Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   53



 
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
 
 
 
 
A.S.SADIQOV, İ.B.XƏLİLOV 
 
 
 
 
EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ 
 
 
Dərs vəsaiti 
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir.  Əmr 
JSfe 510. 07.06. 2004-cü il. 
 
 
 
 
 
 
 
 
 



 
                                                BAKI-2004 
Müəlliflər:  texniki  elmlər  namizədi,  dosent  Sadıqov  Ağa  Səhliyalı  oğlu, 
coğrafiya elmləri namizədi Xəlilov İlqar Bəylər oğlu. 
 
Elmi redaktor: biologiya elmləri doktoru, professor R.L.Sultanov 
 
Rəyçilər:  texniki  elmlər  doktoru,  professor  T.Ə.Səmədov  biologiya  elmləri 
namizədi, Y.B.İsmayılov coğrafiya elmləri namizədi F.B.Eminov 
 
Dərs  vəsaitində  ekologiya  və  ətraf  mühitin  mühafizəsi  problemləri, 
onlarla  əlaqədar  olan  qanunvericilik  aktlarının  xülasəsi,  ətraf  mühitin 
iqtisadiyyatı  və  ətraf  mühitə  vurulan  ziyanın  hesablanması  yolları 
verilmişdir. 
Dərs  vəsaiti  ali  məktəblərin  bakalavr  pilləsinin  toləbələri  üçüh 
yazılmışdır.  Dərs  vəsaitindən  ətraf  mühitin  mühafizosi  ilə  məşğul  olan 
mütəxəssislor də istifadə edə bilərlər. 
 
 
 
 
 
 
 
 
 
 
 



 
GİRİŞ 
 
Bəşəriyyət  yarandığı  gündən  hal-hazıradək  onu  əhatə  edən  mühitdən 
öz  mənafeyi  üçün  istifadə  etmək  məqsədilə  ona  hər  cür  təsir  etməkdən 
çəkinməmişdir.  Bu  vəziyyət  elmi-tərəqqi  əsri  olan  müasir  dövrdə  daha 
kəskin  xarakter  almışdır.  İnsanlar  və  təbiət  üçün  təhlükə  yaradan  müxtəlif 
təhlükəli  maddələrin  ətraf  mühitə  daxil  olaraq  orada  toplanması  davam 
etməkdədir.  Ətraf  mühitin  çirkləndirilməsinin-  günü-gündən  artması  yeni 
texnologiyaların  yaranması,  yeni  kimyəvi  elementlərin  istehsalı,  istehsal 
sahələrində  ekoloji  nəzarətin  zəif  olması,  kimyəvi  maddələrin  beynəlxalq 
miqyasda satışınm aparılması və s. ilə sıx əlaqədardır. 
Müasir  insan  bu  halların  onun  yaşayış  tərzinə  mənfi  təsirini  geniş 
mənada hiss edərək özünün məsuliyyətini etiraf edir, hər hansı bir problemin 
təbii  qanunauyğunluq  çərçivəsində  həyata  keçirilməsini  əsas  götürür.  Hər 
hansı  bir  yeni  təklif  tətbiq  edilməzdən  əwəl  o  ekoloji-sosial-iqtisadi 
baxıımdan  kompleks  şəkildə  yoxlanılıb  qiymətləndirilməlidir.  Bunlarla 
əlaqədar  olaraq  müxtəlif  elmi  fənlərin  ekologiyalaşması  kimi  yeni  elmi 
istiqamət formalaşmaqdadır. 
Dünya  miqyasında,  keçən  əsrin  90-cı  illərindən  başlayaraq  görkəmli 
alimlərin  əsərlərində  mövcud  ekoloji  vəziyyət,  ekoloji  krizis,  ekoloji 
təhlükəsizlik və s. mövzuları ətraflı tədqiq olunmaqdadır. 
Ekoloji  amillər  nəzərə  alınmaqla  yeni  texnikanın  kompleks 
qiymətləndirilməsi  texniki  tərəqqi  qarşısında  qoyulan  tələbləri  qabaqcadan 
müəyyən edir. 
Qeyd  etmək  lazımdır  ki,  çoxpilləli  texnoloji  prosesə  malik  olan 
istehsalat sahələrində külli miqdarda məhsul itkisi baş verir. Tullantı adlanan 
həmin  məhsul  bu  və  ya  digər  mühəndisi-texniki  tədbirin  tətbiqi  ilə  täm 



 
istifadə  olunmalıdır.  Bu  məqsədlə  istehsalatın  müxtəlif  sahələrində  qapalı 
texnoloji dövrənin yaradılması günün ən aktual tələblərindən biridir. 
Təqdım  olunmuş  bu  dərs  vəsaitində  göstərilən  məsələlərlə  əlaqədar 
olan ekoloji anlayış, respublikada ekoloji vəziyyət, ətraf mühiti çirkləndirən 
mənbələr,  onlara  qarşı  mübarizə  usulları,  onların  zərərsizləşdirilməsi,  bu 
tədbirlərin  həyata  keçırılməsi  üçün  müəssisəyə  dəyən  ziyanın  hesablama 
metodları  və  ekolojı  vəziyyətin  dövlət  tənzimlənməsi  məsələləri  ətrafiı 
verilmişdir. 
I FƏSİL. EKOLOGİYA VƏ ONUN İNKİŞAF TARİXİ 
1.1. Ekologiyanın predmeti və vəzifələri 
 
  Ekologiya canlı orqanizmlərin mövcudluq şəraitini, onları ohatə edən 
mühitlə  qarşılıqlı  əlaqə  və  münasibətlərini  öyrənən  elmdir.  Yunan  dilindən 
ekologiya  elminin  tərcüməsi  «oy-kos»  -  ev,  daxma,  «loqos»  -  elm 
deməkdir>Bu  səbəbdəndə  bəzən  ekologiyanı  canlıların  məskun  sahələri  ilə 
əlaqələrini  öyrənən  elm  kimi  təqdim  edirlər.  Bu  fikir  onunla  öz  doğrulu-
ğunu  göstərir  ki,  ətraf  aləmi  (məskun  sahələrini)  canlı  orqanizmlərdən  ayrı 
tədqiq etmək düzgün deyil. Bunlar hər ikisi birgə - tam fəaliyyətin ayrılmaz 
elementləridir.  Ekologiyanı  təkcə  mühitin  orqanizmə  təsirini  öyrənən  elm 
kimi vermək səhv fikirdir. 
 Ekologiya  təbiət  fənləri  olan  kimya,  fizika,  riyaziyyat,  geologiya, 
coğrafiya, torpaqşünaslıq elmləri ilə sıx əlaqədə biologiya elminin bir hissəsi 
kimi öz inkişafını tapmışdır.  
 Ekologiyanm predmeti orqanizmlər ilə mühit arasında əlaqənin birliyi 
və  ya  strukturundan  ibarətdir.  Ekologiyanm  əsas  tədqiqat  obyekti  ekoloji 
sistemdir.  Bundan  başqa  ekologiya  ay-rı-ayrı  orqanizmlərin  növlərinin, 



 
onların  populyasiyalarının  və  ümumilikdə  biosferin  öyrənilməsi  ilə  də 
məşğul olur. 
 Biologiya  elminə  daxil  olan  ekologiyanın  əsas  bölməsi  Ümumi 
ekologiyadır.  'Ümumi  ekologiyanm  struktur  sxemi  aşağıdakı  kimi  təqdim 
edilə bilər (Şəkil 1.1.). 
 Ümumi  ekologiya  —  ekosistemin  biotik  və  abiotik  kompo-
nentlərinin  qarşılıqlı  təsirlərinin  qanunauyğunluqlarını  və  prinsiplərini 
öyrənən  elmdir.  Burada  əsasən  strukturların  formalaşma  qanunları, 
ekosistemin  funksiyaları  və  inkişafı  öyrənilir.  Bu  qlobal  və  tətbiqi 
ekologiyanın nəzəri əsası hesab olunur. Ümumi ekologiyanın nəzəri əsasları 
biotik  birliklər,  qida  zənciri,  maddələrin  dövranı  və  ekosistemdə  enerji, 
populyasiya ekologiyası konsepsiyasını təşkil edir.  
 
Şəkil 1.1. 
Ümumi ekologiyanm struktur sxemi. 
 Qlobal ekologiya — bioloji növ olan insanın, onu əhatə edən mühitlə 
qarşılıqlı  münasibətlərinin  tənzimlənməsinə,  eyni  zamanda  dövlətlərarası 
əməkdaşlığın  yaradılmasına  yönəldilmişdir.  Bu  əməkdaşlıq  təkcə  ətraf 
mühitin mühafizəsini yox, eyni zamanda sosial-iqtisadi sahələridə əhatə edir.  



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə