www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Möhtərəm
Əmir Qalxana
Orta məktəbimiz ikimərtəbəli, uzun bir binadan ibarətdi. Upuzun koridoru vardı. Koridorun
iki tərəfində yerləşən sinif otaqlarının qapıları bu uzun koridora açılırdı... Ön tərəfindəki iri löv-
hədə yazılmışdı: Kaman* Orta məktəbi. Kəndli, qəsəbəli, imkanlı, imkansız… hamımız burada
oxuyurduq. Biz, kəndlərdən gələn uşaqlar bir ev kirayələyərdik. Birotaqlı, uçuq-sökük kərpic bir
ev. Yemək-içməyimizi özümüz bişirər, qab-qacağı özümüz yuyar və dərslərimizi özümüz hazır-
layardıq.
Kənddən ayrıldığımız ilk vaxtlarda içimizə bir qəriblik çökərdi. Hərdən gecələr səssizcə
ağlayar, analarımızın gəlməsini gözləyərdik.
Analarımız həftədə bir dəfə, çərşənbə günləri gələrdilər. Ürəklərində bir həftəlik həsrət, dil-
lərində
qurban olum, qadan alım…
Bir-birinə çox bənzəyərdi analarımız. Başlarında muncuqlu baş örtüyü, bəzəkli çarşab,
əyinlərində qolsuz jilet, don... Ayaqlarında qəribliyi, məhzunluğu bir möhür kimi dabanlarına vu-
ran qara rezin ayaqqabılar olardı. Rezin ayaqqabılar qışda suya gedərkən dondurar, yayda arpa
biçərkən yandırıb yaxardı. Hamısının üzündə eyni qələmdən çıxmış bir ifadə vardı: yoxluq, yox-
sulluq, səfalət… Alınlarında əsrlər boyu yığılan qırış-qırış kədər, qat-qat hüzn vardı. Hamısı da
balalarına yemək daşıyan sərçə kimi qorxaq, hürkək, narahatdı. Günəş doğmamış tozlu yollara
çıxar, traktorun qoşqusunda əzilmiş bədənləri, yuxulu, yorğun gözləri ilə dan yeri ağararkən
Xanın Önünə* çatardılar.
Kənddən satmaq üçün gətirdiklərini tələsik traktordan endirər, yan-yana düzərdilər.
Bir bat-
man süd, iki vedrə qatıq, iki kündə kərə yağı, beş-on yumurta…
Bizim üçün gətirdiklərini onlardan ayırardılar. İki çuval təzək, beş qatım yarma, bir vedrə
qatıq, bir neçə büküm yuxa…
Gətirdiklərini neçə dəfəyə qatıq bazarına daşıyardılar. Bazarda sağa-sola baxmağı ayıb sa-
yar, başlarını düz tutub gedərdilər. Səhv salsalar, yolu soruşmağa cəsarət etməzdilər. Vaxtı, saatı
günəşə görə təyin edər, satdıqlarının hesab-kitabını bilməzdilər.
Hər çərşənbə öncəkinin təkrarıydı. Səhər kənddən gətirdiklərinin hamısını bir neçə saatda
satardılar. Bacılarımıza toxumaq üçün ip, çit, qanovuz, bizə qələm, dəftər, kitab alardılar...
Pencək, köynək, ayaqqabı... bunlar bahalıydı. İldə bir dəfə, o da imkan olsa, xırman zamanı
alınardı…
Rayon mərkəzində, orta məktəbdə oxuyan bütün kənd uşaqları analarımızın gələcəyini bi-
lər, çərşənbə günü sübh tezdən Xanın Önünə düzülərdik. Əmmə vaxtı anasını tapa bilməyən qu-
zular kimi sağa-sola vurnuxardıq.
“Xala, anam gəldimi?” “Bibi, anamı gördünmü?” deyə soruşa-soruşa anamızı tapardıq. Ki-
mi qoynuna qoyduğu və orada isti saxladığı dürməyi, kimi “çömələn dəymişlər yumurtlamır”,
deyib toyuqlara hirslənərək kənddəki qardaşlarımızın boğazından kəsdiyi qaynadılmış yumurtanı
balasına uzadardı. Ağzımızdakı dad o dəqiqə dəyişərdi. Canımıza bir ana istiliyi yayılar, çərşən-
bə sabahının ayazı bizi üşütməzdi...
Əvvəl kənddən gələn bir həftəlik ərzağı qaldığımız köhnə kərpic evlərə daşıyardıq. Təzək,
lavaş, qatıq, yarma... Sonra qatıq bazarına gedib analarımızın qulluğunda dayanardıq. İstəkləri-
mizi atalarımıza deməyə çətinlik çəkər, analarımızın başına çıxardıq. Bazarın o izdihamında, səs-
küyündə dərdlərimizi analarımıza anladardıq. Kənddə çəkdikləri bəs deyilmiş kimi dərdlərinin
üstünə dərd artırardıq. Məktəbdə oxuyan biz idik, amma məktəbin bütün yükü oxumağı, yazmağı
belə bilməyən bu yazıqların çiyinlərindəydi.
Hər çərşənbə qatıq bazarında qatıqların satılmağını gözləyərdik. Hər oğulun başqa bir dər-
di, hər ananın min dərdi vardı...
- Ana, idman müəllimi idman paltarı istəyir. Olmasa,
dərsə buraxmayacağam, - deyir.