Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   23   24   25   26   27   28   29   30   ...   118

 
84 
Bakı  və  Sumqayıtın  atmosfer  havası  lazımi  tələbatlara  cavab 
vermir. 
Azərbaycan  Respublikası  ərazisində  atmosfer  havasını 
müşahidə  məntəqələri  Bakı,  Sumqayıt,  Gəncə,  Əli  Bayramlı, 
Mingəçevir,  Lənkəran,  Şəki  şəhərlərində  mövcuddur.  Dünya 
şəhərlərində olduğu kimi Azərbaycan şəhərlərində də onun ha-
vasının ekoloji vəziyyəti, qatılığı, tərkibi biri-digərindən fərqlə-
nirlər.  Qəbul  etdiyimiz  havanın  tərkibi  əsasən  oksigen  olmalı 
olduğu  halda,  onun  tərkibində  son  illər  kükürd,  azot-4  oksid, 
xlor,  formaldehid,  civə,  furfurol,  amiyak,  hidrogen,  ftor,  his, 
sulfat turşusu, dəm qazı, toz və s. xeyli çoxalmışdır. Əgər Men-
deleyev  cədvəlində  olan  bütün  elementlərə  görə  tədqiqatlar 
aparılarsa, bu elementlərin əksəriyyətini  Bakı  və Sumqayıt şə-
hərlərinin havasında tapmaq mümkündür. İndi təsəvvür edin ki, 
bizim  vətəndaşlarımızın  necə  də  möhkəm  ciyərləri  varmış  ki, 
bütün bunlara hələ də dözə bilir. Nə qədər optimist olsaq da və-
təndaşlarımızın qeydinə qalmaq vətəndaşlıq borcumuzdur. 
Atmosfer  havasının  qatılığının  artımı  Azərbaycanda  yay 
aylarında  daha  üstünlük  təşkil  edir.  Bu  Bakı  şəhəri  üçün  daha 
çox xarakterikdir. Yəqin ki, Azərbaycan vətəndaşları üçün bəzi 
şəhərlərimizin  atmosfer  havası,  ekologiyası  xüsusilə  maraqlı 
olar.  Bunun  üçün  də  əsas  sənaye  şəhərlərimizin  atmosfer  ha-
vasına atılan tullantılar haqqında qısa məlumatlar maraqlı olar-
dı.  Çünki  sənaye  şəhərlərimizin  atmosferini  korlayan  insanlar 
da  bizim  respublikanın  vətəndaşlarıdır.  Bəlkə  millətinin  sağ-
lamlığma  biganə  qalmayan  vətəndaşlarımız,  hava  mühitimizi 
korlayan  qardaşlarımızı  ədalət  yoluna,  vətəndaşlıq  yoluna  də-
vət edə bildilər. 
Bakı  şəhəri  üzrə  Dövlət  qeydiyyatından keçmiş /Statisti-
ka  Komitəsi/  məlumata  görə  1993-cü  ildə  atmosferə  təxminən 
926 min ton zərərli maddələr atılıb. Bu rəqəm ancaq şin zavo-
du, "Elektroseprolit" zavodu, İstilik elektrik müəssisələri, Qaradağ 
əhəng zavodu, Qaradağ sement zavodu və Yeni Bakı neftayırma 
zavodlarının kitab-dəftərə  məcburiyyət  qarşısında düşən məlu-


 
85 
matlardır. Bəs düşməyənlər? Yaxud Bakı şəhərinin atmosferini 
zəhərləyən  təkcə  bu  müəssisələrdirmi?  Bəs  Abşeron  yanma-
dasındakı neft kəmərləri, 200 il neft hopdurulmuş torpaqları, is-
tixanalar, başlı-başına buraxılmış heç bir ekoloji qaydalara mə-
həl qoymayan sənaye obyektləri? 
Bakı  şəhərinin  atmosfer  havasının  tərkibində  dəm  qazı, 
azot-4 oksid, civə, xlor, hidrogen, ftor və s. maddələr üzrə orta 
illik  qatılıq,  normadan  üç  dəfə  yüksək  olmuşdur.  Bakıda  məs-
kunlaşmış  qaçqınların  miqdarı,  onların  yaşayış  tərzinin,  özləri 
ilə  gətirdikləri  texnikanın,  Bakı  şəhərindəki  əhalinin,  dövlət 
müəssisələrinin texnikalarını, minik avtomobillərini, deyilənlə-
rə əlavə etsək, yazıq burada yaşayan insanların halına! Hörmət-
li rəislər, müdirlər,  rəhbərlər dövlətimizin  paytaxtına belə  mü-
nasibət kimə xeyirdir? 
Məlum  olduğu  kimi  Sumqayıt  şəhəri  kimyaçılar  şəhəri-
dir,  bu  şəhərin  ümum  ekoloji  vəziyyəti  haqqında  çox  deyilib. 
Burada  atmosferə  atılan  tullantı  şəklindəki  zərərli  maddələrin 
miqdarı  qırxmin  tona  yaxındır.  Bəs  o  birisi  tullantılar?  Elə  bu 
səbəbdəndir ki, Bakı və Sumqayıt şəhərlərində bir çox xəstəlik-
lərlə  xəstələnənlərin  miqdarı  çoxalıb  və  elə  xəstəliklər  də  var 
ki, hələ həkimlərimiz onu yoza da bilmirlər. 
Gəncə  şəhəri  atmosferinə  atılan  zərərli  maddələrin  miq-
darı  90  min  tondur.  Gəncənin  hava  hövzəsində  bir  çox  mad-
dələr, o cümlədən toz, azot-4 oksid, kükürd qazı, hidrogen, ftor 
və  s.  normadan  2-3  dəfə  çoxdur.  Mingəçevir  şəhərinin  hava 
hövzəsinə  atılan belə maddələrin miqdarı orta hesabla 56 min 
tondur.  Mingəçevir  şəhərinin  hava  hövzəsində  isə  fenolun,  to-
zun  və  bəzi  başqa  maddələrin  miqdarı  normadan  2  dəfə  artıq-
dır.  Şirvan  şəhərinin  atmosfer  havasına  iri  sənaye  sahələrinin 
atdığı  tullantının  miqdarı  orta  hesabla  80  min  tona  bərabərdir. 
Bu şəhərdə havanın  tərkibində  azot-4 oksidin,  tozun, dəm  qa-
zının, kükürd qazının və s. maddələrin miqdarı normadan xeyli 
yüksəkdir. 


 
86 
Lənkəran  şəhəri  atmosferi  ekologiyası  başqa  sənaye  şə-
hərlərimizə nisbətən yaxşı olub, atmosferə atılan zərərli maddə-
lərin miqdarı 22 min ton olmuşdur. Lakin özü-özlüyündə Lən-
kəran kimi şəhər üçün 22 min ton zəhərləyici maddə çox böyük 
rəqəmdir. 
Bu  gün  respublikamızın  atmosfer  havasını  çox  böyük 
miqyasda  korlayan  Ermənistanla  Azərbaycan  arasında  gedən 
müharibəni  də  diqqətdən  qaçırmaq  olmaz.  Torpaqlarımızın 
dörddə birinin erməni işğalında olduğunu və bilavasitə mühari-
bənin Azərbaycan Respublikası sərhədləri daxilində getdiyi isə 
müharibənin törətdiyi bütün ekoloji zərərlərin azərbaycanlılara 
aid olması deməkdir. Hamımıza çox yaxşı məlumdur ki, ermə-
nilər həmişə bizə qarşı çox məkrlidirlər. Onlar heç bir məsələdə 
yaddaşsızlıq, "fürsəti fətə vermək" imkanlarını əldən vermirlər, 
hər bir silah növündən istifadə edirlər. Hətta torpaqlarımız qa-
yıdarsa (mən inanıram ki, qayıdacaq), uzun illər biz o sahələrin 
havasının, suyun, torpağının ekologiyası ilə məşğul olmalı ola-
cağıq. 
Elə bu səbəblərdən də Respublikamızın ümumilikdə hava 
hövzəsinin bizdən asılı olan imkanlar daxilində ekoloji təmizli-
yinə çalışmalıyıq. Əlbəttə, sənaye şəhərlərimizin hava hövzəsi-
nin ekoloji təmizliyinə diqqət ön plana çəkilməlidir. 
 
 
8.5. Bizə yaxın və uzaq Atmosfer 
 
Ən  böyük  həcmli  su  buxarı  okeanlar  üzərində  yaranır. 
Okeanlar üzərində hərəkətini başlayan su buxarı və hava qarışı-
ğı materiklərə çatdıqda buradakı hava-su buxarı kütləsi ilə qar-
şılaşır və atmosfer  cəbhəsini  yaradır. Sadə proses olmayan bu 
atmosfer cəbhələri - ümumiyyətlə atmosferdə gedən mürəkkəb 
fiziki  proseslər  nəticəsində  əmələ  gələndir.  Həm  də  bu  təkcə 
müxtəlif  növ  hava  kütlələrinin  sadəcə  qarşılaşmasından  deyil, 
əmələ gələn barik sistemlərin inkişafı dərəcəsindən də asılıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə