Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   36   37   38   39   40   41   42   43   ...   118

 
123 
Gənclərə  mühafizə  biliklərinin  öyrədilməsi  işinin  təşkili, 
onun  bir  fənn  kimi  orta  ixtisas  və  ali  məktəblərdə  tədrisinin 
keyfiyyətini  daha  da  yaxşılaşdırmaq  baxımından  bir  çox  işlər 
hələ də lazımi səviyyədə aparılmır. 
Lakin,  yeni  təhsil  sisteminə  keçilməsilə  əlaqədar,  bütün 
pillələrdə  tədris  proqramlarında  müasir  tələblərə  uyğun  dəyi-
şikliklər edilmiş və buna müvafiq olaraq orta ümumtəhsil, tex-
niki  peşə  və  orta ixtisas  məktəblərində  Mülki  müdafiəni  tədris 
edən  kadrlar  yeni  müəllimlər  hesabına  möhkəmləndirilmişdir. 
Bəzi  ali  təhsil  müəssisələrində  isə  Mülki  müdafiə  kafedraları 
yaradılmış, bu kafedralara ixtisaslı və təcrübəli pedaqoji kadrlar 
cəlb olunmuşlar. Bundan əlavə müstəqil respublikada yeni şərai-
tin tələbləri, milli və ərazi baxımından bölgələrin xüsusiyyətləri 
nəzərə alınmaqla Mülki müdafiənin orta və ali məktəblərdə təd-
ris edilməsi üçün yeni proqramlar işlənib hazırlanmışdır. 
Mülki  müdafiənin  tədrisi  ilə  bağlı  ali  məktəblərdən  bir 
çoxunda  zaçot  tətbiq  edilməsi  və  humanitar  ali  məktəblərdə 
Mülki müdafiə üzrə tibb bacıları və sanitar təlimatçılarının ha-
zırlanması zamanı imtahanların keçirilməsi də müsbət hal kimi 
dəyərləndirilməlidir. 
Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra orta və ali 
məktəblərdə  MM-ə  hazırlıq  siyasəti  üçün  daha  münasib  şərait 
yaransa  da  qarşıda  müharibə  vəziyyətində  olan  Azərbaycan 
üçün bu sahədə görüləsi işlər hələdə çoxdur. 
 
 
9.7. Həmkarlar ittifaqı və fövqəladə hallar. 
 
Azərbaycanda əhalinin texnoloji qəzalar və təbii fəlakət-
lərin  təsirindən  mühafizəsi  həmişə  diqqət  mərkəzində  olmalı-
dır. Bugünkü müharibə vəziyyəti şəraitində isə bu problem son 
dərəcə mühüm aktuallıq kəsb edir. 
Respublika  hökuməti  ekstremal  hallar  üçün  müəyyən 
edilmiş  mühafizə  tədbirlərinin  dəqiq  yerinə  yetirilməsinə,  o 


 
124 
cümlədən  mühafizə  qaydalarının  əhaliyə  kütləvi  surətdə  öyrə-
dilməsinə  son  dərəcə  vacib  sosial  vəzifə  kimi  əhəmiyyət  ver-
məlidir. 
Bilavasitə  əmək  adamlarının  mənafeyinin,  o  cümlədən 
cansağlığının müdafiəçisi olan Respublika Həmkarlar İttifaqla-
rı  Konfederasiyası,  onun  yerli  orqanları  da  ekstremal  hallarda 
əmək kollektivlərinin mühafizəsi ilə bağlı problemlərin həllin-
dən kənarda qalmamalıdır. 
Əmək və sağlamlığın mühafizəsi tədbirlərinin həyata ke-
çirilməsində (bu həm də MM tədbirləri sırasına daxil edilə bi-
lər)  həmkarlar  ittifaqları  texniki  əmək  inspeksiyasının  (TƏİ) 
rolu böyükdür və ona respublika hökuməti tərəfindən müstəsna 
səlahiyyətlər və hüquqlar verilmişdir. Bunlar "Əməyin mühafi-
zəsi üzrə Azərbaycan Respublikası Qanunu"nda və Azərbaycan 
Həmkarlar  İttifaqlarının  texniki  əmək  inspeksiyası  haqqında 
Əsasnaməsi"ndə öz əksini tapmışdır. TƏİ əmək kollektivlərinin 
normal  və  təhlükəsiz  iş  şəraitinə  əngəl  olan  bütün  maneələrə 
qarşı mübarizə aparmalıdır, öz tələb və təkliflərini müxtəlif sə-
viyyələrdə həll etməlidir. 
Bununla belə ən kütləvi təşkilat olan Həmkarlar İttifaqla-
rı ilə Mülki müdafiə orqanları arasında əlaqə istənilən səviyyə-
də deyil, açığını desək, son dərəcə zəifdir. Respublika Həmkar-
lar  İttifaqları  Konfederasiyası  bu  əlaqələri  möhkəmləndirmək, 
fövqəladə  hallarda  əmək  kollektivlərinin,  onların  ailələrinin 
mühafizəsi və əmin-amanlıqlarının təmin edilməsi istiqamətin-
də  görülən  işlərdə  MM  orqanlarına  ən  fəal  surətdə  kömək  et-
mək üçün bütün imkanlarından istifadə etməlidir. 
Həmkarlar təşkilatları MM-nin vəziyyətinə əmək kollek-
tivlərinin vacib sosial müdafiəsi kimi baxmalıdırlar, amma bax-
mırlar. 
Kollektiv  əmək  müqavilələri  bağlanarkən  müdiriyyətin 
və  əmək  kollektivlərinin  MM  tədbirlərinin  yerinə  yetirilməsi 
üzrə öhdəlikləri öz əksini tapmalıdır, Mülki müdafiəyə hazırlı-
ğın  vəziyyəti  üçün  müəssisənin  rəhbərləri  ilə  yanaşı  briqada, 


 
125 
sahə, sex və şöbələrin başçıları da öz sahələrində tam məsuliy-
yət daşımalıdırlar. 
Təhlükəsizlik  texnikası  üzrə  ilk  təlimat  proqramlarına 
müəssisədə işin xüsusiyyətləri nəzərə alınmaqla MM məsələlə-
rinin də daxil edilməsi məqsədəuyğun sayılmalıdır. 
MM  üzrə  təlim  məşğələlərinin  aparılması  və  təşkilində 
MM təşkilatlarına kömək göstərilməlidir. 
Həmkarlar İttifaqlarının kino, mədəniyyət və idman saray-
ları,  klubları  və  kitabxanalarının  geniş  şəbəkəsindən  istifadə  et-
məklə MM üzrə təbliğat işlərinin aparılması təşkil edilməlidir. 
Əmək və sağlamlığın mühafizəsi tədbirlərinin həyata ke-
çirilməsində həmkarlar ittifaqlarının texniki əmək inspeksiyası-
nın fəaliyyəti artırılmalıdır. 
Baş verən fövqalədə halların nəticələrinin təhlili göstərir 
ki,  belə  hallarda  çoxlu  insan  təlafatı  və  külli  miqdarda  maddi 
dəyərlərin itkisinə səbəb təkcə fəlakətin miqyası deyil, həm də 
yerlərdə  MM-də  hazırlığın  aşağı  səviyyədə  olmasıdır.Bütün 
əmək  kollektivlərinin  Mülki  müdafiəyə  hazırlanması  işinin 
keyfiyyətini yüksəltmək məqsədilə həmkarlar ittifaqlarının rəh-
bər orqanları qarşısında aşağıdakı tələblər qoyulmalıdır. 
Əslində  həmkarlar  ittifaqları  sistemində  (sahələr,  kurort 
və  sanatoriyalar,  turist  bazaları  və  istirahət  evləri,  mehman-
xanalar, avtonəqliyyat  dəstələri, klublar, idman  və mədəniyyət 
sarayları və  s.) rəhbər heyətin şəxsi  məsuliyyətinin  artırılması, 
rəhbər işçilərin və mütəxəssislərin ətestasiyası keçirilərkən on-
ların  Mülki  müdafiəyə  hazırlıq  səviyyəsi  də  əsas  kimi  nəzərə 
alınmalıdır. 
Digər  tərəfdən  təhlükəsizlik  texnikası  üzrə  ilkin  təlimat 
proqramlarına sahələrin xüsusiyyətini nəzərə almaqla MM mə-
sələləri də nəzərə alınmalıdır. 
Belə bir mühüm cəhətə də diqqəti cəlb etmək lazımdır ki, 
bu gün müəssisələrimizdə əmək mühafizəsi və Mülki müdafiə 
üzrə mütəxəsislər çatışmır və olanlarda heç nə nəzərə alınma-
dan istefaya göndərilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə