Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   35   36   37   38   39   40   41   42   ...   118

 
120 
məsi,  yerləşdirilməsi,  zəruri  şeylərlə  təchizi  mərhələlərində  də 
özünü biruzə verir. 
Xalqımızın  milli-etnik  psixologiyasında  "Allahsız  yerdə 
otur, böyüksüz yerdə oturma" atalar misalı kifayət qədər yerinə 
düşür və fövqəladə vəziyyətlərdə idarəetmə mədəniyyəti baxı-
mından  bunun  rəhbər  işçi  qarşısında  qoyduğu  sosial-psixoloji 
tələbləri başa düşmək heç də çətin deyil. Odur ki, fövqəladə və-
ziyyət  şəraitində  idarəetmənin  subyekti  ilə  obyekti,  təşkilatçı 
ilə təşkil olunanlar, rəhbər işçi ilə kütlə arasında qarşılıqlı mü-
nasibətlərin nəinki məzmunu, hətta forması da ciddi əhəmiyyət 
kəsb  edir.  Təşkilatçının  zahiri  təmkinini,  təcili  qərarlar  qəbul 
etmək  qabiliyyətini,  verdiyi  sərəncamların  qətiyyətini  görən 
kütlə psixoloji stress vəziyyətindən daha asan çıxır, hərəkətlərə 
daxili  nizam  gətirir.  Respublika  Mülki  müdafiə  qərargahının 
topladığı  təcrübələr  göstərir  ki,  köçürmə  zamanı  ağlabatan 
əməliyyat sırası, uşaqların və qocaların, xəstə və köməyə ehti-
yacı  olanların  öncə  çıxarılması  və  yerləşdirilməsi,  təchizat  sa-
həsində  ədalətli  və  düşünülmüş  qaydalar  qoyulması  psixoloji 
sabitləşməyə çox kömək edir. Su, çörək və s. təchizat mənbələ-
ri az olduqda belə, rəhbər işçinin təmkinlə köməyin davam et-
diriləcəyi barədə dediyi söz kütlənin dözümlüyünü kəskin artı-
rır, fəlakətli nəticələr verə bilən özbaşınalıq və zorakılığın qar-
şısını almağa yardımçı olur. 
Digər  amil  təlim-məşq  və  xəbərdarlıq  hallarıda,  ənənəvi 
münasibətlə bağlıdır. Bu sahədə mühafızə xidmətinin psixoloq 
və sosioloqlarla əlbir fəaliyyətinə, müvafıq proqram və metod-
ların işlənib hazırlanmasına ciddi ehtiyac var. 
Bizə belə gəlir ki, fövqəladə vəziyyət hallarına istər rəh-
bər işçinin, istərsə də əhali kütləsinin hazırlanması yalnız yerli 
(məhəlli)  idarə  təşkilatlarının  işi  hesab  edilə  bilməz.  Bu, 
ümumdövlət əhəmiyyətli vəzifə olub, mərkəzləşdirilmiş qayda-
da,  elmi  əsaslarla  təşkil  edilməlidir.  Xüsusən  indiki  müharibə 
şəraitində  mütəşəkkilliyin  zəifləməsi,  pərakəndəliyin  getdikcə 
kütləviləşməsi  fövqəladə  vəziyyət  hazırlığının  yeni  formaları 


 
121 
axtarışını  zəruri  edir.  Hazırlığın  qrup  şəkili  ilə  yanaşı  kütləvi 
informasiya  vasitələrindən,  ilk  növbədə  televiziya  və  radiodan 
geniş  istifadə  etmək,  vaxtaşırı  müəyyən  verilişlər  vermək,  o 
cümlədən baş vermiş hər hansı qəza hadisəsini məhz xilasetmə 
baxımından ətraflı təhlil etmək, zənnimizcə, səmərəli nəticə ve-
rə bilər. 
Bunun özü də fövqəladə hadisələr zamanında milli xarak-
terimizə,  milli  psixologiyamıza  daha  uyğun  müdafə  olunmaq 
xüsusiyyətlərini əhalimizə aşılamaqda yardımçı ola bilər. 
 
 
9.6. Gənc nəslin mühafizəyə hazırlanması 
 
Mülki müdafiə sistemində əhalinin mühafizəyə kütləvi sü-
rətdə  hazırlanmasına  ilk  məktəb  illərindən  başlanır.  Bu,  Azər-
baycan  Respublikası  Nazirlər  Kabinetinin  1992-ci  il  28  dekabr 
tarixli qərarı ilə təsdiq olunmuş "Əhalinin Mülki müdafiəyə ha-
zırlanması haqqında Əsasnamə" ilə qanuniləşdirilmişdir. 
Sənədlə göstərilir ki, ümumtəhsil məktəblərinin, gimnazi-
yaların  şagirdlərinə  fövqəladə  hallarda  mühafizə  məsələlərinin 
öyrədilməsi  ikinci  sinifdən  başlayaraq  buraxılış  siniflərinədək 
davam etdirilir, məşğələləri müəllimlər, sinif rəhbərləri və hər-
bi rəhbərlər aparırlar. 
"Mülki müdafiə"- ali və orta ixtisas məktəblərində bütün 
tələbələrə öyrədilməsi məcburi olmaqla, tədris planlarına xüsu-
si bir fənn kimi daxil edilir. 
Beləliklə, gənc nəslin mühafizəyə hazırlanmasında Respub-
likanın təhsil sistemi qarşısında çox vacib vəzifələr qoyulur. 
Erməni  təcavüzü  nəticəsində  respublikamızın  elan  edil-
məmiş müharibəyə cəlb olunması ölkəmizin təhsil sisteminə də 
öz mənfi təsirini göstərmiş və göstərməkdədir.  
Lakin,  buna  baxmayaraq  Respublikamızın  bütün  dərəcə-
lərdən  olan  təhsil  müəssisələrində  şagirdlərin  və  tələbələrin 
sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  fəaliyyətə 


 
122 
hazırlığı  Təhsil  Nazirliyi  tərəfindən  Respublikanın  Mülki  mü-
dafiə  qərargahı  ilə  birlikdə  tərtib  və  təsdiq  edilmiş  proqramlar 
əsasında həyata keçirilir. Belə ki, ümumtəhsil məktəblərinin 2, 
5, 6-cı siniflərində şagirdlərə təhlükə barədə siqnallar üzrə dav-
ranış qaydaları, əleyhqaz və respiratorlardan istifadə üsulları ilə 
sinifdənxaric  vaxtlarda  sinif  rəhbərləri  tərəfindən  tədris  edilir. 
Yuxarı  siniflərdə  isə  Mülki  müdafiə  mövzuları  üzrə  əməli 
məşqlər keçirilir. 
Orta məktəblərin X-XI siniflərində "Mülki müdafiə" fən-
ni  ibtidai  hərbi  hazırlıq  proqramının  bölmələrindən  biri  kimi 
tədris  edilir.  Bununla  yanaşı,  orta  məktəblərin  XI  siniflərində, 
orta  ixtisas  və  texniki  peşə  məktəblərinin  sonuncu  kurslarında 
oğlanlardan fərqli qızlar tibbi-sanitariya hazırlığı keçirilir. Bun-
dan əlavə, şagirdlərin mühafizə tədbirləri üzrə əməli vərdişləri-
ni möhkəmlətmək məqsədilə orta məktəblərin tədris planların-
da  hər  il  "Mülki  müdafiə  günü"  keçirilməsi,  "Təhlükəsizliyin 
azaldılması üzrə Beynəlxalq onillik" çərçivəsində təşkil olunan 
tədbirlərdə məktəblilərin fəal iştirakı nəzərdə tutulur. 
Mülki  müdafiə məşğələləri aparan müəllimlərin,  2, 5 və 
6-cı siniflərinin rəhbərlərinin hazırlanması hər il qış və yay tə-
tilləri  dövründə  təhsil  şöbələri,  bölgə  və  şəhər  Mülki  müdafiə 
kurslarında  təşkil  edilir,  onlar  proqramların  bütün  mövzuları 
üzrə təlimatlandırılırlar. 
Ali  məktəblərdə  "Mülki  müdafiə"  fənni  sərbəst  olaraq 
aşağı kurslarda bir semestr tədris edilir və kursun sonunda tələ-
bələrdən zaçot götürülür. 
Humanitar  ali  məktəblərdə  isə  həm  də  "Tibb  biliklərinin 
əsasları"  sərbəst  fənn  kimi  keçilir  və  kursun  sonunda  dövlət 
imahanı  ilə  başa  çatdırılır.  Hazırlıq  respublikamızın  təhsil,  sə-
hiyyə  nazirləri  və  Mülki  müdafiə  qərargahının  rəisi  tərəfindən 
təsdiq edilmiş ali məktəb tələbələrinin Mülki müdafiə üzrə tibb 
bacıları  və  sanitar  təlimatçıları  kimi  hazırlanması  haqqında 
əsasnaməyə uyğun olaraq müəyyən edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə