26 fevral 1992-ci il. Taleyin və zamanın Azərbaycan xalqına bəxş etdiyi ən dəhşətli və



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix01.12.2017
ölçüsü207,22 Kb.
#13400
  1   2   3   4   5


26  fevral  1992-ci  il.  Taleyin  və  zamanın 

Azərbaycan xalqına bəxş etdiyi ən dəhşətli və 

amansız bir gün. Elə bil səhərdən bilinirdi bu 

günün  faciəsi,  neçə-neçə  günahsız  insanın, 

qocanın, uşağın, qadının, körpənin, bir sözlə 

günahı azərbaycanlı olmaq olan yüzlərlə insa-

nın qətlinə fərman veriləcək. Başqa günlərdən 

fərqli olaraq təbiət də öz sərt üzünü göstərirdi, 

aramsız yağan qar sürətli küləyin təsiri ilə iti 

qılınc kimi adamı kəsir, soyuq ilikləri belə don-

dururdu. Nə bu sərt qış gecəsi, nə də insanlı-

ğın adi məhrəmiyyət hissləri erməni qəzəbini, 

kin  və  nifrətini  cilovlaya  bilmədi.  İnsanların 

köməksizliyindən  və  gecənin  səssizliyindən 

istifadə  edən  erməni  vəhşiləri,  öz  hava-

darları  olan  keçmiş  SSRİ-nin  Xankəndində 

yerləşən 366-cı motoatıcı alayının köməyi ilə 

əvvəlcədən  hazırladıqları  soyqırım  planlarını 

həyata keçirdilər. O gecə bədii filmlərdə belə 

görmədiyimiz  dəhşət  yaşadı  Xocalı.  Elə  bir 

dəhşət ki, yer üzü belə müsibət və vəhşiliyi az 

görmüşdü. Evlərə, binalara od vuruldu, torpaq 

qana qərq edildi o gecə. Düşmən rəhm diləyən 

qocaya, xəstəyə, qadına aman vermədi. Uşaq-

lar  valideynlərinin  gözləri  qarşısında  xüsusi 

qəddarlıqla  qətlə  yetirilirdi.  Qız-gəlinlər  əsir 

alındı. Aramsız güllə yağışından qurtulub aya-

ğı yalın, başı açıq halda meşələrə, dağlara üz 

tutanların  çoxu  yolda  dondu,  qar  uçqunları-

na  düşdü.  O  gecə  hara  gedəcəyini,  kimdən 

imdad  diləyəcəyini  bilməyən  uşaqların  doğ-

malarının  meyidləri  arasında  çaş-baş  halda 

vurnuxmalarını,  ətrafda  nə  baş  verdiyindən 

xəbərsiz  körpənin  gözlərini  həyata  əbədilik 

yummuş  anasının  buz  kimi  soyuq  döşlərini 

əmməsini  göz  önünə  gətirin...    Həmin  gecə 

Xocalı  sakinlərinin  üzləşdikləri  müsibətlərin 

hansı  birini  deyəsən,  hansı  birini  yazasan? 

Qələm acizdir, bu vəhşilikləri təsvir  etməkdə. 

Xocalı faciəsi  

şahidlərin dili ilə:

Xocalı  sakini  Cəlil  Hümbətov:  “Mənim  gö-

zümün  qabağında  bir  gəlinin  qucağındakı 

körpəyə  beş  avtomat  gülləsi  vurub  parça-

parça  etdilər.  Həmin  gəlini  isə  sinəsindən 

güllə  ilə  vurub  öldürdülər.  Mənim  oğlumu, 

hamilə gəlinimi, həyat yoldaşımı, 16 yaşında 

qızımı gözlərimin qarşısında, Xocalının içində 

öldürdülər. Bir mesxeti türkünü 11 nəfər ailəsi 

ilə  birlikdə  evdən  çıxmağa  qoymadılar,  ben-

zin  töküb  od  vurdular,  hamısı  yandı…  Ensiz 

taxtalardı,  üzərinə  mismarlar  vurmuşdular. 

Qollarıma və əllərimə qoyub çıxdılar üstünə. 

Təpiklədikcə  mismarlar  girdi  əlimə-qoluma... 

Mən  48  gün  əsirlikdə  qaldım,  qayıdanda 

çəkim 72 kq-dan 28 kiloqrama enmişdi”.

Xocalı sakini Əntiqə Qəhrəmanova: "Əsgəran 

tərəfdən  bir  tank,  bir  BTR  gəldi,  yoldakı  və 

yolun kənarındakı adamları qırdılar. Meyitləri 

cərgə ilə düzdülər, adamların qulaqlarını, qa-

dınların döşünü kəsirdilər, kiminin gözlərini çı-

xarır, ya da yandırırdılar. Bir neçə hamilə qadı-

nın qarnını yarıb, uşaqlarını çıxardılar, ağacların 

üstünə atdılar. Bir erməni yeznəm Təvəkkülün 

qulağını  kəsib  ayağına  bir  güllə  vurdu,  son-

ra onu ağaca bağladılar. Ondan tələb etdilər 

ki,  “de,  yer  erməninindir”.  Təvəkkül  də  dedi 

ki, “adam ölümdən ötəri yerini, Vətənini sat-

maz!”.  Sonra  ayaqlarına  benzin  atıb  od  vur-

dular, xeyli yanandan sonra təkrar dedilər ki, 

“de,  yer  erməninindi”.  Təvəkkül  eyni  cavabı 

verəndən sonra başından benzini töküb, diri-

diri yandırdılar".

Ermənilərdən etiraflar

Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin 

ən  çox  sevdiyi  ideoloqlarından  biri,  yazı-

çı  –şair  Zori  Balayan  "Ruhumuzun  dirçəlişi" 

adlı  kitabında  Xocalıda  törətdikləri  soyqı-

rım haqqında yazır: "Biz Xaçaturla ələ ke-

çirdiyimiz  evə  girərkən  əsgərlərimiz 

13  yaşlı  bir  türk  uşağını  pəncərəyə 

mismarlamışdılar.  Türk  uşağı  çox 

səs-küy  salmasın  deyə,  Xaçatur 

uşağın  anasının  kəsilmiş  döşü-

nü  onun  ağzına  soxdu.  Daha 

sonra  13  yaşındakı  türkün  ba-

şından, sinəsindən və qarnından 

dərisini soydum. Saata baxdım, 

türk uşağı 7 dəqiqə sonra qan 

itirərək  dünyasını  dəyişdi.  Ru-

hum  sevincdən  qürurlandı. 

Xaçatur  daha  sonra  ölmüş 

türk uşağının cəsədini hissə-

hissə  doğradı  və  bu  türklə 

eyni  kökdən  olan  itlərə 

atdı.  Axşam  eyni  şeyi 

daha  3  türk  uşağına 

etdik. Mən bir erməni 

kimi  öz  vəzifəmi 

yerinə 


yetirdim. 

Bilirdim  ki,  hər  bir  erməni  hərəkətlərimizlə 

fəxr duyacaq". 

Daha  bir  erməni  müəllif,  hazırda  Livanda 

məskunlaşmış  yazıçı-jurnalist  David  Xerdiyan 

müsibətləri  "Xaç  uğrunda"  kitabında  fəxrlə 

xatırlayır:  "Səhərin  soyuğunda  biz  Daşbu-

laq  yaxınlığındakı  bataqlıqdan  keçmək  üçün 

ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin 

üstünə getmək istəmədim. Bunu görən pod-

polkovnik Ohanyan mənə işarə etdi ki, qorx-

mayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin 

sinəsinə basıb addımlamağa başladım. Mənim 

ayaqlarım və şalvarım qan içində idi. Və mən 

beləcə 1200 meyidin üstündən keçdim". 

Faciənin dəhşətli 

miqyası:

Erməni  qoşunlarının  vəhşiliyi 

nəticəsində  Xocalı  əhalisindən  613 

nəfər  öldürülmüş,  487  nəfər  şikəst 

qalmış,  1275  nəfər  dinc  sakin  -  qoca-

lar,  uşaqlar,  qadınlar  əsir  götürülərək 

ağlasığmaz  erməni  zülmünə,  təhqir 

və  həqarətlərinə  məruz  qalmışlar.  150 

nəfərin  taleyi  hələ  də  məlum  de-

yildir.  Bu  əsl  soyqırım  idi.  Xo-

calıda  öldürülmüş  613 

nəfərdən 106-sı qadın, 

63  nəfəri  uşaq,  70  nəfəri  qocalar  olmuşlar. 

Xocalı  faciəsində  8  ailə  bütövlüklə  məhv 

edilmiş,  24  uşaq  hər  iki  valideynini,  130 

uşaq  isə  valideyinlərindən  birini  itirmişdir. 

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və 

amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-di-

ri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi 

soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, 

süngü ilə hamilə qadınların qarınları yarılmış-

dır. Ermənilər hətta meyitləri də vəhşicəsinə 

təhqir etmişdilər…

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  xal-

qı  tarix  boyu  erməni  millətçi-şovinistlərinin 

davamlı  olaraq  etnik  təmizləmə,  soyqırım 

siyasətinə  məruz  qal-

mışdır.  Erməni  idelo-

loqlarının  "dənizdən 

dənizə 


Ermənistan" 

adlı  sərsəm  bir  ide-

yasını  reallaşdırmaq 

cəhdi 


neçə-neçə 

kəndlərin,  şəhərlərin 

dağılması,  on  minlərə 

günahsız 

insanın 

ölümü,  yüz  minlərlə 

azərbaycanlının 

öz 


tarixi 

torpaqların-

dan didərgin düşməsi ilə nəticələnmişdir. XX 

əsrin  faciəsi  olan  Xocalı  soyqırımı  bu  aqres-

siv  və  cinayətkar  erməni  siyasətinin  növbəti 

təzahürüdür.  Bu  faciə  təkcə  Azərbaycan  xal-

qına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı 

yönəlmiş ən ağır cinayətlərdən biri olan əsrin 

Xatın,  Xirosima,  Naqasaki  və  Sonqmi  kimi 

dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı  şəhərini  hədəfə  almaqda  məqsəd 

nə  idi?  Bu,  bir  tərəfdən  Qarabağın  dağlıq 

hissəsində  azərbaycanlılardan  ibarət  olan, 

strateji  əhəmiyyətli  maneəni  aradan  qal-

dırmaq  idisə,  digər  tərəfdən  ümumiyyətlə 

Xocalını  yer  üzündən  birdəfəlik  silmək 

məqsədi  idi.  Çünki  Xocalı  elə  bir  yaşa-

yış  məskəni  idi  ki,  o,  Azərbaycan  tarixinin 

qədim  dövrlərindən  müasir  dövrə  qədər  ta-

rix  və  mədəniyyət  ənənələrini  özündə  əks 

etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-

Gədəbəy  mədəniyyəti  kimi  düşmüşdür. 

Erməni  işğalından  sonra  bütün  bu  maddi 

mədəniyyət  abidələrinin  məhv  edilməsi  və 

dünyanın ən qədim məzarlıqlarından sayılan 

Xocalı  qəbiristanlığının  texnika  vasitəsiylə 

darmadağın  edilməsi  erməni  vandalizmi-

nin  bariz  nümunəsi  olmaqla  yanaşı,  dünya 

mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Bu 


cinayət 

cəzasız 


qalmamalı 

və 


Ermənistanın  hərbi-siyasi  təcavüzü  dünya 

ictimaiyyəti  tərəfindən  ittiham  edilməlidir. 

Beynəlxalq  təşkilatlar,  dünya  dövlətlərinin 

parlamentləri  Ermənistan  Respublikasının 

Azərbaycan  torpaqlarında  törətdiyi  hərbi 

cinayətə  -  Xocalı  soyqırımına,  əsl  soyqı-

rım  hadisəsi  kimi  beynəlxalq  siyasi-hüquqi 

qiymət  verməlidirlər.  Azərbaycan  xalqı  və 

onun dövləti isə Xocalı Soyqırımını heç vaxt 

unutmur və unutmayacaqdır.

“Mərkəzi Klinika” Ambulatoriyası

Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005

“Mərkəzi Klinika” Xəstəxanası

Ünvan: Parlament pr. 76, Az1006

MƏRKƏZİ KLİNİKA

“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə 

sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”

Heydər Əliyev

BÜLLETEN-4 | FEVRAL 2015

“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin 

göstərilməsi üçün bütün imkanlar var!”

İlham Əliyev

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az    www.facebook.com/MerkeziKlinika     twitter.com/MerkeziKlinika

XOCALI

 - İNSANLIĞIN DƏFN OLUNDUĞU MƏKAN

Mənim gözümün qabağında bir gəlinin 

qucağındakı körpəyə beş avtomat gülləsi 

vurub parça-parça etdilər. Həmin gəlini isə 

sinəsindən güllə ilə vurub öldürdülər.



Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə