Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   42   43   44   45   46   47   48   49   ...   118

 
141 
Qısa şərh edilsə də göründüyü kimi həm yerüstü və həm 
də yeraltı suları çirkləndirən mənbələr heç də az deyildir. İnsan 
suyu qorumaqla, özünü, yediyi qidasını, bütün  canlıları, bütün 
təbiəti qoruya bilər. 
 
 
10.3. Hər cür ekstremal çirklənmə fövqəladə haldır 
 
Əslində ətraf mühitin hər hansı bir səviyyədə çirklənməsi 
o  mühitin  canlıları,  bitkiləri  və  s.  üçün  çox  zərərlidir.  Lakin, 
XIX-XX əsrlərdə texnikanın, texnologiyanın, xüsusən hərbi si-
lahların,  kənd  təsərrüfatında,  xalq  təsərrüfatında  işlədilən  zə-
hərli  kimyəvi  maddələrin,  Yer  təkindən  çıxarılan  karbohidro-
gen birləşmələrinin, minerallaşmış zərərli lay sularının  yaşadı-
ğımız  mühitə  səpələnməsi  insan  həyatı  üçün  həddindən  artıq 
problemlər törətmişdir. Odur ki, illər keçir, gündəlik çirklənmə 
davam  edir,  biz  hardasa  çirkləndirdiyimiz  mühitə  "alışırıq"  və 
bunu  bir  norma  kimi  qəbul  edirik.  Vaxt  ötdükcə  yaşadığımız 
mühitdə kimyəvi  maddələrin miqdarı artır və çirklənmə həddi 
dünənə nisbətən bu gün daha da çox olur. Çirklənmənin qarşı-
sını almaqda acizlik çəkən bizlər bu günkü mühiti normal mü-
hit kimi qəbul etməyə adət edərək və bu mənada sonrakı çirk-
lənməni əvvəlkilərlə müqayisə edirik. 
Bir  də  ədalət  naminə  deməliyik  ki,  dünyada  elə  inkişaf 
etmiş ölkələr də mövcuddur ki, ətraf mühitin çirklənməsinə nə-
zarət qanunlarını çox ciddi əməl olunur. Bu günümüz üçün ek-
stremal  çirklənmə  dedikdə  atmosfer  havası  üçün  bir  və  ya  bir 
neçə  zərərli  maddənin  udduğumuz  havadakı  qatılığının  30-50 
dəfə artıq olması başa düşülür. Belə bir çirklənmənin hətta çox 
da  uzunmüddətli  olmayan  təsiri  nəticəsində  əhalinin  sağ-
lamlığı, təsərrüfat sahələri, bitki və heyvanat aləmi ciddi ziyan-
lara məruz qalır. 
Bundan başqa müəyyən iylərin olması, insan orqanizmin-
də gözün sulanması, tənəffüsün ağırlaşması, dərinin qızarması, 


 
142 
dərinin  qaşınması,  ürək  bulanması  -  yaxud  rəngli  yağışların 
yağması,  düşən  yağıntılarda  spesifık  iyin  müşahidə  olunması 
ekstremal çirklənmə halı kimi qiymətləndirilir. 
Azərbaycan  Respublikasında  atmosfer  havasının  15-18 
adda  zərərli  maddələrlə  çirklənməsinin  tədqiqi  üzrə  müşahidə 
işləri  aparılır.  Bu  müşahidələr  əsasən  Bakı,  Sumqayıt,  Gəncə, 
Şirvan, Lənkəran və Şəki şəhərini əhatə edir. 
Qeyd edək ki, belə müşahidə məntəqələrinin sayı çox az-
dır. Şəhərlərdən Mingəçevir, Yevlax, Qəbələ, Neft Daşları, Ba-
kı  şəhərinin  bütün  bölgələri,  Abşeron  bölgəsi  daimi  nəzarətdə 
olmalıdır. Burada zərərli maddələri istehsal edən və ya işlədən 
müəssisələr xüsusi diqqət mərkəzində saxlanılmalıdır. 
Neft mədənlərinin, onların çirkləndirici obyektlərini, fər-
di ziyanverici təsərrüfatları, xırda müəssisələri nəzərə almasaq, 
zəhərli maddələr hazırlayan, yaxud onlardan bilavasitə istifadə 
edib tullantısını açıq havaya buraxan müəssisələrin miqdarı Ba-
kı  və  Sumqayıt  şəhərlərində  50-yə  qədərdir.  Bu  müəssisələrin 
hava mühitinə atdığı zərərli maddələrin miqdarı müşahidə edil-
mədiyindən bu maddələrə  görə  havadakı  çirklənmə qatılığı  bu 
günə  kimi  statistik  məlumatlardan  kənarda  qalmışdır.  Bakı  və 
Sumqayıt  şəhərlərində  civə,  ammonyak,  sulfidlər,  xlor,  karbo-
hidrogenlər,  etilmerkaptan,  oleumla-yaxud  buxarlanmaya  ma-
lik  turşularla,  duzlarla,  qələvilərlə  bilavasitə  bağlı  obyektlər 
çoxdur.  
Təəssüflər olsun ki, bu obyektlərin orada işləyən və yaşa-
yan insanlara hansı bəlalar gətirməsi məsələsi heç kimi maraq-
landırmır. Hər dəfə millətimizə, xalqımıza, onun varlığına, sağ-
lamlığına böyük zərərlər vuran bu tipli problemləri, "əşi düzə-
lər" deyərək, hansısa kənar bir qüvvənin bizim əvəzimizə iş gö-
rəcəyinə ümid bağlayıb özümüz-özümüzü aldatmış oluruq. 
Sadaladığımız  obyektlər  nəzərə  alınmadan  ərazilərimiz 
hava  hövzəsinə  atılan  zərərli  maddələrin  miqdarı  1996-cı  ildə 
təxminən  1900  min  tondan  çox  olmuşdur.  Bakı  və  Sumqayıt 
şəhəri  dəniz  kənarında  olduğundan  bu  şəhərlərin  hava  hövzə-


 
143 
sində  rütubət  həmişə  yüksəkdir.  Lakin,  Abşeron  yarımadasına 
səmadan  baxmış  olsaq,  buranı  gölməçələr  diyarı  adlandırmaq 
olar.  Həm  də  bu  gölməçələr  yeraltı  laylardan  çıxmış  yüksək 
minerallığa  malik  neftli  sudur.  Güclü  külək  əsəndə  və  qızmar 
yay  günlərində həmin su mənbələrindən su buxarı ilə birlikdə 
yüngül fraksiyalı zərərli kimyəvi maddələr də Bakının həm ha-
va hövzəsini çirkləndirir, həm də torpağına, flora və faunasına 
ciddi zərər vurur. 
Bakı  və  Sumqayıt  şəhərinin  hava mühitini  fövqəladə hal 
vəziyyətinə  gətirən  və  bu  şəhərlər  üçün  çox  xarakterik  hal  al-
mış  maddələrdən  biri  də  civənin  miqdarıdır.  Bakı  və  Sumqa-
yıtın hava hövzəsində civənin qatılığı həmişə yüksəkdir və ilin 
ayrı-ayrı  vaxtlarında  isə  bu  maddə  özü  fövqəladə  həddə  gəlib 
çatır. Civənin insanlara hansı bəlalar gətirməsi isə müasir dün-
yamızda təkcə alimlərə, həkimlərə, mütəxəssislərə yox - demək 
olar ki, hamıya bəllidir. Amma bu işlərlə nə üçün məşğul olmu-
ruq, o bəlli deyil. 
 
 
10.4. Bakı-Kür su kəmərləri fövqəladə hal mənbəyi kimi 
 
Fövqəladə  hal  yaradan  amillər  təbiətdə,  onun  bitki  alə-
mində, canlılarda, suyunda, havasında və sənayenin inkişafı ilə 
bağlı bütün sahələrində həmişə mövcuddur, mövcud olaraq da 
qalacaqdır. 
Müstəqil  Azərbaycan  Respublikasının  ilk  addımlarında 
qarşıda  duran  təxirəsalınmaz  problemlərdən  biri  də  xalqımızın 
sağlamlığı ilə bilavasitə bağlı olan içməli saf su ilə təmin edil-
məsidir.  Məhz  belə  məsələlərə  görə  də,  Birləşmiş  Millətlər 
Təşkilatının xüsusi qərarı dünya miqyasında elan edilmiş içmə-
li su onilliyi (1970-80-ci illər) müddəti dövrümüzə kimi uzadıl-
mışdır. 
Dünyanın ən qabaqcıl şəhərlərində (Barselona, Paris, To-
kio  və  s.)  hər  iki  ildən  bir  ümumdünya  su  təchizatı  üzrə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə