Beş günlük rezident ol



Yüklə 258,71 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix17.09.2017
ölçüsü258,71 Kb.
#611
növüMühazirə
  1   2   3   4   5   6   7


Tibb Universitetində Rentgenologiya-

Radiologiya təlimi keçirildi

  “Beş günlük  rezident ol” layihəsinin 

qaliblərinə sertifikatlar təqdim olundu

Amerikalı 

alim ATU-

da mühazirə 

oxudu

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər 

Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda 

duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə də ölkəmizin dina-

mik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin 

yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirdi. Ölkə 

iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin 

həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən 

çox artığını deyən dövlətimizin başçısı orta aylıq əmək haqqının da təxminən 7 faiz 

yüksəldiyini vurğuladı, valyuta ehtiyatlarının çoxalaraq hazırda 53 milyard dollar təşkil 

etdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizin əsas iqtisadi parametrləri çox müsbətdir 

və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir. Birinci rübdə əhalinin tibbi 

müayinədən keçməsi ilə bağlı proqramın uğurla icra olunduğunu, son iki ayda dörd milyon 

insanın bu müayinədən keçdiyini deyən dövlətimizin başçısı üçüncü regional, o cümlədən 

Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əhəmiyyətindən 

danışdı. İlin ilk üç ayında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması 

ilə bağlı tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev Azərbaycanda investisiya 

mühitinin yüksək səviyyədə olduğunu, daxili investisiyaların xarici sərmayələri üstələdiyini 

bildirdi. Dövlətimizin başçısı dedi ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili 

məhsulun 8 faizini təşkil edir. Bundan əlavə, ilin birinci rübündə Azərbaycan dünyada öz 

mövqelərini daha da möhkəmləndirmişdir. “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır 

və beynəlxalq hüquqa, ədalətə söykənir”, - deyən dövlətimizin başçısı bütün bunların 

ölkəmizə böyük rəğbət yaratdığını qeyd etdi. İlin əvvəlindən etibarən xaricə səfərlərində, 

iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi 

olduğunu qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda görüşlərin də səmərəli 

keçdiyini vurğuladı...

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 07 (1582)  15  aprel 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Bu sayımızda

5

3

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 

Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün 

sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda 

duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

İ.İsayev:

“Azərbaycan Tibb 

Universitetinin 

maddi- texniki 

bazası heç zaman 

bu qədər yüksək 

olmamışdır”

Rektor semestr 

qabağı  tələbələrlə 

görüşüb

3

Tələbələrimiz 

çempionatlığa 

uğurla 

başladılar

2

8

4



http://www.amu.edu.az

15 aprel 2014-ъц ил

2

Dünya  ölkələrinin  müxtəlif  sahələr  üzrə  tanınmış  tibb  alimləri, 

professorlar  Azərbaycan  Tibb  Universitetinin  qonağı  olublar. 

Universitetin  rektoru,  akademik  Əhliman  Əmiraslanovla  görüşdə 

Amerika-Avstriya Fondunun direktoru, klinik urologiya üzrə professor 

Volfqanq  Aulitski,  Kolumbiya  Universitetinin  klinik  pediatriya  üzrə 

professoru Con Lorenz, Amerika-Avstriya Fondunun digər əməkdaşları 

iştirak ediblər.

Görüş  zamanı  millət  vəkili  Əhliman  Əmiraslanov  qonaqlara  ATU-nun 

fəaliyyəti, universitetin həkim-müəllim heyəti, son illər istifadəyə verilən klinika-

ları barədə ətraflı məlumat verib. Daha sonra azərbaycanlı səhiyyə işçilərinin 

xarici ölkələrdə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Cənab  Volfqanq  Aulitski  də  öz  növbəsində  ATU  ilə  tanışlığından  məmnun 

qaldığını bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Amerika-Avstriya Fon-

dunun xətti ilə tanınmış professorlar və həkimlər dünyanın müxtəlif ölkələrində 

təlimlərdə  çıxış  edirlər.  V.Aulitski  ATU-nun  peşəkar  həkimlərini  də  təlimçilər 

sırasında görmək istədiyini bildirib. 

Xarici qonaqlarla görüşdə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, 

beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova, rezidentura şöbəsinin 

dekan müavini İsmayıl Əfəndiyev, I cərrahi xəstəlikləri kafedrasının dosenti Na-

dir Zeynalov iştirak ediblər. 

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

ATU-nun mətbuat xidməti

Aprelin 12-də Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin 

deputatı,  akademik  Əhliman  Əmiraslanov  Saatlı  rayonundan  olan 

seçiciləri ilə görüşüb.

Görüş  zamanı  Əhliman  Əmiraslanov  son  illər  bölgələrdə,  o  cümlədən  Sa-

atlıda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırıl-

ması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr 

barədə danışıb.

Daha  sonra  rayonun  Varxankənd,  Dəllər,  Yeni  Novruzlu,  Musabəyli,  Bəyli 

və  digər  kəndlərdən  olan  seçicilərin  üzləşdikləri  problemlər,  həmçinin  orta 

məktəblərin sosial problemləri, ali məktəblərdə ödənişli təhsil, suvarma, qaz 

və digər məsələlərlə bağlı müraciətlərini dinləyib.

Şəkərli  diabet,  göz,  oynaq  xəstəliklərinin  müayinəsi  və  müalicəsi,  bundan 

əlavə,  bir  neçə  nəfərin,  o  cümlədən  onkoloji  xəstəliyi  olan  seçicinin  pulsuz 

əməliyyat olunması ilə bağlı konkret tapşırıqlar verib.



ATU-da xarici qonaqlarla görüş olub

Saatlı rayonunun sakinləri pulsuz 

müayinə və müalicə olunacaqlar

 Aprelin  9-da  ATU-da  yeni 

yaradılmış Kurikulum komissiyasının ilk 

toplantısı keçirilmişdir. 

Toplantını giriş sözu ilə universitetin tədris 

işləri üzrə prorektoru, ə.e.x., professor Sabir 

Əliyev açaraq inteqrasiyalı proqram əsasında 

aparılan tibb təhsili, onun üstünlükləri barədə 

danışmış,  eləcə də müasir tibb təhsilində, 

dünyanın əksər tibb universitetlərində bu tipli 

tədris proqramlarının tətbiqini qeyd etmişdir. 

Bunu nəzərə alaraq ATU-nun Mərkəzi Metodik 

Komissiyasında inteqrasiyalı təhsil proqramı 

hazırlamağın zəruriliyi haqqında qərar qəbul 

edilmiş və buna müvafiq olaraq universitetin 

rektoru, akademik Əhliman Əmiraslanovun 

müvafiq əmri əsasında tərkibi 59 nəfərdən 

ibarət Kurikulum komissiyası yaradılmışdır. 

Komissiyanın tərkibinə müvafiq fənlərin ən 

bacırıqlı müəllimləri daxil  edilmişdir.

Sonra Komissiyanın baş koordinatoru, 

Tədris metodik və innovasiya şöbəsinin mü-

diri  professor Akif Qurbanov çıxış edərək, 

İnteqrasiyalı təhsil proqramı haqqında ge-

niş məlumat vermişdir. O qeyd etmişdir ki

inteqrasiyalı təhsil tibb elmini ayrı-ayrı  fənlər 

şəklində deyil, onların məqsədyönlü və ardıcıl 

birləşdirilməsi nəticəsində hazırlanmış bir 

proqram əsasında aparılmasını nəzərdə tutur. 

Belə bir proqram tələbələrin aldıqları biliklərin 

onların mövcud bilik çərçivəsinə asanlıqla 

yerləşməsini, güclənməsini və  digər biliklərlə 

inteqrasiyasını təmin edir. Belə ki, kiçik 

və təcrid olunmuş hissələr (fənlər) şəklində 

olduqda əvvəlki hissələr sonrakılarla əlaqələnə 

bilmir.

Toplantının sonunda Komissiya üzvləri 



ilə nəzərdə tutulan proqramın hazırlanması 

prinsipləri haqqında müzakirələr aparılmışdır.



“TƏBİB”

Gənclik tələbə idman Cəmiyyəti 

ilə Təhsil Nazirliyinin   birgə təşkil 

etdiyi ali məktəb tələbələri arasında 

idmanın  bir neçə növü üzrə Respublika  

Çempionatlığına  start verilib.

Bu yarışların əsas 

məqsədi  2015-ci ildə 

keçiriləcək  XII Uni-

versiadaya hazırlıqdır.

Birinci keçirilən  

dama üzrə  yarış-

da   universitetimizin 

komandası  bütün  ali 

məktəblərin koman-

dalarına qalib  gələrək 

birinci yerə çıxıb. 

Komandanın tərkibində  

Bağırov Məcid, Hü-

seynli Oruc, Əlizadə 

Ülfət, Sadıxlı Leyli, 

məşqçi Qurbanova Kəmalə təmsil olunub-

lar.


Növbəti  idman növü olan stolüstü tennis 

üzrə yarış  Bakı Slavyan Universitetində 

baş tutub. Bu yarışda  da komandamız 

bütün ali məktəb   komandaları arasında 

fəxri II yerə çıxıblar. Komandanı Emçiyev 

Şamil, Cəlilov Murad, Əhmədli Emin, 

Məhərrəmli Mehti,  Nəsibova Elnarə

Məmmədli Türkan, Məmmədova Aytən, 

Əkbərova Ləman, məşqçi Y.Ağamalıyeva 

təmsil ediblər.

Professor Kamal Kəbirlinskinin rəhbərlik 

etdiyi qızlardan ibarət komandamız basket-

bol yarışlarında həmişəki kimi yenə də I 

yeri tutub.

Badminton idman növü üzrə qadın ko-

mandamız II yeri, kişilərdən ibarət koman-

damız isə III yeri tutdular. Komandanın 

tərkibi: Zalov Fəqan, Əli Cəvid Xan Turalı 

Burak, Məhəmməd Xan, Ridvan Qode  

Adnan, Yusifova Fəridə, Parfyonova Yana, 

İabanova Lalə, Ağayeva Könül. Məşqçi 

Nərgiz Mehtiyeva.

Qızlardan ibarət 

voleybol yarışında  

komandamız məşqçi 

Yana Kuznetsova-

nın  rəhbərliyi altında  

gərgin mübarizədən 

sonra  2-ci yerə çıxıblar.

 Qeyd edim ki, hələlik 

idmanın 9 növü üzrə 

keçirilən Respublika  

Çempionatlığı  davam 

edir.


* * *

Mart ayında  “Novruz 

bayramı”na həsr olunmuş  universitetimi-

zin fakültələr arası futzal idman növü üzrə 

birincilik keçirildi. Bu yarışda stomatolo-

giya fakültəsinin komandası  I, I müalicə-

profilaktika  fakültəsinin  komandası II 

və II müalicə-profilaktika  fakültəsinin  

komandası  III yeri tutublar.

 Yarışda fərqlənən  qaliblər Azərbaycan 

Tibb Universitetinin idman klubunun fəxri 

fərmanları və Tələbə Həmkarlar İttifaqı 

Komitəsinin mükafatları ilə təltif olunublar.

Bu oyunlarda iştirak edən bütün tələ bə-

lə ri mizi  və məşqçiləri təbrik edir, onlara 

cansağlığı  və təhsildə müvəffəqiyyətlər  

arzulayırıq!

Sevinc  İSAyeVA,

İdman klubunun sədri

Kurikulum komissiyasının ilk toplantısı 

Tələbələrimiz çempionatlığa uğurla başladılar



Yüklə 258,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə