Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   39   40   41   42   43   44   45   46   ...   118

 
132 
-XX əsrin son rübündə Xəzər dənizində suyun səviyyəsi-
nin yüksəlməsinin səbəbləri barədə bir çox müxtəlif, həm key-
fıyyət, həm də kəmiyyətcə bir-birinə zidd, qısa və uzunmüddət-
li proqnozların şəraitində Azərbaycan Respublikasının sahilya-
nı  bölgələrində  təsərrüfat  fəaliyyətinin  strategiyası  XXI  əsrin 
ortalarınadək  dəniz  səviyyəsinin  yüksələ  biləcəyi  ehtimalı  nə-
zərə alınmaqla müəyyən edilməlidir
-  Bu  ehtimal  hidrometeorologiya  və  okenoqrafıya  elmi-
tədqiqat təşkilatları tərəfındən bütün Xəzər su hövzəsi üçün iş-
lənib-hazırlanmış uzunmüddətli həqiqi nəticələr əsasında qəbul 
edilməlidir; 
- Dənizin dayaz sahələrində dalğaların yaranması və inki-
şafı proseslərinin, onların sahil qurğularına təsiri, dalğa qüvvə-
lərinin toplanması formalarının tədqiq edilməsi vacibdir və di-
gər  problemlərin  öyrənilməsi  üçün  uzunmüddətli  və  böyük 
həcmli mühəndis-axtarış işləri aparmaq vacibdir; 
-
 
Məsələnin  mürəkkəbliyini,  böyük  həcmini  və  material 
tutumunu nəzərə alaraq ən qısa müddətdə bir sıra təşkilati, ma-
liyyə  və  digər  məsələləri  həll  etmək    zəruridir;  Bu  istiqamətli 
məsələləri  həll  etmək  üçün  yaxşı  olar  ki,  Nazirlər  Kabinetinin 
tabeliyində bu sahədə vəziyyətə nəzarət edən və görüləcək işlə-
ri  əlaqələndirən,  eləcə  də  mühafizə  qurğularının  layihələşdiril-
məsi  və  tikilməsi  üzrə  sifarişçi  vəzifəsini  yerinə  yetirən  və  bu 
qurğuların istismarına məsuliyyət daşıyan bir qurum - baş idarə 
və s. təşkil edilsin. 
Təbii ki, bu zaman sahilbərkitmə işlərinin müvəffəqiyyət-
lə həyata keçirən başqa dənizkənarı ölkələrin (Hollandiya, Bel-
çika və s.), habelə MDB dövlətləri elmi-istehsalat birliklərinin 
qabaqcıl təcrübəsindən bəhrələnmək və şəraitə uyğunlaşdırmaq 
vacib şərtlərdəndir. 


 
133 
X FƏSĠL 
 
ÇĠRKLƏNMĠġ SU MƏNBƏLƏRĠ 
VƏ FÖVQƏLADƏ HALLAR 
 
10.1. Ekologiya, Hidrometerologiya və Fövqəladə hallar 
 
Qeyd edək ki, ekologya, hidrometeorologiya və fövqəla-
də  hallar  arasında  bir  başa  bağlılıq  mövcuddur.  Araşdırmalar 
göstərir ki,  hər il dünyada baş verən təbii fəlakətlərin 70 faizi 
məhz ekoloji və hidrometeroloji proseslərlə, Yer kürəsində ge-
dən  iqlim  dəyişmələri  ilə  bir  başa  əlaqəlidir.  Əgər  tarixən  in-
sanlar  hidrometeoroloji  məlumatların,  hava  durumunun  necə 
olacağı  fərqində  idilərsə,  sonralar  gündəlik  səfər,  məhsul  yı-
ğımları  zamanı  qiymətli məlumatlar  mənbəyi  kimi  başa  düşü-
lürdü  və  hazırda  da  belədir.  Hava  durumunun  öyrənilməsi, 
proqnozlaşdırılması  sivilizasiyanın  bütün  inkişaf  mərhələlərin-
də zərurət kimi dünya alimlərinin diqqət mərkəzində olmuşdur. 
Səbəbi isə bəşəriyyətin təsərrüfat uğurlarının taleyi hidromete-
oroloji,  hazırda  isə  həmdə  ekoloji  şəraitindən  birbaşa  asılı  ol-
masındadır. Bu səbəbdən də ekoloji və hidrometeoroloji xidmət 
növləri sosial-iqtisadi və sağlamlıq baxımından bilavasitə bəşə-
ri xidmətdir. Qlobal iqlim dəyişmələri, atmosfer və su hövzələ-
rinin  çirklənməsi,  suya  olan tələbatın artması,  saf suyun azlığı 
XXI əsrdə də problem olaraq qalacaqdır. Bu isə öz növbəsində 
insan sağlamlığı, insan məşğulluğu, insan təsərrüfatlarının fəa-
liyyəti,  canlı  təbiətin  yaşaması  və  s.  sahələrdə  fövqəladə  hal-
ların yaranmasına gətirib çıxarır. Dünyanın aparıcı mütəxəssis-
ləri,  ekoloji  və  hidrometeoroloji  problemləri  dərk  edən  hər  bir 
insan  məsələnin  hər  bir  dünya  dövlətlərində  siyasi  səhnənin 
aparıcı  bir  istiqəməti  kimi  qiymətləndirilməsini  təklif  edirlər. 
Ekoloji  və  hidrometeoroloji  problemlərin  fövqəladə  hallar  ya-
ratması məsələsini Azərbaycanda XIX əsrdə müəyyən qrup in-
sanlar bilsədə, ilk olaraq ölkəmizdə hidrometeoroloji proqnoz-


 
134 
larla məşğul olmuşlar. XIX əsrin 30-cu illərindən tarixi inkişaf 
mərhələsini  başlayan  hidrometerologiya  sistemi  dövlət  səviy-
yəsində müxtəlif inkişaf proseslərindən keçərək müasir tələblə-
rə  cavab  verən  hidrometeoroloji  sistem  yaranmışdır.  Hazırda 
Azərbaycanda ekologiya sistemi də fəal inkişaf yolundadır. Ar-
tıq  müasir  insan  udduğu  havaya,  içdiyi  suya,  yaşadığı  binaya, 
geydiyi  paltara,  istifadə  etdiyi  gübrələrə,  yediyi  ərzaqlara  ilk 
növbədə  ekoloji  təmizlik  baxımından  dövlət  səviyyəsində  də 
qiymətləndirir. Bu baxımdan atmosferdə, su obyektlərində, Xə-
zər  dənizində  meteorologiya,  hidrologiya,  aqrometeorologiya, 
təbii mühitin çirklənməsinin monitorinqi, ozon təbəqəsi üzərin-
də  və  s.  dövlət  müşahidə  sistemi  həyata  keçirilir–əhalini  və 
xalq təsərrüfatı sahələrini ekoloji-hidrometeoroloji məlumatlar-
la təmin edir, onu nəzarətdə saxlayır, ehtiyac olduqda bu və ya 
digər tədbirlər həyata keçirirlər. Ölkə əhalisinin təhlükəsizliyi-
nin  təminatı,  xalq  təsərrüfatının  bütün  sahələrinin  ekoloji  və 
hidrometeoroloji proseslərlə bağlı təbii fəlakətlərdən, fövqəladə 
hallardan  qorunmaq  məqsədi  ilə  təkcə  çox  kiçik  sahəyə  malik 
Azərbaycanda bir ay ərzində iki minə qədər müxtəlif növ mete-
orooloji,  hidrometeroloji.  Aqrometeroloji.  Ətraf  mühitin 
çirklənməsi, meşə anlayışları, radiasiya fonu və s. barədə məlu-
matlar,  xəbərdarlıqlar  insanlara,  dövlət  orqanlarına,  aidiyyatı 
təşkilatlara çatdırılır. Bunun özü ekoloji durumun hazırki döv-
rümüzdə nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsini insanla-
rımız  dərk  edərək,  ətraf  mühitə  daha  diqqətli  olmaqla  özünə 
diqqətli yanaşmalıdır. 
Respublikada  yalnız  mülki  aviasiya  üçün  gündə  40-50 
vacib  məlumat  hazırlanır.  Vacib  həyat  sahələri  sayılan  Mülki 
və  Hərbi  Aviasiya,  Xəzər  Dəniz  Gəmiçiliyi,  energetika,  avto-
mobil  və  Dəmir  Yol  nəqliyyatı,  dənizdə  neft  və  qaz  yataq-
larının istismar sahələri üçün Bakı-Ceyhan neft-qaz nəqli xətlə-
ri  üçün,  birbaşa  insanların  sağlamlığı  üçün  böyük  dəqiqlikli, 
böyük  təminatlı  xüsusi  məlumatlar  verilməlidir  ki,  gözlənilən 
hər  bir  fövqəladə  hallara  hazırlıqlar  aparılsın.  İlk  baxışda  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə