Azərbaycanın müstəqilliyinin


§ 3. Analıq və qadın hüquqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   93   94   95   96   97   98   99   100   101

173 
 
§ 3. Analıq və qadın hüquqları 
 
Bəşəriyyətin  yarısından  çox  hissəsini  təşkil  edən  qadınların  həyatı,  taleyi,  hüquqları,  cəmiyyətdə 
iqtisadi, ictimai-siyasi və  mədəni sahələrdə kişilərlə bərabər hüquq və azadlıq  əldə etmələri problemləri 
daim mütərəqqi insanları, qabaqcıl fikirli dühaları düşündürən mühüm məsələlərdən biri olmuşdur. Odur 
ki, qadın əməyi, qadın hüququ, qadın təhsili, qadın hərəkatı və s., onların həlli ilə bağlı məsələlər bir növ 
hər  hansı  bir  ölkə  üçün  demokratiyanın,  hüquqi,  vətəndaş  cəmiyyətinin,  ümumi  rifahın  inkişaf 
səviyyəsinin əsas meyarları sayılmışdır. Bütün bu deyilənlər isə öz növbəsində qadın hərəkatının ayrı-ayrı 
mərhələlərində  onun  gedişini  müəyyən  edən  əsas  tələblər  kimi  meydana  çıxmış  və  tədricən  həllini 
tapmışdır. 
Qeyd edək ki, bəşər cəmiyyəti inkişafının bütün mərhələlərində əsas rol oynamalarına baxmayaraq 
kişilərlə  qadınların  hüquq  bərabərliyi  məsələsi  bir  çox  obyektiv  və  subyektiv  səbəblər  üzündən  uzun 
əsrlər boyu öz həllini tapa bilməmiş, hətta bu bərabərsizliyə nəzəri cəhətdən haqq qazandırmaq istəyənlər 
də olmuşdur. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, mütəşəkkil qadın hərəkatı ilk dəfə yalnız XVIII 
əsrdə  Şimali  Amerikada  istiqlaliyyət  uğrunda  mübarizə  və  Böyük  Fransa inqilabı  dövrlərində  meydana 
çıxıb sonradan feminizm (qadınlara kişilərlə bərabər hüquqlar verilməsini tələb edən ictimai hərəkat) və 
sufrajist  (qadınlara  seçki  hüququ  verilməsi  uğrunda  mübarizə  aparan  qadın  hərəkatının  iştirakçısı) 
təşkilatları formasında fəaliyyət  göstərsələr də, ilk beynəlxalq qadın təşkilatı -  Beynəlxalq Qadın Şurası 
yalnız 1888-ci ildə ABŞ-da yaranmış, sonra isə 50-yədək ölkədə qadınların milli şuraları təsis edilmişdir. 
Maraqlıdır  ki,  Şərq  ölkələrində,  o  cümlədən  Azərbaycanda  da  qadın  hərəkatının  başlanması 
təxminən  elə  həmin  dövrdə  -  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Ərəb  şərqində  ilk 
feminist qadın Vərdə əl- Yazıçi olmuşdur. Bu dövrdə Misirdə "əl-Fətət" ("Qız"), "Fətət üş-Şərqi" ("Şərq 
qızı"),  Suriyada  "əl-Hüsnət"  ("Gözəl")  və  s.  jurnallar  nəşr  edilirdi.  Türkiyədə  qadın  hərəkatının 
iştirakçıları "Taleyi-nisvan cəmiyyəti" yaratmış, əlahiddə qadın jurnalı nəşr etmişdilər. Göstərilən dövrdə 
Azərbaycan  qadınının  sonralar  ictimai-siyasi  həyatda  önəmli  rol  oynamasında  əhəmiyyət  kəsb  etmiş 
qadın təhsili sahəsində ciddi uğurlar qazanılmışdı. Belə ki, Rusiyada yaranan təhsil ocaqlarının (xeyriyyə 
cəmiyyətlərinin  məktəbləri,  dövlət  məktəbləri,  gimnaziyalar  -  bir  və  iki  sinifli  məktəblər,  şəxsi  və  milli 
məktəblər)  bütün  tipləri  Azərbaycanda  da  olmuşdur.  Azərbaycanda  ilk  dünyəvi  qız  məktəbləri  1848-ci 
ildə  Şamaxıda  (1859-cu  ildə  Bakıya  köçürülmüşdü)  və  1885-ci  ildə  Gəncədə  açılmış  "Müqəddəs  Nina" 
məktəbləridir. XIX əsrin ikinci yarısında Azərbaycanın maarifpərvər ziyalıları və təhsil görmüş qadınları 
öz  hesablarına  Şamaxıda,  Bakıda,  Gəncədə,  Nehrəmdə,  Şəkidə,  Naxçıvanda  xüsusi  qız  məktəbləri 
açmışdılar. 1915-ci ildə Azərbaycanda 11 qız gimnaziyası, 2 progimnaziya var idi ki, bunlarda da xeyli 
sayda azərbaycanlı qızları təhsilə cəlb edilmişdi. 
Qadın  təhsili  sahəsində  görülmüş  işlər,  həmçinin  dünyəvi  teatrın,  demokratik  mətbuatın 
yaradılması  Azərbaycan  qadınlarının  inkişafı  üçün  geniş  üfüqlər  açdı.  Dövrün  qabaqcıl  ictimai-siyasi 
xadimləri  və  ziyalıları  qadın  azadlığı,  kişilərlə  qadınların  hüquq  bərabərliyi  mövzusuna  daha  tez-  tez 
müraciət etməyə başladılar, xalqın siyasi və mədəni həyatında mühüm rol oynamış taleyüklü toplantılarda 
bu məsələnin müsbət həlli barədə müvafiq qərar layihələri işlənib hazırlandı, irəli sürüldü və qəbul edildi. 
Rusiyanın ictimai-siyasi həyatında əsl mənada inqilabi dəyişikliklərin başlanğıcını qoymuş 1917-ci 
il fevral inqilabından sonra yaranmış əlverişli şəraitdə belə mütərəqqi ruhlu səslər və tələblər daha inamla 
səslənməyə başladı. Maraqlıdır ki, 1917-ci il aprelin 15-20-də Qafqaz müsəlmanlarının Bakıda keçirilən 
qurultayında digər mühüm aktual məsələlərlə yanaşı, Qafqazda qadınların vəziyyəti haqqında məsələ də 
geniş  müzakirə  edilmişdi.  Qurultayda  həmin  məsələ  barədə  öz  çıxışında  M.Ə.Rəsulzadə  müsəlman 
qadınının  azad  edilməsini  müsəlman  xalqlarının  milli-azadlıq  mübarizəsinin  ən  mühüm  məsələlərindən 
biri kimi qiymətləndirmiş və demişdi: "Bütün dünya xalqlarının qadınları kişilərlə bərabər ictimai-siyasi 
hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın 
dustaqlıqda  qala  bilməz  və  qalmamalıdır."  Bu  məsələ  ətrafında  qurultayın  siyasi  komissiyasının 
qətnaməsində müsəlman qadının siyasi və iqtisadi hüquqlarının kişilərlə bərabərləşdirilməsinin zəruriliyi 
müəyyən edilmişdi. Yeri gəlmişkən, bu qətnamə Rusiyada, ölkənin ictimai həyatında kişilərlə qadınların 
hüquqlarını bərabərləşdirməyə çağıran ilk siyasi sənəd olmuşdu. 
1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranması  Azərbaycan  qadınının  demokratik  cəmiyyətin  fəal  üzvünə  çevrilməsi  üçün  geniş  imkanlar 
yaratdı  və  qadın  azadlığı  hərəkatı  daha  mütəşəkkil  xarakter  aldı.  Azərbaycan  Xalq  Cümhuriyyəti 
Parlamentinin uzun müzakirələrdən sonra 1919-cu il iyulun 21-də qəbul etdiyi Azərbaycanın Müəssislər 
Məclisinə  seçkilər  haqqında  Əsasnaməyə  görə  qadınlara  da  seçki  hüququ  verildi.  Azərbaycanın  ziyalı 
qadınları dövlətin qadınlara verdiyi hüquqlardan istifadə edərək ölkənin ictimai-siyasi həyatında daha fəal 
iştirak  etməyə  başladılar.  1918-1920-ci  illərdə  maarifpərvər  qadınlar  milli  məktəblərin  yaradılmasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə