Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə24/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   20   21   22   23   24   25   26   27   ...   138

52 
 
Ağudi qəbirüstü abidəsi. 
 
doğrudan  da,  onların  alban-türk  mənĢəli  olduğunu,  ya  da  memarın  türk  soylu 
olduğunu göstərən güclü bir detaldır (188). 
Məlumdur ki, o dövrdə Sünik kilsələri diofizit alban kilsələri qrupuna daxil 
idi  və  iyerarxiya  baxımından  Albaniya  katalikosluğuna  tabe  idi.  Buna  görə  də 
Qara  kilsənin  arxitekturasında  digər  alban  məbədlərində  və  bir  çox  Bizans 
kilsələrində  iĢlənilən  üslub  və  ornamentlər  geniĢ  yer  tutur.  Qara  kilsənin  səkkiz 
guĢə Ģəklində tikilməsi və dam örtüyünün qübbə Ģəkilli olması isə, çox güman ki, 
qədim türklərin Tibetdən gətirdikləri tanrıçılıq kultu ilə bağlıdır. 
Qarakilsə  məbədinin  cənubdan  və  qərbdən  olmaqla  iki  qapısı,  hər  divarda 
üç pəncərəsi  vardır. Yan divarlardakı pəncərələr üçbucaq formasındadır. Məbədin 
iç divarlarında "Ġncil"dən çoxlu təsvirlər öz əksini tapmıĢdır. 
Qarakilsə  məbədi  1931-ci  ildə  Sisyanda  baĢ  vermiĢ  zəlzələ  nəticəsində 
qismən  dağılsa  da,  sonra  bərpa  edilmiĢ  və  1961-ci  ildən  erməni-qriqorian  kilsəsi 
kimi fəaliyyət göstərir (188). 
 
Ağudi qəbirüstü abidəsi 
 
Sisyan  rayonunun  ən  qədim  azərbaycanlı 
kəndlərindən 
biri 
olan 
Ağudi 
kəndinin 
çıxacağında, Ağudi - Sisyan yolunun sol kənarında 
1400  ilə  yaxın  tarixi  olan  nəhəng  qəbirüstü  abidə 
indiyədək  qalmaqdadır.  Bu  qəbirüstü  abidə  ellin 
mədəniyyətinin 
ilkin 
xristianlıq 
dövrünə 
transformasiyasının  ən  unikal  nümunələrindən 
biridir. Abidənin üzərində tarix yazılmasa da, onun 
VII əsrin əvvəllərində inĢa edildiyi ehtimal olunur. 
Ağudi  abidəsi  üç  pilləli,  daha  doğrusu,  üç 
mərtəbəli quruluĢa malikdir. 
Abidənin 
birinci 
mərtəbəsi 
geniĢ 
meydançanı xatırladır. Bu meydançanın altında iki 
giriĢ  qapısı  olan  tağvari  kiçik  mağara  diqqəti  cəlb  edir.  Meydançanın  ətrafında 
kiçik hasara alınmıĢ, uçulub dağılmıĢ qəbir yerlərinin niĢanələri son vaxtlara kimi 
saxlanılmıĢdı. 
Ġkinci  mərtəbə  yanlarda  dördbucaqlı  Ģəkilli  iki  sütundan  və  ortada 
səkkizbucaqlı  Ģəkilli  bir  sütundan  ibarətdir.  Hər  iki  kənar  sütun  tağvari  hörgü 
vasitəsilə  orta  sütunla  birləĢmiĢdir.  Abidənin  üçüncü  mərtəbəsi  gözəl  memarlıq 
quruluĢuna  malik  üç  sütundan  ibarətdir.  Belə  ehtimal  olunur  ki,  bu  üç  sütun 
Müqəddəs Troitsanın (üç müədzinin) ifadəsi kimi dikəldilmiĢdir (111, 52). 
 
 
 


53 
 
Səlim karvansarası 
 
Elxani  hökmdarı  Əbu  Səidin  dövründə  Zəngəzur  silsiləsinin  Göyçə 
yaylasına  keçən  yerində,  Böyük  Ġpək  yolu  üzərində  tikilən  karvansara  o  dövr 
Azərbaycan memarlıq sənətinin Ģah əsərlərindən biridir. Səlim keçidi deyilən dağ 
aĢırımında  tikilən  bu  karvansaranı  tanınmıĢ  etnoqraf,  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının müxbir üzvü MəĢədixanım Nemətova 1961-ci ildə ətraflı tədqiq 
etmiĢ,  karvansaranın  giriĢindəki  və  içərisindəki  kitabələri  oxuyaraq  onların  elmi-
tarixi  izahını  vermiĢdir.  MəĢədixanım  müəlliməyə  böyük  minnətdarlıq  hissi  ilə 
Səlim karvansarası barədə  ona istinadən aĢağıdakıları bildirməyi lazım bilirik:  
Səlim  karvansarası  Zəngəzurda  Avropa  qapısı  olan  Anadolunu  Çin  ilə 
birləĢdirən,  Araz  boyu  keçən  Ġpək  yolunun  üzərində,  dəniz  səthindən  2410  m 
hündürlükdə  yerləĢdirmiĢdir.  Elxani  hökmdarı  Əbu  Səid  vaxtında  (1316-1335) 
qeyd  olunan  yol  abadlaĢdırılmıĢdır.  Yol  üzərində  bir  sıra  karvansara,  körpü, 
xanəgahların kompleksində binalar tikilmiĢdir. 
Çin  -  Türküstan  -  Ġran  -  Azərbaycandan  keçən  Ġpək  yolunun  Anadoluya 
giriĢ qapısında yerləĢən Ərzurumun, Körpü kəndinin və Çoban körpüsünün böyük 
strateji mövqeyə malik olduğunu göstərən  abidələrdən biri də 290 m uzunluqda 7 
aĢırımlı  Çoban  körpüsüdür.  Körpü  Elxani  hökmdarı  Əbu  Səidin  vaxtında  Əmir 
Çoban Salduz Noyon tərəfindən Ərzurum - Qars Qarayolunun 58 km-də Mingöl və 
Həsənqala  çaylarının  qovuĢduğu  nöqtədə  Araz  çayı  üzərində  tikilmiĢdir  (85,  səh. 
36). 
Əmir Çoban Salduz Noyon tərəfindən Arpa çayın Araza töküldüyü yerdə 
bir aĢırımlı Sal körpüsü tikilmiĢdir. Körpülər bu  gün belə Sal (Salduz) və Çoban 
adını daĢıyır. 
Elxanilər  vaxtı  həmin  Ġpək  yolu  üzərində  karvansara  və  Xanəgah  binaları 
tikilmiĢdir. 
Həmin  xanəgahlardan  Füzuli  rayonunun  Babı  kəndindəki  ġeyx  Babi 
Yəqub  xanəgahı  (vəf.  h.  672-127374  il),  Zəngilan  rayonunun  Məmmədbəyli 
kəndində  Yəhya  ibn  Məhəmməd  türbəsi  (vəf.  h.  704-1305  il),  Cəbrayıl 
rayonunun  ġıxlar  kəndində  ġıx  Baba  (vəf.  XIII-XIV)  xanəgahı  fəaliyyət 
göstərmiĢdir (84, 13-16). 
Səlim  keçidindəki  Səlim  adlanan  karvansara  da  Əbu  Səid  Elxani  vaxtında 
bina olunmuĢdur. 
Karvansaranın  giriĢ  qapısı  (1,80x1,13m)  üzərində  fars  dilində  daĢa 
(l,87x0,86m) oyularaq, həkk olunmuĢ kitabədə deyilir: "Əbu Səid xan Bahadur - 
dünyanın  sultanı,  insanların  padĢahı,  ərəblərin  və  ərəb  olmayanların 
hökmdarı,  bütün  xalqların  çarı  -  Allah  onun  hökmranlığını  və  sultanlığını 
əbədi etsin - vaxtında   bina olundu. Xeyrat sahibi ÇuĢkyab ibn (oğlu) Ləvənd 
ibn ...ġah Nur ibn ... 729-cu il tarixdə" h.729-132829 il (152, 58-59). 


54 
 
Karvansaranın  içərisində,  Ģərq  divarda  bir  erməni  kitabəsi  var.  Kitabəni 
Lazarev institutunun müəllimi Xr.Ġv.Ġoannessov oxuyub, ruscaya tərcümə etmiĢdir 
(148,  116-118).  Onun  fikrincə  karvansara  binası  Orbelyan  nəslindən  Çesar  və  bir 
sıra  onun  qohumları  VII  Lipartın  nəvəsi  tərəfindən  h.781-882-ci  ildə  bina 
olunmuĢdur. Onun fikrincə sonra türklər ərəbcə kitabəni əlavə etmiĢ və ona Səlim 
adını vermiĢdir (148, 116). 
Karvansaranın 
həyasızcasına 
erməniləĢdirilib, 
özəlləĢdirilməsini 
V.M.Arutyuryanın  1984-cü  ildə  Ermənistanda  nəĢr  etdirdiyi  "Səlim"  bukletində 
görürük.  Arutyuryan  iftixar  hissi  ilə  yazır  ki,  karvansara  orta  əsr  milli  erməni 
memarlığının görkəmli abidəsidir (120). 
Onun  fikrincə,  ərəb  dilli  kitabə  ilə  erməni  kitabəsinin  mətni  eynidir. 
Karvansaranı  1232-ci  ildə  knyaz  Çesar  Orbelyan  tikdirmiĢdir.  Əvvəla,  kitabə 
ərəbcə deyil, ərəb qrafikası ilə fars dilində yazılmıĢdır və karvansara binası tikilən 
zaman  portalda  giriĢ  qapısının  üzərində  tikintiyə  hörülmüĢdür.  Karvansaranın 
portalındakı  memarlıq  ünsürləri  Araz  boyu  Ġpək  yolu  üzərində  mövcud  olan 
xanəgah komplekslərində, türbələrdə ələlxüsus Zəngilan rayonunun Məmmədbəyli 
kəndindəki  Yəhyə  ibn  Məhəmməd  türbəsinin  portalındakı  memarlıq  ünsürləri  və 
kitabənin xətti ilə eynilik təĢkil edir. 
Qeyd  olunan  abidələr  və  Səlim  karvansarası  XIII-XIV  əsrin  birinci 
yarısında  yaĢayıb  -  yaratmıĢ  azərbaycanlı  memar  Əli  Məcdəddinin  məktəbinin 
əsərləridir. 
Memar Əli Məcdəddinin adı Zəngilan rayonunun Məmmədbəyli kəndindəki 
Yəhyə ibn Məhəmməd türbəsinin kitabəsində yazılmıĢdır (153, 31-32). 
 
Sınıq Karvansara 
 
Zəngəzurda  orta  əsrlər  islam-türk  maddi  mədəniyyətinin  ən  əhəmiyyətli 
nümunələrindən  biri  Gorus  və  Sisyan  rayonlarının  sərhədində,  Yan  təpədən  bir 
qədər cənub-Ģərqə, qədim Urud - ġinher yolunun üstündə, Gorus rayonunun Yaycı 
(1968-ci  ildən  Qarjis)  kəndinin  yaxınlığında  yerləĢən  1319-cu  ildə  tikilmiĢ  Sınıq 
Karvansaradır. Bu karvansara (eləcə də Səlim karvansarası) Elxani hökmdarı Əbu 
Səidin vaxtında tikildiyindən bəzən Əbu Səid karvansarası da adlanır. Bu abidəyə 
"Sınıq  Karvansara"  adı  verilməsi  isə  çox  güman  ki,  binanın  "Г"  Ģəkilli  planda 
tikilməsi və onun eyvanının əzəmətli tağlarla qurulması, dəhlizin tunel formasında 
olması ilə bağlıdır. 
Karvansaranın giriĢ qapısının üstündəki iri daĢın üzərindəki ərəb əlifbası ilə 
fars  dilində  yazılar  və  hicri  ilə  698-ci  il  tarixi  vardır.  Təəssüf  ki,  bu  Karvansara 
Azərbaycan alimləri tərəfindən tədqiq olunmamıĢdır. 
Karvansara "Г" hərfi Ģəklində biri-biri ilə birləĢmiĢ birmərtəbəli iki tikilidən 
ibarətdir.  Divarlar  çaylaq  daĢından,  əhəng  və  qum  qarıĢıqlı  bərkedici  məhlulla 
hörülmüĢdür.  Tağların  və  sütunların  yonulmuĢ  bazalt  daĢdan  qurulması  diqqəti 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə