Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   28   29   30   31   32   33   34   35   ...   118

 
99 
Yer kürəsində istiləşmənin nəticələri olan təbii fəlakətlə-
rin iqtisadi nəticələrinə, sahil ərazilərini su basması ilə əlaqədar 
evlərin uçulub-dağılması, içməli su qıtlığının yaranması, yolların, 
körpülərin  və  digər  mühəndis  qurğu  və  infrasturukların  sıradan 
çıxması və s. ilə müşayiət olunan əhalinin həyat şəraitinin pisləş-
məsi aid edilir. Azərbaycanda da son illər belə təbii hadisələr ço-
xalmış,  ayrı-ayrı şəxsi təsərrüfatlara,  dövlət müəsissə  və  təşkilat-
larına,  torpaqlarımıza,  yollara,  körpülərə,  şəxsi  və  dövlət  tikililə-
rinə xeyli zərər dəymişdir və proses get-gedə çoxalır.  
Ətraf  mühitin  mühafızəsi  və  sosial  problemlərlə  məşğul 
olan beynəlxalq təşkilatların təhlillərindən çıxan əsas nəticə on-
dan ibarətdir ki, ətraf mühitə insan fəaliyyətinin təsirinə mütləq 
hədd olmalıdır. Beynəlxalq birliklərin elmi təhlilinə görə qlobal 
istiləşmənin  2
0
C-yə  çatması  arzu olunmaz sərhəd sayılmalıdır. 
Əgər, bu temperaturda XXI əsrin ortalarında 500 milyon insan 
içməli  su  qıtlığından  əziyyət  çəkəcəksə,  3
0
C-də  bu  rəqəm  üç 
milyarda bərabər olacaqdır. 
Qlobal istiləşmənin "istixana qazları" ilə birbaşa əlaqədar 
olduğu təqdirdə həmin qazların yaşadığımız əsrin ortalarına iki 
dəfəyə qədər azaldılması 2007-ci ilin sentyabr ayında 8 super-
dövlətlərin - "səkkizlərin sammitində qərara alınıb və 2009-cu 
ilin  "səkkizlər"  görüşündə  yenidən  təsdiqlənib.  Artıq,  problem 
inkişaf edərək, ekologiyadan iqtisadiyyata, işlədilən enerji növ-
lərinə, yeyinti məhsullarına, içməli suya və ən başlıcası isə in-
sanın "ölüm-dirim" məsələsinə gətirib çıxarmışdır. 
Hazırda,  qlobal  istiləşmənin  qarşısının  alınması  və  əhali 
sağlamlığının mühafızəsi üçün dünya elmi ictimaiyyəti tərəfin-
dən əsaslandırılaraq bəyənilmiş və BMT-nin iqlim dəyişmələri 
problemi  üzrə  sənədələrində  yerinə  yetirilməsi  vacib  sayılan 
tədbirlərin iki istiqaməti müəyyən olunmuşdur. 
Birincisi  yuxarıda  qeyd  edildiyi  kimi  "istixana  qazla-
rı"nın miqdarı XXI əsrin ortalarına iki dəfədən çox azaldılması-
dır. Bu mühüm tədbirlərin, həyata keçirilməsinə Avropa ölkə-
lərində olduqca həssas yanaşılır, antropogen tullantı mənbələri-


 
100 
nin sayının məhdudlaşdırılması və bu sahədə yeni texnologiya-
ların tətbiq edilməsini sürətləndirirlər. Burada çox vacib məsələ 
alternativ  enerji  məsələsidi,  Bu  məsələ  hələ  XX  əsrin  orta-
larında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin Sədri, 
görkəmli  dövlət  xadimi  və  görkəmli  alim-professor  Məmməd 
İsgəndərov  tərəfindən  qaldırılmışdır.  O,  Azərbaycanda,  onun 
paytaxtı  Bakı  şəhərində  istifadəsi  mümkün  və  əlverişli  olan 
Günəş, külək, dağ çayları və dəniz suyu enerjisindən istifadəni 
təklif etməklə Azərbaycan ekologiyasına da bir töhvə olacağını 
söyləmişdir.  Belə  olan  təqdirdə,  müxtəlif  enerji  mənbələrinə 
münasib  yeni  texnologiyaların  işlənib  hazırlanması  və  tətbiqi, 
yanacaq və enerji istehlakının, o cümlədən yeni yaşayış və icti-
mai  binaların  tikilməsi  və  rekonstruksiyası,  enerjidən  qənaətlə 
istifadə,  yeni  standartların  tətbiqi,  bu  standartlara  ciddi  əməl 
edilməsi,  tullantı  mənbələrində  "istixana  qazları"nın  maksi-
mum  utilizasiyasının  texnoloji  həlli,  iri  şəhərlərdə  karbohidro-
gen yanacaqları ilə işləyən nəqliyyat hərəkətlərinin məhdudlaş-
dırılması və s. tələb olunur. 
Digər vacib məsələ isə insanların dəyişən iqlim şəraitinə 
uyğunlaşmasına nail olunmasıdır. Yəni, əhalinin yüksək tempe-
ratur  şəraitinə  adaptasiya  qabiliyyətini  artırmaq  və  "istixana 
qazları"nın  atmosferə  atılmasına  qarşı  tədbirlərin  həyata  keçi-
rilməsi üçün vacib strategiyanın ortaya qoyulmasıdır. 
Bu strategiyaya uyğun olaraq hər bir dövlət, özünün mü-
vafıq  bölgələrində  çayların  daşmasına  və  içməli  su  qıtlığına 
qarşı  qabaqlayıcı  tədbirlər  görməli idilər. Buraya çaykənarı və 
dağ  yamacları  yerlərdə meşələrin salınması,  daşqın  gözlənilən 
yerlərdə  çayların  sahili  boyu  müdafiə  hidrotexniki  qurğuların 
tikintisi,  quraqlığa  dözümlü  ağacların,  kolların,  bitkilərin  əkil-
məsi,  əlavə  mühafızə meşə zolağının salınması,  şəhərlərdə  ya-
şıllıqların artırılması, böyük qol-budaqlı kölgə yaradan ağacla-
ra  üstünlük  verilməsi,  xəstə  insanların,  uşaqların  və  yaşlı 
şəxslərin sağlamlıq vəziyyətinin daim nəzarətdə saxlanması və 
s. tədbirlər çox vacib hesab edilməlidir. 


 
101 
Ekoloqlar  və  həkimlər  çox  isti  vaxtlarda  əhalinin  sağ-
lamlığının  qorunması  üçün  təklif  edirlər  ki,  evlərin  və  otaq-
ların-xüsusən cənuba və cənub-qərbə baxan pəncərə pərdələri-
nin bağlı saxlanması, kondisionerlər olduqda onların iş rejimlə-
rinə  riayət  edilməsi,  günün günorta çağlarında açıq  havada ol-
madan imtina, belə havalarda gərgin fıziki və əqli işlərdən, gər-
gin idmandan imtina etmək, bədənin sərin və yaş saxlanılması, 
soyuq suda isladılmış dəsmalla bədənin tez-tez silinməsi, çoxlu 
maye qəbul edilməsi, spirtli içkilərdən imtina, geyimin düzgün 
seçilməsi -yəni geniş, yüngül, açıq rəngli və təbii mal-material-
lardan hazırlanan paltarlardan istifadə daha məqsədə uyğundur. 
Ürək-damar, tənəffüs sistemində patalogiyası olan xroniki xəs-
tələrin  habelə  başgicəllənmə,  zəiflik,  qıcolma  və  ağrılar  hiss 
edən şəxslərin dərhal təcili tibbi yardıma cəlb edilməsi vacib və 
zəruridir. 
Qeyd edilməlidir ki, Azərbaycanda davamlı ekoloji siya-
sətin formalaşdırılması, ölkəmizdə yaşıllığın qorunması, artırıl-
ması, bölgələrimizdə əhalinin təmiz su ilə təmin olunması, Ba-
kı şəhərinə yeni su kəmərinin - Oğuz-Qəbələ kəmərinin çəkil-
məsi, səhiyyə sistemində dünya standartlarına cavab verə bilən 
yeni-yeni  tibbi  müəssisələrin  yaradılması,  Fövqəladə  Hallar 
Nazirliyinin  geniş  və  müasir  tipli  struktur  şəbəkələrinin  yara-
dılması bu sahədə bir çox ölkələrə, xüsusəndə MDV ölkələrinə 
bir örnəkdir. Lakin, bütün bunlarla bərabər Azərbaycanda eko-
loji mühitin sağlamlaşdırılmasına, əhalimizin maarifləndirilmə-
sinə, icra strukturlarının dövlət və hökumət göstərişlərinə düz-
gün əməl edilməsinə, iri şəhərlərdə-xüsusəndə Bakı, Sumqayıt, 
Gəncə  kimi  şəhərlərdə  tullantıların  təlabata  uyğun  idarə  edil-
məsinə, məsuliyyətlə yanaşılmasına çox böyük ehtiyac vardır. 
İnsan sağlamlığı günümüzdə qlobal istiləşmədən, ekoloji 
gərginliyin  yaranmasından  çox  əziyyət  çəkdiyindən  böyük, 
dünyəvi  problemə  çevrildiyindən,  bu  məsələ  ilə  bağlı  kiməsə 
"güzəştə" getmək ilk növbədə özümüzə, öz xalqımıza çox bö-
yük zərərlər gətirər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə