Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   19   20   21   22   23   24   25   26   ...   118

 
71 
dövlət suverenitetinin pozulması deməkdir. Dövlətin quru və su 
sərhədləri kimi hava ərazi sərhədləri də toxunulmazdır. Bunun 
pozulmasına qarşı hər bir dövlət lazımı özünümüdafiə tədbirlə-
ri görə bilər. 
Azərbaycan  Respublikası  da  suveren  dövlətdir,  onun  da 
quru,  su,  hava  sərhədləri  beynəlxalq  hüquqa  görə  toxunulmaz 
olmalıdır. Təəssüf ki, respublikamızın həm quru, həm də hava 
sərhədləri  əsrimizin  əvvəlindən  Ermənistan  tərəfindən  pozul-
maqda davam edir. Azərbaycan torpaqları o dərəcədə Ermənis-
tan tərəfındən beynəlxalq hüquqa məhəl qoyulmadan tutulmuş-
dur ki, onun 1990-cı illər sərhədləri daxilində öz quru sahəsinin 
85 faizini Azərbaycan torpaqları təşkil edir. Ermənistan respub-
likası Azərbaycanın hava və quru sərhədlərini keçərək yeni-ye-
ni torpaq sahələri zəbt etmişdir ki, bu da heç bir beynəlxalq hü-
quqla  bir  araya  sığmır.  On  doqquz  ildən  artıq  davam  edən  bu 
qeyri-qanuni  ilhaq  çox  təssüf  ki,  dünya  ictimaiyyətinin  gözü 
qarşısında baş verir, təcavüzkar öz adı ilə çağrılmır. 
Beynəlxalq  hüquqlara  zidd  olan  zorakı  sərhəddəyişmə 
həqiqətlərini  isə  bəzi  dövlətlər  qulaqardına  vurur  və  hətta  Er-
mənistana  müxtəlif  tərəflərdən  köməklik  göstərirlər.  Bunlar, 
əsasən Rusiya, ABŞ, Fransa, İran və s. dövlətlərdir. 
Azərbaycan  və  xarici  hava  gəmilərinin  beynəlxalq  uçuş-
ları, yalnız nazirliyin xüsusi icazəsi əsasında ola bilər. Həm də 
bu  uçuşların  istiqamətləri  dürüst  müəyyən  edilməli  və  dövlət 
sərhədlərinin  hansı  "hava  qapıları"ndan  keçməsi  göstərilməli-
dir. Belə razılaşmalar olmadan Ermənistan hər gün Azərbaycan 
hava  sərhədlərini  pozaraq  hərbi  texnikasını,  əsgərlərini  Xocalı 
hava limanı vastitəsilə Azərbaycanın içərilərinə gətirir və hərbi 
təcavüzünü davam etdirir. 
Müasir beynəlxalq hüququ məlum olan hava rejimi sahə-
sindəki çoxtərəfli sazişlərdən hava naviqasiyası haqqında 1919-
cu il Paris sazişinin, ticarət-mülki naviqasiya haqqında 1928-ci 
il  Havana  sazişini,  beynəlxalq  mülki  aviasiya  məsələləri  üzrə 


 
72 
1944-cü il Çikaqo sazişini və hava nəqliyyatı vasitəsilə daşıma 
məsələləri üzrə 1929-cu il Varşava sazişini göstərmək olar. Çi-
kaqo  sazişi  əsasında  Beynəlxalq  Mülki  Aviasiya  Təşkilatı 
(İKAO)  yaradılmış  və  1946-cı  il  dekabrın  14-də  BMT  BAŞ 
Məclisinin qətnaməsi üzrə ona BMT-nin ixtisaslaşdırılmış mü-
əssisəsi hüququ verilmişdir. 1956-cı il Paris sazişində humani-
tar yardım və s. kimi insanpərvər məqsədlərlə keçirilən təsadüfi 
uçuşlara da yol verilə bilər. Dövlətlərin qarşılıqlı razılaşma yo-
lu ilə təhlükəsiz uçuşa təminatla yanaşı, təyyarələrin qaçırılma-
sına qarşı dövlətlərin səylərini birləşdirmək sahəsində ilk çox-
tərəfli beynəlxalq hüquqi sənəd 1970-ci il 16 dekabrda Haaqa-
da  imzalanmışdır.  Öz  səmasından  uçuşa  icazə  verən  hər  bir 
dövlət bu uçuşun təhlükəsizliyi qarantı olmalıdır. 
 
 


 
73 
VIII FƏSĠL 
 
ATMOSFER MÜHĠTĠ VƏ ĠNSAN 
 
8.1. Təbii mühit və insan sağlamlığı 
 
İnsan sağlamlığına təsir edən amillər dedikdə,ilk növbədə 
onun  yaşayış  tərzi,  yaşadığı  mikro  və  makro  şərait  başa  düşü-
lür.  Mikro  şərait  insanın  sosial  problemlərinin  bir  hissəsinin-
mənzil şəraiti, onun istiliklə, su ilə, işıqla və s. təminatı məsələ-
ləridir. Hərçənd ki, Azərbaycan Respublikası əhalisinin təxmi-
nən  yarısı  bu  problemlər  içərisində  çabalayır.  Qaçqınlarımızın 
isə bu problemlə bağlı məsələlərdən danışmağa ehtiyac da yox-
dur. Çünki bu məsələ bütün dünyaya bəllidir. 
Makro şərait isə  dünya problemi olub,  bizim respublika-
mızda  öz  xüsusiyyəti,  özünəməxsusluğu  var.  Vaxt  olub  ki, 
Azərbaycan  uzunömürlülər  ölkəsi  sayılıb  və  biz  də  bununla 
fəxr etmişik. Hətta müxtəlif ölkələrdən gəlib burada uzunömür-
lülüyün "sirri" ni öyrənmək istəyənlərin sayı çox olmuşdur. La-
kin vaxt ötmüş, makro mühit dediyimiz mühit tədricən korlan-
mış və biz də uzunmüddət bunu hiss etməmişik. Başa düşdükdə 
isə  problemin  çox  böyük  olduğunu  və  makro  mühitimizin  bi-
zim özümüzdən də çox asılı olduğunu anlaya bilmişik. Ümumi-
likdə isə təbii mühitin çirklənməsi bu mühitdə yaşayan əhalinin 
iqtisadiyyatına  və  sağlamlığının  kəskinləşməsinə  gətirib  çıxa-
rır. Təbii mühitin çirklənməsinin insanın sağlamlığına pis təsir 
göstərməsi respublikamızda artıq sirr deyildir. Bu elə məsələlə-
rin aidiyyatı olan bütün təşkilatlar, o cümlədən Səhiyyə Nazir-
liyi təşkilatları, onun Baş Dövlət Sanitar Müfəttişliyi, Respubli-
ka Gigiyena və Epidomoloji Mərkəzi və bu idarələrin yerlərdə-
ki  mütəxəssisləri  yaxşı  bilir,  hesabat  aparılır.  Mütəxəssislər 
Azərbaycan  Respublikasının  əhalisində  xəstəliklərin-  xüsusən 
Bakı və Sumqayıt şəhərində artmasını çoxdan müşahidə etmiş-
lər. Həm də bu xəstəliklərin təbii mühitimizlə əlaqədar olduğu-


 
74 
nu  da  bilirlər.  Çoxalan  xəstəliklərdən  nəfəs  yolları,  ağ  ciyər, 
dəri-zöhrəvi,  bədənin  istənilən  yerlərində  şişlər,  qan  təzyiqi, 
şəkər,  ürək-damar,  qan  xəstəlikləri,  mədə-bağırsaq,  böyrək, 
saçların  tez  ağarması,  saçların  tez  tökülməsi,  huşunu  itirmə, 
huşsuzluq, halsızlıq və s. daha çox rast olunur. 
Bu cür xəstəliklərin çoxalması mənbələrini qruplaşdırdıq-
da  məlum  olur  ki,  bəzi  xəstəliklərin  səbəbi  suyun  çirkli  ol-
masından,  bəziləri  havanın  çirkli  olmasından,  bəziləri  yeyinti 
məhsularının  çirkli  olmasından,  bəziləri  iş  şəraitinin  çirkli  ol-
masındandır. Saydığımız və saymadığımız bütün çirkli mənbə-
lər bizim yaşadığımız təbii mühitdir. Xəstəliklərin təbii mühitə 
görə  çoxalmasında  da  özümüzün  məsuliyyətsizliyindən,  ya 
özümüzün özümüzə biganəliyi daha çox zərər gətirir. Əgər qi-
damızın, suyumuzun təmizliyinə nəzarət edən həkim, yaxud rə-
is öz vəzifə borcuna, vətəndaşlıq borcuna barmaqarası yanaşır-
sa, buna nə ad vermək olar. Üzüm və pambıq tarlalarında dər-
manla işləri qəbul edilmiş qaydalarla aparılmırsa cavabdeh mü-
təxəsis göz yumduğu işin nəticəsinə debil uşaqların törənəcəyi-
ni bilirsə belə-belə işlərə necə bəraət qazandırmaq olar?!  
Üçüncü bir misal- insan müdafiəçisi, insan keşikçisi, po-
lisimiz avtomobillərin mühərriklərindən atmosferə çıxan zəhər-
li  qazları  yoxlayarkən  onun  gözü  cihazın  göstəricisinə  deyil, 
sürücünün əlinə baxırsa və milli mənafeyi şəxsi mənafeyə qur-
ban  verirsə,  daha  nə  deyək  sənə.  Bundan  əlavə  təbii  mühitin 
texnogen mənşəli çirklənməsi insan sağlamlığı üçün çox vacib 
olan bir çox bitkilərin məhv olmasına gətirib çıxarır. Azərbay-
can Respublikası üçün də belədir. 100 il bundan öncə ölkəmiz-
də  olan  canlı  və  cansız  aləmi  bu  günümüzlə  müqayisə  etmək 
bir çox məsələləri dərk etməyə kifayət edir. Arıçılıq Azərbay-
canın bütün bölgələri üçün təbii hal kimi olub və arı balının in-
san sağlamlığı üçün nə dərəcədə əhəmiyyətli olduğunu da heç 
kim inkar edə bilməz. Gəlin görək hazırda Azərbaycanın bütün 
bölgələrində  arıçılıqla  məşğul  olmaq  mümkündürmü?  Təmiz 
arı balını bu gün dərman üçün də tapmaq mümkün deyil. Hansı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə