İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti



Yüklə 261,54 Kb.
səhifə1/56
tarix30.12.2023
ölçüsü261,54 Kb.
#165639
  1   2   3   4   5   6   7   8   9   ...   56
İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin-hozir.org


İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti

İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI


  1. İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti

İnformasiya texnologiyası bütün hesablama və rabitə texnikasını, qismən məişət elektronikasını, televiziya və radio verilişlərini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır. İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir.


Nəzəri olaraq İT - nin mənbələri aşağıdakılardır:
 Sistem texnikası;
 hesablama sistemləri nəzəriyyəsi;
 proqramlaşdırma texnologiyaları;
 verilənlər bazası nəzəriyyəsi;
erqonomika;
 dizayn və informasiya – texnoloji profilli digər elmlər. İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir.
İKT sahəsində informasiya məhsullarının mövcudluğu informasiya bazarının yaranmasına səbəb olur.İnformasiya bazarı dedikdə informasiya əmtəəsinin istehsalı,mübdiləsi,istehlakı və qorunması prosesində meydana çıxan iqtisadi,hüquqi, təşkilati münasibətlərin məcmusu başa düşülür
İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insanmaşın sistemləri modellərinin təşkilindən və çevrilməsindən gedir.



  1. İKT-də informatikanın rolu və yeri

Ġnformatika sözü 1960- cı ildə ilk dəfə fransızlar tərəfindən elmə daxil edilmişdir və mənası informasiyanın avtomatik emalı deməkdir. İnformatikanın əsasını 2 elm təşkil edir: kibernetika və sənədləşdirmə.


Sənədləşdirmə XIX əsrin 30-40 –cı illərdə istehsal münasibətlərində burjua inqilabının inkişafı ilə əlaqədar olaraq yaranmışdır.XX əsrin 20-30 – cu illərdə öz çiçəklənmə dövrünü keçirmişdir.Kibernetika isə (idarə etmədə sunilik) 1948- ci ildə amerikalı riyaziyyatçı Nobert Vinner tərəfindən elmə daxil edilib.
İnformatika dar mənada 3 əlaqəli hissədən ibarətdir :
1) Texniki təminat ;
2) Proqram təminatı ;
3) Alqoritmik təminat.
İnformatikanın əsas funksiyası – informasiyanın yenidən dəyişdirilməsi (formasının dəyişdirməsi) və işlənməsi üçün istifadə olunan metod və vasitələrindən, həmçinin onlardan istifadə etməklə informasiyanın yenidən dəyişdirilməsinin texnoloji proseslərinin qurulmasından ibarətdir. İnformatikanın məsələsi dedikdə :
1) ixtiyari təbiətli informasiyalı proseslərin tətbiqi
2) İnformasiyalı texnikanın yenidən işlənməsi; informasiyalı proseslərin tətbiqi zamanı alınan nəticələr əsasında informasiya emalı üçün yeni texnologiyalarln yaradılması
3)İctimai həyatın bütün sahələrində hesablama texnikası və texnologiyasından istifadə etməklə müxtəlif tipli məsələlərin (problemlərin) həll edilməsi.
İnformatika kompleks elmi – texniki fənndir və ixtiyari sahələrdə meydana çıxan problemləri kompüter texmiologiyasının köməyi ilə həll edilməsinə yönəlibdir.
İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir.
İnformatika bir elm sahəsi kimi,informasiyanın quruluşu,ümumi xassələri,yaradılması,saxlanılması,axtarışı,çevrilməsi,ötürülməsi və istifadəsinin-insan fəaliyyətinin müxtəlif sahələrindəki qanunauyğunluq və üsullarını tədqiq edir. İnformatika – informasiyanın çevrilməsi haqqında elm olub, hesablama texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və fəaliyyəti haqqında bilik verir.
İnformatika fənninin strukturuna aşağıdakıları aid etmək olar:
  1. İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri


  2. Nəzəri və riyazi informatika


  3. Süni intellekt nəzəriyyəsi


  4. Hesablama texnikası və proqramlaşdırma


  5. Tətbiqi informatika





  1. Yüklə 261,54 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə