  ciddi 
yanaşmaq tələb olunur, ən azı gələcək nəsillərimizin taleyi ba-
xımından. Digər tərəfdən nəzərə almalıyıq ki,  Qərbi  Azərbay-
canı, Yuxarı Qarabağı, Zəngəzuru zəbt edən ermənilər digər sa-


 
97 
hələrlə yanaşı Azərbaycanın bütövlükdə ekosistemini məhv et-
mişlər, müharibə isə hələ də bitməyib, müharibənin başlanması 
isə  özü-özlüyündə  ozon  qatına  birbaşa  ziyan  gətirən  kimyəvi 
maddələrin  Azərbaycan  atmosferinin,  onun  ozon  qatının  itiril-
məsi deməkdir. 
Odur  ki,  ozon  qatı  problemi  ilə  bağlı  istənilən  layihəni, 
istənilən qayda və qanunları vicdanla icra etməyə məhkumuq. 
Bu həm də ümumilikdə ən böyük fövqəladə hallardan bi-
ridir. 
 
 
8.8. Ġnsan sağlamlığı və iqlim dəyiĢmələri 
 
Hazırki,  dövrdə  insan  sağlamlığı,  onun  yaşama  müddəti, 
xəstəliklərin çoxalması və s. məsələlər bir çox baxımdan qlobal 
iqlim dəyişmələri ilə birbaşa əlaqəlidir. Artıq, dünya xalqları və 
dünya dövlətləri gec də olsa, anlayırlar ki, təbiətə, məişətə, ya-
şayış tərzinə qayğısızlıq bəşəriyyəti antropogen mənşəli qlobal 
iqlim dəyişmələri kimi, qeyri-adi problemlə üzbəüz qoymaqda-
dır.  Problemin  səbəbləri,  onun  ətraf  mühit,  iqtisadiyyat,  insan 
sağlamlığı,  qida  sağlamlığı  və  həyatın  digər  sahələri  üçün  nə 
dərəcədə önəm kəsb etdiyi artıq beynəlxalq sənədlərdə təbil sə-
si kimi səslənməkdədir. 
Tədqiqatlarımız göstərir ki, günümüzdəki iqlim dəyişmə-
lərinin əsas səbəblərinin 80-90 faizi ətraf mühitin qlobal texno-
gen çirklənmələri-karbon qazı, metan, su buxarı, azot oksidləri, 
zavod  və  fabriklərin,  nəqliyyatın  və  s.  atmosfer  havasına,  tor-
pağa, suya atdığı kimyəvi birləşmələrin çoxalması və meşələrin 
məhvi nəticəsidir. 
Nəfəs  aldığımız  havada  "istixana  qazlarının"  qatılığı  in-
san svilizasiyası tarixində indiki qədər yüksək olmamışdır. Təs-
tiq edilmişdir ki, hazırda düyada bir gündə yandırılan neft, qaz, 
daş kömür və s. karbohidrogen yanacağının miqdarı beş min il 
müddətində təbiətdə toplanmış yanacaq qədərdir. Yer səthinin, 
onun sularının istiliyinin artması, artıq Arktika, Qrenlandiya və 


 
98 
digər iri dağ buzlaqlarının əriməsinə səbəb olub. Təsdiqlənmiş-
dir ki, son bir əsrdə Yer atmosferinin temperaturu l
0
C-dən çox, 
okean  sularının  temperaturu  isə  0,8
0
C  qədər  çoxalmışdır.  Elə 
bu səbəbdən də dəniz və okean sularının səviyyəsi qalxır, çay-
lar  tez-tez  daşır,  subasmalar,  fırtına,  tufan,  qasırğa,  leysan  ya-
ğışları, quraqlıq, şiddətli istilər, meşə yanğınları, ərazilərin səh-
ralaşması  və  s.  təbii  fəlakətlər  baş  verir.  İnsan  isə  tam  başqa 
mühitin məhsuludur. 
Hökumətlərarası  Ekspertlər  Qrupunun  rəyinə  görə  yaşa-
dığımız  əsrin  sonuna  qədər  okean  sularının  səviyyəsi  30-45 
santimetr qalxmalıdır. Bu isə, ilk növbədə böyük ərazilərin, bir 
sıra adaların, dünyanın iri sahil şəhərlərinin su altında qalması 
kimi nəticələrə gətirib çıxara bilər. Qeyd edək ki, Abşeron yarı-
madası  və  Bakı  şəhəri  okean  səviyyəsindən  25-26  metr  aşağı 
olduğundan  və  bunun  Azərbaycanın  bütün  Xəzər  sahillərinə 
aid olduğunu yada salsaq, bu çox faciəli bir fəsadlar yarada bi-
lər. Xəzərdə su səviyyəsinin ayrı-ayrı dövrlərdə qalxaraq sahil-
ləri basması artıq hər birimizə bəllidir. 
Quru sahillərin su altında qalması bir çox fəsadları ilə ya-
naşı ərzaq məhsulları qıtlığı da yarada bilir. 
Qlobal  iqlim  dəyişmələrinin  nəticələri,  xüsusən  onların 
sağlamlığa təsiri artıq dünyanın hər yerində çox müxtəlif dərə-
cədə və şəkildə çılpaqlığı ilə görünməkdədir. 
Dünya Səhiyyə Təşkilatının Avropa bölgəsinə daxil olan 
53 ölkəsində apardığı tədqiqatlar göstərir ki, iqlim dəyişmələri-
nin  sağlamlığa  təsiri  anomal  yüksək  və  ya  aşağı  temperaturlu 
günlərdə,  habelə  sellər,  tufanlar  və  s.  zamanı  əhali  arasında 
xəstələnmələr  çoxalır,  bir  çox  xəstəliklərin  sürəti  artır.  İqlim 
dəyişmələri hazırda hər il 200 min vaxtsız ölümlərə səbəb olur. 
2003-cü ilin iyun-sentyabr isti yay ayları müddətində 12 Avro-
pa ölkəsində 70 mindən artıq gözlənilməyən ölüm hadisəsi baş 
vermişdir.  İqlimin  istiləşməsi,  eyni  zamanda  bir  sıra  yoluxucu 
xəstəlik  törədicilərinin  artması  ilə  müşahidə  olunur  ki,  bu  da 
çoxsaylı fəsadlara gətirib çıxarır, fövqəladə hal yaradır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə